Azərbaycan mühacirət irsi 1


Azərbaycan  mühacirət irsi



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə9/70
tarix28.06.2018
ölçüsü2,04 Mb.
#52104
1   ...   5   6   7   8   9   10   11   12   ...   70

Azərbaycan  mühacirət irsi 
 
 
27 
gətirdilər. Batumda yeni müzakirə başladı. Çengeli Trabzonda-
kı  türk  iddiasının  artmayacağına  ümid  edərkən,  həqiqət  təsəv-
vür etdiyi kimi çıxmadı. Batum ilə Qarsda tökülən türk qanına 
İstanbul  hökuməti  qanhaqqı  olaraq  yeni  bir  ərazi  tələb  edirdi. 
Axsixə, Axalkələk, Aleksandropol, Sürməli və Naxçıvan qəza-
ları bu tələbi təşkil edirdi.  
Cənubi Qafqaz icazəli heyəti ilə türk təşrif heyəti Batumda 
müzakirə  məşğulunda  ikən,  Nuru  Paşa  ilə  bərabər  bir  neçə 
zabiti  İran  və  Qarabağ  tərəfdən  Gəncəyə  daxil  olmuşdular.  O 
zaman müdhiş bir anarxiyaya məruz, digər tərəfdən də bolşevik 
təcavüzü  ilə  hədələnən  Gəncə  Nuru  Paşanı  göydən  enmiş 
xilaskar bir mələk kimi qarşılamışdı. 
Batum  müzakirəsi  bir  çox  çətinliklərə  məruz  qalırdı.  Mü-
zakirə uzanırdı. Gürcülər artıq Cənubi Qafqaz hökuməti itaə-
tində qalmağı öz hesablarına zərərli görür, əl altından Almaniya 
ilə danışıqlar aparırdılar. Türkiyə ilə müttəfiqi Almaniya arasın-
da  ixtilaf  gürcülərə  belə  bir  hərəkətin  faydalı  olacağını  təlqin 
edirdi.  Nəhayət  əmr  yerinə  yetirildi.  Mayın  26-da  Gürcüstan 
Cənubi Qafqazdan ayrı özbaşına müstəqil bir cumhuriyyət təş-
kil etdiyini elan etdi.  
Gürcüstanın  Cənubi  Qafqaz  federasiyasından  çıxmaları 
üçün birləşmiş  hökumət parçalanmışdı. Bunun üçün Seymdəki 
müsəlman  üzvü  də  gürcülər  kimi  özlərinin  Azərbaycan  Milli 
Şurasını  elan  etdilər.  İki  gün  sonra  Mayın  28-də  Milli  Şura 
Azərbaycanın  istiqlalını elan etdi və bu hadisəni 30 may ta-
rixli  yayımı  ilə  bütün  dövlətlərə  bildirdi.  Milli  Şura  istiqlal 
elanı  ilə bərabər Azərbaycan hökumətini də təşkil etdi.  İlk  hö-
kumət,  Tiflisdə  Azərbaycan  milli  hərəkatının  düşmənləri  tərə-
findən qətlə yetirilən mərhum Fətəli xanın rəyasət heyətində tə-
şəkkül etmişdi. 
Cənubi Qafqaz hökumətinin dağılması ilə Batumdakı icazə-
li heyəti də dağılmış, onun müqabilində Azərbaycan, Gürcüstan 
və  Ermənistan  heyətləri  münfəridən  sülh  müzakirəsini  idamə 
etdirmişdilər (fərqli qaydada sülh müqaviləsini davam etdirmiş-


Azərbaycan  mühacirət irsi 
 
 
28 
dilər). Batumda 4 iyunda dövlət mənafeyi  naminə Ədliyyə na-
ziri və birinci müavin Xəlil bəylə Şərq orduları komandanı və 
ikinci müavin Vəhib Paşa, Azərbaycan naminə  Milli Şura rəisi 
Məhəmməd Əmin Rəsulzadə və Xarici İşlər naziri Məhəmməd 
Həsən  bəylər  tərəfindən  bir  əhdnamə  imza  edildi.  Bu  əhdna-
mənin 4-cü maddəsinə görə məmləkətin əmniyyət və asayişini 
müdafiə etmək üçün Azərbaycan Cumhuriyyəti Türkiyədən əs-
gər yardımı istəmək haqqına malik idi. 
Azərbaycanın  hansı  çətinliklərə  məruz  qaldığı  və  bu  təh-
lükələrdən  çıxa  bilmək  üçün  Türkiyənin  yardımına  möhtac 
olduğunu Azərbaycan nüməsilləri (nümayəndələri) Trabzon ilə 
Batumda  türklərlə  yaranan  təmasları  əsnasında  şifahi  şəkildə 
anlatmışdılar. Bu dəfə Azərbaycan Milli  Şurası  naminə biz və 
Xariciyyə  Nəzarəti  naminə  də  Məhəmməd  Həsən  bəy  müqa-
vilənin  4-cü  maddəsinə  istinadən  Türkiyə  hökumətinə  müra-
ciətlə imdad istədik. 
Bütün  Azərbaycan  xalqının  ümidlərinə  uyğun  olan  bu 
müraciətimizə  Türkiyə  icazəli  heyəti  öz  müvafiq  cavabını 
verdi.  Fəqət  Gürcüstan  tərəfi  ilə  ediləcək  imdad  Almaniya 
hökumətini  göstərdiyi  çətinliklər  ucbatından  istənilən  bir  sürət 
ala bilmirdi. Fövqəladə vəziyyət və şərait içərisində istiqlal elan 
edən Milli Şura Gəncəyə üz tutdu. 
İyun ayının 16-da keçirdiyi tarixi iclasında Milli Şura Fətəli 
xanın  ikinci  kabinəsini  təşkil  və  bütün  ixtiyarını  yuxarıda  adı 
çəkilən hökumətə həvalə edərək, fövqəladə vəziyyət adı ilə özü 
tətil  etdi.  Məclisin  bu  xüsusda  qeyd    etdiyi  qərar  aşağıdakı 
şəkildə  idi:  “Azərbaycanın  keçirməkdə  olduğu  daxili  və 
xarici  çətinlikləri  nəzərə  alaraq  Azərbaycan  Milli  Şurası 
bütün  hüquq  və  səlahiyyətini  Fətəli  xan  Xoyski  rəyasət 
Heyətində  təşəkkül  edən  kabinəyə  həvalə  və  yuxarıda  adı 
çəkilən  kabinəni  arayi-ümumiyyə  üzərinə  müstənid 
bilətəxir  məclisi-müəssisan  (ümumi  seçkilər  yolu  ilə  təxirə 
salınmadan  Təsisçilər  Məclisinin  seçilməsi)  dəvət  oluncaya 


Azərbaycan  mühacirət irsi 
 
 
29 
qədər  Azərbaycan  həqiqi  hakimiyyətini  öz  əlində  saxlaya-
raq heç kimə verməmək vəzifəsini saxlayır.” 
Azərbaycan Milli Şurasının  bu şəkildə tətili o zaman Gən-
cədə  yaranan  bir  taqım  (qisim)  siyasi  mübarizələr  nəticəsində 
hasil  olmuşdu.  Bu  mübarizə  məmləkət  üsul-idarəsinə  aid  de-
mokratik  cərəyanlarla  aristokrat  zehniyyətlər  arasında  vüqu 
gəlirdi  (baş  verirdi).  Hər  tərəfdən  düşmən  bir  cərəyanla  əhatə 
olunan  məmləkətdə  bu  kimi  mübarizələri  bir  zaman  müvəqqət 
üçün  bir  tərəf  etmək  lüzumu  vardı.  Bu  lüzum  geniş  səlahiy-
yətlərə malik bir hökumətin təşəkkülü üçün təmin edilmişdi. 
Azərbaycanın  təşəkkül  tarixində  mühümlükdən  baş  verən 
bu hadisə əsnasında Milli Şuranın nə kimi hissiyatla təsis olun-
duğunu  göstərmək üçün  söylədiyimiz açılış  nitqini qismən bu-
rada dərc edirik: “... Bəli əfəndilər! Azərbaycanın müvəqqəti 
paytaxtı olan Gəncədə naqis də olsa milli hakimiyyəti təmsil 
edən bir müəssisənin (təsisçilərin) bu surətlə meydandan çə-
kilmək  məcburiyyətində  qalması  heç  şübhəsiz,  demokrati-
yanın  bir  ricəti  (geriyə  qaytarma,  geriləmə  və  irticanın  bir 
müvəffəqiyyətidir). Bu ricət (geriləmə) ağ və təmiz qüvvələ-
rə  müqabil  qara  və  pak  qüvvələri  qüvvətləndirəcəkdir.  Bu 
nöqteyi-nəzərdən görülüncə ilk baxışda bizim halımız Ukrayna-
nın halına bənzəyir. Bu hallar bizdə Rusiya inqilabının iflasına 
dair bir əqidə formalaşdırır. Fəqət, əfəndilər! Zavahirlə qalma-
yaq,  səthi  düşünməyək,  həm  də  məyus  olmayaq.  Rusiya  in-
qilabı,  nə  deyirlərsə-desinlər,  qətiyyən  iflas  etmədi.  Rusiyada 
inqilab nə edəcəkdir? Bu sualla “Böyük Rusiya” fikri ilə zəhər-
lənmiş  rus  inqilabçıları  nöqteyi-nəzərindən  deyil,  inqilabın  öz 
kəndi  təbiətini  təhlil  edərək  cavab  verməlidir.  Belə  baxılırsa, 
Rusiya inqilabı məzlum və məğdur siniflərlə məhkum millətləri 
azad  etməlidir.  Məğdur  (zərər  çəkən)  siniflər,  etiraf  edək  ki, 
istədiklərindən  yaxşısını  aldılar.  Millətlər  isə    bir-bir  istiqlal 
əldə edirlər.  İnqilab dünyanın  altıda birini tutan böyük Rusiya 
yaratmaq vəzifəsində idimi? Qətiyyən deyildi. İfrata varan sinif 
hürriyyətləri  əlbəttə  ki,  qeyd  olunacaq  və  mötədil  (liberal)  bir 


Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə