Azərbaycan mühacirət irsi 1


Azərbaycan  mühacirət irsi



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə6/70
tarix28.06.2018
ölçüsü2,04 Mb.
#52104
1   2   3   4   5   6   7   8   9   ...   70

Azərbaycan  mühacirət irsi 
 
 
18 
lişmə  (inkişaf)  Qafqaz  müqəddəratı  ilə  ilgili  olaraq  müəyyən 
özəlliklər ərz etmişdir. 
Cümhuriyyətin  qurulmasına  təqəddüm  (irəliləmək)  edən 
dövrdə Azərbaycan topluluğunda əsaslı üç fikir cərəyanı təbəl-
lür (saflaşma, durulaşma) etmiş olurdu. Bunlardan biri, dini dü-
şüncəyə  görə, milliyyət  fikrinə xor baxan  İslami ittihadçılıqdı. 
Buna  müqabil  yenə  milliyyət  ayrılığını  rədd  edən  kosmopolit 
bir fikir cərəyanı – sosializm vardı. Biri sağçı, digəri solçu bu 
hər  iki  kosmopolit  cərəyana  Azərbaycan  çərçivəsi  daxilində 
qalmaq  çox  dar  gəlirdi.  Azərbaycan  məfhumu  onları  təmin  et-
mirdi. Onlar üçün ya “Rusiyada Müsəlmanlıq” ya da “Rusiyada 
Sosializm” vardı. Milli olmayan bu cərəyanların  arasında milli 
Azərbaycan milliyyətçiliyi mərkəzi bir mövqedə dururdu. 
Tarix və kültür anlayışında türkçü olan bu milliyyətçi zümrə 
aləmdə Azərbaycan muxtariyyat və istiqlalını hədəf tuturdu. 
Azərbaycan  Türk  özəlliyinin  formulunu  verən  və  Rusiya 
hakimiyyətindəki Türk elləri üçün milli-məhəlli muxtariyyətlər 
halında  öz  müqəddəratlarını  müstəqil    idarə  etmə  tələbini  irəli 
sürən canlı bütün qüvvətlər Azərbaycanda “Müsavat” Xalq Fir-
qəsi ətrafında birləşmişdilər. 
1911-ci ildən bəri gizli fəaliyyətdə olub, Rusiyada partlayan 
inqilab  nəticəsində,  1917-ci  ildə  təşəkkül  edən  “Türk  Ədəmi 
Mərkəziyyət Firqəsi” ilə birləşən “Müsavat” partiyasının Bakı-
da  toplanan  ilk  konqresi  sadəcə  Azərbaycan  tarixində  deyil, 
Rusiya  məhkumu  bütün  Türk  ellərinin  yaxın  tarixində  də  mü-
hüm  bir  hadisə  olmuşdu.  Qəbul  etdiyi  proqramda  Azərbaycan 
muxtariyyatını  cəsarət  və  cəpahətlə  (səhihliyi,  aydınlığı)  təsbit 
edən bu firqə o gündən etibarən gürcülərdə Menşevik, erməni-
lərdə  Daşnak  partiyaları  kimi  Mavarayi  Qafqasya  həyatında 
Azərbaycan  Türklüyünü  təmsil  edən  üçüncü  bir  qüvvət  halına 
gəlmişdi.  Daşnak,  Menşevik,  Müsavat  isimləri  dost,  düşmən 
bütün  dillərdə dastandı.  Bu üç ismi  təsrif  (istədiyi kimi  dəyiş-
mə)  etmədiyi  bolşeviklər  bilhassa  sevərlər  gərək  düşmən,  gə-
rəksə Azərbaycandan əlaqə ilə bəhs edən dostlar üçün “Müsa-


Azərbaycan  mühacirət irsi 
 
 
19 
vatizm”  Azərbaycan  patriotizminin  bir  müradifidir  (bir-birinin 
ardınca gələn).  
1917-ci ilin aprelində Bakıda toplanan Qafqasya Müsəlman-
ları  Qurultayı  ilə  eyni  ilin  Mayında  bütün  Rusiya  Müsəlman-
larının Moskvada toplanan qurultayında bu tezisi müdafiə edə-
nlər “Müsavat” firqəsinə mənsubdu. 
Rusiya  Qurucular  Məclisinə  edilən  seçim  əsnasında  bu  se-
çimdə  iştirak  edən  Azərbaycan  partiyalarından  yalnız  “Mü-
savat”  firqəsinin  bəyannaməsində  Azərbaycan  muxtariyyatın-
dan bəhs edilirdi.  
Sonra  1918  Mavərayi  Qafqasya  Seymində  eyni  Azərbaycan 
tezisini yalnız “Müsavat” firqəsi ilə “Tərəfsizlər Bloku” namına 
oxunan açıqlamada bulunuruz. 
Seymin  dağılması  üçün  Azərbaycan  Cümhuriyyətinin 
istiqlalını  elan  edən  Şurayi  Millidə  bütün  partiyaların  artıq 
istiqlalçı olduqlarını görürük. 
Azərbaycan davasının yaxın tarixində müəssir (təsir edən, iz 
buraxan) bir rol oynayan fikir cərəyanları ilə müəssisələrinin ta-
rixi  məsnədləri  (dayaqları)  bunlardır.  “Davamız”ın  yaxın  tari-
xindən bəhs açanların hər şeydən əvvəl, bu obyektiv hadisə və 
vaqelər  (olan,  baş  verən)  üzərində  durmaları  lazım  gəlir.  Belə 
edilərsə,  dava  tarixi  əsaslara,  fikirlərə  və  fikir  müəssəsələrinə 
bağlanmış olur. 
Milli böyük bir davanı şəxslərə bağlamaq və onu parlament 
və ya hökumətdə olan düzinə (xeyli) münfərid (tək, təkbaşına) 
insanların vərəsəlik malı kimi əddetmə   (qəbul etmək) çox xə-
talı  bir  anlayışdır.  Şurayi  Millidən  də,  parlamentodan  da  öncə 
Azərbaycan  muxtariyyat  və  istiqlal  fikrini  təəzzüv  (üzv  olma) 
etdirən və bunu sağdan-soldan gələn bütün müxalifətə qarşı sa-
vunan  (müdafiə  olunan)  bir  müəssisənin  varlığını  inkar  və  ya 
ihmal (biganə)  etmək milli  davaya zərərdən başqa bir şey  ver-
məz. “Davamızı” fikir müəssisələrinə deyil, münfərid (tək, tək-
başına) şəhislərə bağlayanlar, mənsub olduqları millətin inkişaf 
etməmiş  ibtidai  bir  cəmiyyət  olduğunu  bilirmiş  (müəyyən-


Azərbaycan  mühacirət irsi 
 
 
20 
ləşmiş)  olduqlarının  fərqində  olmayanlardır.  “Davamız”ın  ya-
xın  tarixini, tariximizdəki  fikir müəssəsələrindən  təcrid edərək 
izaha  qalxışanlar  bilərək  və  ya  bilməyərək  tarixi  təhrif  edən-
lərin ta özləridir.  
Tarixdə fikirlərin əhəmiyyəti var da şəxslərin heç bir dəyəri 
yoxmudur?  Əlbəttə  vardır.  Fəqət,  bu  dəyər  şəxslərin  fikirlərə 
sədaqətləri və fikir müəssəsələrinə bağlılıqları nisbətindədir. Bu 
sədaqət və bağlılığın şəkil və dərəcəsi  ancaq bir şəxsi bir şəx-
siyyət  mərtəbəsinə  ulaşdırır  (çatdırır).  Tarixdə  dəyər  və  əhə-
miyyət  kəsb  edən  şəxslər  işdə  müəyyən  fikir  cərəyanlarına  və 
müəssəsələrinə bağlanan, onlara simvol olan şəxsiyyətdir. 
“Davamız”ı  anladırkən  onu  hali  hazırda  yalnız  “üç  kişi”nin 
baqi (daimi, əbədi) qaldığı bir listəyə bağlamaq və bu yaşayan-
ları o ölənləri siyasi biricik (vahidlik) varisi kimi görmək salim 
(sağlam) bir düşüncənin əsəri sayılamaz, təbii!.. 
Davamız,  Azərbaycan  davasıdır,  bu,  tarixi  və  milli  bir 
davadır. Yuxarıda qeyd etdiyimiz kimi, bu davanın tarixi fikir 
müəssisələri və onları qanlarıyla və canlarıyla təqdis etmiş qəh-
rəmanları vardır. Bu qəhrəmanlar sadəcə Milli Şura, Parlament 
və  ya  hökumətə  mənsub  olan  şəxslərə  inhisar  etməz.  İçlərində 
milli ideala, Azərbaycan fikrinə, yəni “Davamıza” ihanət (xəya-
nət)  etmiş  olanların  da,  maələsəf  (təəssüflər  ki)  bulunduğu  bu 
təşəkküllər dışında, şairimizin “Buzlu Cəhənnəm” dediyi sürgün 
yerlərində  şəhadət  camını  içən,  Xəzərin  qanlı  sularında 
ayaqlarına  daşlar  bağlanaraq  boğdurulan  neçə  qurbanlarımız, 
şəhidlərimiz vardır.  
Sadəcə  hökumət  və  ya  parlament  üzvü  olmaq, insana  özəl 
bir imtiyaz və şərəf verməz. Əsl imtiyaz, əsl şərəf ideyaya səda-
qətdə və ona hüsniyyət və səmimiyyətlə bağlı qalmaqdadır. 
Parlament və hökumət dışında Firudin Köçərlilər, Piri Mür-
səlzadələr, İslam Qəbulzadələr, Mirzə Abbaslar, müəllimə Və-
silə  xanımlar,  Qasımzadə  Qasım  bəylər,  Rəfibəyli  Xudadat 
bəylər, şair Hüseyn Cavid ilə Əhməd Cavadlar; gənc öyrənçi və 
zabitlərdən Ağa Kərim Əlizadə, Ağa Səlim Rəhimzadə, Salman 


Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə