Azərbaycan neftġ



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə1/52
tarix06.05.2018
ölçüsü1,27 Mb.
#43232
  1   2   3   4   5   6   7   8   9   ...   52


 

 

 

 

 

AZƏRBAYCAN  NEFTĠ   

DÜNYA  

SĠYASƏTĠNDƏ 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

AZƏRBAYCAN  NƏġRĠYYATI 



Bakı - 1997 

 

 




 

 



"Azərbaycan nefti dünya siyasətində"  

Çoxcildliyi Azərbaycan Respublikasının Prezidenti  



Heydər Əliyevin 

1994-cü ildə verdiyi tapşırığa əsasən  

nəşr olunur 

 

 



 

 

 



 

 

 



İlham Əliyev  

Akif Muradverdiyev 

 

Zəngin  tarixi  materiallar  əsasında  yazılmış  "Azərbaycan  nefti  dünya  siyasətində"  çoxcildliyinin  ikinci 



cildi  əsasən  XIX  əsrin  ikinci  yarısından  başlayaraq  Bakı  neftinin  sənayeləşməsindən,  neftin  əsrin  yanacağına 

çevrilməsindən,  neft emalı  və  neft  kimyasının  inkişafından,  neft  ticarətinin  və  onun  nəqlinin  müasir tələblərə 

çatdırılmasından,  Bakı  neft  sənayesinə  xarici  kapitalın  axınından,  onun  transmilli  şirkətlərlə  birgə 

fəaliyyətlərindən və nəhayət Azərbaycanda milli sahibkarlığın təşəkkülündən bəhs edir. 

 

Kitab geniş oxucu kütləsi uçun nəzərdə tutulmuşdur. 



 

 

 



 

 

© "Azərbaycan" nəşriyyatı — 1997 



 


 

MÜNDƏRĠCAT



 

 

Oxuculara 



Bakı - hadisələrlə zəngin Ģəhər 

Azərbaycan neft sənayesinin inkiĢafı (1872-1920-ci illər) 

Azərbaycanda neft emalı sənayesinin yaranması  

Neft ticarətinin inkiĢafı və Bakı neftinin nəqli 

Azərbaycan neft sənayesinin inhisarları 

Azərbaycan neft sənayesində xarici kapitalın rolu 

Azərbaycan neft sənayesinin sonrakı inkiĢafında 9 fevral 1890-cı il qanununun əhəmiyyəti  

Əllə (kustar üsulla) neft hasilatı 

İstifadə olunmuş ədəbiyyat 



 

 

 


 

OXUCULARA 

 

Üç  min  ildən  çox  tarixi  olan  Bakı  XIX  əsrin  əvvəlində  kiçik  bir  liman  şəhəri  idi.  Ərəb  və  İran 



tarixçilərinin dövrümüzədək gəlib çatmış yazılı məlumatları isə IX-XI əsrlərə aiddir. Bu mənbələrdə Bakının adı 

ilk növbədə Abşeronun neft və qaz fontanları, mineral su bulaqları və palçıq vulkanları ilə bağlı xatırlanır. Artıq 

X  əsrdə  bir  çox  səyyahların  əsərlərində  Bakının  adına  rast  gəlinirdi.  Əlverişli  coğrafi  mövqeyi,  rahat  limanı 

onun Yaxın və Orta Şərq ölkələri, Avropa və Asiya ilə ticarət əlaqələrinin inkişafı üçün imkan yaratdığından, 

Bakı getdikcə Xəzər dənizinin əsas liman şəhərinə və mühüm yükboşaltma məntəqəsinə çevrilirdi. 

Bakının  tarixi  uzaq  əsrlərin  dərinliklərinə  gedib  çıxır.  Biz  isə  oxucuya  bu  qədim  şəhərin  XIX  əsrdən 

başlayaraq sürətli inkişafına və çiçəklənməsinə, onun dünyanın neft paytaxtına çevrilməsinə təkan verən, misli-

bərabəri olmayan məşhur Bakı neftinin sənaye istehsalına başlanıldığı dövrdən danışacağıq. 

"Azərbaycan nefti dünya siyasətində" adlanan bu kitabın ikinci cildində o vaxtkı Bakının müfəssəl dəqiq 

təsvirini  verməyə  cəhd  edilməmişdir.  Əsas  məqsədimiz  köhnə,  doğma  Bakının  əsl  obrazlı  simasını,  həmin 

dövrün ən iri neft sənaye mərkəzi kimi əhəmiyyətini, onun XIX əsrin ikinci yarısı — XX əsrin əvvəllərindəki 

neft  hasilatındakı  sıçrayışının  təsiri  ilə  dəyişməsi  və  abadlaşdırılmasını  əks  etdirməkdir.  Kitabda  o  dövrdə 

Azərbaycanın  və  xüsusilə  Bakının  bütün  Avropa  və  Yaxın  Şərq  üçün  nə  qədər  böyük  əhəmiyyət  kəsb  etdiyi 

əyani surətdə açıqlanır. 

Bakıda neft mədənlərinin və onlarla birlikdə ticarət və sənayenin, gəmiçilik və dəmir yolu nəqliyyatının 

möcüzəli  inkişafı  nəticəsində  1897-ci  ildə  Bakıda artıq  150  min  artıq  əhali  yaşayırdı.  Bu  dövrdə  Bakı sürətlə 

böyüyərək, neft mədənlərinin, zavodların yerləşdiyi "Qara şəhər"i və "Ağ şəhər"i də əhatə edirdi. 

Tanınmış  ingilis  səyyahı  Karl  Marvin  Bakı  neft  sənayesinin  canlı  təsvirini  özünün  "Bakı—Avropanın 

nefti" (1886-cı il) və "Əbədi odlar ölkəsi" adlı kitablarında yüksək bədii bacarıq və sənətkarlıqla qələmə alaraq 

Avropa  oxucularına çatdırmışdır.  Doğrudur, hər  iki  kitab  əsasən texniki  və iqtisadi  məsələlərə  həsr  olunsa da, 

Bakının gözəlliyi və onun insanlarının mehribanlığı haqda heç vaxt yazılmamışdı. 

Sonradan  daha  bir  jurnalistin,  İngiltərənin  "Petroleum  Uorld"  jurnalının  redaktoru  C.  Henrinin  Bakıya 

səfəri  zamanı  o  da  əvvəlki  müəlliflər  kimi  gördüklərindən  müqəssir  olmuş  və  görülmüş  nəhəng  işlərin 

həcmindən, Bakının gözəlliyindən, şəhərin çoxmillətli əhalisinin tarixindən maraqlı kitab yazmışdır. 

Son bir neçə qərinə idi ki, Bakının müasir sənayesi, qədim adət və ənənələrində qeyri-təbii qüvvələr bir-

biri ilə culğalaşmışdı, bu da gec-tez bəşəriyyəti lərzəyə salmalı idi. 

XIX  əsrin  sonunda  Bakıda  yaranmış  şərait  öz  inkişafı  ilə  hələ  zirvəsinə  çatmamış,  sənaye  öz  vüsətini 

almamışdı. 

Bu kitabda toplanmış istər tarixi, istərsə də statik məlumatlar dünyanın hər yerində neft sənayeçiləri üçün 

maraq doğura bilər. Çünki yazılan məlumatlar əsasən yeni ilə köhnənin, milli antaqonizm və iqtisadi rəqabətin 

toqquşması nəticəsində mürəkkəb bir qabarmanın məhsuludur. 

Bakı  neft  sənayesində  baş  vermiş  texniki  tərəqqi  mədənlərin  mənzərəsini  dəyişərək,  Avropada  və 

Amerikadakı  maliyyə  və  ticarət  tarazlığını  pozub  alt-üst  etmişdi.  Ədəbi  və  elmi  qaynaqlarda  Bakı  haqqında, 

onun  əsas  sənaye  sahəsi  olan  neft  sənayesinin  mənşəyi,  inkişafı,  keçmiş  vəziyyəti  barədə  məlumat  qismən  az 

olduğundan, belə bir kitabın yazılması əhəmiyyətlidir. 

Kitabın  tarixi  aspekti  ilə  yanaşı,  burada  Bakı  neft  sənayesinin  romantik  tərzdə  inkişafından  bəhs  edən 

maraqlı  məlumatları  da  oxuya  bilərsiniz.  Kitabda  qeyd  olunur  ki,  XIX  əsrin  sonuna  yaxın  Azərbaycan  neft 

sənayesinin texniki  tərəqqisi  nəticəsində,  1872-ci  ildə  1,4  milyon  pud  neft  çıxarıldığı  halda,  1894-cü  ildə neft 

hasilatı  340  milyon  puda,  yəni  ABŞ-dakı  səviyyəyə  çatmışdı.  Sonralar  (1901-çn  ilədək)  Azərbaycan  neft 

hasilatına görə dünyada birinci yerə çıxmışdı. Lakin dünya bazarında birincilik xammalın həcmi ilə deyil, bu 

bazarda başlıca məhsul sayılan kerosinin həcmi ilə müəyyən edilirdi. Bu cəhətdən üstünlük Amerika sənayesinə 

məxsus  olaraq  qalırdı.  Bakı  neftayırma  sənayesində  müvəffəqiyyətlərin  ən  böyük  göstəricisi  burada  istehsal 

edilən  kerosinin  xaricə  daşınması  (1883-cü  il)  oldu.  Artıq  1885-ci  ildə  Amerika  kerosini  Rusiyanın 

bazarlarından sıxışdırılıb çıxarıldı. 

Beləliklə, qısa müddət ərzində Bakıda misli görünməmiş iqtisadi yüksəliş baş verdi. Şəhərdə güclü sənaye 

potensialı yaradıldı, neft hasilatı, emalı və satışı üzrə yüzlərlə iri və xırda şirkətlər açıldı. Bu cür kəskin sıçrayış 

həmin  dövr  üçün  çox  diqqətə  layiqdir.  Belə  ki,  neft  sahəsində  qabaqcıl  texnika  və  texnologiyaya  malik  olan 

inkişaf  etmiş  ölkələr  Azərbaycanın  neftçıxarma  sənayesindən  xeyli  geridə  qalmışdı.  Dünya  neft  hasilatının 

yarıdan çoxunu verməklə Bakı hətta Amerika Birləşmiş Ştatları kimi qabaqcıl ölkəni çox-çox geridə qoymuşdu. 

Kitabda Bakının məşhur neft fontanlarından da maraqlı faktlar verilmişdir. Bilavasitə həmin fontanların 

fəvvarə  verdiyinin  şahidi  olmuş  K.Marvin  yazır  ki,  avqustun  19-da  başlayan  fontan  ram  edilmədən  dekabrın  

10-dək  vurmaqda  davam  etdi.  Buradan  gün  ərzində  çıxan  neftin  miqdarını  müxtəlif  adamlar  müxtəlif  şəkildə, 

biri—  400000-500000  pud  arasında  olduğunu,  qonşu  mədən  sahibinin  hesablanmasına  görə  quyudan  yüz  on 

dörd gün ərzində 13640000 pud, yaxud 220000 ton neft çıxdığını söyləyirdilər. Bəziləri isə iddia edirdilər ki, ən 

azı 30000000 pud neft hədər getmişdi. 



Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə