Azərbaycan mühacirət irsi 1


Azərbaycan  mühacirət irsi



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə61/70
tarix28.06.2018
ölçüsü2,04 Mb.
#52104
1   ...   57   58   59   60   61   62   63   64   ...   70

Azərbaycan  mühacirət irsi 
 
 
191 
birimizə  nifrət  edirdik.  İki  küsmüş  məmur  kimi  rəsmi 
danışırdıq.  Ancaq  hər  ikimiz  də  bizimlə  təmasda  olanlara  bu 
incikliyimizi  hiss  etdirmirdik.  Qatarlar  kömür  olmadığından 
odunla  işləyirdi.  Bu  da  onların  sürətinin  zəif    olmasına  səbəb 
olurdu. 
Uluqışlaqdan  Konyaya  getdik.  Konya  stansiyasında  bizi 
vali  və  “İttihad  və  Tərəqqi”nin  məşhur  şəxslərindən  olan 
Müammar bəy qarşıladı. Bizi şəhərə apararaq gəzdirdilər. Həz-
rəti  Mövlananı  ziyarət  etdik.  Məktəbləri  dolaşdıq.  Bələdiyyə 
rəisi  bizə  bir  ziyafət  verdi.  Daha  sonra  bizi  stansiyaya  qədər 
ötürdülər. 
Konyadan qatarla Karahısara gəldik. Qatar dayandı, günəşli 
bir gün idi. Karahısar şəhərinin mənzərəsi  məni  çox cəlb  etdi. 
Yolumuza davam edərək, şəklini gördüyümüz, özünün həsrətini 
çəkdiyimiz  İstanbula  –  Heydər  Paşa  stansiyasına  gəldik.  Mən 
İstanbulu  ilk  dəfə  görürdüm.  Ömər  Faiq  isə  İstanbulda  olmuş 
və  hər  tərəfini  yaxşı  tanıyırdı.  Qatar  dayandı.  Ömər  Faiq  və 
mən qatardan düşüb körpüyə endik. O, ildırım sürəti ilə iki bilet 
aldı  və  gəmiyə  mindi  və  o  biri  tərəfə  keçib  körpüyə  çıxdıq. 
Sonra bir faytona minərək “Meserret” mehmanxanasına gəldik. 
Kiçik  əl  çantalarımızı  mehmanxanada  qoyaraq  bazara  getdik. 
Mehmanxanaya  gələndə  artıq  bizi  ümumi  işlər  müdirinin 
müavini  Əsəd  bəy  (sabiq  Amasiya  vəkili)  gözləyirdi.  O,  bizə 
“Əfəndim, biz Sizi  paşada qarşılamağa  getdik, ancaq sizi  tapa 
bilmədik.  Bu  mehmanxanada  olduğunuzu  öyrənərək  dalınızca 
gəldik.  Sizin  üçün  “Para  Palass”  mehmanxanasında  otaq 
hazırlanmışdır,  oraya  gedəcəyik”  –  dedi.  Onunla  birgə  “Para 
Palass”    mehmanxanasına  getdik.  Əsəd  bəy  bizə,  axşam  saat 
beşdə  bizi  Babi  Alidə  Baş  nazir  həzrətləri  ilə  görüşdürmək 
üçün gəlib aparacağını söylədi və getdi. Saat hələ iki idi. Ömər 
Faiqlə danışmadığımdan bizə ayrılan otaqda dərin düşüncələrə 
dalıram: “Demək saat beşdə Tələt Paşa ilə görüşərək vəzifəmi 
yerinə yetirəcəyəm. Mənim üçün heç bir maneə yox idi”. Ömər 
Faiq qəzet oxuyurdu. Saat dördün yarısı. Vaxt yaxınlaşır. Mən 


Azərbaycan  mühacirət irsi 
 
 
192 
yerimdən  qalxaraq  Ömər  Faiq  bəyə  yaxınlaşıb:  “Faiq  bəy,  bir 
az  sonra  sizinlə  birlikdə  Osmanlı  dövlətinin    baş  naziri  ilə 
görüşməyə  gedəcəyik.  Bilirsiniz  ki,  sizin  vətəniniz  Axıskadır. 
Sizinlə bizim aramızda Gürcüstan vardır. Gərək Gürcüstandan 
o  tərəfə  keçməyəsiniz.  Ora  Azərbaycandır  və  sizin  ölkənizlə 
heç  bir  əlaqəsi  yoxdur.  Ora  haqqında  söz  söyləmək  yalnız 
mənim səlahiyyətim daxilindədir. Bir-birimizi  başa düşməmə-
yimizə  burada  son  qoyaq.  Mənim  söyləyəcəyim  sözlərin 
məsuliyyəti  mənə  aiddir”  –  deyirəm.  Ömər  Faiq  bu  sözlərimə 
heç  bir  cavab  vermir.  Daha  sonra  Əsəd  bəylə  birlikdə  Babi 
Aliyə  gəlirik  və  düz  saat  beşdə  də  Tələt  Paşanın  kabinetinə 
giririk.  Sevincim  və  həyəcanım  bir-birinə  qarışmışdı. 
Kabinet böyük bir otaqdan ibarətdir. Baş tərəfdə böyük bir 
masa vardı. Tələt Paşa masanın arxasında oturmuşdu. Sağ 
tərəfində  Ənvər  Paşa,  sol  tərəfində  isə  Xəlil  bəy  (Məntəşə) 
oturmuşdu. Masanın qabağında iki boş stul var idi. Biz ma-
saya  yaxınlaşıb  görüşür  və  otururuq.  Mən  etimadnaməni 
çıxarıb Tələt Paşaya verdim. Aldı oxudu və möhürdəki ay-
ulduzun  gözəlliyindən çox  məmnun  qalaraq  etimadnaməni 
Ənvər  Paşaya  və  Xəlil  bəyə  göstərərək  “möhürdəki  ay-
ulduzun  gözəlliyinə  baxın”  –  dedi.  Mən  sözə  başladım. 
“Əziz paşalarım, Azərbaycan xalqı 100 ildir rus hakimiyyə-
tinin zülmü altında inləməkdə idi. Qafqaz Rusiya tərəfindən 
işğal olunarkən səkkiz xanlığın xalqı olan Azərilər, yəni dini 
bir,  adət  və  ənənələri  bir  olan  millətimiz  Türk  millətidir. 
Millətimiz  rus  hakimiyyətinə  qarşı  gecəli-gündüzlü  hər  fə-
dakarlığa  qatlaşaraq  çalışdı.  Bu  çalışmanın  rus  çarlığının 
devrilməsində  böyük  rolu  olmuşdur.  Qafqazda  başsız  qalan 
rus  ordusu  pərişan  halda  idi.  Millətimizin  silahlı  qüvvələrinin  
hücumuna,  təzyiqinə  dözə  bilmədilər.  Onlar  az  bir  vaxtda  
silahlarını  ataraq  çəkildilər.  Azərbaycanın  hər  tərəfində  xalqı 
idarə  edə  biləcək  milli  komitələr  quruldu.  Artıq  anarxiyadan 
heç bir əsər-əlamət qalmadı. Ancaq bu gün üçün yaxşı olan bu 
vəziyyət sabah təhlükəlidir. İqtisadiyyatımız, ictimai vəziyyəti-


Azərbaycan  mühacirət irsi 
 
 
193 
miz, imanımız, mədəniyyətimiz hər sahədə rus millətindən qat-
qat üstün olduğu halda Azəri türklərinin istiqbalı qaranlıq görü-
nür.  Müstəqil  yaşamağa  öyrənmiş  millətimizin  böyük  bir 
nöqsanı  vardır.  Xalqımızın  vaxtı  ilə  hərbi  təlim  və  tərbiyədən 
məhrum  edilməsi  və  rus  çarı  Dəli  Pyotrun  vəsiyyətnaməsi 
gərəyincə  İran  və  Türkiyə,  Rusiya  himayəsi  və  nüfuzu  altına 
keçmədən Qafqazdan əsgər alınmasını əmr etməsi bu əksikliyi 
doğurmuşdur.  Azərbaycan  xalqı  sizdən  yardım  gözləyir.  Siz 
qardaş  əlinizi  bizə  uzadaraq  yardım  edin.  Müstəqil  olaq.  Siz 
bizi  çəkib  özümüzə  qatmaq  istəsəniz,  biz  buna  razı  ola  bil-
mərik.  (Bu  zaman  mərhum  Tələt  Paşa  salondakılara  “baxın 
ilhamı  nə  gözəl  Türkcə  anladır”  –  dedi).  Bizə  böyük  hərbi 
qüvvə  göndərməyin.  Bizə  hərbi  mütəxəssis  və  çavuş  kadrları 
göndərin.  Bizdə  az  bir  zamanda  böyük  hərbi  qüvvə  qurmağın 
imkanı  vardır.  Türk  olduğumuz  üçün  istənilən  qüvvə  qarşı-
mızda mövcuddur. Xalqımızın milli qüvvətinə güvənərək az bir 
zamanda rusları torpağımızdan təmizləyib ata bildik. “Mən sö-
zümü bitirmişdim. Tələt Paşa Xəlil bəyə baxaraq “Afərin Xəlil 
bəy” – dedi və bizə tərəf dönərək “Əfəndim, dünən firqə mər-
kəzində  bu  məsələni  müzakirə  edirdim.  Xəlil  bəy  nəyin  baha-
sına  olursa-olsun  hər  fədakarlığa  qatlaşıb,  Qafqazda  bir  İslam 
dövləti  qurmamız  fikrini  müdafiə  edirdi.  (Mən  dərhal  sözə 
qarışdım:  Bəli,  biz  islamıq,  ancaq  Türk  olduğumuzdan  Milli 
Türk  hökuməti  qurulmasını  düşünürük  və  istəyirik”  –  dedim). 
Bu vəziyyətdə çox məmnun olduq və “inşallah edəcəyik” – de-
dik. 
Danışdıqlarımızın rəsmi hissəsi bitmişdi. Mən Birinci Dün-
ya  müharibəsinin  ilk illərində  rus mətbuatının  “Osmanlı döv-
lətinə  ən ağır zərbəni  ingilis  ordusundakı  müsəlmanlar, xüsu-
silə  də  ərəblər  vurur”  –  deyə  yazdığını  söylədim  və  “Bu  gün 
qardaşlarımızın  içində  Türk  Məhmətciyini  nişan  olaraq  canına 
qıyan bir kəs varmı?” – deyə soruşdum. Bu suala Tələt Paşa be-
lə cavab verdi: “Mən ərəblərin millətçi liderləri ilə bu məsələni 
müzakirə  etdim  və  onları  ərəb  millətinin  ingilislər  tərəfində 


Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə