Azərbaycan mühacirət irsi 1



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə29/70
tarix28.06.2018
ölçüsü2,04 Mb.
#52104
1   ...   25   26   27   28   29   30   31   32   ...   70

Azərbaycan  mühacirət irsi 
 
 
92 
 
KOMMUNİZM – UTOPİYADIR 
 
PROLETAR DİKTATORLUĞU 
 
Məlumdur ki, bolşeviklər özlərini ortodoks marksist sayır-
lar.  Başqa  sözlə,  bolşeviklər  üçün  Marksdan  başqa  Allah 
yoxdur,  Stalin  də  onun  peyğəmbəridir.  Marksizmdə  əsas  mə-
sələ nədir? 
Bolşeviklərin öz etiraflarına görə, Marksizmdə baş və əsas 
məsələ  proletar  diktatorluğu  məsələsidir.  Bütün  başqa  məsələ-
lər  buna  tabedir  və  bundan  irəli  gəlir.  Proletar  diktatorluğuna 
gətirən başlıca yollar sinfi mübarizə və vətəndaş müharibəsidir. 
Marksın təyin etdiyinə görə, proletar diktatorluğunun başlanğıc 
dövrü  bütün  köhnə  dövlət  mexanizmini,  bütün  milli  ənənələri, 
adətləri,  mənəviyyatı  və  mədəniyyəti  yıxmaq,  dağıtmaq, 
parçalamaq, məhv etməkdən ibarətdir. “İnternasional”ın sözləri 
ilə  ifadə  etsək,  “Yıxaq  bu  köhnə  cahanı...”  Proletar  dikt-
atorluğunun ikinci dövrü qurulmuş dövrdür”. 
“Quraq  yeni  bir  aləm...”  Bolşeviklərə  görə  bu  yeni  aləm, 
yenə  də  çeşidbəçeşid  qeyri-proletar  elementləri  əleyhinə 
yaşayışın hər sahəsində, köhnə rejim qalıqları əleyhinə amansız 
sinfi  mübarizə  nəticəsində  qurulmalıdır.  Nəticə  etibarilə 
proletar  diktatorluğu  qurulduqdan  sonra  belə,  sinfi  mübarizə 
nəinki,  zəifləyir,  əksinə,  daha  şiddətlənərək  “yeni  aləm 
quruluşunun” bütün sahələrini  də  bürüyür.  Beləliklə, biz görü-
rük  ki,  Stalinə  görə  sosializm  quruluşu  ancaq  sinfi  mübarizə 
əsasında mümkündür. 
Xalqın  bütün  təbəqələrinin  qüvvələrini,  qeyri  proletar  ün-
sürlər  də  daxil,  sülhən  sosializm  quruluşuna  cəlb  etməyə  cəhd 
etmək,  proletariata,  maksizmə  xəyanət  olduğundan  sosializm 
quruluşunu  fəlakətə  sürükləyə  bilər.  Buxarin  və  onun  tərəfd-
arlarının qeyri–proletar ünsürlərini sülhən sosializm quruluşuna 
cəlb etmək nəzəriyyəsi və onların bu yolda səmərəsiz addımları 


Azərbaycan  mühacirət irsi 
 
 
93 
və  faciəli  aqibətləri  hər  kəsə  bəllidir.  Milyonlarla  insan  qeyri–
proletar, sinfi  düşmən deyə  damğalandı və  kütləvi  halda məhv 
edildi. 
Bu  adamlar  sırasında  yalnız  aristokratları  deyil,  Ordu  və 
Donanma  zabitlərini,  məmurları,  ziyalıları,  qolçomaq  deyə  ad-
landırılan  kəndlilərin  ən  zəhmətkeş  qismini  soydular  və  məhv 
etdilər.  Məhv  edilmiş  beş  milyon  qolçomaq  ailəsi  ilə  kifayət-
lənmədilər.  “Stalin  sosializminin”  daha  sağlam  quruluşu  üçün 
“qolçomaq quyruğu” damğası altında başqa kəndliləri də məhv 
etdilər. Sonra isə çeşidbəçeşid bəhanələrlə, partiyada, sənayedə, 
kənd  təsərrüfatında,  orduda,  donanmada,  elmi  müəssisələrdə, 
müxtəlif  “ünsürlər”  məhv  edilirdilər.  Həqiqətən,  komunizmin 
həyata tətbiqi dəhşətli oldu. 
Bütün insani həyatın əsaslarını sarsıdan kommunizm nəzə-
riyyəsinin çürüklüyünü və öldürücülüyünü, dünyanın altıda bi-
rində yaşayan bədbəxt insanların üzərində aparılan təcrübələrdə 
gördük.  Hər  dəfə  sovet  hökuməti  kommunizmdən  müvəqqəti 
çəkilməklə 
fəlakətdən 
qurtarmışdı. 
Məsələn, 
hərbi 
kommunizm dövründə Sovet hökuməti mütləq ölümə doğru 
gedirdi. Yeni iqtisadi siyasətə  - NEP-ə keçməklə Lenin onu 
bu fəlakətdən qurtardı. Kommunizmin nəzəriyyəsi ilə azacıq 
tanış  olanlar  bilirlər  ki,  NEP-in  kommunizmlə  heç  bir  əlaqəsi 
yoxdur. 
Buna  görədir  ki,  o  müsbət  nəticələr  verdi  və  beləliklə, 
Lenin  Sovet  hökumətini  yaşatmağa,  bolşevik  hökmranlığını 
davam etdirməyə müvəffəq oldu. Hətta, bolşevik idarəsi altınd-
a,  kommunizm  nəzəriyyəsindən  müvəqqəti  ayrılmaq  iqtisadi 
həyatın,  rifahın  yüksəlməsini  təmin  etdi.  Fəlakətdən  qurtardıq-
dan sonra bolşeviklər NEP-ə dözə bilərdilərmi? Əsla, yox! 
Əks təqdirdə isə onlar bolşeviklikdən çıxardı. Qısası,  yox 
olub gedərdilər. Maraqlısı budur: çoxları mülahizə edir ki, əgər 
Lenin həyatda olsaydı, o zaman yaşayış başqa cür olacaqmış. 
Çünki Lenin kommunizmin çürüklüyünü başa düşdük-
dən sonra, ondan yan keçdi və kommunizmlə heç bir əlaqəsi 


Azərbaycan  mühacirət irsi 
 
 
94 
olmayan  yeni  iqtisadi  siyasəti  yaratdı.  NEP-in  məhvi  Stalinin 
günahıdır.  Əgər  bu  mülahizələr  doğrudursa,  əgər  Lenin  özü 
komminizmin  həyata  tətbiqinə  inanmırmışsa,  nə  deyək  bu 
komminizmə.  Budur,  “Qanlı  toxumu”,  qanlı  meyvəsi  olan 
proletar  diktatorluğunun  iç  üzü.  Proletar  diktatorluğu  da  kom-
munist  çərçivəsi  içində  yaşaya  bilmədi.  Kronştadt  matrosları 
"kommunistlərsiz demokratiya”  şüarı altında üsyan qaldırdılar. 
Bunun  nəticəsində,  proletar  diktatorluğunu  boğub,  onu 
kommunist partiyasının diktatorluğu ilə əvəz etdilər. 
Leninin  ölümündən  sonra  partiyada  da  müxalifət  çıxdı, 
partiyanın  da  diktatorluğunu  onu  Mərkəzi  Komitənin  dikt-
atorluğu  ilə  əvəz  etdilər.  Sonra  isə  hökmranlıq  Siyasi  Büroya 
keçdi və nəhayət Stalin təkbaşına hökmran oldu. Bu gün Sovet 
İttifaqını idarə edən Beriyalar, Malenkovlar, Molotovlar və 
Bulganinlər  Stalinin  idarəsini  kor-koranə  ifa  edən  kölələr-
dir. 
 
 
PROLETARLAŞMA VƏ DÖVLƏT 
 NƏZƏRİYYƏSİ 
 
 
Bolşeviklərə görə, marksizim kapitalizmin inkişaf qanununu 
açmış və göstərmiş ki, kapitalizmin inkişafı nəticəsində əhalinin 
geniş kütlələri proletarlaşır. Orta təbəqə getdikcə proletariat sıra-
larına  keçir  və  beləliklə,  ilk  qeyri  bərabər,  biri-birinə  zidd  qütb 
yaranır. Bu iki qütb arasında ziddiyyət getdikcə artır və həddin-
dən  artıq  proletar  inqilabı  yaradır.  Başqa  sözlə,  Marksa  görə, 
kapitalizm  sosializmə  hamilədir,  proletar  inqilabı  “qanlı 
toxumdur”,  proletar  diktatorluğu  isə  bu  qanlı  toxumun  “qanlı 
meyvəsidir”. Elmidirmi bunlar hamısı? 
Marksın  bu  “elmi  qanunlarına”  görə,  proletar  inqilabı  ilk 
öncə  ən  yüksək  səviyyəli  kapitalist  məmləkətində  olmalıydı. 
Öylə isə o, nə üçün Rusiya kimi aqrar bir məmləkətdə partladı? 
Orta  təbəqələrin  proletarlaşması  məsələsini  ələ  alalım.  Məlu-


Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə