Azərbaycan mühacirət irsi 1


Azərbaycan  mühacirət irsi



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə34/70
tarix28.06.2018
ölçüsü2,04 Mb.
#52104
1   ...   30   31   32   33   34   35   36   37   ...   70

Azərbaycan  mühacirət irsi 
 
 
107 
dirdi, yoxsa əksinə? Məgər müsəlmanlar müharibə apararaq yal-
nız İslamın hər şeyə üstün gələn ideyasını rəhbər tutmurdularmı? 
Yaxud başqa misal: məgər 1789-cu il Böyük Fransa inqilabı 
bütün xalq tərəfindən icra olunmurdumu? 
Bu suallara dimat cavab verə bilmir. Elə diamat nöqteyi- nəzə-
rindən  milləti, xalqı birlikdə götürmək olmaz, bu  «burjuaziya ax-
maqlığıdır». Xalq siniflərə bölünüb  və hər bir sinfə  ayrı-  ayrılıqda 
baxılır. Və bu halda diamat deyəcək: «Proletariatın vətəni yoxdur». 
«Hər bir ixtira üsuluna öz ideya sistemi, öz  etikası uyğundur»; «Bi-
zim üçün əxlaq proletariatın mücadilə maraqlarına tabedir». Burada 
milli ideya, etika, ənənə və əxlaq nəyə lazımdır? 
Və  nəhayət,  dialektika  haqqında  bir  neçə  söz.  Məlum  ol-
duğu kimi, «hər şey axır, hər şey dəyişir» fikrini ilk dəfə yunan 
filosofu Heraklit söyləmişdir, sonra isə Hegel tərəfindən inkişaf 
etdirilmişdir.  Bolşeviklərin  fikrinə  görə,  dialektikanın  əsas  qa-
nunlarından  biri  bir  formanın  digərinə  keçməsidir,  hərfi  mə-
nada: «Bir forma digərini , tamamilə özünə əks birini yaradır». 
Maraqlıdır,kommunizm    tamamilə  özünə  əks ,  «sovet  qılıncını 
cəzalandıran» hansı formanı yaradardı? 
 
 
 


Azərbaycan  mühacirət irsi 
 
 
108 
NƏTİCƏ 
 
1.  Elm  sinfi,  yəni  proletar,  burjuaziyalı  və  ya  aristokratik, 
partiyalı-yəni  kommunistik, faşist, sosial-demokratik və  ya ley-
borist ola  bilməz.  Elmi  kəşflər,  qanunlar  hamı  üçün  vacibdir  və 
onlardan yalnız həyatla təsdiq edilmişlər qanunauyğundur. 
2.  Milyonlarla  kütləyə  yönəlmiş  bütün  nəzəriyyələr,  ideo-
logiyalar,  xüsusi  ilə  də  inqilabi  nəzəriyyələr  həyatla  yoxlanıl-
mış elmə və həqiqətə əsaslanmalıdır, çünki elm həyatı öyrənir 
və  bizə  sonrakı  inkişaf  yolunu  göstərir.Bu  zaman  elm  həyatın 
öyrənilməsinə sinfi və ya partiyalı nöqteyi nəzərdən yanaşmır, 
onu olduğu kimi götürür. Əks halda o elm olmazdı. 
3. Kommunistlərin qabaqcadan dediklərinə zidd olaraq, orta 
siniflər    yox  olmayıblar,  proletarlaşmaq  əvəzinə  orta  təbəqələr 
fəhlələr  və    kəndlilərlə  dolub.  Onlar  sənaye,  nəqliyyat  və  kənd 
təsərrüfatının bütün sahələrində  istehsal prosesinə texniki və in-
zibati idarə etmə funksiyasını əllərinə alıblar. Fəhlələrin, sənaye 
müəssələrinin aksiyalarının sahibləri durmadan artır, deməli on-
ların müəssənin gəlirli olmasına şəxsi maraqları da artır. Bu cür 
hadisə  yalnız  SSRİ-də,  hamının  proletar-  qul  olduğu  «sosializ-
min» qələbə çaldığı ölkədə müşayət olunmur. 
4.  Kommunizm  dünya  proletar  inqilabı  haqqında  mülahi-
zədir.  Dünya  proletar  inqilabı  ideyasının    dağılması    kommu-
nizmin tamamilə məhvidir, çünki kommunizm üçün əsas yalnız 
dünya proletar inqilabıdır. Lakin o demək olar ki, nəzəriyyənin 
yarandığı gündən bütün əsr boyu baş vermədi, xüsusilə də SSRİ 
mövcudluğunun  axır  on  illiklərində  dünyəvi  proletar  inqilabı 
üflənmişdir.  
5. Kommunizm nəzəriyyəsi hələ Rusiyadakı inqilaba qədər 
həyat  tərəfindən  təkzib  edilmişdir.  Lenin  hakimiyyəti  alaraq 
onu  yalnız  NEP  (Yeni  İqtisadi  siyasət-N.Y)  yolu  ilə  əldə  sax-
laya  bilmişdi,  yəni  tamamilə  kommunizmdən  imtina  etmək 
yolu ilə  etmişdi. Dünya  proletar inqilabının partlaması baş tut-
mayanda  (çünki  avropa  xalqlarının  yüksək  inkişaf  etmiş  milli 


Azərbaycan  mühacirət irsi 
 
 
109 
hissləri  buna  yol  vermədi,  Türkiyədəki  milli-azadlıq  hərəkatı 
isə  milli  inqilabla  sona  çatdı),  Lenin  partiyadakı  ideoloji  ayrı-
lığa son qoymaq və dünya qarşısında sovet hakimiyyətini möv-
cud olmasının qanuniliyini təsdiq etmək üçün «bir ölkədə sosia-
lizmin  qurulmasının  mümkünlüyü  haqqında»  nəzəriyyə  irəli 
sürdü.Əlbəttə, NEP kimi bu nəzəriyyənin də kommunizmlə heç 
bir  əlaqəsi  yoxdur.  Yenə  də  kommunizmdən  uzaqlaşma  bolşe-
vikləri hakimiyyətdə saxladı. Nəhayət, 1941-1942-ci illərin mü-
haribə  dəhşətindən  sonra,  milyonlarla  qurbanlardan  və  qan 
axınlarından sonra Stalin müvəqqəti marksizmin beynəlmiləlçi 
ideyasından  imtina  etdi,  Kominterni  ləğv  etdi  və  ilk  «pansla-
vist»,  «alovlu rus vətənpərvəri»,  «pravoslav rus kilsəsinin sita-
yişkarı» oldu, çar rütbələri və vəzifələri tətbiq etdi. Beynəlmi-
ləlçilikdən rus milliyətçiliyinə keçid bolşevik hakimiyyətini qa-
çılmaz  məhvdən  xilas  etdi.  Bütün  bunlar  kommunizmin  nəzə-
riyyə kimi  ölü olduğunu göstərir. Kommunizm- yaradıcı nəzə-
riyyə  yox,  dağıdıcı  tənqiddir.  Kommunizm–həyat  üzərində  zo-
rakılıqdır. 
6.  Beləliklə,  kommunizmin  ilk  növbədə  çoxsaylı  prole-
tariatı  olan,  yüksək  inkişaf  etmiş  kapitalist  sistemli  ölkədə  qə-
ləbə çalması doğru çıxmadı. Aydın oldu ki, kommunizm ölkə-
nin  yüksək  inkişaf  etmiş  sənayesi  və  mədəniyyətinin  olmasın-
dan  və  yaxud  əksinə,  aqrar,  köhnə  istehsal  üsüllu  olmasından 
asılı olmayaraq xalqın milli dəyərlərini itirdiyi bir ölkədə qələ-
bə çala bilər. Kommunizmin məhz Rusiyada qələbə çalması bu-
nunla izah olunur.  Çünki bolşeviklər rusların milli iftixarlarını 
zəiflədə və hakimiyyəti  ələ ala bildilər. Digər bir tərəfdən isə, 
kommunizmin digər ölkələrdə məğlub olmasını elə bununla da 
izah  etmək  olar,  yəni  –dünyanın  elə  bir  yeri  yoxdur  ki,  orada 
xalqın  tamamilə  öz  milli  iftixarını  itirdiyi  ölkəyə  rast  gələsən. 
Deməli, «sosializmə» qələbə çalmış ölkələrin güclü silahlı mü-
daxiləsi olmadan heç bir ölkədə kommunist inqilabı gözləməyə 
dəyməz. Lenin özü də bunu yaxşı bilirdi və anlayırdı və o bil-
dirmişdir  ki,  «vaxt  gələcək  biz  o  qədər  möhkəmlənəcəyik  ki, 


Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə