Azərbaycan multikulturaliZMİ FƏNNİNİn predmeti, metodlari, funksiyalari və



Yüklə 0,53 Mb.
səhifə1/5
tarix25.02.2022
ölçüsü0,53 Mb.
#84116
  1   2   3   4   5
M hazir Ö 1-1



MÜHAZİRƏ 1

AZƏRBAYCAN MULTİKULTURALİZMİ FƏNNİNİN

PREDMETİ, METODLARI, FUNKSİYALARI VƏ

ƏHƏMİYYƏTİ


PLAN

  1. Multikulturalizmin mahiyyəti

  2. Multikulturalizm etnik-mədəni müxtəlifliklərin tənzimlənməsinin siyasət modeli kimi

  3. “Azərbaycan multikulturalizmi" fənninin predmeti

  4. “Azərbaycan multikulturalizmi" fənninin metodları

  1. “Azərbaycan multikulturalizmi" fənninin əsas funksiyalarıvə əhəmiyyətI

  2. “Azərbaycan multikulturalizmi"– interdissiplinarfənn kimi

ƏDƏBİYYAT




  1. İlham Əliyev. İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində iştirak edib. http://azertag.az/xeber/Azerbaycan_Prezidenti_Ilham_Aliyev_muqeddes_Ramazan_ayi_munasibetile_iftar_merasi minde_istirak_edib-870733

  2. İlham Əliyev. Bakıda Heydər məscidinin açılışında İlham Əliyevin nitqi, http://www.president.az/articles/13981

  3. İlham Əliyev. İlham Əliyev “Rossiya-24” informasiya telekanalına müsahibə verib. 28 noyabr 2014-cü il. http://president.az/mobile/articles/13559

  4. İlham Əliyev. Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun rəsmi açılışında iştirak edib. http://www.yap.org.az/az/view/news/12931/prezident-ilham- eliyev-bizim-uchun-multikulturalizm-dovlet-siyasetidir.

  5. İlham Əliyev. Prezident İlham Əliyev IV Ümumdünya Mədəniy- yətlərarası Dialoq Forumunun rəsmi açılışında iştirak edib. 5 may 2017-ci il. http://azertag.az/xeber/1057274

  6. Abdullayev K.M. Ulu Öndər Azərbaycan multikulturalizmin siyasi banisi kimi. Azərbaycan qəzeti, 23.07.2014

  7. Abdullayev K.M. Azərbaycanınmüstəqilliyi illərində multikulturalizm və tolerantlıq. Müstəqillik yollarında 25. Bakı, 2016, ss.504-517

  8. Nəcəfov E.Ə. Multikulturalizmin mahiyyətinə dair. Dövlət İdarəçiliyi. Nəzəriyyə və təcrübə, Jurnal, N3 (51), 2015, s. 103-112

  9. Kymlicka W., Multiculturalism as Fairness, Journal of Political Philosophy 5 (4) 1997, pp.406-427

  10. Wieviorka M., (1998) „Is Multiculturalism a Solution?"', Ethnic and Racial Studies 21(5): 882-910

1. Multikulturalizmin mahiyyəti


XX əsrin 60-70-ci illərində daxil olmuşdur və onun məzmununa dair müxtəlif fikirlər mövcuddur.

Multikulturalizm terminini genişdar mənalarda işlətmək olar. Sözün geniş mənasında multikulturalizm termini onun etimologiyasından çıxış edərək və çoxmədəniyyətlilik məfhumunun sinonimi kimi istifadə edilir. Məlum olduğu kimi, multikulturalizm sözü latıncadan tərcümədə “çoxmədəniyyətlilik” mənasını verir. Çoxmədəniyyətlilik dedikdə isə ilk növbədə etnik, irqi, dini və mədəni müxtəlifliklər, bu müxtəlifliklərin əsasını təşkil edən dəyərlər nəzərdə tutulur.

Biz müxtəlif etnik, irqi, dini və mədəni qrupların nümayəndələrinin birgə yaşadıqları cəmiyyəti multikulturalcəmiyyətadlandırırıq. Buna görə də sözün genişmənasında müasir dövrdə əksər dövlətlər multikulturaldır.

Sözün dar mənasında isə multikulturalizm məhfumu cəmiyyətdə mövcud olan etnik, irqi, dini və mədəni müxtəlifliklərə münasibətdə dövlətin apardığı konkret siyasəti - müxtəlifliklərin qorunmasını əks edir.

Kanadalı tədqiqatçı Pol Dyumoçel (Paul Dumouchel)“Müqayisəli multikulturalizm” adlı məqaləsində multikulturalizm terminini ədəbiyyatda ən azı 3 müxtəlif mənada işlədilməsini qeyd edir. Birinci mənada bu termin elə bir sosial-tarixi situasiyanı xarakterizə edir ki, onun fikrincə, bu mənada işlədilən multikulturalizm termini deskriptiv (təsviredici) xarakter daşıyır.

Dyumoçelə görə multikulturalizm termininin ikinci mənası cəmiyyətdəki etnik-mədəni müxtəlifliklərə münasibətdə dövlət tərəfindən aparılan konkret siyasətlə bağlıdır, ikinci mənası onun birinci mənasından irəli gəlir.

Dyumoçelin ikinci mənada işlətdiyi multikulturalizm termini bizim yuxarıda qeyd etdiyimiz multikulturalizm sözünün dar mənası ilə eynidir.

Multikulturalizm termininin üçüncü mənası normativ xarakter daşıyır, yəni o, çoxmədəniyyətli cəmiyyətin ədalət baxımınından necə olmalı olduğunu göstərir. Dyumoçel multikulturalizm termininin bu anlamda multikulturalizm fenomeninin tanınmış tədqiqatçıları olan Çarlz Teylorun, Vil Kimlikanın və Ceyms Tallinin əsərlərində istifadə edilməsini göstərir.




Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə