Azərbaycan neftġ



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə2/52
tarix06.05.2018
ölçüsü1,27 Mb.
#43232
1   2   3   4   5   6   7   8   9   ...   52

 

Amerikada  bu  xəbəri  eşitmiş  bir  neft  mühəndisi  qeyd  edirdi  ki,  "Pensilvaniyada  olsa  idi,  bu  quyu  öz 



sahibinə böyük var-dövlət gətirərdi." Bununla belə hər gün quyudan beş  min funt-sterlinq dəyərində neft axıb 

gedirdi,  ancaq  K.Marvin  bu  fontan  haqda  öz  gördüklərini  belə  yazmışdı:  "Quyudan  çıxan  neft  aşağı  töküldü, 

fışıltı, uğultu bir neçə mil aralıda belə eşidilirdi. Neft fontanı gözəl bir mənzərə yaratmışdı. O vaxtadək bundan 

böyük  neft  fontanı  olmamışdı.  Fontanın  birinci  zərbəsi  əvvəlcə  buruğun  üstünü,  sonra  isə  yanlarını  vurub 

dağıtdı,  ancaq  quyunun  üstündəki  şalban  qalmışdı  ki,  çıxan  neftin  ona  toxunması  üzündən  sürəti  zəifləyirdi. 

Buruğun  özünün  hündürlüyü  70  fut  idi.  Qumlu  neft  fontanı  buruğun  damını  və  yanlarını  uçurandan  sonra 

fəvvarə üç o qədər də hündürlüyə qalxdı". 

Bax, belə bir möcüzəli fontan nəticəsində xam neft həmin dövrdə öz qiymətini itirdi. Bir neftayırma zavo-

dunun sahibi 700000 pud neftə cəmi otuz funt-sterlinq verib çənlərini doldurdu. Heç kəs neftin bir puduna 4/3 

qəpikdən artıq vermirdi. Halbuki, əvvəllər neftin bir pudu 2, yaxud 3 qəpiyə idi. 

Kitabda qeyd edilir ki, neftin bu cür axıb hədər yerə getməsi böyük narahatçılığa səbəb oldu. Bakıda neft 

mədənlərinin  sahibkarları  toplaşıb  bu  çətinliyin  aradan  qaldırılmasını  müzakirə  etməyə  başladılar.  Nəhayət, 

Sankt-Peterburqa,  mərkəzi  hökumətə  müraciət  olundu.  Bakıya  oradan  iki  mühəndis  göndərildi.  Peterburq 

alimlərinin verdiyi məsləhət də heç bir nəticə vermədi. 

1886-cı ilin əvvəllərində Bakıya gəlmiş professor Enkler, doktor Böhm və doktor Yurkenenin müşayiətilə 

Bakı neft mədənlərinin və orada 11 fontan vuran quyunun olduğunu görmüşdülər. Bunlardan beşi Nobel qar-

daşlarına məxsus idi. 

Böyük  rus  alimi  D.İ.Mendeleyev  özünün  "Bakinskoe  neftnoe  delo"  kitabında  1886-cı  ildə  yazırdı: 

"Bakıda  gördüklərim  və  öyrəndiklərim  məndə  belə  bir  fikir  oyatdı  ki,  Rusiyanın  mərkəzində  zavodlar 

yaradılması barədə daha ucadan və daha təkidlə danışmaq hər şeydən mühümdür — bunun vaxtı çatmışdır". 

Azərbaycan  neft  sənayesinin  inkişafının  ilk  dövrlərində  Bakıda  xarici  və  yerli  kapitalın  hesabına 

yaradılmış  iri  neftayırma  zavodlarının  (V.A.Kokorev,  N.İ.Vitte,  C.Məlikov,  H.Z.Tağıyev  zavodları)  meydana 

çıxması məhz bununla izah olunurdu. 

1877-çi  ildə  xam  neftdən  ağ  neft  alınması  üçün  aksiz  vergilərinin  ləğvi,  Bakının  və  bütün  Rusiyanın 

zavodlarında  neft  emalının  nəzərə  çarpacaq  yüksəlişinə  səbəb  oldu.  Bakıda  və  Rusiyanın  digər  şəhərlərində 

neftayırma zavodlarının və neftdən alınan məhsulların miqdarı sürətlə artmağa başladı. 1879-cu ildə yeni inşa 

edilmiş,  həmin  dövr  üçün  ölkənin  və  xaricin  qabaqcıl  texnikası  və  emal  texnologiyası  bazası  əsasında  tək-

milləşdirilmiş  qurğuların  sayı  180-ə  çatdı.  Qədim  ənənələr:  neftayırma  zavodlarını  bilavasitə  xammalların 

çıxarıldığı ərazidə, yəni Abşeronda tikmək ənənəsi ölkə sənayesində amiranə mövqe tutmaq iddiasında olan çar 

Rusiyasının  güclü  və  hərtərəfli  hücumuna  uzun  müddət  dözə  bilməzdi.  Rusiyanın  iri  şəhərlərində  neft  emalı 

zavodlarının  tikintisinə  başlandı  ki,  bu  da  həmin  zavodlara  Bakıdan  xam  neftin  və  neft  tullantılarının 

daşınmasının həcmini xeyli artırmağı tələb edirdi. 

Ümumən  neft  emalının  uzun  davam  edən  tarixinə  dair  bir  çox  məlumatlar  kitabda  öz  əksini  tapmışdır. 

Bakının  dünya  neft  sənayesi  mərkəzinə  çevrilməsi  prosesində  mühüm  amillərdən  biri  kimi  neftin  nəqlinin 

aparıcı  rolu  ətraflı  təsvir  edilmişdir.  Neft  sahibkarlarının  birinci  qurultayında  göstərilirdi  ki,  regionda  üstün 

mövqe tutan Bakının neft sənayesi Avropaya yol tapması ilə, yalnız bununla o, transmilli sənaye ola bilər. 

Ona görə də neftin nəqli məsələsinə qayıdaq. İki dənizi —Xəzəri və Qara dənizi birləşdirən Bakı-Tiflis 

dəmir yolu açılandan sonra Bakı neftini kütləvi surətdə daşımaq mümkün oldu. 

Beləliklə,  XX  əsrin  əvvəllərində  Bakı  ticarət  portu  yük  dövriyyəsinin  həcminə  görə  Rusiyanın  bütün 

ticarət portları arasında birinci yeri tuturdu. Nəticədə ən iri neft sənayesi şirkətləri — "Nobel qardaşları şirkəti", 

"Xəzər - Qara dəniz cəmiyyəti", sahibkar H.Z.Tağıyev özlərinin neftdaşıyan gəmi donanmalarını yaratdılar. 

Nefti  və  neft  məhsulları  Rusiyada  və  xarici  ölkələrdə  satılmaq  üçün  gəmilərlə  Xəzər  dənizi  vasitəsi  ilə 

Həştərxana yalnız altı aylıq naviqasiya ərzində daşına bilirdi. Buna görə də ilin qalan vaxtlarında Rusiyada və 

xarici ölkələrdə xam neft ehtiyatları olmayan neftayırma zavodları işləmirdi. Eyni zamanda 1880-1881-ci illərdə 

Bakının  özündə  o  qədər  xam  neft  yığılıb  qalmışdı  ki,  hasilatı  müvəqqəti  dayandırmalı  olmuşdular.  Neftin 

həddindən artıq istehsal edilməsi böhranı ilk dəfə 1882-ci ildə baş verdi, dörd ildən sonra yenidən təkrar olundu. 

Dünya bazarında çoxlarının hesablaşdıqları iri sənaye mərkəzinə çevrilmiş Bakını dəmir yolu vasitəsi ilə Qara 

dənizlə  birləşdirmək  tələb  olunurdu.  Ona  görə  də  çox  böyük  xərclə  də  olsa,  Zaqafqaziya  dəmir  yolunun 

çəkilməsi məhz Bakı neft sənayesinin tələbatını ödədi, onun gələcək inkişafına təkan verərək, başlıca rol oynadı. 

"Neft  sahəsi"  yaradılmasının  iqtisadi  cəhətdən  sərfəli  olub-olmayacağını  müəyyənləşdirmək  üçün,  ötən 

əsrin  70-ci  illərində  Yollar  Nazirliyinin  Dəmir  Yolları  Departamenti  Şimali  Amerikanın  neft  sərvətlərini 

Abşeronun neft ehtiyatları ilə müqayisə etmişdi. Bu müqayisədə Abşeron yarımadasının böyük perspektivlərə 

malik, zəngin neft diyarı olduğu göstərildi. 

Belə bir şəraitdə iri neft sahibkarları xam neftdən ancaq kerosin deyil, daha çox mazut alınmasının xeyrini 

aydın  görürdülər.  Həm  də  mazuta  görə  çar  hökumətinə  vergi  ödənilmirdi.  Bu,  neftayırma  sənayesinin 

inkişafında mühüm amilə çevrilib, neftayırma zavodlarında emalın strukturunu xeyli dəyişdirdi. 

 



Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə