Azərbaycan mühacirət irsi 1


Azərbaycan  mühacirət irsi



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə60/70
tarix28.06.2018
ölçüsü2,04 Mb.
#52104
1   ...   56   57   58   59   60   61   62   63   ...   70

Azərbaycan  mühacirət irsi 
 
 
188 
da  anlatmalıyıq”  –  dedim.  Sözlərim  oradakıların  heç  birinin 
xoşuna gəlməmişdi. Hələ Ellen komitəsinin rəisi Nikola əfəndi 
çox  hiddətli  bir  şəkildə  çıxış  etdi  və  mənə:  “Əfəndi,  Osmanlı 
dövləti  və  ordusu  ilə  əlaqə  saxlamağa  səlahiyyətimiz  yoxdur. 
Biz ancaq Tiflis “Krayevoysiyez”in istədiyi raportu verməliyik. 
Hələlik siz sabaha qədər istirahət edin. Sabah sizə rum kənd və 
kəndlilərinin  halını  göstərəcəyik”  –  dedi.  Nikola  əfəndinin 
çıxışından  sonra  iclas  bitdi.  Biz  içəridə  4  nəfər  qaldıq:  Mot-
ropolit, Hüsaməddin bəy və mən. Mitropolit ruma tərəf dönərək 
bizim  istirahətimizin  təmini  ilə  məşğul  olmasını  və  ertəsi  gün 
səhər tezdən də bizimlə birgə olmasını tapşırdı. Rumun bayıra 
çıxmasından sonra Mitropolit bizə: “Əfəndilər, mən Almaniya-
da  təhsil  aldım.  Həm  almanların,  həm  də  türklərin  dostuyam. 
Eyni  zamanda  türk  orduları  komandanı  Vəhip  Paşa  ilə  də  xoş 
münasibətdəyəm.  Dünən  ondan  bir  məktub  aldım.  Rusların 
qoyub  getdikləri  ərzaq  və  sairlərin  mühafizə  edilməsini  xahiş 
edir.  Ancaq  siyasi  vəziyyət  bambaşqadır.  Erməni  mücahidi 
Tqranyan buraya 400 nəfər dəstəsi ilə gələrək bizim rum gənc-
ləri  ilə  anlaşaraq  Trabzon  ətrafındakı  bütün  Türk  kəndlərini 
dağıdıb, bütün xalqını da məhv etmək istəyirlər. Onlar bununla 
da mərkəzi Trabzon olan rumların Pontus hökuməti qurmalarını 
təmin  edəcəklər.  Bu  səbəbləri  də  sizin  Osmanlı  hökuməti  ilə 
əlaqə  yaratma  və  nümayəndə  heyəti  göndərmə  təklifiniz  xoş 
qarşılandı”.  Mitropolit  daha  sonra  Vəhip  Paşanın  göndərmiş 
olduğu  məktubu  bizə  göndərdi.  Məktubu  oxuyan  Hüsaməddin 
bəy Vəhip Paşanı tanıdığını, hələ hərbi məktəbdə müdir olduğu 
zaman  ona  yavərlik  etdiyini  söylədi.  Bundan  sonra  biz  mit-
ropolitə “Sabah vəzifəmizi yerinə yetirəcəyik, ancaq sonra geri 
qayıtmayacağıq. Əslində Türkiyəyə getmək istəyirik” – dedi və 
bizə  kömək  etməyi  xahiş  etdik.  Ayrıca  olaraq  İstanbulda 
Osmanlı  hökumətinə  onun  Türkləri  himayə  etdiyini  və  bizə 
yardım  göstərdiyini  söyləyəcəyimizi  də  bildirdik.  Daha  sonra 
mitropolitlə  vidalaşaraq  ayrıldıq.  Gecə  saat  10-da  qaranlıq  və 
tənha Trabzon küçələrində addımlayırıq. 


Azərbaycan  mühacirət irsi 
 
 
189 
Trabzonda  bizdən  əvvəl  Batumdan  gəlmiş  mühərrir  Ömər 
Faiq bəylə görüşdük. Daha sonra nahiyyə müdiri vasitəsi ilə bir 
motorlu  qayıq  istədik.  Qiresun  valisi  motorlu  qayığın  sabah 
səhər  Tireboluda  olacağını  bildirdi.  O  gecəni  Tireboluda 
keçirdik.  Ertəsi  gün  səhər  tezdən  qalxaraq  hazırlaşdıq.  Ömər 
Faiq,  mən  və  Hüsaməddin  bəy  Tirebolu  limanına  endik  və 
motorlu  qayığı  gözləməyə  başladıq.  Hər  üçümüz  də  sevinc 
içində gah söhbət edir, gah da dərin düşüncələrə qərq olurduq. 
Bir ara mən yuxulu kimi öz-özümlə danışmağa başladım: Əgər 
Türkiyənin  yardımını  almağa  müvəffəq  olsaq,  istiqlalımızı 
elan  edər  və  müstəqil  olarıq.  Beləliklə,  dünyada  ikinci  bir 
Türkiyə yaranmış olar”. Mən hələ sözlərimi bitirməmiş Ömər 
Faiq bomba kimi partladı: “Sən nə söyləyirsən? Sarıqamışda on 
minlərlə şəhid verən Türkiyə Qafqazı işğal etməyincə sizə necə 
istiqlal verəcək, hə”. O, belə bağırır, həm də məni hədələyirdi: 
“Sən  Osmanlı  dövlətinin  rəhbərləri  ilə  görüşəcək  və  fikrini 
anladacaqsan ha. Sən zindanlarda çürüyəcəksən”. Bu sözlərdən 
sonra Ömər Faiq çıxıb getdi. Bu hadisədən üzülən Hüsaməddin 
bəy mənə: “Mən hökumətin İstiqlal haqqındakı fikrini bilirəm. 
Ancaq sən Azərbaycan ziyalılarının fikrini söyləyirsən. Bu fikir 
və  istək  yalnız  sənə  aid  deyil  ki.  Mən  də  hökumətə  raport 
verəcəyəm  və  Azərbaycanda  görüşdüyüm  bütün  ziyalıların 
hamısının eyni fikirdə olduqlarını raportumda göstərəcəyəm” – 
dedi.  Bir  neçə  saat  sonra  Ömər  Faiq  qəsəbədən  qayıtdı  və 
yanımıza  gəldi.  Ancaq  danışmırdıq.  Bu  zaman  uzaqdan 
motorun  səsini  eşitdik.  Bir  az  sonra  motorlu  qayıq  gələrək 
körpüyə yanaşdı və bizi götürdü. Motorlu qayıqda Ömər Faiqlə 
üzbəüz  oturduq.  Qiresuna  çatarkən  hökumət  nümayəndələri, 
xalq və məktəb tələbələri bizi qarşıladılar. Qiresunun Bələdiyyə 
rəisi  də  bizə  bir  ziyafət  verdi.  Ertəsi  gün  hazırladıqları  atlarla 
yola  çıxdıq  və  at  belində  keçən  bir  neçə  günlük  yolçuluqdan 
sonra  da  Qafqaz  cəbhəsi  gərargahının  yerləşdiyi  Suşəhərinə 
yaxınlaşdıq.  Onlarla  birlikdə  ordu  qərargahına  gəldik.  Bu 
zaman mənim sevincimin həddi-hüdudu yox idi. Birnəfəsə ordu 


Azərbaycan  mühacirət irsi 
 
 
190 
komandanına söyləyəcəklərimi düşünürdüm. İlk öncə Qafqazda 
rus  ordu  qüvvələrinin,  rus  çar  idarə-üsulunun  qalmadığını  bil-
dirəcəyəm.  Nə  qədər  məmnun  olacaqlarını  düşündükcə 
sevincim bir neçə qat da artırdı. Nəhayət ,növbə ordu koman-
danı  Vəhip  Paşa  ilə  görüşəcəyimizə  gəldi.  Paşanın  duruşu, 
baxışı, çevikliyi, əzəməti və ədası məni məftun edirdi. Vəhip 
Paşa  danışmağa  başladı.  O,  danışır,  mən  dinləyirdim.  Ancaq 
dinlədikcə  də  sevincim  yox  olur  və  qulaqlarıma  inanmırdım. 
Kefimin pozulmasına əhəmiyyət vermirəm.  Həyatımda kim bu 
sözləri  mənə  söyləməyə  cəsarət  edə  bilərdi.  Əziz  oxucularım, 
anladanda  siz  də  təəccüblənəcəksiniz.  Vəhip  Paşa:  “Mən  bir 
neçə  ildir  Qafqaz  cəbhəsi  komandanıyam.  Qafqazlıları 
tədqiq  edib  öyrəndim.  Siz  qafqazlılar  da,  biz  albaniyalılar 
kimi təmizliyi sevirsiniz. Bu pis Türk nəfərlərini həm də bu 
görkəmdə Qafqaza göndərə bilmərəm” – deyir. Məni elə bil 
ildırım vurdu. Heç bir cavab vermədim. Alban – bu söz mənə o 
qədər də yad deyil. Ancaq yer üzündə alban deyilən bir millətin 
varlığından  xəbərdar  deyiləm.  Çünki  rus  məktəbində 
oxumuşdum.  Osmanlı tarixi  də  qısa  olaraq  keçilirdi.  Kiçik  bir 
millət  olan  albanlardan  isə  bəhs  olunmamışdı.  Ancaq  Balkan 
müharibəsini izlədiyimdən müharibə əsnasında İşkodrada Əsəd 
Paşa adlı bir diviziya komandiri olan albanın Osmanlı dövlətinə 
qarşı üsyan etdiyini rus qəzetlərində oxumuşdum.  
Mən  Vəhip Paşa ilə görüşərkən Ömər Faiq də yanımda idi. 
Vəhip  Paşa  Hüsaməddin  bəylə  ayrıca  görüşmüşdü.  Ertəsi  gün 
hərəkət  edəcəyimiz  zaman  Hüsaməddin  bəyin  Paşa  tərəfindən 
saxlanıldığını  öyrəndik.  Hüsaməddin  bəylə  bir  xeyli  müddət 
görüşə  bilmədik.  Görüşərkən  bir-birimizə  sarılaraq  öpüşdük. 
Hüsaməddin bəyə dərdimi danışmaq üçün fürsət tapa bilmədim. 
Ömər  Faiqlə  isə  danışmırdıq.  Ancaq  hərəkətlərindən  onun  da 
bu işə mənim qədər sıxıldığını anlayırdım. Vəhip Paşa Baş ko-
mandan  olan  Ənvər  Paşadan  bizi  bir  an  əvvəl  İstanbula  yola 
salmaq əmri almışdı. Bizi  araba ilə Sivasa, oradan da  avtomo-
billə Uluqışlaya qatara çatdırdılar. Yol uzunu biz iki yolçu bir-


Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə