Azərbaycan neft təsərrüfatı



Yüklə 96,72 Kb.

tarix26.05.2018
ölçüsü96,72 Kb.


“Azərbaycan neft təsərrüfatı”.-2015.-№1.-S.50-57. 

 

Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin neft emal kompleksində 

texnologiyanın modernləşdirilməsinın bəzi məsələləri 

 

B.S. Xıdırov, N.Q. Babayev 

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti. 

 

“Xatirimdədir, о vaxt, 1976-cı ildə mən Azərbaycan sənayesinin inkişafı üçün Moskvadan böyük bir 



qərar  almağa,  nail  oldum.  O,  sənayenin  bütün    sahələrini  əhatə  edirdi.  Biz  onu  müzakirə  edəndə  mən  öz 

nitqimdə bir neçə söz dedim.Dedim ki, biz bu proqramı yerinə yetirəndən sonra Azərbaycanda yüz illərdən bəri 

Qara  şəhər  adlanan  şəhər  ağaracaq,  təmizlənəcək  burada  gül-çiçək  əkiləcək  və  bu,  Azərbaycanın  gözəl  bir 

güşəsinə  çevriləcəkdir.  Mən  bu  sözləri  1976-cı  ildə  demişəm.  İndi  mən  xoşbəxtəm.  Ona  görə  xoşbəxtəm  ki, 

görürsünüz, 24, 25 il bundan öncə mənim qoyduğum səylər, həyata keçirdiyim tədbirlər öz nəticəsini verib və 

bəyan etdiyim sözlərin hamısı indi həqiqətə çevrilib, bu günün reallığıdır. ” Heydər Əliyev, 03 noyabr 2000-ci 

il. 

 

Məqalədə «Əsrin müqaviləsi»nin imzalanması ərəfəsində ümummilli liderimiz Heydar Əliyevin 1994-

cü  ilin  17  sentyabr  ayında  «Azərneftyanacaq»  NEZ-da  neftayıranlar  ilə  görüşü  zamanı  söylədiyi  tövsiyələri 

sahənin gələcək inkişafı üçün fəaliyyət proqramı kimi qəbul edilmişdir. Bununla əlaqədar ölkəmizin neft emalı 

kompleksini  daha  da  inkişaf  etdirmək  məqsədilə  son  20  ildə  aparılmış  yeni  qurğuların  inşası  bəzi  mövcud 

qurğuların  modernləşdirilməsi  və  s.  tədbirlərin  həyata  keçirilməsi  və  bunların  bütövlükdə  neft  emalı 

kompleksinin texniki-iqtisadi göstəricilərinə təsiri məsələlərinə baxılır. 

 

Açar sözlər: emal kompleksi, neft emalı zavodları, katalitik krekinq qurğusu, əmtəəlik benzin, neft 

məhsulları, istilik enerjisi, infrastrukturun təkmilləşdirilməsi. 

 

Ölkəmizin  neft  emalı  kompleksinə  aid  müəssisələrinin  1980-ci  illərin  sonlarında  nəinki  təkcə  bizim 



respublikanın,  hətta  keçmiş  Sovetlər  İttifaqının  iqtisadi  potensialının  artırılmasında  əhəmiyyətli  rolu  olub. 

Həmin  dövrdə  ittifaq  miqyasında  emal  edilən  neftin 4.4  %-nin  burada  emal  olunmasına  baxmayaraq,  sahə  bir 

çox  göstəricilərinə  görə  keçmiş  ittifaqın  neft  emalı  sənayesini  qabaqlayırdı.  Belə  ki,  respublikanın  neft  emalı 

zavodlarında (NEZ) katalitik krekinq və kokslaşdırma qurğularınin-neftin emalına nisbətən gücləri 2.2-3.6 dəfə 

çox olub. İttifaq miqyasında istehsal edilən məhsullardan B-91/115 növündən olan təyyarə benzinlərinin 21.2, 

etil  mayesiz  Aİ-93  növündən  olan  avtomobil  benzinlərinin  50.3,  neft  koksunun  16,  transformator  yağlarının 

38.5  və  bütün  sürtki  yağların  13.9  %-i  Bakı  NEZ-lərində  istehsal  edilirdi.  Bütün  bunlar  ulu  öndər  Heydər 

Əliyevin  birinci  dəfə  respublikamıza  rəhbərliyi  zamanı  onun  şəxsi  təşəbbüsü  ilə  inşa  edilib  müvəffəqiyyətlə 

fəaliyyətdə  olan  və  hər  birinin illik  məhsuldarlığı  6.0 mln  t  olan iki  neftin  ilkin emalı,  məhsuldarlığı1.0  mln  t 

olan  katalitik  riforminq,  1.5  mln.  t  olan  qudronun  kokslaşdırılması,  yağların  istehsalı  üçün  hər  birinin 

məhsuldarlığı 280-300 min t olan iki parafinsizləşdirmə və məhsuldarlığı 1.0 mln. t olan hidrogenlə təmizləmə 

qurğularının  istismarı  hesabına  əldə  edilmişdir.  1990-cı  illərin  əvvəllərində  Sovet  İttifaqının  dağılması  ilə 

əvvəlki  iqtisadi  əlaqələrin  pozulması  respublika  sənayesinin  digər  sahələrində  olduğu  kimi  neft  email 

kompleksinin işinə də ciddi mənfı təsir göstərdi. Çünki о zaman Bakı zavodlarında emal olunan neftlərin 25 %-

ni  Rusiyadan  və  Qazaxıstandan  daxil  olan  neftlər  təşkil  edirdi.  1993-cü  ildən  həmin  kənar  neftlərin  əvvəlki 

əlaqələrə  əsasən  ölkəmizə  gətirilməsi  tamamilə  dayandırıldı.  Bundan  başqa,  həmin  ildə  1990-cı  ilə  nisbətən 

respublikamızda neft hasılatı 18 %-ə yaxın azaldı. Nəticədə az vaxt ərzində zavodlarda neft emalı həcmi 39 % 

və təkrar emal 

[səh.50-51] 

qurğularının gücündən istifadə 43 %, avtomobil benzinləri istehsalı 28 %, kerosin və 

dizel yanacaqları istehsalı 39.4 % və sürtki yağları istehsalı isə 3.9 dəfə azaldı. Zavodlarda aşağı qiymətlə satışa 

göndərilən soba mazutunun istehsalı 49.4 %, neftin emal dərinliyi isə 47.3 %-ə yaxın təşkil etdi. 

1990-cı  illərin  əvvəllərində  Azərbaycan  neft  emalı  sənayesinin  kompleks  şəkildə  yenidən  qurulması 

məqsədilə Bakı neft emalı zavodunda (BNEZ) 1970-ci illərdən tikintisi yarımcıq qalmış Q-43-107 tipli müasir 

katalitik krekinq qurğusunun inşasını başa çatdırmaq üçün müəyyən işlər aparılırdı. 1993-cü ildə Heydər Əliyev 

ikinci  dəfə  respublikaya  rəhbərliyə  başladıqdan  sonra  qurğuda  işlər  sürətləndi  və  həmin  ilin  sentyabr  ayında 




qurğu  müvəffəqiyyətlə  istismara  verildi.  1994-cü  ildə,  yəni  qurğunun  istismarının  birinci  ilində  50  % 

məhsuldarlıqla  işləməsinə  baxmayaraq,  onun  əsas  məhsulu  olan  yüksəkoktanlı  benzin  kamponentinin  çıxımı 

əvvəlki qurğularla nisbətdə 8-10 % artdı və istifadə edilən bahalı katalizatorun sərfi 

 

Cədvəl 1 

Göstəricilər 

Modernləşmədən əvvəl 

Modernləşmədən sonra 

Xammalın emalı, % 

100.0 


100.0 

Açıq rəngli məhsullarin çıxımı, % 

41.0 

43.5 


Vakum-qazoylun çıxımı, % 

13.3 


25.3 

Məhsul istehsalına reagent sərfi, % 

100.0 

94.0 


Yanacaq və enerji sərfi, % 

100.0 


88.0 

Məhsulların fondtutumu, % 

100.0 

98.0 


İstehsal olunmuş məhsulların maya dəyəri, % 

100.0 


92.0 

 

Qeyd. Modernləşmədən əvvəlki göstəricilər şərti olaraq 100 % qəbul edilib. 

 

isə 3-4 dəfə azaldı. Bu və digər üstünlüklər nəticəsində zavodda istehsal olunmuş benzin komponentinin maya 



dəyəri 19 % azalmış və əmtəəlik Aİ-92 benzinin həcmi iki dəfə artmışdır. 

Ölkəmizin  neft  hasilatı  sahəsində  yaranan  problemlər  tam  aydınlaşdıqdan  sonra  ulu  öndər  Heydər 

Əliyev  neft  emalındakı  vəziyyətlə  yaxından  tanış  olmaq  məqsədilə  “Əsrin  müqaviləsi”nin  imzalanması 

ərəfəsində  1994-cü  ilin  sentyabrın  17-də  hazırda  onun  adını  daşıyan  BNEZ-ə  görüşə  gəldi.  Zavodun  idarə 

həyətinin  ərazisinə  toplanmış  neftayıranların  nümayəndələri  və  görüşə  dəvət  olunmuş  qonaqlarla  qısa 

tanışlıqdan sonra, əvvəllər onun rəhbərliyi ilə tikilib istismara verilmiş qurğuların işi ilə maraqlandı, ilkin emal, 

katalitik  riforminq  və  katalitik  krekinq  qurğularında  çalışan  əməkçilərlə  görüşdü.  Həmin  görüşlər  zamanı  bu 

qurğuların tikintisinin çox çətinliklə baş tutduğunu iştirakçıların nəzərinə çatdıraraq onların istismarının daha da 

yaxşılaşdırılması  üçün  öz  tövsiyələrini  verdi.  ED-AVT-6  ilkin  emal  qurğusu  ərazisində  burada  toplanmış 

neftayıranlara  müraciət  edərək  Heydər  Əliyev  dedi:  “Xatırlayıram  ki,  bu  qurğu  1976-cı  ilin  oktyabrında 

istifadəyə verilib. О vaxt biz burada böyük bir mitinq də keçirdik. Demək bu qurğu 18 ildir ki, işləyir... Mən də 

sizinlə,  Azərbaycanın  neftçiləri,  zəhmətkeş  adamları,  vətənpərvər  insanları  ilə  fəxr  edirəm.  Doğrudur,  belə 

qurğuların  inşası,  avadanlıq  gətirilməsi,  layihələrin  hazırlanması  üçün  mən  çalışmışam.  Amma  bütün  bunlar 

sizin  əllərinizlə  yaradılıb.  Ona  görə  mən  də  sizinlə  fəxr  edirəm,  çünki  xalqımız  belə  böyük  işləri  görməyə 

qadirdir. Xalqımızin içərisində əməksevər, vətəninə sadiq adamlar çoxdur və onlar xalqın böyük əksəriyyətini 

təşkil  edirlər.  Mən  sizi  görəndə  sevinirəm,  ürəyim  dağa  dönür.  Düşünürəm  ki,  çəkdiyim  zəhmət  əbəs  deyil, 

xalqımız üçündür...”. 

Heydər  Əliyevin  zavoda  gəlişindən  ruhlanan  neftayıranlar  onun  tövsiyələrini  gələcək  inkişaf  üçün 

proqram kimi qəbul edərək NEZ-lərdə irimiqyaslı tədbirlər görüldü. Belə ki, BNEZ-in əməkçiləri ilk növbədə 

istismara  başladığı  vaxtdan  layihə  qüsurları  ilə  işləyən  və  müəssisənin  iqtisadiyyatı  üçün  mühüm  əhəmiyyət 

kəsb  edən  ED-AVT-6  qurğusunun  modernləşdirilməsinə  başladılar.  Bunun  üçün  qurğunun  20  il  ərzində 

istismarı nəticəsində köhnəlmiş əsas texnoloji avadanlıqların dəyişdirilməsi üçün, yeni avadanlıqların, nəzarət-

ölçü  cihazlarının  və  avtomatik  idarəetmə  vasitələrinin  alınması  məqsədilə  Almaniyanın  “Qrimma”  firması  və 

qurğunun  vakuum  bölməsınin  təkmilləşdirilməsi  üçün  isə  İtaliyanın  “Qlitç”  fırması  ilə  müqavilələr  bağlandı. 

1996-1998-ci  illərdə  zavodun  əməkdaşları  həmin  müqavilələrdə  nəzərdə 

[səh.51-52] 

tutulmuş  tədbirləri 

müvəffəqiyyətlə  başa  çatdıraraq  qurğunun  köhnəlmiş  əsas  avadanlıqları  yenisi  ilə  və  vakuum  bölməsində 

«boşqab» adlanan hissələr çox əhəmiyyətli paket halında müasir «boşqablar» ilə əvəz olundu. Daha sonra həmin 

qurğunun  vakuum  bölməsinin  səmərəliyini  daha  da  yaxşılaşdırmaq  məqsədilə  1999-cu  ildə  Rusiyanın  “NPT. 

Corp. LTD” fırması ilə növbəti müqavilə bağlandı. Bu müqaviləyə uyğun olaraq qurğunun vakuum blokunda 

“vakuum hidrosirkulyasiya” aqreqatı əsasında vakuum sistemi təkmilləşdirildi. О dövrün məlumatlarına əsasən 

aparılmış  hesablamalara  görə,  ED-AVT-6  ilkin  emal  qurğusunun  modernləşdirilməsinin  texniki-iqtisadi 

göstəricilərə təsiri nəticələri cədvəl 1-də verilir. 




Cədvəl 1-dən görünür ki, yenidənqurma işlərindən sonra qurğuda açıq rəngli məhsulların və katalitik 

krekinq qurğusu üçün əhəmiyyətli xammal olan vakuum-qazoylun çıxımları xeyli artmışdır. 



 

Cədvəl 2 

Göstəricilər 

Modernləşmədən əvvəl 

Modernləşmədən sonra 

Emal edilən xammal, %: 

100.0 


100.0 

ED-AVT-6 qurğusundan 

75.0 

100.0 


təkrar emaldan 

25.0 


Emal edilen xammalın maya dəyəri, % 

100.0 

90.0 


Katalitik krekinq qurğusunda istehsal olunan 

məqsədli məhsulların maya dəyəri, % 

100.0 

88.0 


 

Son illərdə həmin qurğuda vakuum-qazoylun istehsalı 29-31 % təşkil edir. Bütün bunların nəti-cəsində zavodda 

neftin ilkin emalı zamanı məqsədli məhsul istehsalına sərf edilən reagentlərin miqdarı 6 %, yanacaq və enerji 

resurslarının sərfi 12 % və istehsal edilən məhsulların maya dəyəri isə 8 %-ə qədər azaldı. Göstərilən tədbirlərin 

istehsalata  tətbiqi  nəticəsində  ED-AVT-6  qurğusunda  əvvəlki  illərdəkinə  nisbətən  eyni  həcmdə  xam  neftin 

emalından  alınmış  neft  məhsullarının,  həmçinin  vakuum-qazoylun  miqdarı  xeyli  artdı.  Bu,  zavodun  digər 

mürəkkəb  qurğularından  biri  olan  katalitik  krekinq  qurğusunun  xammal  ilə  təchizatını  olduqca  yaxşılaşdırdı. 

Belə ki, əvvəllər zavodun ilkin emal qurğusundakı mövcud problemlər səbəbindən katalitik krekinq üçün tələb 

edilən həcmdə vakuum-qazoyl istehsalı mümkün olmurdu. Buna görə zavodun əməkçiləri qurğunun xammalla, 

yəni  vakuum-qazoylla  təminatını  yaxşılaşdırmaq  məqsədilə  alternativ  mənbələrdən  istifadə  edirdilər.  1993-

1996-cı illərin hesabat məlumatlarına görə, zavodun katalitik krekinq qurğusunda emal olunmuş xammalın 25-

28  %-i  həmin  alternativ  mənbələr  hesabına  təmin  edilirdi.  Bununla  əlaqədar  əksər  hallarda  zavodun  krekinq 

qurğusunda xammalın keyfıyyətində və həm də onun maya dəyərində müəyyən mənfı dəyişikliklər baş verirdi. 

Zavodun ilkin emal qurğusunda modernləşdirmə işləri tam başa çatdıqdan sonra krekinq qurğusu yalnız ilkin 

emal prosesindən alınmış vakuum-qazoyl ilə təchiz edilməyə başladı. Katalitik krekinq qurğusunun xammal ilə 

təchizatının  yaxşılaşdırılmasının  qurğuda  alınmış  məhsulların  iqtisadi  göstəricilərinə  təsiri  cədvəl  2-də  əks 

olunub. 

Modernləşdirildikdən  sonra  krekinq  qurğusunda  nisbətən  yüksək  maya  dəyərinə  malik,  alternativ 

üsulla  alınmış  vakuum-qazoyldan  istifadə  tam  dayandırıldı.  Bundan  sonra  katalitik  krekinq  qurğusunun 

vakuum-qazoyl  ilə  təchizatı  yaxşılaşmış,  onun  maya  dəyəri  10  %-ə  və  burada  alınmış  bütün  məqsədli 

məhsulların maya dəyəri isə 10-12 %-ə kimi azalmışdır. 

1990-cı  illərin  əvvəllərində  zavodda  istehsal  olunmuş  bütün  dizel  distillatı  zavod  ərazisindən  xeyli 

uzaqda, keçmiş Ə.Qarayev adına zavodun ərazisində, 34-35 il istismar nəticəsində fıziki və mənəvi aşınmaya 

məruz qalmış qurğularda, reaktiv mühərrik yanacağı isə zavodun ərazisində qələviləşdirilirdi. Bunun nəticəsində 

il  ərzində  orta  hesabla  20-21  min  t-a  yaxınm  qələvi  tullantısı  Xəzərə  axıdılaraq  ekoloji  problemlər  ilə  yanaşı, 

dizel distillatının zavoddan kənara nəqli müəssisədə əlavə məhsul itkisi və əməliyyat xərclərinin yaranmasına da 

gətirib  çıxarırdı.  Bu  problemin  həlli  və  ümumiyyətlə zavodda  istehsal edilən  bütün  yanacaq  komponentlərinin 

təmizlənməsi  üsulunu  təkmilləşdirmək  məqsədilə  1996-cı  ildə  ABŞ-ın  “Merikem”  fırması  ilə  dizel  yanacağı, 

kerosin, birbaşa qovulmuş benzinlərin təmizlənməsi və bunun da nəticəsində alınmış qələvi tullantıların təkrar 

emalı  yolu  ilə  naften  turşularının  istehsalı  ilə  bağlı  texnoloji  sənədləri  və  fırmaya  məxsus  avadanlıqların 

alınması üçün müqavilə bağlandı və 2000-ci ildə bu 

[səh.52-53] 

avadanlıqların quraşdırılmasına başlandı. 2001-

ci ilin birinci rübündə müqavilədə nəzərdə tutulmuş bütün işlər vaxtından xeyli əvvəl tam olaraq yerinə yetirildi. 

Bundan  sonra  yanacaqların  təmizlənməsi  ilə  yanaşı,  yaranan  qələvi  tullantılarının  yeni  işə  salınmış  Merikon 

qurğusunda  təkrar  emalı  ilə  zavodda  ilk  dəfə  xam  naften  turşusunun  istehsalına  başlandı.  Bu  zaman  Heydər 

Əliyev  adına  BNEZ-in  potensial  imkanından  45-47  %  aşağı  işləməsinə  baxmayaraq,  həmin  tədbirin  tətbiqi 

nəticəsində  əmtəəlik  məhsulun  həcmi  1.7  %  artdı  və  istehsal  olunmuş  məhsulların  maya  dəyəri  0.8  %  aşağı 

düşdü. Hazırda 1t xammala görə əməliyyat xərcləri digər yanacaqtəmizləmə qurğularına nisbətən 42-48 % aşağı 

olan bu qurğuda reaktiv mühərrik yanacağının təmizlənməsi müvəffəqiyyətlə davam etdirilir. 




Q-43-107  tipli  katalitik  krekinq  qurğusu  1993-cü  ilin  sonlarında  inşa  edilib  istifadəyə  verilməsinə 

baxmayaraq,  tikintisi  1980-ci  illərin  ortalarında  tərtib  olunmuş  layihəyə  əsasən  yerinə  yetirildiyindən  onun 

idarəetmə sxemi dövrün tələblərinə cavab vermirdi. Belə ki, onun layihə üzrə idarəetmə sistemini “pnevmatik” 

elementlər  əsasında  qurulmuş  cihazlar  təşkil  edirdi.  Həmin  cihazların  dəqiqliyinin  aşağı  olması  avtomatik 

tənzimləmə  dövrlərində  gecikmənin  yüksək  olması  kimi  çatışmazlıqlar  müşahidə  olunurdu.  Bunları  nəzərə 

alaraq,  1999-cu  ildə  ABŞ-ın  “Honevel”  firması  ilə  bağlanmış  müqaviləyə  əsasən  mürəkkəb  idarəetmə 

parametrlərinə  malik  Q-43-107  tipli  katalitik  krekinq  qurğusunun  avtomatik  idarə  olunması  üçün  TDS-3000 

avtomatik  idarəetmə  sistemi  müvəffəqiyyətlə  istehsalata  tətbiq  olundu.  Yeni  sistemin  katalitik  krekinq 

qurğusunda tətbiqi istehsal olunmuş yüksəkoktanlı benzin komponentinin istehsalını 1-1.5 %-ə kimi artırdı ki, 

bu da 20-30 min t yüksəkoktanlı əlavə benzin istehsalı deməkdir. 

Neft emalı kompleksində mövcud olan müxtəlif istilik  mənbələrindən səmərəli istifadə olunmasında 

istilik axınları ilə yanaşı, texnoloji qurğularda quraşdırılmış utilləşdirmə qazanlarının istismarı əhəmiyyətli rol 

oynayır.  1990-1996-cı  illərdə  aparılmış  araşdırmalar  göstərdi  ki,  Heydər  Əliyev  adına  BNEZ-də  utilləşdirmə 

qazanları  uzun  müddət  potensial  imkanlarından  olduqca  aşağı  səviyyədə  istismar  olunurdular.  Bunu  nəzərə 

alaraq,  zavodda  1995-ci  ildən  başlayaraq,  bir  çox  təkmilləşdirmə  işləri  ilə  yanaşı,  istilik  axınlarından  istifadə 

təkmilləşdirilmiş  və  utilləşdirmə  qazanlarında  keyfiyyətli  bərpa  işləri  aparılmış,  bütün  qurğuların  utilləşdirmə 

qazanlarında su buxarı istehsalı yüksək səviyyədə bərpa olunmuşdur. Bunun nəticəsində istilik enerjisi təchizatı 

xeyli  yaxşılaşmışdır.  Təkmilləşdirmədən  əvvəl  və  sonrakı  dövrdə  zavodun  istilik  enerjisi  ilə  təchizatını 

xarakterizə edən məlumatlar cədvəl 3-də verilir. 

Cədvəl 3-dən görünür ki, istilik axınlarının enerjisindən istifadə yüksəlmiş və qurğuların utilləşdirmə 

qazanlarının  işinin  təkmilləşdirilməsi  zavodda  istilik  sərfini  və  onun  quruluşunu  olduqca  yaxşılaşdırmışdır. 

Bütün bunların nəticəsində za- 



Cədvəl 3 

Göstəricilər 

İllər 

1994 


1995 

1997 


1998 

2000 


2004 

Bir ton neftin emalina cemi sərf olunan istilik, %: 

100 

53 


47 

38 


31 

28 


BNEZ istehsali 

22 



25 

35 


38 

100 


Kənardan alınmış 

91 


78 

75 


65 

62 


 

Cədvəl 4 

Göstəricilər 

İllər üzrə hidrogenlə təmizləmə qurğusunun istehsal həcmi 

2002 

2003 


2006 

2010 


2012 

Qudron emalı, t 

1.0 

1.0 


1.0 

1.0 


1.0 

Əmtəəlik məhsullar, t: 

 

 

 



 

 

kokslaşma benzini 



0.155 

0.146 


0.16 

0.142 


0.134 

koks 


0.162 

0.170 


0.147 

0.248 


0.242 ' 

ağır qazoyl 

0.298 

0.298 


0.172 

0.004 


0.049 

Məişət soba yanacağı 

0.269 

0.286 


0.059 



Hidrotəmizlənmiş dizel yanacağı 



0.348 

0.457 


0.412 

[səh.53-54]

 

vodda 1t neftin emalina istilik enerjisi sərfı əvvəlkinə nisbətən 3.6 dəfə aşağı düşmüş və kənardan baha qiymətə 



alınan istilik enerjisinin miqdarı ardıcıl azalaraq 2004-cü ildən tam dayandırılmışdır. 

Əvvəllər  texnoloji  qurğuların  normal  istismarı  üçün  əhəmiyyətli  rola  malik  inhibitor  və 

deemulqatorların  əksəriyyəti  kənardan  valyuta  ilə  alındığından  daima  müxtəlif  problemlər  yaranırdı.  Bunu 

nəzərə  alaraq,  zavodun  mütəxəssisləri  1990-cı  illərin  ortalarında  respublikada  yerli  xammal  əsasında  reagent 

istehsalının  təşkili  üçün  Milli  Elmlər  Akademiyasının  Neft-Kimya  Prosesləri  İnstitutu  ilə  birgə  əməkdaşlığa 

başladı.  Nəticədə  çox  qısa  müddətdə  institutun  təcrübə  bazasında  yerli  xammal  əsasında  inhibitor  və 

deemulqatorların istehsalına başlandı və 1995-ci ildən BNEZ-in ED-AVT-6 qurğusunda “Kaspi-X” və “Kaspi” 

inhibitorları və 1998-ci ildən “Xəzər” deemulqatoru müvəffəqiyyətlə istehsalata tətbiq olunaraq, xaricdən alınan 




Proxolit  və  Yunikor  kimi  reagentlərin  zavodda  istifadəsi  tamamilə  dayandırıldı.  2013-cü  ilin  faktiki 

məlumatlarına görə, respublika NEZ-lərində 1.8 min t-dan çox yerli reagentlərdən istifadə olunub. 

2003-cü ilin ikinci yarısında Heydər Əliyev adına BNEZ-in rəhbərliyinin təşəbbüsü ilə 1993-cü ildən 

obyektiv  səbəblərlə  əlaqədar  işləməyən  vakuum-qazoylun  hidrogenlə  təmizləmə  qurğusunda  dizel 

yanacaqlarının  keyfiyyətini  yaxşılaşdırmaq  və  resursunu  artırmaq  məqsədilə  yanacaqların  təmizlənməsi  üçün 

modernləşdirmə işlərinə başlandı və zavod üçün böyük texniki-iqtisadi əhəmiyyətə malik həmin tədbirin tətbiqi 

nəticəsində 2004-cü ilin aprel ayından yanacaqların təmizlənməsi mümkün oldu. Bu tədbirdən sonra hidrogenlə 

təmizləmə qurğusunda dizel distillatı ilə yanaşı, kokslaşma qurğusunda alınan yüngül qazoyldan zavodda əlavə 

olaraq yüksək keyfıyyətli dizel yanacaqlarının istehsalına başlandı. Zavodda qudronun təkrar emalından alınmış 

məhsulların istehsal göstəriciləri cədvəl 4-də verilir. 

Cədvəl  4-dən  görünür  ki,  2006-cı  ildən  başlayaraq,  zavodda  11  qudronun  emalından  0.398-0.457  t 

dizel yanacağı istehsal olunmuşdur. Beləliklə, son 10 ildə kokslaşdırma qurğusunda qudrondan istehsal olunmuş 

yüngül  qazoyldan  3  mln.  t-a  yaxın  Avro-3  standartının  tələblərinə  cavab  verən  dizel  yanacağı  istehsal 

edilmişdir. 

1990-cı  illərin  əvvəllərində  “Azərneftyağ”  NEZ-də  sürtki  yağlarının  istehsalı  üçün  tələb  edilən 

distillatlar 25-30 il istismarda olan, mənəvi və fiziki aşınmaya məruz qalmış qurğularda istehsal olunduğundan 

keyfiyyətli yağ  məhsullarının alınmasında problemlər yaranırdı.  Bunu nəzərə alaraq zavodda emal edilən xam 

neftin potensialından istifadəni yaxşılaşdırmaq və sürtkü yağlarının keyfıyyətini nisbətən yüksəltmək məqsədilə 

1994 - 1995-ci illərdə ABŞ-ın “Petrofak” və Cənubi Koreyanın “Laki-İnjinirinq” şirkətlərinin köməkliyi ilə qısa 

zamanda  hər  birinin  illik  məhsuldarlığı  2.0  mln.  t  olan  iki  müasir  ilkin  emal  qurğusu  istismara  verildi. 

“Petrofak” qurğusunun texniki-iqtisadi göstəriciləri şəkil 1-də əks olunmuşdur. 

Şəkil 1-dən göründüyü kimi, «Azərneftyağ» 

[səh.54-55] 

zavodunda müasir qurğuların işə salınması ilə 

açıq  rəngli  məhsulların  çıxımı  11,  vakuum-qazoylun  isə  12  %  artmışdır,  1t  xammala  sərf  edilən  əməliy  yat 

xərcləri yanacaq-enerji resursları hesabına 47, alınmış məhsulların maya dəyəri isə 18 % azalmışdır. 

1990-cı  illərin  ikinci  yarısından  respublikada  yaranmış  siyasi  sabitlik,  iqtisadiyyatın  inkişafındakı 

müsbət  dəyişikliklər  və  infrastrukturun  təkmilləşdirilməsi  istiqamətində  aparılan  işlər  neft  bitumuna  tələbatı 

artırdı.  Bunu  nəzərə  alaraq,  “Azərneftyağ”  NEZ-də  əvvəllər  zavodun  inkişafı  üçün  nəzərdə  tutulmuş  və  illik 

məhsuldarlığı 250 min t olan bitum qurğusunun 1997-ci ildə tikintisinə başlanmış, 2000-ci ilin ikinci yarısında 

isə  müvəffəqiyyətlə  istismara  daxil  edilmişdir.  Bundan  başqa,  zavodda  soba  yanacağının  hazırlanmasında 

istifadə olunan və ucuz qiymətlə satılan qudrondan ildə 300-310 min t yüksək keyfıyyətli bitum istehsal edilərək 

istehlakçılara  təhvil  verilirdi.  Son  zamanlar  zavodda  istilik  sisteminin  təkmilləşdirilməsi  məqsədilə  aparılmış 

ardıcıl tədbirlər qurğularda istilik enerjisinin sərfini xeyli azaltmışdır. Bu tədbirlər nəticəsində təkcə son beş ildə 

zavodda  emal  olunmuş  bir  ton  xam  neftə  sərf  olunan  istilik  enerjisinin  miqdarı  35  %  aşağı  düşmüşdür.  Neft 

emalı  zavodları arasında inteqrasiya  daha  da  genişlənmişdir.  Bunun  nəticəsində əvvəlki  illərdən fərqli  olaraq, 

hazırda  “Azərneftyağ”  NEZ-də  istehsal  olunmuş  bütün  açıq  rəngli  distillatlar  Heydər  Əliyev  adına  BNEZ-in 

nisbətən müasir yanacaqtəmizləmə qurğularında təkrar emal olunaraq müvafıq mühərrik yanacaqları alınır. 

1993-2000-ci  illərdə  neft  emalı  kompleksində  texniki-iqtisadi  göstəriciləri  yaxşılaşdırmaq  və  emalın 

səmərəliyini  artırmaq  məqsədilə  sahənin  bir  çox  texnoloji  qurğularında  müxtəlif  modernləşdirmə  işləri 

aparılmasına  baxmayaraq,  о  zaman  mövcud  olan  ictimai-siyasi  hadisələr  neft  emalının  formalaşmış 

potensialından tam istifadə etməyə imkan vermirdi. Ölkəmizin yanacaq-enerji balansında yaranmış problemlərlə 

əlaqədər  NEZ-lər  payız-qış  və  qış-yaz  aylarında  mazut  rejimində  işləməklə  qarşılaşırdılar.  Buna  görə  də 

zavodlarda neftdən səmərəli istifadə göstəricisi, yəni neftin emal dərinliyi çox aşağı səviyyədə idi. 

О zaman Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Birinci vitse-prezidenti vəzifəsində çalışan 

ölkə  başçısı  İlham  Əliyev  dünya  miqyasında  neft-qaz  istehsalının  və  istehsal  olunan  neft  məhsullarının  satış 

bazarlarında vəziyyətini dərindən təhlil edərək xam neftin və soba mazutunun qiymətlərinin mavi  yanacaqdan 

baha olmasını nəzərə alaraq, NEZ-lərin mazut rejimindən imtina edilməsini və enerji istehsalı üçün sərf edilən 

soba  yanacağının  istehsalının  formalaşmasında  iştirak  edən  ağır  qalıqların  təkrar  emal  qurğularında  emal 

etməklə qiymətli məhsulların istehsalının artırlmasını təklif etdi. Bununla da artıq istehsal olunmuş məhsulların 

ixrac olunmasını və ondan alınan vəsait hesabına Rusiya Federasiyasından təbii qazın idxalını əsas- 

[səh.55-56] 

landırdı

Bu tədbir 2000-ci ildən başlayaraq həyata keçirildi və artıq həmin il respublikamızm enerji sahəsi üçün 



293.2  mln.  m

3

  qaz  idxal  olundu.  Bunun  və  ölkəmizdə  bünövrəsı  ümummilli  lider  Heydər  Əliyev  tərəfindən 



qoyulmuş  neft  strategiyasının  Azərbaycan  prezidenti  İlham  Əliyev  tərəfindən  uğurlu  icrası  nəticəsində 


respublikanın yanacaq-enerji balansında yaranmış problemlər həll olundu və ölkəmizdə neft emalı kompleksinin 

imkanlarından səmərəli istifadə üçün münbit şərait yarandı. Beləliklə, göstərilən tədbirlərin həyata keçirilməsi 

ilə son 20 ildə 1994-cü illə müqayisədə neft emalının həcminin 30.2 % azalmasına baxmayaraq, benzin istehsalı 

29.8 % və onun tərkibində A-92 və yüksək oktan ədədinə malik növlərin həcmi 38-dən 99.2 %-ə kimi artmışdır. 

Bundan başqa, kerosin və dizel yanacaqların həcmi 13 %, koks istehsalı 5.5 və bitum istehsalı isə 4.7 dəfə artdı. 

ARDNŞ-in  bütün  neft  emalı  kompleksində  emal  dərinliyi  38.2  %  artırılaraq  2013-cü  ildə  92.1  %-ə 

çatdırılmışdır. 

“Əsrin  müqaviləsi”nin  imzalanmasından  ötən  20  il  ərzində  Azərbaycan  Respublikasının  Prezidenti 

İlham  Əliyevin  rəhbərliyi  ilə  neft  strategiyasının  uğurla  həyata  keçirilməsi  nəticəsində  emal  kompleksində 

nəzərəçarpacaq müsbət dəyişikliklər baş vermişdir (şəkil 2). 

Ölkə başçısının məlum sərəncamı ilə keçmiş Sumqayıt “Azərikimya” Dövlət Şirkəti (DŞ) ARDNŞ-in 

tabeçiliyinə  verildikdən  sonra  «Azərikimya»  Istehsalat  Birliyi  (İB)  təşkil  olundu.  Neft  şirkəti  rəhbərliyi 

sərəncamdan  irəli  gələn  problemlərin  həlli  məqsədilə  birliyin  mütəxəssisləri  ilə  birgə  Səthi  aktiv  maddələr, 

Sintezkauçuk, Üzvisintez və «Etilen-polietilen» zavodlarının fəaliyyətləri nəzərdən keçirildi. Araşdırma göstərdi 

ki,  2008-2009-cu  illərdə  “Azərikimya”  DŞ-də  istehal  edilən  bütün  əmtəəlik  məhsulun  71-75  %-i  «Etilen-

polietilen»  zavodunda,  17-20  %-i  isə  həmin  zavodda  alınan  propilen  əsasında  digər  iki  müəssisədə  istehsal 

olunub.  Bunu  nəzərə  alaraq,  İB-nin  əsas  sahələrdə  texniki-iqtisadi  göstəriciləri  və  strukturunu  yaxşılaşdırmaq 

üçün tədbirlər həyata keçirilməyə başlandı. Belə ki, son 3-4- ildə müxtəlif ekoloji və sosial tədbirlər ilə yanaşı, 

“Etilen-polietilen”  zavodunun  piroliz  qurğusunun  xammalla  təminatını  nisbətən  yaxşılaşdırmaq  məqsədilə 

Heydər Əliyev adına BNEZ-də əmələ gələn quru və maye qazların Sumqayıta nəqli üçün iki qaz kəməri çəkilib, 

piroliz  və  polimerizasiya  qurğularında  təkmilləşdirmə  işləri  aparılıb.  Yeni  dövri  susoyutma  və  azot-oksigen 

qurğuları inşa edilərək istismara verilib. Texnoloji qurğularda müasir DCS idarəetmə sisteminə keçirilib və İB-

nin  strukturu  xeyli  təkmilləşdirilib.  Bütün  bunların  nəticəsində  hazırda  piroliz  qurğusunda  yüngül  benzinlə 

yanaşı,  NEZ-lərdə  alınan  quru  və  maye  qazlar,  propan-propilen  və  butan-butilen  fraksiyaları  müvəffəqiyyətlə 

emal  olunur.  2008-2009-cu  illərdəkinə  nisbətən  İB-nin  EP-300  piroliz  qurğusunda  olefin  karbohidrogenlərin 

xammaldan çıxımı 35-37 %-dən 43-43.6 %-ə qədər artmış və alınan etilen və propilenin istehsalına sərf edilən 

elektrik  enerjisi  39.5,  istilik  enerjisi  35,  kənardan  alınaraq  yandırılan  təbii  qaz  75  və  dövri  su  isə  18.2  % 

azalmışdır. Hazırda emal kompleksinə aid bütün müəssələrdə texniki-iqtisadi göstəricilərin yaxşılaşdırılması və 

istehsal olunmuş məhsulların keyfiyyətinin artırılması məqsədilə ardıcıl iş aparılır. 

 

Ədəbiyyat siyahısı 

 

1.  Heydər  Əliyev.,  2010.  Çıxışlar-nitqlər,  bəyanatlar-müsahibələr,  məktublar-məruzələr,  müraciətlər-



fərmanlar, c. 30. - Azərməşr, s.372. 

2. Показатели работ нефтеперерабатывающей промышленности // Статистический бюллетень. - 

М.: ЦНИИТЭнефтехим, 1989, с. 7-8. 

3.  Abdullayev  R.İ.,  Məmmədov  D.N.,  İsmayılov  M.İ.,  Xıdırov  В.S.,  2003.  “Azərneftyanacaq”  neft 

emalı zavodu 1953-2003-cü illərdə // Neft-kimya və neft emalı jurnalı, s. 16-19. 

4.  Abdullayev  R.İ.,  Xıdırov  B.S.,  2003.  Azərbaycan  neftayırma  sənayesində  Azərneftyanacaq  neft 

emalı zavodunun rolu. - Baki: Elm, 190 s. 

5.  Abdullayev  R.İ.,  Məmmədov  D.N.,  Xıdırov  B.S.,  2007.  Azərbaycan  neft  emalı  kompleksinin 

inkişafı // Azərbaycan neft təsərrüfatı, № 3, s. 58-61. 

6. Abdullayev R.İ., Məmmədov D.N., İsmayılov M.İ., Xıdırov В.S., 2004. Bakı neft emalı zavodunda 

təkrar emal qurğularının istismarının yaxşılaşdırılması yolları // Azərbaycan neft təsərrüfatı, № 11, s. 44-47. 

7. 


Хыдыров  Б.,  Бабаев  H.,  2013.  Развитие  нефтеперерабатывающего  комплекса 

Азербайджанской Республики // Экономист, № 5, с. 54-57

. [səh.56-57]

 

 



Некоторые вопросы технологической модернизации нефтеперерабатывающего 

комплекса ГНКАР 

 

Б.С. Хыдыров, Н.Г. Бабаев 

 



Во время встречи с нефтепереработчиками накануне подписания «Контракта века» 17 сентября 

1994 


г. 

на 


нефтеперерабатывающем 

заводе 


«Азернефтянаджаг» 

рекомендации, 

данные 

общенациональным лидером Гейдаром Алиевым, были приняты в качестве программы для дальнейшего 



развития  нефтеперерабатывающего  комплекса  страны.  В  этой  связи  рассмотрены  вопросы  влияния 

строительства новых и модернизации имеющихся технологических установок, а также ряда других мер 

на их технико-экономические показатели и в целом нефтеперерабатывающего комплекса за последние 

20 лет. 


Ключевые  слова:  перерабатывающий  комплекс,  нефтеперерабатывающие  заводы,  установка 

каталитического крекинга, товарный бензин, нефтяная продукция, тепловая энергия, совершенствование 

инфраструктуры 

 

Some issues of technological modernization 



of SOCAR oil-refining complex 

 

B.S. Khidirov, N.G. Babayev 

 

The recommendations given by national leader Heydar Aliyev in the meeting with oil refiners on the 



eve of “Contract of the Century” signing on September 17,1994 in oil refining plant “Azemeftyanajagh” were 

considered as a program for further development of oil refining complex of Republic. 

In  this  connection  the  questions  of  influence  of  construction  of  new  and  modernization  of  existing 

technological structures, as well as a number of other  measures on their technical-economical indexes and oil 

refining complex on the whole for last twenty years have been considered. 

Keywords:  refining  complex,  oil  refineries,  catalytic  cracking  unit,  oil  products,  modernization  of 

infrastructure, gasoline ernergy. 



 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə