Azərbaycan nağillari



Yüklə 1,1 Mb.
səhifə7/9
tarix30.12.2017
ölçüsü1,1 Mb.
#18810
1   2   3   4   5   6   7   8   9

DƏVƏ İLƏ TÜLKÜ
Bir gün dəvə gəlirdi, tülkü bənd olar. Deyir:

– Dəvə, səni yeyəcəyəm.

Dəvənin gülməyi gələr. Beləlikdə keçər gedər. Bir gün öz-özünə deyər:

– Gəl get, tülkü yuvasının ağzında ol, gör səni yeyər axı!

Dəvə gələr tülkü yuvasının ağzında sərələnər. Özün vurar tülkü ölümə. Tülkü çıxar görər, balam, öz dediyi olub, dəvə ölüb. Bir dişlər, görər, bəli doğurdan da ölüb. Deyər:

– Burda qalsa mənə yetişməz. Gələrlər sahab durarlar. Gəl quyruğun bağla quyruğuna, çək sal yuvanın içinə.

Tülkü quyruğun bağlar çəkər. Dəvə görər quyruq bər­ki­yib, durar yola düşər. Tülkü yuvulana – yuvulana gedər. Qurda rast gələr, deyər:

– Tülkü qərdəş, bu cəlal ilə xeyir olsun, hara belə?

Tülkü deyər:

– Yapışmışam büzürguarın ətəyindən, görək hara aparır.


ŞİR İLƏ TÜLKÜ
Bir gün tülkü gedirdi, görər şir gəlir. Öz-özünə deyər: “Gəl şirin başını oxşa, gör axırı hara çatır”.

Qaçar şirin boynun qucaqlar. Bu üzündən, o üzündən də bir, iki, üç deyər:

– Sən mənim dayım oğlusan. Gözlərindən tanıdım. Ba­şına dolanım, dayıoğlu, çoxdandı görməmişəm, söhbət elə, qulaq asaq.

Söhbətləşə-söhbətləşə tülkü şiri yeridir dağ başına. Şirin dabanların çəkər. Rəhmətlik dayım elə sən boyda idi. Amma kişidə işlər var idi ha! Elə idi, belə idi. Elə kəsərdi, belə ba­sardı. Çox hünərli kişi idi. O hünərlərdən səndə də var? Hötma var da. Rəhmətlik dayım bu dağa yetişəndə bilirsən neylərdi?

Şir deyər:

– Neylərdi?

Tülkü deyər:

– Bax, belə çəkilərdi dalı-dalı, qaçardı qabağa, birdən atılardı dərənin təkinə. Amma inanmıram sən başararsan. Rəhmətlik dayım bir dana idi.

Şir deyər:

– Niyə başarmaram? Bax bir!

Çəkilər dalı-dalı, yegin gələr atılar dərənin təkinə. Dü­şər qol-qıçı, qabırğası sınıq-salxaq qalar. Tülkü gedər dağın yamacından enər gələr. Başlar şirin budundan sökməyə. Şir ölürdü, qalxanmaz. Deyər:

– Bibi oğlu, döşümdə yaxşı qərələr var. Gəl buradan ye.

Deyər:

– Dayı oğlunun sümüyün s....... Elə burdan yavaş-yavaş yeyə-yeyə gəlirəm.



TÜLKÜ GEDİR HACA
Günlərin bir günündə tülkü gedər girər boyaqçı evinə. Burda əl-ayağın bular. Göy bez sərir başına, əlinə təsbeh alar, çıxar eşıgə. Yavaş-yavaş gedirdi, toyuq rast gələr, deyər:

– Tülkü, nə əl-ayağın rəngləmisən, göy bez sərmisən başına, təsbih almısan əlinə, gedirsən!

Tülkü üzün turşuda deyər:

– Dilin lal olsun, hacı tülkü desən? Görmüsən başıma sərmişəm bez arşın əlcə, əmir-əmalimi toba eləmişəm, gedi­rəm haca.

Toyuq deyər:

– Məni də yoldaş elə, hacı tülkü. Düşünəmədim.

Tülkü deyər:

– Da neylək, sözüzü yerə salanmaram. Özgə ki, deyil­siz...... Xərc-maxariciz özündən olsa, bəndə sizə cövşəndü.

Toyuq da qoşular gedərlər, xoruz rast gələr, deyər:

– Gün hayandan çıxıb? Qurd qoyunla dolanır. Tülkü, ayrı cildə düşmüsən. Bu nə firildaqdı?

Tülkü deyər:

– Dilin lal olar, hacı tülkü desən? Görmüsən başıma sə­rimişəm beş əlcə, əmir-əmalimi toba eləmişəm, gedirəm haca.

Xoruz deyər:

– Məni də yoldaş eyləyin, gedim.

Tülkü deyər:

– Da neyləyək? Sözüzü yerə salanmarıq, özgə ki, deyilsiz. Xərc-məxariciz özüzdən olsa, gəl gedək.

Xoruz da yoldaş olar, gedərlər. Hacı leylək rast gələr.

Deyər:


– Pə! Tülkü qərdəş, bu nə fırıldaqdı? Toyuqla xoruzu hara aparırsan?

Tülkü deyər:

– Dilin lal olar, hacı tülkü desən? Görmürsəm başıma sərimişəm bez arşın əlcə, əmir-əmalimi toba eləmişəm gedirəm haca.

Leylək deyər:

– Səvab xeyirlikdi, hacı tülkü, məni də aparın.

Tülkü deyər:

– Xərc-məxariciz özüzdən olsa, əybi yox. Gəl gedək.

O da qoşular gedərlər. Bağrıqərə rast gələr, deyər:

– Tülkü qərdəş, yaxşı yığmısan başına, yenə nə oyun var?

Tülkü deyər:

– Ağzın miyabar gətirməz deyəsən, hacı tülkü? Gör­mü­sən başıma sərimişəm beş arşın əlcə, əmir-əmalimi toba eləmişəm, gedirəm haca?

Bağrıqəra deyər:

– Hacı tülkü ağa, bizi də yoldaş elə. Biz də çox günah sahibiyik.

Tülkü deyər:

– Mənlik dəyil. Xərc-maxariciz özüzdən olsa, əybi yox.

Bunu da salar yanına. Çox gedənnən sonra qaş qərələr. Bir bağ evi var idi. Tülkü deyər: “Düşək bu gecəni burada qalaq. Misafər mənzil-mənzil yol gedər. Bu gecə buranı mənzil eləyək, sabah düşərik yola”.

Tülküyə “buyurun, buyurun” elərlər. Tülkü deyər:

– Yox, olmaz. Siz buyuracaqsız. Mən covuşam, covuş qapıda yatar. Siz buyurun, dincəlin, mən qapı qulluğuzda varam.

Tülkü bunları salar içəri, özü də qapı çiynində. Gecə­dən bir-iki saət keçmiş, tülkünün qarnı acından vay-vay gedər, deyər:

– Toyuq, gəl görüm bura.

Toyuq gələr, tülkü deyər:

– Gədə, de görüm əmir-əmalı toba eləmisən, gedirsən haca?

Toyuq deyər:

– Mənim bir əmir-əmalim yoxdu toba eliyəm.

Tülkü deyər:

– Kəs səsini! Əmir-əmalın yekəsi səndədi da, yumurt­ladığın bir pistiklikdə yumurtadı, hay salırsan, qad qad! qad! .... qad!...Yumurtlamışam ağabbaq, inanmırsan gəl get bax! Gedib baxanda görürsən həb kimi bir zaddı. Dur gəl qabağa.

Özü durar boynun üzər yeyər. Bir azdan sonra xoruza deyər:

– Gədə, xoruz, de görün əmir-əmali toba eləmisən, gedirsən haca?

Xoruz deyər:

– Mənim bir əmir-əmalim yoxdu toba eyləm.

Tülkü deyər:

– Kəs səsini! Hələ utanmır, danışır da. Əmir-əmalin yekəsi səndədir. Gecədən bir-iki keçmiş, ququluqu banlıyır­san. Karvan ayılir, deyir bəs səhərdi. Durur taxılı çatır, yola düşür. Soyğunçuya rast gəlir. Soyğunçu vurur öldürür, mal­larını alır, sən də nahəq qana baəs olursan. Dur gəl bura.

Xoruzu da tutar boynun üzər. Bir az keçər, hacıleyləyə deyər:

– Gədə, hacıleylək, bura bax görüm, əmir-əmalını toba eləmisən, gedirsən haca?

Hacıleylək deyər:

– Mənim nə əmir-əmalim olacaq, toba eliyəm?

Tülkü deyər:

– Danışma, axmaq! Hələ mənə dili də var! Əmir-əma­lin yekəsi səndədi, şeytan. Çinar başında bala qoymusan, çeş­mə qırağıdı, arvad-uşaq, qız-gəlin, xalqın irzi-namusu gə­lir su doldurmağa, paltar yumağa. Damağını şaqqıldadır­san. Arvad qorxur, gedir noxoşlur, düşür ölür, nahəq qana baəs olursan, dur gəl bura!

Tutar hacıleyləyin də boynun üzər. Bir az keçər, tülkü deyər:

– Gədə bağrıqərə, bura bax görüm əmir-əmalını toba eləmisən gedirsən haca?

Bagrıqərə deyər:

– Hacı tülkü qərdəş, məndə bir əmir-əməl yoxdu toba eliyəm.

Tülkü acıqlanar:

– Kəs səsini! Əmir-əməlin yekəsi səndədi. Yatırsan at rəddində. Bir dana alverçi yüz tümən bulur əsbab çatıb qatı­ra, gəlib keçəndə “pirrrr!” elirsən, qatır qaçır, kişi qor­xur. Gedir ölür, nahəq qana baəs olursan. Gəl bura, da din­mə.

Tutar onun da boynun üzər. Qarın xəşələnər, deyər:

– İndi iki tazı olaydı, məni bir qovaydılar.

İki şikarçı oradan keçirdilər. Tazılar tülkünü görərlər, götürərlər. Tülkü qaçar, tazılar qaçar, tülkü dildən düşər. Deyər:

– Allah amandı! Məni qurtar, sənə beş batman qoz, on arşın bez verərəm.

Gedər girər bir qayanın dibində gizlənər. Tazılar tapan­mazlar. Tülkü uzanar, qıssalar, durar ayağa deyər:

– Allah, bax görüm axı, mən culfayam sənə bez verim, bağbanam sənə qoz verim?

Qoyar atıla-atıla gedər. Bir anda tazılar çıxarlar. Yenə götürərlər qovalamağa.

Tülkü qaça-qaça qışqırırdı:

– Arşını gətir bezi apar, çuvalı gətir qozun apar.

Tazılar yerir tutarlar, şikarçılar yırtarlar.


KEÇİ, QUZU, KÖPƏK, DANA
Deyir, bu “dəstiri” də Hacı Məhəddinin bir dana keçisi qoturluq tutar. Ötürərlər eşigə. “Malım-malım Mirza” nın da quzusu qoturluq tutub. Hacı Qasımın da köpəgi. Hacı Mə­həm­mədhəsinin də danası. Bu dördu gedərlər, bir-birlərin taparlar. Öz-özlərinə otlarlar, kökələrlər. Qoturluq da işinin da­lıyca. Bir gecə “Daş nav” da oturmuşdular. Görərlər bir işıq gəlir.

Keçi deyər:

– Ax, burada bir qeylan ola çəkəsən!

Deyərlər:

– Bir söz dəyil. Köpək bəy su, dana bəy tanbaki, quzu bəy od gətirsin, ağaya qəylan verək.

Quzu bəy durar od gətirməyə, gedər-gedər işığa yaxınlaşanda görər, ohoy! ..

On iki qurd çomolaşıb gözləri işıldır. Benava quzunun dizləri qurur. Səlam, əleykəlsəlam:

– Quzu qardaş, sən hara, bura hara?

Deyər:

– Gəlmişəm ağaya od aparam, qeylan çəksin.



Deyərlər:

– Gəl əyləş hələ görək.

Quzu keçər əyləşər. Biri deyər, yeyək. Deyərlər: “Yox, yemiyək. Dalısı var hələ”. Keçi bəy ha gözlər quzu bəy gəlib çıxmaz. Deyər:

– Dana bəy, dur gör quzu bəy harada qaldı, gəlib çıxmadı.

Dana bəy durar bala-bala gələr. Yaxınlaşanda görər on iki qurd quzunu alıb araya.

Dizləri qurur. Quzuya acıqlanar:

– Köpək oğlu quzu, harada qalmısan? Di gəl çıx, axı! Ağanın qəylanı açılandı.

Qurdlardan biri deyər:

– Gəl, əyləş, babam. Hirslənmə görək.

Qorxudan əyləşər. Biri deyər, yeyək. Deyərlər: “Gözləyək. Hələ dalısı var”.

Keçi bəy gözlə gözün var olsun, ha gözlər gəlməzlər. Deyər:

– Gədə, köpək bəy, dur gör.

Köpək bəy durar gələr. Yaxınlaşanda görər on iki qurd quzuyla dananı salıblar araya. Dizləri qurur. Deyər:

– Ağa sizi göndərib iş dalınca, ya deyib oturasız burada söhbətə? Heç utanıb ərimirsiz? Qalxın gedək!

Qurdlardan biri deyər:

– Hələ gəl əyləş görək, hirslənmə. Gəl, sən də bir dincin al.

Qorxudan keçər əyləşər. Biri deyər yeyək. Deyərlər: “Yox hələ, dalısı var. Dinmə”.

Keçi bəy görər köpək bəydən də xəbər-ətər olmadı. Durar özü gələr. Yolda görər bir qurd cəndgi var. Keçər ta­xar buynuzuna. Xoşu gələr, deyər qoy elə belə gedim. İşığa yaxınlaşanda görər on iki qurd quzunu, dananı, köpəyi salıb araya. Açıqlanar deyər:

– Köpək oğlanları, sizi göndərmişəm oda, ya demişəm gedin oturun söhbətə?

Keçi görər pis girə düşüb. Üzün tutar qurdlara basar yamana:

– Köpək oğlanları, yaxşı yerdə tutmuşam. Babazın iyir­mi dörd qurd borcu var idi. On birin yemişəm, biri də buy­nuzumdadı, on ikisi də siz. Gədə, qoyma köpək bəy, indi qaçarlar.

Qurdlar baş qoyarlar qaçmağa, köpək də yalandan bir hürür, qoyarlar gələrlər. Keçi deyər:

– İndi qurdlar düşünüb qayıdacaqlar. Gəlin bir yerdə gizlənək.

Bir əgri igdə ağacı var idi. Keçi çıxar kəlləyə. Köpək ondan aşağa. Quzu bir az aşağa, dana ha atılar çıxanmaz, axırı güc billahıla özün ilişdirər dayanar.

Qurdlar çox qaçandan sonra dayanarlar. Biri deyər:

– Bura baxın görüm, keçi nədi, qurd qovmaq nədi? Gəlin qayıdaq tutaq yeyək.

Qayıdarlar. Ha axtararlar tapanmazlar. İgdə ağacının dibində durarlar. Qurdlardan biri falçı idi. Fal açar görsün hardadırlar. Birdən dana bəy qurtular düşər qurdların üstünə. Keçi bəy görər iş yaşdı, deyər:

– Dana bəy, eləcə o fala baxanı tut, qaçmasın.

Qurdlar yenə qaçarlar, keçi deyər:

– Yenə qayıdacaqlar, gəlin bura, bir iş görək.

Yeri qazar köpək bəyi quylarlar. Üstünə daşdan, kərpişdən yığar, deyər:

– Bura “Qeyqala” ocağı, köpək bəy, vəqtində qaç.

Qurdlar top qaçanda tülküyə rast gələrlər. Tülkü deyər:

– Hara?


Deyərlər:

– Keçi tutur yesin bizi. Deyir babazın igirmi dörd qurd borcu var idi. On ikisin yemişəm, siz də on ikisi.


Tül­kü deyər:

– Sizi tovlayıb, keçi nədi, qurd nədi? Gəlin gedək mən deyim, neyləyin.

Tülkü ilə qurdlar qayıdarlar. Keçi görər tülkü duşub qabağa gəlirlər. Uzaqdan səslər:

– Ey tülkü, babavın igirmi dörd qurd borcu var idi, o günlərdə on ikisin verdin, yedim, indi də qalanın gətirirsən, hən?

Qurdlar deyərlər:

Tülkü qardaş, bizi ölümə çəkirsən?

Tülkü deyər:

– Gəlin canım. Bu köpək oğlu yalan deyir.

Gələrlər, keçi deyər:

– Tülkü qardaş, sən hərz deyirsən, gəl bu “Qeyqala” ocağına and iç, bilim ki, borcun yoxdu, əl çəkim.

Tülkü gələr dolanar ocağın başına, deyər:

– Yalandan desəm, bu ocaq məni tutsun!

Birdən köpək bə daşlanar yapışar tülkünün boğazından. Qurdlar qaçarlar.

Səhər olcaq keçi deyər:

– Gəlin qardaş, da hərə getsin öz evinə. Qurd-quşun içində baş saxlaya bilmərik.

Hərə qoyar gedər öz evinə.


TÜLKÜ İLƏ QURD
Günlərin bir günü tülkü yolun üstündə uzanıb ölmüşdü. Özünü tülkü ölülüyə vurmuşdu. O vəqtlərdə dərisi yeddi-səggiz yüz tümənə gedirdi. Gəlin aparırdılr.

Tülkünü görərlər, atarlar gəlin atının tərkinə. Hərə özünə məşğul idi. Birdən gəlin “cuy” çıxardar. Tülkü deyər, deyirsən deyim gəlin o...? Gəlin deyər:

– Amandı, demə, abrım gedər. Boyunbağımı verərəm sənə.

Tülkü alar deyər:

– Deyəcəyəm.

Gəlin saatın verər. Tülkü alar deyər: “Deyəcəyəm”. Gə­lin nə qədər qiymətli şeyi var idi verər. Tülkü alar, atılar yerə. Həray təpər: “Gəlin o...”. Qaçar gedər. Rast gələr qurda. Qurd deyər:

– Tülkü qardaş, bunlar nədi?

Tülkü deyər:

– Xəbərin yoxdu. Zərgərlik, çərçilik xırdası satıram.

Qurd deyər: “Mayasın hardan tapdın?”

Deyər:

– Budu, bax, sel, çay gəlir. Quyruğunu qoy çaya, sel gətirsin yığsın. Səhər çıxart apar sat.



Qudr inanar deyər:

– Yaxşı oldu, sağ ol. Allah səni mənə çox görməsin.

Axşambaşı quyruğun qoyar suya. Soyuq vurar, quyruğu şüş donar. Səhərə yaxın quyruğun bir dəbərdər. Görər ağrıdı. Deyər, qoy qalsın çox yığışsın. Səhərçağı arabaçılar gedəndə görərlər çay qırağında qurd oturub baxır, əl dəyənəyə qurdun üstünə. Qurd birdən dik daşlanar qaçsın, quyruq kökündən çıxar. Qurd qardaş qanı süzülə-süzlə qaçar. Deyər: “Köpək oğlu tülkü, tutsam yeyəcəyəm”.

Gedər görər tülkü bir toyuq ölüsü alıb dişinə gəlir. Deyər:

– Köpək oğlu tülkü, gəl qabağa yeyəcəyəm səni. Quy­ruğumu buza qoymusan kökündən çıxıb.

Deyər:


– Gədə, hadaran-padaran danışma, özündə huş-fərasət yoxdu, ona neyləyim? Bir az bevaxta qalmısan. Ağırlayıb quyruğunu üzüb. Bu yol qəssablıq eləyirəm. Gəl sənə də öyrədim. Əti sat sərmaya çoxalsın, get kefini çək.

Qurd deyər:

– Hardan sərmaya tapdın sən?

Deyər:


– Budu bax, filankəsgildə nin doludur toyuqla. Get beş-onun basmarla gətir sat. Mayası mədəndi.

Gecəçağı qurd gedər təpilər ninə. Toyuqlar çığırarlar. Ev sahabı ayılar. Götürərlər ağacları, vurarlar eni-uzunu bir olar. Qurd yarımcan qaçar gedər. Deyər:

– Köpək oğlu tülkü, bu dəfə tapsam yeyəcəyəm səni.

Tülkü görər, balam, qurd ayrı cür gəlir. Girər dəyir­mana, üz-gözünə un sürtər, çıxar durar navın başında. Qurd gələr deyər:

– Köpək oğlunun balası tülkü, bu yol yeyəcəyəm. Gəl yaxına.

Tülkü deyər:

– Gədə, axmaq danışma. De görüm, yenə nə puç çı­xart­mısan?

Qurd deyər:

– O qədər kötək yemişəm ki, heç zada meylim yoxdu. Doymuşam.

Tülkü deyər:

– Səndə əql hardadı. Hər sənətə qoyuram, bir tikə çörək sahabı olmursan. Hələ mənə dilin də var. Bu yol dəyir­man­çılıq eləyirəm. Gəl səni şərik eləyim.

Qurd deyər:

Mən acam, bir zad-mad ver yeyim, sonra.

Tülkü deyər:

– Gəl daşın dövrəsinə. Un yala, mən gəlim.

Qurd yeriyir daşın dövrəsinə un yalamağa. Tülkü ya­vaş­ca suyu qoşar dəyirman işlər. Vurar qurdun ağzı-burnun qanadar, qatar bir-birinə. Tülkü qaçar gedər.

O yan-bu yandan qələmə şuyu götürər sələ toxur. Qurd ağzı-burnu qanlı gələr deyər:

– Köpək oğlunun tülküsü, da bu dəfə əlimdən sağ qur­tulan canın yoxdu.Yeyəcəyəm, irəli gəl ölürəm acından.

Tülkü gülər, deyər:

– Gəl, görürəm düzü çörək sahabı olmiyacaqsan. Gəl sələçilik eliyək. Əğlini yığ başına, toxu.

Tülkü deyər, gəl gir sələnin içinə örgəş. Qurdu salar sələyə, başlar toxumağa. Qurd deyər:

– Tülkü, mən örgəşənmirəm.

Deyər:

– Az danış, bax örgəşəssən.



Sələni toxur. Ağzın dələr. Qurd qalar içində. Çoban keçirdi. Tülkü səslər:

– Çoban qardaş, bir dana bal pətəyi qalıb burada, gəl apar, yeyərsən.

Sələni dığırladar, çoban götürər aparar evinə. Nənəsinə deyər:

– Qardaşlarıma demə, nənə, ikimiz yeyək.

Səhər əzanından sonra deyər:

– Nənə, qoyunu tezdən çıxartacağam, dur bal gətir yeyim gedim.

Nənəsi durar əl elər pətəyə. Qurdun aşağı tərəfi rast gələr. Bir barmaq çıxardar yeyər. Görər cimcəşməli dadı var. Gələr deyər:

– Bala, deyir bal şirin olar, bu şordur.

Çoban deyər:

– Arvad, necə ki şordur? Keç görüm özüm baxım.

Durar əl elər pətəyə. Qurdun ağzı rast gələr. Qurd ağzın atar dərisin fılıq çıxarda.

Tökülərlər dəyənəkləri götürərlər geçərlər qurdun kön­dünə o ki var vurarlar. Qurd şil-küt bir təhrilə özün aradan çıxardar. Yarı canı qalmışdı. Deyər:

– Köpək oğlu tülkü, da bu dəfə hər yandan olsa yeyə­cəyəm.

Gələr görər tülkü oturub, durar başında. Deyər:

– Köpək oğlunun tülküsü, en gəl aşağa, yeyəcəyəm. Də­rimi filiq çıxardıblar. Yarı canım qalıb.

Tülkü əlin çalar əlinə deyər:

– Bizə bax ki, belə-belə qurdları çörək sahabı eləmək istirik. Oğlan, mən nə fikirdə, sən nə fikirdə. Taza bir bağ almışam. Gəl gedək dolan. Quyruq hər yanı tutub, baş qoyub yeriməyə. Keç gəl!

Qurd deyər:

– Səslə bağvanı gəlsin, qapını açsın gəlim.

Tülkü deyər:

– Bağvanım o başda işlər, başı qarışıqdı. Atıl duvardan gəl.

Qurd dırmaşar düşər bağa. Bağvan tələ qurmuşdu, xəndək qoymuşdu ki, tülkü gəlsin yeməyə düşsün tələyə.

Tülkü deyər:

– Qurd qardaş, buyurun. Quyruq odu, bax.

Qurd deyər:

– Sən buyur.

Tülkü deyər:

– Mən orucam, nəzirim vardır.

Qurd yerir ki, yesin, ağzı düşər tələyə. Quyruq atılar eşigə, tülkü bir səlavət çevirər, yeyər.

Qurd deyər:

– Tülkü qardaş, bə sən orucudun?

Deyər:


– Ayı gördüm.

Qurd deyər:

– Bə mən nə vəqt ayı görəcəyəm?

Deyər:


– Sən də tələ sahabı gələndə görəssən.

Buyandan bağvan oğlun göndərər ki, get gör tülkü tələ­yə düşüb, götür gəl. Oğlan gələr görər bir qurd düşüb. Bağ­va­nı çağırar. Çəkərlər rəsmiləri. Nə yemisən, turşulu aş. Eni-uzunu bir olar. Tülkü oturmuşdu duvar başında. Qurd deyər, köpək oğlu, di bağı almısan, gəl qabalanı sal yerə. Dədəm yandı kül oldu.

Tülkü deyər:

– Gədə, bu tozatozda qabalanı kim oxuyacaq? Başını sal aşağa gö..... ye.

Bağvanla oğlu gedərlər. Tülkü gələr yaxına. Qurd deyər:

– Gədə, mən öldüm, axı.

Tülkü deyər:

– Uzan arxan üstə yat. Özünü ölümə vur, açsınlar.

Bağvan gələr görər qurd ölüb, açar. Qurd qoyar qaçar. Deyər:

– Köpək oğlu tülkünün balası, da bu yol yeyəcəyəm. Can qalmayıb biləmdə.

Bir şir var idi, qocalmışdı. Tülkü bilər ki, da bu dəfə qurtulacağı yoxdu. Deyər:

– Yaxşısı budu gedim şirə nökər olum. Qurd şirə batanmaz.

Gələr, salam verər deyər:

– Ağa, icazə versəz sizə qulluq eləyim. Nökər olum. Siz şikara getməyin, mən gətirərəm yeyərik.

Şir qəbul elər. Tülkü qalar orada.

Tülkü qurdu çox acışdırmışdı. Axtarırdı tutsun yesin. Gələr görər şirə nökər olub. Deyər:

– Gəl, sən də nökər ol.

Gələr deyər:

– Ağa, icazə versəz, mən də sizə qulluq eləyim.

Şir qəbul elər. Qurd da qalar orada. Bir gün tülkü gedirdi şikara, bir gün qurd. Bir gün vurar şirin başı ağırır. Qurd oturmuşdu evdə. Tülkü gələndə, qurd acıqlanar ki, hara getmisən? Ağanı qoymusan evdə yalqız.

Tülkü deyər:

– Həkimə getmişdim.

Qurd deyər:

– Nə dedi?

Deyər:

– Qulağına deyəcəyəm.



Qurd eşigə çıxanda, keçər şirin qulağına deyər:

– Həkim dedi baş ağrısına qurd da...... əzin sürtün.

Şir deyər:

– Kasatdı? Özümüzdə var.

Tülkü çıxar qurda deyər:

– Keç gör, ağa nə buyurur.

Qurd şirin yanına gələndə, şir yapışar da.... çəkər üzər. Qurd qanı axa-axa düşər yola. Tülkü rast gələr deyər:

– Qırmızı şalvar qardaş hara gedir inşallah?

Qurd deyər:

– Köpək oğlu tülkü, da canım yoxdu, pis vəqtimdə rast gəldin.

Gedər uzanar ölər.

QURBAĞA NAĞILI
Bir gün var idi, bir gün yox idi. Allahdan qeyrəz heç kəs yox idi. Bir dana qurbağa var idi. Bir gün çıxar getsin, əmrud yarpağı düşər başına. Bir dəstə əmrud yarpağı dərər, yeyər, gedər görər bir dəstə at gəlir. Atlar deyərlər:

Qurbağa qərdəş, hara gedirsən?

Deyər:

– Əmrud yarpağı düşüb başıma, gedirəm şaha ərzə.....



Deyər: “Siz öləsiz. Bir dəstə əmrud yarpağı yemişəm. Sizi də basaram burada yeyərəm, ha!”

Onları da basar orada yeyər.

Gedər görər bir dəstə eşşək gəlir. Eşşəklər deyərlər:

– Qurbağa qərdəş, hara gedirsən?

Deyər:

– Əmrud yarpağı düşüb başıma, gedirəm şaha ərzə...



Deyərlər:

– Qayıt get , ha elə vurarıq yapışarsan yerə!

Deyər:

– Siz öləsiz! Bir dəstə əmrud yarpağı yemişəm. Bir dəstə at yemişəm, sizi də basıb yeyərəm, ha!



Onları da basar orada yeyər.

Gedər görər bir dəstə oğlan mazı oynurlar. Oğlanlar deyərlər:

– Qurbağa qərdəş, hara gedirsən?

Deyər:


– Əmrud yarpağı düşüb başıma, gedirəm şaha ərzə...

Deyərlər:

– Qayıt get ha, mazıyla vurarıq beş durarsan!
Deyər:

– Hən siz öləsiz! Bir dəstə əmrud yarpağı yemişəm, bir dəstə at yemişəm, bir dəstə eşşək yemişəm, sizi də basaram yeyərəm, ha!

Onları da basar orada yeyər, gedər görər qızlar pıçaq əldə tərə dərməkdən gəlirlər, deyərlər:

– Qurbağa qərdəş, hara gedirsən?

Deyər:

– Əmrud yarpağı düşüb başıma. Gedirəm şaha ərzə.



Deyərlər:

– Qayıt get, ha, pıçaqla vurarıq qarnın yırtılar!

Deyər:

– Hən siz öləsiz! Bir dəstə əmrud yarpağı yemişəm, bir dəstə at yemişəm, bir dəstə eşşək yemişəm, bir dəstə oğlan yemişəm, sizi də basaram yeyərəm, ha!



Onları da basar orada yeyər. Gedər görər bir dana qarı gəlir. Qarı deyər:

– Qurbağa qərdəş, haradan gəlirsən?

Deyər:

– Əmrud yarpağı düşüb başıma, gedirəm şaha ərzə...



Deyər:

– Qayıt get, ha, təpiklə vuraram əzilərsən!

Deyər:

– Hən, sən öləsən! Bir dəstə əmrud yarpağı yemişəm, bir dəstə at yemişəm, bir dəstə eşşək yemişəm, bir dəstə oğlan yemişəm, bir dəstə qız yemişəm, səni də basaram burada yeyərəm, ha!



Qarı deyər:

– Məni yemə, gedim sənə pilov gətirim.

Gedər bir dana yekə pişigi var idi, salar torbaya gətirər. Deyər:

– Gəl pilov ye, soyudu.

Qurbağa yerir qabağa. Qarı torbanın ağzın açar, pişig çıxar, qurbağanın qarnın yırtar, hamı tökülər eşigə.
QARI İLƏ ÜÇ QIZI
Bir gün var idi, bir gün yox idi. Allahdan sonra heç kim yox idi. Bir dana qarı var idi, üç dana qızı. Qızlar qal­mışdılar evdə. Heç kim almırdı. Bir gün deyər:” Belə də iş olmaz, gəl bir iş gör”.

Çıxardar böyük qızı çəhrəsin qoyar qabağına, oturdar küçə qapısında. Bir kəlləpəz keçirdi, qızı görər sevər alar. Sabah ortancıl qızı çıxardar, çəhrəsin qoyar qabağına, otur­dar küçə qapısında. Bir kəbabpəz keçirdi, qızı görər sevər alar. O biri gün kiçik qızı oturdar. Onu da bir pətəkçi alar.

Bunun üstündən bir zaman keçər. Bir gün qarı deyər:

– Durum gedim qızlara bir baş çəkim. Gözü yolda­dırlar.

Durar yüz altın verər, baqqaldan şaftalı qaxı alar, tökər cıbınə, düşər yola. Dəh burada, dəh orada, gələr yetişər bö­yük qızın evinə. Qapıyı döyər, qız gələr açar. Səlam, əley­kəl­səlam. Xoş, beş, on beş. Keçərlər oturarlar. Qarı çıxardar qaxları verər qızına.

Gecə kürəkəni gələr. Kəllə-paça gətirmişdi. Qıza deyər:

– Arvad, at təndirdə pişsin, səhər yeyək.

Yatmaq vəqti durarlar yatmağa. Qarı hamını yuxuya verər, özü gedər təndirdən kəlləni çıxardar, çəkər dişinə. Kişi ayılar, deyər:

– Arvad, elə bil it kəlləni yeyir, dur görək.

Durarlar baxarlar, görərlər qarıdı. Qız utandığından bilməz neyləsin, deyər:

– Dur arvad, çıx get, abrım getdi.

Qarı deyər:

– Köpəğin qızı, şaftalı qaxımı ver, gedim.

Alar şaftalı qaxını, can basar kəbabpəzgilə gələr. Qax­ları verər qızına. Keçərlər əyləşərlər, kəbabpəz gələr. Kə­bablıq ət gətirmişdi. Deyir:

– Arvad, as qənarədən səhər kəbab çəkərsən.

Şam yeyərlər yatarlar. Qarı hamını yuxuya verər, durar ayağa. Gedər mətbəxə. Əti asmışdılar göydə qənarədən. Atılar əli çatmaz. Kəbabpəz səsə ayılar. Deyər:

– Arvad, tap-tap gəlir. Güman it gəlib. Dur gör.

Qız gedər görər qarı atılar əti tutsun, əli çatmaz, gubbulduyla düşər. Deyər:

– Vaxsey, abrım getdi. Dur çıx cəhənnəm ol get, istə­mirəm.

Qarı deyər:

– Köpəyin qızı, şaftalı qaxlarımı ver, durum gedim.

Qız gətirər qaxları atar üstünə, deyər:

– Götür, o şaftalı qaxların, o da sən.

Qarı şaftalılaları götürər, can basar bala qızıgilə. Qonşuda toy idi. Gələrlər bunları da çağırarlar. Qız deyər:

– Yox, mənim qonağım var, gəlmərəm.

Deyər:


– Olmaz. Hokman onu da götür gəl.

Durar gedər toya. Hamının başı çal-çağıra qarışar. Qarı özün verər evdə pətək yerinə. Bir bərni bal var idi. Əl elər bir az yesin, əli girər qalar balda. Ha vurnuxar, əl çıxmaz. Götürər bərnini vurar, çadra altına, gələr oturar. Durarlar yatmağa. Yay idi, ay işığı, həyətdə yatmışdılar. Qarı hamını yuxuya verər durar ayağa. Bir saf daş da axtarırdı ki, bərnini sındırsın. Demə bəs sazanda dazdı. Ay işığı düşmüşdü başı­na, parıldırdı. Qarı deyər bəs mərmər daşdı. Sevincək gə­lər, bərnini qavzar, nə qədər gücü var idi yendirər sazan­danın daz başına. Sazanda ayılar, başın qan götürmüş, əl-haray qoyar:

– Vay köpək uşağı, başımı parçaladız! Ev vay, öldüm, gəlin!...

Gələr görər sazandanı qan götürüb, qarı bal ilə xəşək eləyib.

Qız binava bilməz başına nə daş salsın. Utandığından qaçar təpilər dalda-bucaqda gizlənər. Səhər çağı deyər:

– Dur çıx, get, abrımı apardın.

Qarı deyər:

– Köpəyin qızı, şaftalı qaxlarımı ver, durum gedim.

Qız şaftalı qaxların verər deyər:

– Gəl al, bu şaftalı qaxların, bu da sən. Dur get.

Qarı alar gələr. Yetişər baqqal dükanına. Deyər:

– Al şaftalılarını, istəmirəm. Yüz altınımı ver özümə.

Baqqal almaz. O yan, bu yan, axırda alar, yüz altını verər. Qarı qoyar gələr evinə oturar.


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə