Azərbaycan mühacirət irsi
116
hələr məhv edildi; hər şey və hamı dəhşətlə Şərqə doğru hə-
rəkət edirdi. Hakimiyyət dairələrində çaşqınlıq yaranmışdı.
Hətta belə vəziyyətdə sovetlərin arxasında heç bir çaxnaşma
və ya kiçik bir coşğunluq yox idi. Bəs onda niyə indi hər
hansısa bir coşğunluğu gözləyəsən? Bəzi mühacir dairələrin
SSRİ-də güclü gizli təşkilatlarının olması və bir neçə yüz
milyonlarla dollara onların bolşevizmi dağıda bilməsi haq-
qındakı hər cür danışıqlarına pul almağa çalışan ac mühacir-
lərin fırıldaqçılığı kimi baxmaq lazımdır. Lakin onlar
Kremllə yanaşı azad dünyanı da arxayın etməklə zərər verir-
lər.
Stalinin ölümündən sonra inqilabın başlamasını və ya bolşe-
vizmin dağılmasını düşünmək də ağılsızlıqdır. Lloyd Corc bolşe-
vizmə həyat verərək onun tamamilə dəyişməsinə ümüd edirdi.
Onda Lloyd Corcun bu cürə fikirləşməsinə əsas var idi, çünki
bolşevizm zəif idi və Rusiyada bolşeviklərin sayı 200 000 adam-
dan çox deyildi, digər ölkələr isə kommunizm xəstəliyinə tutul-
mamışdı. İndi isə bolşevizmin 34 illik hökümranlığından sonra
SSRİ-nin Yer kürəsinin ¼ hissəsinə hökümranlıq etdiyi, Kremlin
ilk çağırışından qanlarını tökməyə hazır olan həmvətənlilərin
mövcudluğu və bütün ölkələrdə güclü Kommunist partiyanın ol-
duğu bir vaxtda nəyə görə bolşevizm dağılmalı və ya tamamilə
dəyişməlidir?
Leninin vəfatından sonra partiyanın daxilində müxalifət ya-
randı, çünki Leninin Stalindən xeyli yüksəkdə duran silahdaşları
sağ idilər, indi isə bir insanın hökmranlığına öyrəşmiş Siyasi
büro və MK mövcuddur. Stalinin vəfatından sonra hakimiyyət
onun varisinə keçəcək və bu halda hətta kiçik müxalifəti gözlə-
məyə dəyməz.
Stalini əvəz etmiş insan heç vaxt xalqın tərəddüd işində bu
qədər Siyasi büroya xidmət göstərmiş kommunizmdən imtina et-
məyəcək. Axı Torezanı, Tolyattini düşmənin arxasında gizlən-
miş kommunist partiyaları ilə saxlamaq. üç-dörd artıq sovet divi-
ziyasını saxlamaqdan xeyli ucuzdur. Bolşevik rəhbərləri də yaxşı