Azərbaycan neftġ



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə4/52
tarix06.05.2018
ölçüsü1,27 Mb.
#43232
1   2   3   4   5   6   7   8   9   ...   52

 

ticarət  və  sənaye  cəmiyyəti"  vasitəsilə  aparırdı,  "Mazut"  cəmiyyəti  isə  onun  ən  iri  neft  ixracı  və  neft  ticarəti 



şirkəti idi. Belə ki, misal üçün o, "Xəzər-Qara dəniz ticarət və sənaye cəmiyyəti" vasitəsilə bir çox neft emalı 

zavodlarının  sahiblərinə  kreditlər  verərək,  müqaviləyə  əsasən  onlar  üzərinə  elə  bir  öhdəlik  qoymuşdu  ki,  öz 

istehsal  etdikləri  ağ  nefti  xarici  bazarlarda  satış  üçün  irəlicədən  müəyyən  edilmiş  qiymətlərlə  Rotşildə  təhvil 

versinlər. Beləliklə, Rotşild kredit verməklə onlarca zavod sahibini özündən tam asılı vəziyyətə salmışdı. Onlar 

öz kreditorlarının bütün tələblərini itaətlə yerinə yetirirdilər. Bir sözlə, Rotşild yerli sahibkarları son dərəcədə 

müflisləşdirir,  onlara  qarşı  çox  ciddi  maliyyə  sanksiyaları  tətbiq  edirdi.  Nəticədə  yerli  mədən  sahibləri 

məcburiyyət  qarşısında  qalıb,  öz  mədənlərini  dəyər-dəyməzə  satıb  canlarını qurtarırdılar.  Elə bu amansızlıqlar 

nəticəsində Rotşildin şirkəti qısa müddət ərzində 135 kiçik və orta müəssisəni öz təsiri altına almağa nail oldu. 

Bakı neft sənayesi hələ XIX əsrin sonu — XX əsrin əvvəllərində Amerika neft kralı Rokfellerin və onun 

başçılıq  etdiyi  "Standart  oyl"  şirkətinin  diqqətini  cəlb  etmişdi.  Lakin  Amerika  kapitalının  Azərbaycan  neft 

sənayesində iştirakı son dərəcədə zəif idi. 

Amerika kapitalı burada yağ istehsalı ilə məşğul olan "Vakuum oyl və K" şirkəti vasitəsilə təmsil edilirdi. 

Bu cəmiyyətin əsas kapitalı 2,4 mln. rubl idi ki, bunun da 1,2 milyonu Amerikanın payına düşürdü. Lakin XX 

yüzilliyin əvvəllərində Amerika kapitalının Bakı neft mədənlərinə axını nəzərə çarpacaq dərəcədə gücləndi. 

Amerika inhisarları özlərinin Azərbaycan neft sənayesinə münasibətlərində heç də onun uğurla inkişafına 

kömək etmək arzusunda deyildilər. Əksinə, onlar beynəlxalq bazarlarda "Standart oyl"un təhlükəli rəqibi olan 

Azərbaycan  neftinin  ixracını  ləngitmək  məqsədi  güdürdülər.  Amerika  neft  krallarının  Bakı  məsləhətçisinin 

fikrincə,  "Standart  oyl"  şirkəti  Amerika  neft  inhisarının  səviyyəsini  saxlamaq  naminə  Bakıdan  neft  ixracını 

qəsdən azaltmaqda  günahlandırılmamaq,  eləcə  də  Rusiyada  daxili  bazarları  ələ keçirmək  məqsədilə,  Nobel  və 

Rotşildlə saziş bağlayıb, onlarla birgə işləməli idi. 

İngiltərə  ilə  Rusiyanın  müharibədən  əvvəl  siyasi  və  iqtisadi  yaxınlaşması,  eləcə  də  Antanta  blokunun 

yaranması ingilis kapitalının Rusiya neft sənayesində nüfuz qazanması üçün əlverişli şərait yaratdı. 

Azərbaycan  neft sənayesinə  xarici  kapitalın  cəlb  edilməsinin  qatı  tərəfdarından biri  də  çar  hökumətində 

Maliyyə naziri S.Vitqe olmuşdu. 

Amerika neft krallarının Azərbaycan neftinə marağı Birinci dünya müharibəsi illərində xüsusilə yüksəldi. 

S.A.Kaderin  yazdığına  görə,  Rotşild  və  Nobelin  ümumi  tabeliyi  altında  olan  və  məxsusən  Amerika  neft 

sənayeçilərinə qarşı mübarizə üçün yaradılmış "Consolibated Petroleum C°", xüsusi müqaviləyə əsasən 1916-cı 

ildə "Standart oyl"un London bölməsi ilə birləşdi. "Xəzər-Qara dəniz ticarət və sənaye cəmiyyəti", "Mazut" və 

"Russkie  novıe  standart"  cəmiyyətlərinin  direktorları  Rusiya  neft  sənayesini  təmsil  edir  və  eyni  zamanda 

Amerikanın "Standart oyl" şirkətinin London bölməsinin direktorları sayılırdılar. 

Kitabda  Bakı  neft  sənayesinə  müxtəlif  ölkələrin  xarici  kapitalının  nüfuz  etməsindən  danışarkən,  qısaca 

olaraq  bütövlükdə  xarici  kapital  və  Rusiya  hökumətinin  ona  münasibəti  haqqında  oxucu  üçün  maraqlı 

məlumatlar verilir. 

Bakı  neft  sənayesinə  xarici  kapitalın  güclü  axını  yerli  sahibkarlar  və  neft  işində  marağı  olan  dairələr 

arasında kəskin narazılıq  doğurdu. Belə ki, hələ 1885-ci ildə — Bakıda neft sənayesinin kapitalist inkişafının 

ilkin  mərhələsində  Həsən  bəy  Zərdabi  Nobelin  işğalçılıq  fəaliyyətini  nəzərdə  tutaraq,  ürək  ağrısı  ilə  yazırdı: 

"Savadsız  (təhsilsiz)  yaşamaq  qeyri-mümkündür,  xüsusilə  də  bizim  diyarda.  Onun  sərhədləri  xaricindəki  sivil 

qonşular  gündən-günə  irəliləyərək  bizim  əmlak  və  varidatımıza  sahib  olur.  Bir  az  da  keçsə,  biz  onların 

rəncbərləri və mallarını daşımaları üçün arabaçılara çevriləcəyik". 

Xarici  sahibkarların  işğalçılıq  siyasətinə  qarşı  etiraz  bu  məsələyə  dair  dərc  olunmuş  bir  sıra  əsərlərin 

səhifələrində öz parlaq əksini tapmışdır. Hökumət, Bakı neft sənayesində xarici kapitalın zorla möhkəmlənməsi 

əleyhinə etirazını bildirən yerli sakinlərdən yüzlərcə müraciət alırdı. Bütün bunları nəzərə alaraq, çar hökuməti 

əcnəbilər  haqqında  bir  sıra  xüsusi  qanunlar  qəbul  etməyə  və  neft  işi  ilə  məşğul  olmaq  sahəsində  onların 

hüquqlarını məhdudlaşdırmağa məcbur oldu. 

Çar  Rusiyasının  və  onun  Qafqazdakı  canişinlərinin  təzyiqinə  baxmayaraq  Bakı  neft  sənayesində  yerli 

sahibkarlıq  tədricən  inkişaf  etməyə  başladı.  Bakının  ayrı-ayrı  rayonlarında  çətinliklə  də  olsa,  neftli  torpaqlar, 

kiçik nəqliyyat vasitələri, balaca neftayırma sexləri yerli sakinlərin əlinə keçdi. 

Beləliklə, XIX əsrin sonunda nəhayət milli burjuaziya yetişdi və gələcəkdə Azərbaycanın siyasi, iqtisadi, 

elmi  və  mədəni  inkişafında  böyük  rol  oynadı.  Hacı  Zeynalabdin  Tağıyev,  Ağamusa  Nağıyev,  Şəmsi  Əsədul-

layev,  Murtuza  Muxtarov, Ağabala  Quliyev  və  bir çox  başqalarının  Azərbaycanın,  xüsusilə  də  Bakının sürətli 

inkişafı üçün gördükləri işdən kitabda bəhs edilir. 

Doğrudur,  H.Z.Tağıyevin  sahibkarlıq  fəaliyyəti  çox  parlaq  olduğundan,  onun  haqqında  məlumatlara 

müasir  ədəbi  və  elmi  qaynaqlarda  tez-tez  rast  gəlmək  olur.  Ona  baxmayaraq  milli  burjuaziyanın  görkəmli 

nümayəndələrinin  sahibkarlıq  fəaliyyətinin  tarixinin  öyrənilməsinin  zəruriliyi  və  onların  fəaliyyətinin  işıq-

landırılması,  Azərbaycan  milli  burjuaziyasının  təşəkkül  tapma  və  inkişaf  etmə  şəraitini  yaxşı  təsəvvür  etmək 

imkanı hamımıza lazımdır. 

...Avropada  nüfuzlu  sayılan  "Brokhauz  və  Yefron"  ensiklopediyalarında  böyük  kimyaçı  alim 

D.İ.Mendeleyev tərəfindən yazılmış məqalədə deyilirdi: 




Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə