Azərbaycan mühacirət irsi 1


Azərbaycan  mühacirət irsi



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə7/70
tarix28.06.2018
ölçüsü2,04 Mb.
#52104
1   2   3   4   5   6   7   8   9   10   ...   70

Azərbaycan  mühacirət irsi 
 
 
21 
Rəhimzadə,  İbrahim  Axundzadə,  Dr.  Dadaş  Həsənzadə  və 
sairləri kimi namü nişanı zikredilməyən daha neçə şəhidlərimiz 
vardır.  Azərbaycan  cəlladı  Bağırovun  bir  raporunda  qeyd 
olunduğu  kimi  52-dən  çox  qanlı xalq  üsyanlarında  fədakaranə 
ölən  minlərcə  igid  partizanlarımızı  da  unutmayaq.  Gənc 
ordumuzun  şəhid  komandanları  Həmid  Qaytabaşıları, 
Süleyman  Paşa  Sulkeviçləri,  Dilhas  Murad  Gərayları,  İbrahim 
Ağaları,  Səlimov  Həbib  bəyləri  və  bir  çox  digərlərini  də  zikr 
edək. 
İsimləri  və  xatirələri  hamımıza  əziz  olan  Fətəli  xan,  Nəsib 
bəy, Həsən bəy, Səməd Paşa, Əbuzər bəy, Məhmət Bağır bəy, 
Müseyib bəy, Murtuza bəy, Rəhim bəy və sairə kimi keçmiş və 
milli  iradəyə  ihanət  (xəyanət)  etmiş  Qarayevlər,  Qarabəyovlar 
kimi bədbəxtlər də, maələsəf, Parlamentoda üzv olmuşlardır. 
Ümumi  bir  xülasə  yapılırkən,  ana  fikir  müəssisələrindən  və 
bunları təmsil edən şəxslərdən bəhs etmək qaçınılmaz bir zəru-
rətdir.  Tarixdə  isimlərini  fikir  müəssiələrilə    (quran,  meydana 
gətirən)  sımsıxı  bağlamış  şəxsiyyətlər  vardır.  Bunlardan  bəhs 
etmək  qədər  təbii  və  normal  bir  şey  ola  bilməz.  Bu  bütün 
fəaliyyətləri  bir  tək  şəxsə  ətfetmək  (istinad  etmək)  demək 
deyildir, əlbəttə!.. 
Davanı  əsas  fikir  sistem  və  müəssisələrindən  ayıraraq, 
avtomatik surətdə, müəyyən dövrdə, rəsmi hər hansı bir sifət və 
ya  ünvan  daşımış  insanlara  ancaq  bağlarsaq,  fani  olan  bu 
fərdlərin meydandan qalxmasıyla dava da bitmiş olur. Halbuki, 
Azərbaycan  davası  belə  üç  –  beş  kişinin  həyatilə  ölçüləcək 
kiçik bir dava deyildir. Onun şühəda qanıyla təqdis (müqəddəs 
sayılma)  edilmiş  fikir  müəssəsələri  (qurucuları)  vardır.  Bu 
müəssisələr baqidir (əbədidir), Azərbaycan Parlamentosunu da, 
hökumətini  də  doğuran  bu  fikir  sistemi,  qızıl  istila  altında 
bilavasitə  qüvvətlənmiş  gənc  nəslin  müqavimətilə  cəlikləşmiş 
(poladlaşmış)  və  mühacirətdə  illərdən  bəri  davam  edən 
mücadilə  sayəsində  sarih  (açıq,  aydın)  formulunu  tapmışdır. 
Milli  nəşriyyat  və  müəssəsələr  tərəfindən  bu  davanın  ideoloji 


Azərbaycan  mühacirət irsi 
 
 
22 
bütün  səhifələri incədən  incəyə işlənmişdir.  Belə  bir hərəkatın 
müqəddəratı,  şübhəsiz  ki,  üç-beş  faninin  həyatına  münhəsir 
(həsr edilmə, məxsus olma, hüdudlaşma) qala bilməz.  
Ciddi  bütün  davalar  kimi,  Azərbaycan  davasının  da  qüvvət 
və həyatiliyi, bu böyük fikrin, istiqlal ideolojisinin nəsildən nə-
silə keçməsindədir. Yeni nəsil, əski nəslin savunduğu (müdafiə 
etdiyi, qoruduğu) idealı mənimsər və bu ideal uğrunda çalışmış 
başlıca fikir müəssəsə (qurucu) və şəxsiyyətlərini idealizə edər-
sə  bunu,  dava  namına,  müsbət  bir  hadisə  olaraq  qəbul  etməli-
yik.  
Yaxın  tariximizdə  davanı  haqqilə  təmsil  edən  fikir  müəs-
sisələrini  ihmal  (unutmaq)  ilə  sadəcə  münfərid  (təkbaşına) 
şəxslərə  mal  etmək  (aid  etmək),  Azərbaycan  topluluğunun 
gəlişməmiş ibtidai səviyyədə olduğunu söyləmək olur. Halbuki, 
1918-də  istiqlalını  elan  edərkən,  Azərbaycan  Türklüyü,  siyasi 
fikir  cərəyanlarına  malik  olqun  bir  topluluqdu.  Orada  Rusiya 
əsarətindəki  bütün  Türk  topluluqlarına  örnək  olacaq  milli 
demokrasi  ideolojisilə  siyasi  bir  firqə  vardı  ki,  Türklüyün 
federalist cərəyanını təmsil edirdi. 
O  zamankı  şərtlər  daxilində  Türkçülüyün,  “Müsavat”  firqə-
sində  təmsil  olunan  bu  cərəyanı,  hadisələrin  gəlişməsilə, 
Türkiyədə  Atatürk  Cümhuriyyətinin,  əski  Rusiyada  isə  dürlü 
Türk Cumhuriyyətlərinin qurulması ilə həyatiliyini isbat etmiş-
dir.  
Bulunduğumuz  mühacirət  şərtləri  daxilində,  Azərbaycan 
davası naminə birləşmək, milli davanı  yaşatmış və ya  yaşadan 
fikir  sistem  və  müəssəsələrinə  hörmət  etməklə  olur.  Bunun 
üçün  hər  türlü  kiçik  hesablardan  və  mərəzi  (xəstə)  hisslərdən 
sıyrılaraq ana fikrə önəm vermək lazımdır. 
Yaxın  keçmişi  inkar  və  müşəxxəs  (tanınmış)  ideya  və 
şəxsiyyətləri  çürütmək  qeyrətilə  meydana  atılanlar,  bilərək  və 
ya  bilməyərək,  böyük  davanı  kiçildənlərdir.  Bu  xüsusda 
hamımızın çox titiz (son dərəcə ciddi) və diqqətli olmamız icab 
(zərurət, ehtiyac) edər. 


Azərbaycan  mühacirət irsi 
 
 
23 
Bunu  bilməliyik  ki,  “Davamız”  fani  üç  kişinin  inhisarına 
alınacaq  qısır  bir  dava  deyildir.  O,  nəsildən-nəsilə  dövredilən 
fikir  müəssəsə    və  şəxsiyyətlərinə  sahib  vələd  (övlad)  bir 
davadır.  Təcrübəli  böyükləri  ilə  dəliqanlı  gənclərini  qopmaz 
ideal və fikir təsanüdüylə bir-birinə sımsıxı bağlayan bir dava!.. 
Dünənki  idealist  nəsil  ilə  bu  günkü  idealist  nəsli  bir-birinə 
bağlayan,  bundan  36  il  öncə,  28  May  1918-ci  ildə  İstiqlal 
Bəyannaməsini intac (nəticə vermə, nəticələndirmə) etdirən bö-
yük fikir hərəkatıdır.  
İstər  ölmüş  olsun,  istər  həyatda  bulunsun,  istər  yaşlı  olsun, 
istər gənc olsun, istər əski  mühacir, istərsə  yeni  mühcir olsun, 
bütün azərbaycanlıların bu müəzzəm (əziz, böyük əhəmiyyətli) 
hərəkatdakı mövqe və şərəfləri, əsas ideologiya göstərdikləri və 
göstərəcəkləri sədaqət, bağlılıq və hizmətlərilə mütənasibdir. 
Bütün məsələ, bu xüsusda titiz (son dərəcə ciddi) davran-
maqla  bərabər,  mötədil  bir  ölçüyə  malik  olmaq,  hadisə, 
müəssəsə  və  şəxsiyyətləri  təqdirdə  vətənsevərlik  icabı 
olaraq, ədalət və insaf hissindən ayrılmamaqdır.  
 
“Azərbaycan”  aylıq kültür dərgisi.   
sayı – 2-3 (26-27),  1954  
 
 
 
 
QARDAŞ TÜRKİYƏNİN İMDADI 
 
Bolşeviklər  Azərbaycan  Türklüyünün  Rusiya  ixtilali-kəbiri 
(böyük inqilab – Oktyabr inqilabı) tərəfindən dəxi elan olunan 
“təyini-müqəddərat”  haqqından  istifadəyə  qalxdığını,  Bakı 
küçələrində  axıtdıqları  qanlarda  boğmaq,  “İsmailiyyə” 
binasında  yaxılan  hürriyyət  məşəlini  o  möhtəşəm  binanın 
ənqazi vərəmadi (xarabalıqları) altında söndürmək istədilər. 


Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə