Azərbaycan neftġ



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə3/52
tarix06.05.2018
ölçüsü1,27 Mb.
#43232
1   2   3   4   5   6   7   8   9   ...   52

 

Azərbaycanın görkəmli maarifçilərindən biri Həsən bəy Zərdabi haqlı olaraq qeyd edirdi ki, uzun müddət 



"Zaqafqaziyanın  şərq  hissəsinə  tauna  tutulmuş  ölkə  kimi  baxırdılar...  Nəhayət,  Bakı  qəzasının  daş-kəsəkli  və 

susuz  düzənliklərində  neft  fontanları  vuranda,  hamı  təbiətin  bu  möcüzəli  hadisəsinə  heyrətlə  baxdı.  Fontan 

sahibləri  çox  tezliklə  milyonlar  qazandılar  və  hər  tərəfdən  buraya  kapital  və  bilik  axıb  gəldi,  keçmiş  inzibati 

yurdun yerində həyat cağladı...". 

Neft  sənayesinin  tənzimlənməsində  nəqliyyatın  rolu  təkcə  bununla  müəyyənləşmirdi  ki,  neft 

məhsullarının  daşınması  və  satışı  sürətlənmişdi.  Həm  də  1883-cü  ildən  başlayaraq  dəmir  yolu  özü  neft 

yanacağının istehlakçısına çevrildi. Əvvəllər neftayırma  zavodlarında tullantı kimi bir kənara atılan mazutdan 

indi yanacaq kimi istifadə edilməyə başlandı. 

Azərbaycan neft emalı sənayesinin başlıca ixrac məhsulu uzun müddət ağ neft idi. Bakı ağ nefti tədricən 

Amerika ağ neftini əvvəlcə Rusiya şəhərlərindən, sonra isə Qara və Aralıq dənizləri rayonu və Şərq ölkələrindən 

sıxışdırırdı. 

1883-cü  ildə  neft  sənayesində  böhran  başlandı.  Belə  ki,  nəhəng  neft  fontanları  nəticəsində  hasil  olunan 

bol  məhsul  neft  sənayesini  daha  da  inkişaf  etdirmək  əvəzinə  onu  böhrana  sürüklədi.  Bununla  əlaqədar  neft 

sahibkarları bir-birinin ardınca hökumətə müraciət edərək, vəziyyətin yoxlanması üçün komissiya təşkil olunub, 

nəticələrinin  müzakirə  edilməsini  çar  hökumətindən  tələb  edirdilər.  Nəticədə  çar  16  fevral  1884-cü  ildə 

vəziyyəti müzakirə etmək üçün Bakıda konfrans keçirilməsi haqda fərman verdi. Elə həmin il konfrans keçirildi, 

bunun nəticəsində Bakı ilə Batum arasında Zaqafqaziya dəmir yolunda yük daşınması nəzərə çarpacaq dərəcədə 

artdı. Bir sözlə, neft və neft məhsullarının Qara dəniz limanlarına, oradan isə Avropa bazarlarına daşınması üçün 

ucuz nəql vasitəsi təmin etmiş dəmir yolu sahibkarları istehsalı genişləndirməyə həvəsləndilər. 

Beləliklə, Bakı nefti ABŞ və Almaniyanın neft sənayesi ilə sərt rəqabətə girərək, özü üçün dünya bazar-

larına çıxış tapdı. 

Karl Marvinin qeydlərində göstərilir ki, Bakı neftindən yeni yanacaq materialı — benzin alanlardan biri 

H.Z.Tağıyev  olmuşdur.  Marvin  yazırdı:  "Bəzi  zavodlarda  benzini  ayırmaq  üçün  nefti  qabaqcadan  qızdırırlar. 

Tağıyevin zavodunda bunun üçün bir buxar qazanı var. Onun içərisində bir neçə dəfə qatlanan borular yerləşir. 

Borularla buxar buraxılır, bunun nəticəsində neft 100" qızır. Özü də yüngül karbohidrogenlər bu temperaturda 

qaynayaraq ayrılır. Başqa zavodlarda benzini məxsusi olaraq ayırmır, sadəcə çölə atırlar...".  

Dünya bazarlarında alıcı axtaran və böhranın gücünü zəiflətməyə çalışan Bakı neft sənayeçiləri hər vasitə 

ilə  öz  əmtəələrini  nümayiş  etdirməyə  çalışırdılar.  Bakı  zavodlarının  neft  məhsulları  eksponatları  ümumdünya 

sərkilərinə  çıxarılmışdı:  1878-ci  ildə  Parisdə,  1880-ci  ildə  Brüsseldə,  1881-ci  ildə  Londonda  keçirilmiş 

sərkilərdə ekspertlər Roqozin zavodlarının eksponatlarına xüsusilə yüksək qiymət vermişdilər. 

Bakıdan  Londona  qayıtdıqdan  sonra  Karl  Marvin  ingilis  neft  şirkətlərinə  təklif  etmişdi  ki,  İngiltərədə 

neftin  xüsusi  paroxodlarla  daşınmasını  təşkil  etsin.  Lakin  ona  etiraz  etmişdilər  ki,  belə  paroxodlar  Atlantik 

okeanı və Bisgay körfəzi küləklərinə tab gətirə bilməz. Onlar Xəzəri sakit dəniz hesab edirdilər. 

Kitabın  axırıncı  fəsillərində  tanınmış  neft  maqnatlarının,  bank  sahiblərinin,  ayrı-ayrı  xarici  şirkətlərin 

Bakıya  gəlmələrinin  tarixi  və  gördükləri  işlərlə  tanış  olacaqsınız.  Təbii  ki,  xarici  sənaye-maliyyə  maqnatları 

Bakı  neft  mədənlərini  ələ  keçirmək  üçün  çox  böyük  səy  göstərirdilər.  Bakı  neft  mədənlərini  və  bütövlükdə 

Abşeronun neftli torpaqlarını istənilən yolla ələ keçirmək üçün son dərəcə maraqlı idilər. Xarici sahibkarlar öz 

məqsədlərinə  nail  olmaq  naminə  istənilən  vasitə  ilə  xarici  kapitalı  Bakıya  bir  sıra  kanallarla  nüfuz  edirdilər: 

mövcud müəssisələrin qiymətli kağızlarını almaq yolu ilə, təsisçilik fəaliyyəti vasitəsilə (yəni müxtəlif səhmdar 

cəmiyyətlər təşkil etmək yolu ilə), uzun müddətli kreditlər vermək yolu ilə və s. 

Kitabın  son  fəsillərinin  birində  iri  xarici  kapitalın  Bakı  neft  sənayesinə  nüfuz  etməsinin  tarixi 

ardıcıllığından bəhs olunur. Bildiyiniz kimi, R.Nobel Bakıya digər xarici kapitalistlərdən əvvəl gəlmişdi. Öz iri 

sahibkarlıq  fəaliyyətinə  başlamaq  məqsədi  ilə  ikinci  dəfə  1875-ci  ildə  Bakıya  gələn  Robert  Nobel  çox  iri 

olmayan neft müəssisəsi ələ keçirmək istəyirdi. Çünki o, birinci səfərində Bakıdan keçib İrana gedərkən, neftin 

necə əhəmiyyətli olduğunu dərk etmişdi. Neft sənayesi ilə həddindən çox maraqlandığından o, qardaşı Lüdviqi 

də bu işə sövq etməyə nail olaraq, onu inandırdı ki, kiçik bir neft müəssisəsinin yaradılmasında Robertə kömək 

etsin. Bundan sonra Bakıya qayıdıb 1875-1876-cı illərdə Bakının neft sənayesində ilk addımlarını atdı. O, neft 

sənayesinin böyük imkanlarına və gələcəyinə inanırdı. Ancaq Bakı neft sənayesində baş verən hərc-mərclik və 

başqa  əngəllərdən  çəkinməyərək  inadla  öz  məqsədinə  nail  olurdu.  Nobel  şirkətinin  uğurları  neftin  nəqli  işini 

dahiyanəliklə təşkil etmək, onu həyata keçirmək üçün Nobellərin malik olduğu mühəndislik bacarığı və istedadı 

ilə  bağlı  idi.  Xarici  neft  məhsullarının  keyfiyyətcə  üstünlük  təşkil  edib  yerli  məhsulları  sıradan  çıxardığı  bir 

şəraitdə R.Nobel istehsal və nəql etdiyi məhsulların keyfiyyətini qaldırıb rəqabətə davamlı vəziyyətə gətirdi. Bu 

rəqabətdə o qalib gəldi. Şübhəsiz ki, ancaq nadir və yüksək istedada malik adam Nobelin əldə etdiyi uğurlara 

çata bilərdi. 

Bakıya Nobeldən 10 il sonra gəlmiş məşhur fransız bankiri Rotşild öz qarşısına, əsasən, uzun müddətli 

kreditlər,  yəni  borc  əməliyyatları  və  neft  ticarətilə  məşğul  olmaq  vəzifəsini  qoymuşdu.  Nəhəng  kapitala  və 

kredit-ticarət  əməliyyatları  təcrübəsinə  malik  olan  Rotşildin  şirkəti  öz  fəaliyyətini  sürətlə  genişləndirərək 

Bakıdakı  sahibkarlara  güclü  təsir  göstərirdi.  Rotşild  özünün  bütün  işgüzar  əməliyyatlarını  "Xəzər-Qara  dəniz 




Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə