Azərbaycan mühacirət irsi 1


Azərbaycan  mühacirət irsi



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə37/70
tarix28.06.2018
ölçüsü2,04 Mb.
#52104
1   ...   33   34   35   36   37   38   39   40   ...   70

Azərbaycan  mühacirət irsi 
 
 
116 
hələr məhv edildi; hər şey və hamı dəhşətlə Şərqə doğru hə-
rəkət  edirdi.  Hakimiyyət  dairələrində  çaşqınlıq  yaranmışdı. 
Hətta belə  vəziyyətdə sovetlərin arxasında heç bir çaxnaşma 
və  ya  kiçik  bir  coşğunluq  yox  idi.  Bəs  onda  niyə  indi  hər 
hansısa bir coşğunluğu gözləyəsən? Bəzi mühacir  dairələrin 
SSRİ-də  güclü  gizli  təşkilatlarının  olması  və  bir  neçə  yüz 
milyonlarla  dollara  onların  bolşevizmi  dağıda  bilməsi  haq-
qındakı hər cür danışıqlarına pul almağa çalışan ac mühacir-
lərin    fırıldaqçılığı  kimi  baxmaq  lazımdır.  Lakin  onlar 
Kremllə yanaşı azad dünyanı da arxayın etməklə zərər verir-
lər. 
Stalinin ölümündən sonra inqilabın başlamasını və ya bolşe-
vizmin dağılmasını düşünmək də ağılsızlıqdır. Lloyd Corc bolşe-
vizmə  həyat  verərək  onun  tamamilə  dəyişməsinə  ümüd  edirdi. 
Onda  Lloyd  Corcun  bu  cürə  fikirləşməsinə  əsas  var  idi,  çünki 
bolşevizm zəif idi və Rusiyada bolşeviklərin sayı 200 000 adam-
dan  çox deyildi, digər ölkələr isə kommunizm xəstəliyinə tutul-
mamışdı. İndi isə bolşevizmin 34 illik  hökümranlığından  sonra  
SSRİ-nin Yer kürəsinin ¼ hissəsinə hökümranlıq etdiyi, Kremlin 
ilk  çağırışından  qanlarını  tökməyə  hazır  olan  həmvətənlilərin 
mövcudluğu və bütün ölkələrdə güclü Kommunist partiyanın ol-
duğu bir vaxtda nəyə görə  bolşevizm dağılmalı və ya tamamilə 
dəyişməlidir? 
Leninin vəfatından sonra partiyanın daxilində müxalifət ya-
randı, çünki Leninin Stalindən xeyli yüksəkdə duran silahdaşları 
sağ  idilər,  indi  isə  bir  insanın  hökmranlığına  öyrəşmiş  Siyasi 
büro  və  MK  mövcuddur.  Stalinin  vəfatından  sonra  hakimiyyət 
onun  varisinə keçəcək  və  bu  halda  hətta  kiçik  müxalifəti gözlə-
məyə dəyməz. 
Stalini əvəz etmiş insan heç vaxt xalqın tərəddüd işində bu 
qədər Siyasi büroya xidmət göstərmiş kommunizmdən imtina et-
məyəcək.  Axı  Torezanı,  Tolyattini  düşmənin  arxasında  gizlən-
miş kommunist partiyaları ilə saxlamaq. üç-dörd artıq sovet divi-
ziyasını saxlamaqdan xeyli ucuzdur. Bolşevik rəhbərləri də yaxşı 


Azərbaycan  mühacirət irsi 
 
 
117 
bilirlər ki, totalitarizmdən kiçik bir uzaqlaşma onların öz məğlu-
biyyəti ilə qurtaracaq. 
Qətiyyətlə etiraf etmək lazımdır ki, sovet əsarətindəki xalqla-
rın  rejimdən  narazılığı  sərhədsizdir.  Bu  narazılıq  30  ilə  yaxındır 
davam edir və heç cür inqilaba çevrilmir.  
Bu  narazılıq  yalnız  sovet  əsarətində  olan  xalqların  Azad 
Dünyanın iki dünyanın birgə mövcudluğuna inanmadığını bildiyi 
halda inqilabi vəziyyətə çevrilər, deməli Azad Dünya sovet əsa-
rətində  olan  xalqların  qul  vəziyyəti  ilə  barışmır.  Buradan  Azad 
Dünya ideyaya malikdir və onu həyata keçirmək üçün mücadilə 
aparır. Bu Vahid Azad Dünya ideyasıdır və bütün sovet əsarətin-
dəki  xalqlar bu ad altında olacaqlar. 
 Beləliklə,  Vahid  Azad  Dünya  uğrunda  güclü  hərəkatsız 
azad ölkələrdə kommunizmə qələbə çalmaq və SSRİ-nin daxilin-
də inqilabi vəziyyət yaratmaq olmaz. Bütün azad ölkələrdə məq-
sədi eyni olan çoxsaylı, antikommunist təşkilatları nəzərə alsaq, 
Vahid Azad Dünya uğrunda bu hərəkatı asanlıqla yaratmaq olar. 
Yalnız  onların  səylərini  əlaqələndirmək  lazımdır  və  onları  ide-
yanı əks etdirən və  Vahid Azad Dünya uğrunda hərəkatın proq-
ramını müəyyən edən ümumi manifestlə birləşdirmək lazımdır. 
 Amerika  Komitəsinin  köməyi  ilə  bütün  rus  və  qeyri-rus 
mühacirləri birləşdirən,  sovet əsarətində olan  mühacir xalqları 
azad edən Liqa yarandıqda, o da Vahid Azad Dünya Hərəkatına 
qoşulacaq.  
Bu hərəkatın həqiqiliyi həm də onunla yüksəlir ki, onu haki-
miyyət  yaratmayıb,  azad  ölkələrin  zəhmetkeşlərinin  ictimai  təş-
kilatları ilə  yaranıb. (alimlər, publisistlər, fəhlələr, fermerlər, sə-
nayeçilər və.s). Elə bu da SSRİ-yə qarşı  əsl psixoloji müharibə 
olacaq. 
SSRİ-yə qarşı psixoloji müharibələrin digər  növləri iqti-
sadi tədbirlər, Marşalın planı, Trumenın doktrinası, qərb öl-
kələrinin birgə diplomatik fəaliyyəti, Atlantik pakt və s. idi. 
Yenə  də  SSRİ-i  üçün  məhvedici  psixoloji  müharibə  Vahid 
Dünya  uğrunda  Müharibə  olacaq  və  onun  özəyi  Amerika 


Azərbaycan  mühacirət irsi 
 
 
118 
Komitəsi ilə əməkdaşlıq edən, Sovet əsarətində olan Xalqları 
Azad edən Liqadır.  
«Azərbaycan» jurnalı, Münhen,  
1952-ci il avqust, № 4 
 
 
 
SOVET–FİN  HƏRBİ 
 
(Sovet–Fin hərbi  bitməsinin 3-cü ildönümü) 
 
İLK HƏFTƏ 
 
 
Ən mühüm Vıborq istiqaməti sayılırdı. Bütün gözlər 7-
ci orduya dikilmişdi. Mərkəzdən göndərilmiş yüzlərlə müfəttiş-
lər, nə ordu kapitanı Yakovlevi, nə də qərargah rəisi Qordov ilə 
başqa  qərargah  zabitlərinə  işləməyə  imkan  vermirdilər.  Müha-
ribə  başlamamışdan  bir  həftə  əvvəl  Qızıl  ordunun  siyasi  idarə 
müdiri  Mexlis  gəldi.  Bütün  qərargah  zabitlərini,  şöbə müdirlə-
rini  topladı  və  dedi:“Almaniya  33  milyon  əhalisi  olan  Polşanı 
18 gündə məğlub etdi. Biz kiçik, 3 milyon, 800 min əhalisi olan 
Finlandiyanı  bir  həftəyə  məğlub  etməliyik  ki,  bütün  Avropa 
qarşımızda baş əysin.” 
Vıborqun iki həftəyə zəbt olunacağını proqnozlaşdıran qə-
rargahın döyüş  planına uzun müddət hamı güldü. Lakin finlə-
rin gözqamaşdırıcı, qəhrəman müqaviməti rusların ildırımsürət-
li qələbə haqqında bütün xəyallarını puç etdi. 
Müharibənin  birinci  həftəsinin  sonunda  ordu  kapitanı 
Yakovlev,  qərargah  rəisi  Qordov  və  operativ  şöbənin  müdiri 
Malinin Finlandiyanı istila etmək planını vaxtında yerinə yetir-
mədikləri üçün vəzifələrindən çıxarıldılar. 7-ci ordu komandir-
liyi  Meretskov,  qərargah  rəisiliyinə  İsserson,  hərbi  hissə 
komandanlığına Jdanov və başqaları təyin edildilər. 


Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə