Azərbaycan mühacirət irsi 1


Azərbaycan  mühacirət irsi



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə5/70
tarix28.06.2018
ölçüsü2,04 Mb.
#52104
1   2   3   4   5   6   7   8   9   ...   70

Azərbaycan  mühacirət irsi 
 
 
14 
Əlavə edək ki, 1920-1930-cu illərdə Polşa dövləti bolşeviz-
mə  qarşı  mübarizə  aparırdı  və  təbii  ki,  Rusiya  əsarəti  altında 
yaşayan  xalqların  mühacirətdəki  nümayəndələrindən  də  fay-
dalanmağa  çalışırdı.  Odur  ki,  Polşa  rəsmiləri,  xüsusən  Marşal 
Pilsudski  bu  mühacirlərin  Qafqaz  Birliyi  adı  altında,  sonradan 
isə  “Prometey”  klubunda  birləşib  fəaliyyət  göstərməsini  vacib 
sayırdı. Həmin illərdə ayrıca bir “Prometey” jurnalının nəşri də 
bu faktlara sübutdur. Bu proseslərdə isə azərbaycanlılar həmişə 
faydalı mövqedən çıxış edirdilər. 
Qeyd  edək  ki,  Polşa  dövləti  Xarici  İşlər  Nazirliyinin  Şərq 
Departamenti  vasitəsi  ilə azərbaycanlı mühacirlərin  nəşr etdik-
ləri mətbuat orqanlarına da maddi dəstək göstərirdi. 
Polşa  arxivlərində,  xüsusən    “Foto  Sənədlər  Arxivi”ndə  
çoxlu sayda fotolar saxlanılır. Həmin fotoların da tədqiq edilib 
öyrənilməsi  vacibdir.  Burada  azərbaycanlılara  aid  fotolar  da 
əldə etmək mümkündür. 
Polşada  olarkən  Varşava  kitabxanasındakı  materiallarla 
tanış  olduq.  Burada  mühacirət  mətbuatı  ilə  bağlı  çoxlu  sayda 
nümunələr  saxlanılır.  Xüsusən,  “Prometey”  jurnalının  bütün 
saylarını  burada  əldə  edib  bəhrələnmək  mümkündür.  Eyni  za-
manda  “Qafqaz”,  “Şimali  Qafqaziya  –  Severnıy  Kavkaz”    jur-
nallarının da əksər nüsxələri burada saxlanılır. 
 
Qeyd  edim  ki,  mühacirətdə  yaşamış  şəxsiyyətlərimizin 
zəngin  irsinin  gətirilməsi  sahəsində  görülən  ən  ciddi  bir  iş 
2010-cu ildə həyata keçirildi. Məhz həmin ili azərbaycanlı mü-
hacirlərin  irsinin  toplanıb  gətirilməsi  ilə  bağlı  layihəyə  Azər-
baycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət 
Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən dəstək veril-
di.  Məhz  bundan  sonra  Şuranın  dəstəyi  ilə  Almaniyaya, 
Polşaya,  Türkiyəyə səfər edildi, oradan zəngin arxiv material-
ları toplanıb Azərbaycana gətirildi. Bu fəaliyyətin reallaşmasına 


Azərbaycan  mühacirət irsi 
 
 
15 
verdiyi  dəstəyə  və  millətimiz  üçün  çox  vacib  bir  problemin 
həllinə  göstərdiyi  sayğıya  görə  Azərbaycan  Respublikasının 
Prezidenti  yanında  Qeyri-Hökümət  Təşkilatlarına  Dövlət 
Dəstəyi  Şurasının  sədri  cənab  Azay  Quliyevə    təşəkkürümü 
bildirirəm. 
İnanıram  ki,  müxtəlif  ölkələrdən  toplayıb  gətirdiyimiz  sə-
nədlərin bir hissəsini əhatə edən bu kitab da faydalı və ciddi bir 
vəsaitə çevriləcək. 
 
Nəsiman Yaqublu, 
Tarix elmləri namizədi.


Azərbaycan  mühacirət irsi 
 
 
16 
 
Məhəmməd Əmin Rəsulzadə 
 (1884-1955) 
 
 
zərbaycan  Mü-
hacirət 
Mət-
buatının  banisi 
olan  Məhəm-
məd  Əmin  Rə-
sulzadə 31 yanvar 1884-cü ildə Bakı-
nın  Novxanı  kəndində  doğulub.  İlk 
təhsilini  Sultan  Məcid  Qənizadənin 
(1886-1942)  müdir  olduğu  Bakıda 
fəaliyyət  göstərən  2  saylı “Rus-tatar” 
məktəbində  alıb.  O,  tələbə  ikən 
ictimai-siyasi fəaliyyətə başlayıb.  
1906-1907-ci  illərdə  çap 
olunmuş  “Təkamül”  və  “Yoldaş”  qə-
zetlərinin  nəşrində  və  redaktə  olunmasında  M.  Ə.  Rəsulzadənin  bö-
yük rolu olub. “İrşad” və “Tərəqqi” qəzetində müxtəlif mövzularda mə-
qalələri və şerləri ilə çıxış edib. “İrşad” qəzetinin  müvəqqəti redaktoru 
olur. Bakıda təqib olunduğu üçün isə 1909-cu ildə İrana gedib. 1910-cu 
ildə  “İrane-nov”  (Yeni  İran)  qəzetinin  redaktoru  olub”.  1911-ci  ildə 
İranda təqiblərdən yaxa qurtarmaq üçün İstanbula mühacirət edir. 1913-
cü  ildə  Romanovlar  sülaləsinin  300  illiyi  ilə  əlaqədar  verilən  əfv-
ümumidən  sonra Bakıya qayıdır. 1915-ci ilin 2 oktyabrından “Açıq söz” 
qəzetini  nəşr  etdirir.  1918-ci  il  mayın  27-də  Azərbaycan  Milli  Şurası 
yaranır və səs çoxluğu ilə M. Ə. Rəsulzadə Milli Şuranın sədri seçilir.  
1920-ci ilin aprel hadisələrindən sonra M. Ə. Rəsulzadə həbsə 
alınır.  Keçmiş  mübarizə  dostu  Stalin    onu  azad  edir,özü  ilə  birlikdə 
Moskvaya  aparır.  1922-ci  ilin  sonlarından  onun  İstanbulda  siyasi 
mühacir  həyatı  başlayır.  1923-cü  ildə  “Yeni  Qafqasiya”  jurnalını  nəşr 
edib Azərbaycan mühacirət mətbuatının əsasını qoyur. 1955-ci il, mart 
ayının  6-da  həyata  göz  yumub.  Ankaranın  Əsri  qəbirstanlığında  dəfn 
edilib.  



Azərbaycan  mühacirət irsi 
 
 
17 
 
 
Məhəmməd Əmin Rəsulzadə 
 
AZƏRBAYCAN  DAVASI 
 
 
28 May 1918-ci il Milli Azərbaycan Hərəkatının ən böyük 
günüdür. Bundan 34 il öncə Milli Şura tərəfindən Azərbayca-
nın istiqlalı elan olunmuşdu. Bu tarixdə Türk və Müsəlman alə-
mində ilk dəfə Milli Xalq Hakimiyyətinə dayanan bir Cumhu-
riyyət qurulmuşdur. 
Yüz il öncə, ayrı-ayrı 9 xanlıq halında Çarlığın  hakimiyyəti 
altına düşən Azərbaycan Birinci Dünya Hərbi nəticəsində ajan 
(jandarm) Rusiya İmperatorluğunun ənqazı (xaraba, viranə) al-
tından siyasi bir bütün, bir millət, bir dövlət olaraq qalxdı. 
12 ocak (yanvar) 1920-də Böyük Dövlətlər tərəfindən istiqla-
lının tanınması üzərinə Azərbaycanın davası millətlər arası bir 
məsələ halına gəldi. 
Azərbaycan Cümhuriyyəti sadəcə dünya ensiklopediyaları ilə 
Birinci Dünya Hərbindən bəri dürlü lisanlarda basılan kitab, xə-
ritə  və  atlaslarda  qeyd  edilməklə  qalmayıb,  eyni  zamanda  bö-
yük-kiçik,  uzaq-yaxın  ilgili  bütün  dövlətlərin  arxivlərində 
Azərbaycan davasına aid dosyalar (sənədlər toplusu) vardır. 
Siyasi  “Garte  du  vistie”i  1918-də  dünyaya  təqdim  olunan 
Azərbaycan Hərəkatının ömrü sadəcə 36 il deyildir, əlbəttə! 
Azərbaycan  Türk  xalqının  tarixi  gəlişmə  (inkişaf  prosesi) 
seyrində  28  May  1918  siyasi  bir  olqunluğunun  (kamilliyinin) 
mühüm bir mərhələsidir. 
Aləmşümul (cahanşümul) kültür dəyərləeinə və dürlü çağlar-
da  yaşanmış  siyasi  istiqlal  və  hakimiyyət  xatirələrinə  malik 
olan  Azərbaycanın  tarixi  bilavasitə  Yaxın  Doğu  İslam  şərtləri 
daxilində gəlişmişdir (inkişaf etmişdir). Son yüz il içində bu gə-


Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə