Azərbaycan neftġ



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə52/52
tarix06.05.2018
ölçüsü1,27 Mb.
#43232
1   ...   44   45   46   47   48   49   50   51   52

72 

 

Bakı  Dövlət  Əmlakları  İdarəsinin,  nazirliyin  hüquq  məsləhətçisinin  və  digər  vəzifəli  şəxslərin  iştirakı  ilə 



yaradılmış  xüsusi  müşavirənin  müzakirə  predmeti  oldu.  Müşavirə  1892-ci  il  22  noyabr  tarixli  iclasında, 

müqavilə  bağlanma  şərtləri  və  məqsədləri  nəzərə  alınmaqla,  onların  qüvvədə  saxlanılmasının  xəzinə  üçün  nə 

dərəcədə  sərfəli  olması,  icarə  haqları,  icarəyə  götürülmüş  sahələrdəki  tikililərin  saxlanılmasının  xəzinə  üçün 

zəruri olub-olmaması məsələlərini müzakirə etdi. 

e)  Nəhayət,  1891-ci  il  20  fevral  "Qaydalar"ında  müsadirə  edilmiş  neftli  torpaqların  kimin  tabeliyində 

qalmalı olduğu barədə heç bir müsbət göstəriş yoxdur. Və yəqin 1890-cı il 9 fevral qanununun faktik icrası Bakı 

quberniyası Dövlət Əmlakları İdarəsinin rəisinə həvalə edildiyinə görə, ("Qaydalar", 1891-ci il nəşri, bənd 11) 

həmin  torpaqlar  məhz  Dövlət  Əmlaklar  İdarəsinin  tabeliyində  saxlanıldı.  1912-ci  il  qanununa  görə  isə  ("Tor- 

paqların  müsadirəsi  üsulları  və  şərtləri"  haqqında,  maddə  14)  dövlət  kəndlilərinin  pay  torpaqlarından  alınmış 

neftli torpaqlar Dağ-Mədən İdarəsinin bilavasitə sərəncamına verilirdi; idarə isə həmin torpaqların faktik olaraq 

neft  hasilatı  üçün  istifadəsi  başlananadək,  onları  Qafqaz  canişini  ilə  razılaşmaya  uyğun  olaraq,  Ticarət  və 

Sənaye nazirinin təsdiq etdiyi qaydalar əsasında hərraclar yolu ilə icarəyə verə bilərdi.  

Neftli  sahələrin  Dağ-Mədən  İdarəsinin  sərəncamına  keçdikdən  sonra  icarəyə  verilməsi,  müsadirənin 

özünün  məqsədinə  tamamilə  uyğun  gəlirdi.  Belə  ki,  yer  təkinin  istismarı  üçün  nəzərdə  tutulmuş  torpaqların 

istismarı,  yalnız  faydalı  qazıntı  növləri  hasilatının  idarə  olunmasını  ələ  almaq  kimi  xüsusi  vəzifəni  qarşısına 

qoymuş idarələr tərəfindən daha uğurla həyata keçirilə bilirdi. 



 

 


73 

 

ƏLLƏ (KUSTAR ÜSULLA)  



NEFT  HASĠLATI 

 

Neftin getdikcə bahalaşması nəticəsində, neft sənayesinin az qala dayanmış primitiv üsulu — neftin əllə 



(kustar üsulla) hasilatı təzədən dirçəldi. Həm hasil edilən neftin miqdarı, həm bu işlə məşğul olan əhalinin sayı, 

həm də hasilatın yayılma sahəsi ildən-ilə geniş miqyas almağa başladı. Bu hal təbii ki, yerli hakimiyyət orqan- 

larının  diqqətini  cəlb  etməyə  bilməzdi,  odur  ki,  onların  qarşısında  əllə  neft  hasilatını  tənzimləmək  vəzifəsi 

durdu. Həmin vəzifə bir də ona görə mürəkkəb idi ki, qüvvədə olan qanunvericilikdə bu sahə ilə bağlı heç bir 

rəhbər göstəriş yox idi. 

Dağ-mədən Nizamnaməsinin 1-ci maddəsində deyilir: "Dağ-mədən sənayesi dedikdə, yer səthində və ya 

yerin  təkində  olan  aşağıdakı  mineral  təbii  ehtiyatların  (maddələrin)  axtarılması,  hasilatı,  əridilməsi,  qaynadıl- 

ması və emalı nəzərdə tutulur...". 

Deməli,  mahiyyət  etibarilə,  əllə  neft  hasilatı  Dağ-mədən  Nizamnaməsinin  1-ci  maddəsində  sadalanan 

əlamətlərə və dağ-mədən sənayesi üçün zəruri anlayışa tam müvafiq idi. Lakin Nizamnamənin, neft istehsalına 

həsr  edilmiş  xüsusi  bölməsində  neftin  əllə  hasil  edilməsi  barədə  heç  nə  deyilmirdi.  Məhz  qanunvericilikdəki 

boşluq nəticəsində, ayrı-ayrı vaxtlarda bu sahədə işlənib hazırlanmış tədbirlər qanunun müddəalarında möhkəm 

zəmin  tapmadığından  zəruri  sabitliyə  və  daimiliyə  malik  olmamış,  bu  və  digər  dərəcədə  əlaqəsiz  və  təsadüfi 

səciyyə daşımış, hətta bəzən bir-birinə zidd olmuşlar. 

Neftin əllə (kustar üsulla) tənzimlənməsi sahəsindəki tədbirlərin hazırlanmasının qüsurlu olmasının digər 

bir  səbəbi  —  neftli  sahələrin,  Abşeron  yarımadası  kəndlilərinin  pay  torpaqlarından  müsadirə  edildikdən 

(alındıqdan) sonra Bakı Dövlət Əmlakları İdarəsinin sərəncamına keçməsi oldu. Halbuki, bu torpaqlarda geniş 

yayılmış  kustar  neft  hasilatı,  yuxarıda  qeyd  etdiyimiz  kimi,  dağ-mədən  sənayesi  növü  olduğundan  bilavasitə 

Dağ-Mədən İdarəsinin fəaliyyət predmeti olmalı idi. Neftin əl əməyi ilə hasil edilməsinə dair əvvəlki tədbirlərin 

mənfi cəhətləri, eləcə də neft sənayesinin bu növünün sonrakı taleyi ilə bağlı bəzi məsələlərdə ayrı-ayrı idarələr 

arasında fikir ixtilafı məhz həmin iki əsas səbəblə izah edilir. 

Buna  görə  də  əl  əməyi  ilə  (kustar  üsulla)  neft  hasilatı  şəraitinin  tənzimlənməsi  üçün  ayrı-ayrı  vaxtlarda 

görülmüş  işlərin  icmalına  keçməzdən  öncə  qeyd  etmək  lazımdır  ki,  hər  bir  sonrakı  müddəanın  özündən 

əvvəlkindən  doğduğu  və  Xüsusi  Məsələlər  nazirinin  verdiyi  müxtəlif  təlimat  və  qaydaların,  Dağ-mədən 

qanunun dəqiq göstərişlərinə əsaslandığı və elə həmin qanunla müəyyənləşdirilən çərçivədə fəaliyyət göstərdiyi 

ümumi neft qanunvericiliyi tarixində mövcud planauyğunluq, ardıcıllıq və sistem dəqiqliyini bu sahədə (kustar 

neft hasilatında) müşahidə etmək mümkün deyil. 

Əl  əməyi  ilə  neft  hasilatının  və  tənzimlənməsi  tədbirlərində  göstərilən  ardıcıllıq  və  sistemlik 

olmadığından,  bizcə,  bundan  sonrakı  qeydlərimizdə  məsələnin  tarixi  hissəsinə  həddən  artıq  çox  yer  ayırmaq 

məqsədəuyğun  deyil.  Buna  görə  də,  tarixi  hissədə  neft  sənayesinin  bu  növünün  başlıca  səciyyəvi  cəhətlərini 

göstərməklə, nisbətən sonrakı dövrün faktları üzərində daha ətraflı dayanmaq lazımdır. 

Neft sənayesinin inkişafının ilk fazasında əllə neft çıxarılması neftli layların istismarının yeganə üsulu idi 

və bu dövrdə onun tarixi bütövlükdə neft sənayesinin tarixi ilə üst-üstə düşürdü. Yerin təkinin istismarında yeni 

mükəmməl üsullar hakim mövqe tutduğu andan Bakı rayonunda əllə neft hasilatı uzun müddətə dayansa da, cüzi 

miqyasda  mövcud  idi.  Və  yalnız  XX  əsrin  əvvəlində  məlum  şərtlərdən  asılı  olaraq  əllə  (kustar  üsulla)  neft 

hasilatı  geniş  miqyas  almağa  başladı  və  yerli  hökumət  orqanlarının  diqqətini  cəlb  etdi.  Onlar  qarşısında  bu 

sənayeni  məcraya  salmaq,  onu  məlum  qaydaların  təsirinə  tabe  etmək  vəzifəsi  yarandı.  İlk  dəfə  neft  hasilatı 

haqqında  məsələ  rəsmi  olaraq  1904-cü  ildə  qaldırılmışdı.  O  zaman  Qafqaz  Dağ-Mədən  İdarəsi  "Bəxt"  Neft 

Sənaye  və  Ticarət  cəmiyyətinin  Sabunçudakı  səthi  istifadədə  olan  27  saylı  dövlət  sahəsinin  icarəçilərindən 

(onlar  adı  çəkilən  cəmiyyətin  mədəninin  bilavasitə  yaxınlığında  neft  hasilatı  üçün  şaxtalar  quraşdırmışdılar) 

şikayəti  barədə  məlumat  verərkən  Bakı  Əkinçilik  və  Dövlət  Əmlakları  İdarəsinin  nəzərinə  çatdırırdı  ki, 

ümumiyyətlə,  sahələrin  bir  çox  icarəçiləri  səthi  nefti toplamaq  üçün  quyu,  çala və  arxlardan  istifadə  edir. Bu 

zaman Dağ-Mədən İdarəsi izah edirdi ki, öz tərəfindən neftin bu cür səthi üsulla əldə edilməsinə etirazı yoxdur. 

Lakin bir şərtlə ki, bu cür hasilat qonşu sahələrin icarəçilərinə ziyan vurmasın və işlərin təhlükəsizliyini təmin 

edən  məlum  qaydalara  tabe  olsun.  Dağ-Mədən  İdarəsi  bununla  bağlı  Əkinçilik  İdarəsinin  fikrini  öyrənmək 

istəmişdi.  Sonuncu  cavab  vermişdi  ki,  torpağın  altından  neftin  nisbətən  dayaz  quyular  qazmaqla  və  arxlar 

vasitəsilə  çıxarılmasını  ciddi  surətdə  tənzimləmək,  birdəfəlik  müəyyənləşdirilən  qaydalarla  etdirmək  zəruridir. 

Bu  qaydaların  işlənib  hazırlanması  yerli  Dağ-Mədən  Nəzarəti  və  Neftin  Uçotuna  Nəzarət  İdarəsinə  həvalə 

edilməlidir. 

Əkinçilik İdarəsi qeyd edirdi ki, torpağın altındakı neftin şaxta və quyular vasitəsilə, su ilə bərabər arxlara 

axan  neftin  isə  dolayı  arxlar  vasitəsilə  toplanılması  Balaxanı,  Sabunçu,  Ramana  və  Bibiheybət  mədənlərində 

geniş  miqyas  almışdır.  Bu  iş  təkcə  Əkinçilik  İdarəsinin  tabeliyində  olan  dövlət  torpaqlarında  deyil,  həmçinin 

Dağ-Mədən İdarəsinin sərəncamında olan və neft hasilatı üçün icarəyə verilən ərazilərdə, hətta şəxsi mülkiyyət 

sayılan bir çox sahələrdə də həyata keçirilir. 




74 

 

Bu sənədə cavabında Qafqaz Dağ-Mədən İdarəsi Əkinçilik İdarəsinə məlumat vermişdi ki, İkinci Qafqaz 



Dağ-Mədən Dairəsinin mühəndisinə səthi laylardan neft çıxarılması və neftin kənar qollarla arxlardan yığılması 

qaydalarını işləyib hazırlamaq tapşırılmışdı və bu komissiyaya Əkinçilik İdarəsindən nümayəndə təyin edilməsi 

xahiş olunur. 

İkinci  Qafqaz  Dağ-Mədən  Dairəsi  dairə  mühəndisinin  sədrlik  etdiyi  bu  komissiyanın  tərkibinə  neftin 

uçotu üzrə nəzarətçi, onun köməkçisi, dairə mühəndisinin iki köməkçisi, Bakı Əkinçilik və Dövlət Əmlakları 

İdarəsinin nümayəndəsi və Bakı neft mədənlərinin mühafizəsi üzrə texniki komissiyanın 3 üzvü daxil idi. Onun 

cəmi  bir  iclası  olmuşdu  (20  iyul  1904-cü  il).  Görünür,  üzvləri  arasında  yaranmış  fikir  ixtilafı  ilə  bağlı  həmin 

iclas heç bir müsbət nəticə verməmişdi və bundan sonra komissiya fəaliyyət göstərməmişdi. Sonradan Qafqaz 

Dağ-Mədən İdarəsi rəisinin məlumatı üzrə imperatorun Qafqazdakı canişini 1907-ci ilin sentyabrında yenidən 

həmin  məqsədlə  əvvəlki  tərkibdə  komissiya  yaratmışdı.  Lakin  sədrlik  vəzifəsi  Bakı  quberniyası  və  Dağıstan 

vilayəti  Əkinçilik  və  Dövlət  Əmlakları  İdarəsinin  rəisinə  həvalə  edilmişdi.  Sözü  gedən  komissiya  işə 

başladıqdan sonra 1907-ci ilin noyabr, dekabr aylarında keçirdiyi bir sıra iclaslarda 1890-cı il 9 fevral qanunu 

əsasında  Abşeron  yarımadasının  11  kəndində  kəndli  pay  torpaqları  tərkibindən  müsadirə  edilmiş  neftli 

torpaqlarının bir illik icarəyə verilməsi üçün normal müqavilə layihəsi işləyib hazırlanmışdı. Müqavilədə həmin 

torpaqlardan  neft  yığılması  hüququ  nəzərdə  tutulurdu.  Üzü  də  müqavilənin  mətninə  komissiyanın  işləyib 

hazırladığı  —  quyular  qazmaqda  əl  əməyi  ilə  neft  hasilatının  cəhətlərini  tənzimləyən  qaydalar  —  daxil 

edilmişdi. 

Qaydaların  qəbul  edilməsinin  bu  üsulu  onları  tezliklə  həyata  keçirmək  məqsədilə  seçilmişdi.  Belə  ki, 

müqavilə və deməli, onun tərkibinə daxil olan bütün şərtlər imzalandığı andan kirayəçi üçün məcburi sayılır və 

dərhal təcrübədə tətbiq edilirdi. Neftin əllə hasil edilməsi üzrə hamı üçün zəruri olan normaların ümumi qaydada 

qəbul edilməsi isə xeyli vaxt tələb edirdi. Ancaq bu məsələdə ləngimək olmazdı. 

Əllə  neft  hasilatı  haqqında  məsələnin  təxirəsalınmaz  həlli  bir  də  ona  görə  zəruri  idi  ki,  1907-ci  ildə 

Əkinçilik  İdarəsi  quyuların  dərinliyinin  3  arşından  çox  olmadığını  hesab  edərək,  neft  quyuları  olan  sahələri 

ümumi  əsaslar  üzrə  cüzi  haqq  müqabilində  səthi  istifadəyə  verir,  lakin  müqavilələrdə  istifadə  qaydasını 

göstərmirdi.  Bunun  nəticəsində  xəzinə  bu  istismar  növündə  əldə  edə  biləcəyi  böyük  gəliri  itirirdi.  Artıq  həmin 

dövrdə, yəni 1907-ci ilin sonlarında quyuların orta dərinliyi göstərilən normadan (3 arşın) bir neçə dəfə artıq idi. 

Özü də bir çox hallarda quyuların dərinliyi 40-50 sajenə çatır, hətta bundan da artıq olurdu. Belə bir vəziyyətdə 

isə əllə neft hasilatıkı səthi istifadə ilə eyniləşdirmək və neft quyuları olan sahələri neft quyularının olmadığı və 

icarəçilərin  həqiqətən  torpaqlardan  yalnız  səthi  istifadə  ilə  kifayətləndikləri  digər  sahələrlə  eyni  şərtlər  əsasında 

icarəyə vermək məqsədəuyğun deyildi. 

Əllə  neft  hasilatı  işinin  müasir  vəziyyətinin  təhlilinə  keçərkən,  hər  şeydən  öncə,  hazırda  neftin  əllə 

çıxarılması üçün istifadə edilən torpaq sahələri haqqında məlumat vermək lazımdır. 

Abşeron  yarımadasında  kəndlilərin  pay  tornaqlarından  1890-cı  il  9  fevral  tarixli  qanunu  ilə  müsadirə 

edilmiş neftin torpaqların ümumi sahəsi 4973 desyatnn 874 kv, sajen idi. İdarə həmin sahənin 288 desyatin 449 

kv,  sajenini  sərbəst  dövlət  torpaqlarından,  76  desyatin  711  kv.  sajenini  kəndliləradən  alınmış  və  müvəqqəti 

olaraq  dövlət  kəndlilərinin  istifadəsinədə  saxlanmış  torpaqlardan,  90  desyatan  1208  kv.  sajenini  isə  dövlət-

ictimai torpaqlarından əllə neft çıxarılması üçün icarəyə verirdi. 

Bu  torpaqların  ayrı-ayrı  ərazilər  üzrə  bölünməsi  və  əllə  neft  çıxarılan  sahələrin  sayı  aşağıdakı 

cədvəllərdən görünür: 

 

Sərbəst dövlət torpaqları 

 

Ərazinin adı 



Mədənlərin sayı 

Sahəsi 


Desyatin 

Binəqədi 

126 

132 


620 

Xırdalan 

30 

12 


2058 

Biləcəri 

21 

26 


1538 

Masazır 


690 



(Tngçh 



Balaxanı 

76 

82 


823 

Cəmi: 


276 

288 


449 

 

Cədvəl 2 

Dövlət tərəfindən alınmıĢ və kəndlilərin müvəqqəti 

istifadəsində qalmıĢ torpaqlar 

 

Ərazinin adı 



Məlumatların 

Sahəsi 


Desyatin 


75 

 

sayı 



Binəqədi 



1275 

Xırdalan 

---- 


600 

Biləcəri 



970 



Digah 

14 



1110 

Balaxanı 

38 

56 


1556 

Cəmi: 


45 

76 


711 

 

Beləliklə,  kəndli  torpaq  paylarından  müsadirə  edilmiş  sahədən  əllə  neft  çıxarılması  üçün  ümumi  sahəsi 



364 desyatin 1160 kv. sajen olan 321 sahə icarəyə verilirdi. Həmçinin Qafqaz canişininin dərc etdiyi qaydalara 

uyğun olaraq, Əkinçilik İdarəsi Abşeron yarımadasının dövlət-ictimai torpaqlarında da illik müqavilələr əsasın- 

da əllə neft çıxarılmasına icazə verirdi. 

Bu sonuncu kateqoriyaya daxil olan torpaqlardan aşağıdakı ərazilərdə əllə neft çıxarılırdı: 



 

Cədvəl 3 

Əllə neft hasilatı üçün istifadə olunan dövlət-ictimai torpaqları 

 

Ərazinin adı 



Mədənlərin sayı 

Sahəsi 


Desyatin 

Qobu 


260 

65 


1006 

Hökməli 


73 

16 


1452 

Xırdalan 

31 



550 



Masazır 



600 

Cəmi: 


366 

90 


1208 

 

Bütövlükdə Abşeron yarımadası hüdudlarında əllə neft hasilatı üçün ümumi sahəsi 454 desyatin 2368 kv. 



sajen olan 687 sahə istismar edilirdi. Buraya həm kəndli pay torpaqlarından müsadirə edilmiş sahələr, həm də 

dövlət-ictimai  torpaqları  tərkibində  qalan  sahələr  daxil  idi.  Əllə  neft  hasilatının  ümumi  iqtisadi  əhəmiyyətini 

yalnız  ümumilikdə  neft  sənayesi  ilə  bağlı  qiymətləndirmək  mümkündür.  Bu  zaman  qeyd  etməliyik  ki,  kustar 

neft  hasilatını  adi  üsullu neft  istehsalına  qarşı  qoymaq  üçün  heç  bir  əsas  yoxdur,  çünki  kustar  üsulla  çıxarılan 

neftin miqdarı bazar qiymətlərinin vəziyyətinə nəzərə çarpan təsir göstərə bilməzdi. Bu qiymətlər bütövlükdə iri 

sənayeçilərin bazara çıxardığı yüz milyonlarla pud neftdən asılı idi. 

İşin  iqtisadi  tərəfindən  danışarkən  başlıca  olaraq,  əllə  neft  hasilatının  yerli  və  gəlmə  əhali  üçün 

əhəmiyyəti məsələsi üzərində dayanmaq lazımdır. 

Bu  istehsal  kustar  xarakterli  olduğundan,  geniş  əhali  kontinkentini  özünə  cəlb  edirdi.  Əllə  neft  hasil 

edilən bütün rayonlar üzrə aparılmış anget sorğusu haqqında 4 №-li cədvəl məlumat verir. Kustar neft sənayesi 

ilə məşğul olan şəxslərin ümumi sayı 13615 nəfər idi. Buraya daxildir: 

a) sahibkarlar — 2579 nəfər (18,8%); b) qulluqçular 678 (5,1%); v) fəhlələr - 10358 (76,1%). 

Sadalanan 3 kateqoriyadan hər birinə müxtəlif millətlərin nümayəndələri daxil idi. Onlar belə bölünürdü: 

1.Sahibkarların  ümumi  sayından:  müsəlmanlar  —  2321  nəfər  (90%), ruslar  (və digər  avropalılar)  — 85 

nəfər (3,3%), gürcülər — 29 nəfər (1,1%), ermənilər — 144 nəfər (5,6%). 

2.Qulluqçuların  ümumi  sayından:  müsəlmanlar  —  579  nəfər  (85,4%),  ruslar  və  s.  —  25  nəfər  (3,7%), 

gürcülər — 22 nəfər (3,3%), ermənilər — 52 nəfər (7,6%). 

3.Fəhlələrin ümumi sayından: müsəlmanlar — 9908 və ya (95,6%), ruslar — 254 və ya (2,4%), gürcülər 

— 123 və ya (1,2%), ermənilər — 72 və ya (0,8%). 

Fəhlələrin 5235 nəfəri (50,5%-i) — daimi, 5121 nəfəri (49,5%-i) — müvəqqəti (gəlmə) idi. 

Əllə neft hasilatı ilə məşğul olan bütün kateqoriyalardan şəxslərin ümumi sayı (13615) millətlər etibarilə 

belə bölünürdü: 

müsəlmanlar — 12808 (94,1%),  

rus və başqaları — 364 (2,7%),  

gürcülər — 175 (1,3%), 

ermənilər — 268 (1,9%). 

Qulluqçu və sahibkarlar arasında İran təbəələri yox idi. Fəhlələr arasında isə sonuncuların sayı əksəriyyət 

(90%-dən artıq) təşkil edirdi. Bu, bir tərəfdən, əllə neft hasilatının şərait və vəziyyəti — onun son dərəcə gərgin 

fiziki qüvvə tələb etməsi və müqabilində çox cüzi məvacib ödənilməsi (sutkada 1 rubldan az) və buna görə də 

fəhlələrin daha mədəni təbəqələrini qətiyyən cəlb etməməsi ilə izah olunurdusa da, digər tərəfdən Bakı mədən 

rayonlarına axışıb gələn İran təbəələri kütləsi heç bir ağır işdən imtina etmədiyindən, bunlar sahibkarlar üçün 

daha çox arzuolunan idilər. 




76 

 

Kustar  neft  hasilatı  işində  əsas  rol,  bütün  fəhlələrin  95,6%-ni,  sahibkarların  90%-ni  və  qulluqçuların 



85,4%-ni təşkil edən müsəlmanlara məxsus idi. Neft sənayesinin bu sahəsini qidalandıran əsas kapital da onların 

əlində cəmlənmişdi. 

 

 

 



77 

 

ĠSTĠFADƏ OLUNMUġ ƏDƏBĠYYAT 

 

1.

 



Arnot R. "Neftnnam politika". M.D925. 

2.

 



Balaev S.Q. "Neftv stranı "veçnoqo oqnl". B.,1969. 

3.

 



Bibi-Tomson A. - "Rusiyanın neft mədənləri və neft sənayesi". "Rusiyanın neft sərvətlərinin kəşfiyyatı 

və istismarı". London, 1908. 

4.

 

Boqaçev V.V., Abix T.V. "Trudı qeoloqiçeskoqo instituta Azerbaidjanskoqo filiala AN SSSR", t.XP/31, 



1939 

5.

 



Boqdanovskii A. "Pravda o neftlnom voprose". SPb, 1913. 

6.

 



Qeneral-mayor  Denstervil.  "Britanskii  imperializm  v  Baku  i  Persii.  1917-1918  q.q.  "Vospomina-  nil". 

Tiflis, 1925. 

7.

 

Dokumentı po istorii Baku. B.,1978. 



8.

 

Əsəd bəy "Şərqdə neft və qan". Paris, 1933. 



9.

 

İbrahimov N.S. "Köhnə Bakı". B.,1997. 



10.

 

"İstoril Azerbaidjana", 1-2 t., B.,1958. 



11.

 

Kraçkovskii İ.K). "Arabskal qeoqrafiçeskan literatura". İzb.soç., t.1Ü, M.-L.D957. 



12.

 

Lebedev  D.M.,  Esakov  V.A.  "Russkie  qeoqrafiçeskie  otkrıtil  i  issledovania  s  drevneişix  vremen  do 



1917 q." M.,1971. 

13.


 

Lqadendorf 3. "Moi vospominanil o voine" 1914- 1918 qq." t.P, 1924. 

14.

 

Marvin K. "Predstolodii potok russkoi nefti". London, 1985. 



15.

 

Marvin K. "Bakı-Avropanın nefti". London, 1886. 



16.

 

Marvin K. "Əbədi odlar ölkəsi". London, 1896. 



17.

 

Mendeleev D.İ. "Bakinskoe neftnnoe delo". 1886. 



18.

 

Nevskii V.V. "A.Qumbolvd-vıdakzşiisn puteşestvennik i qeoqraf". M.,1959. 



19.

 

Nikişin A.A. "20 let azerbaidjanskix qornoraboçix", B.,1926. 



20.

 

Paxomov E.A. "Kratkii kurs istorii Azerbaidjana". B.,1923. 



21.

 

Petrov-Uralçev V. "Neft-çariça mira". M.-L., 1925. 



22.

 

Seyidzadə D. "Azərbaycan XX əsrin əvvəllərində müstəqilliyə aparan yollar". B., 19. 



23.

 

Starnev T.E. "Bakinskan neftlnan promışlen- 



NOSTB

", B.,1901. 

24.

 

Tixonravov V. "Neftv". M.,1933. 



25.

 

Henri C. "Petroleum Uorld". London, 1905. 



26.

 

Eyxvald Z.B. "Opisanie Kaspiiskoqo morya". 1850. 



27.

 

"Azerbaidjanskoe neftmnoe xoznistvo". 



28.

 

"Qornıi jurnal". SPb. 1828-1917. 



29.

 

"Neftnnoe delo". N4,6. 1908. 



30.

 

Pentralvnıi Qosudarstvennıi istoriçeskii arxiv Azerbaidjana. Fondı: N94, 1874-1920 qt. N1, 1908-1917 



q.q. N634, 1909-1910 qq 



 



Xarici jurnallardan, qəzet və arxiv materiallarından da istifadə olunmuşdur. 

 

 


78 

 

 



 

 

 

 

 

 

 

 

Çoxçildliyin hazırlanmasında dəyərli məsləhətlərinə görə akademik Azad Mirzəcanzadəyə, Milli Məclisin 

üzvü  Həsən  Həsənova,  istifadə  olunmuş  ədəbiyyatın  və  arxiv  materiallarının  əldə  olunmasında  etdiyi  əsaslı 

köməyə görə Milli Məclisin üzvü, Böyük Britaniyadakı səfirimiz Mahmud Məmmədquliyevə və professor Elmira 

Muradəliyevaya dərin minnətdarlığımızı bildiririk. 

 

Ġlham Əliyev  

Akif Muradverdiyev 

 

 



 

Kitabın nəşri və çapa hazırlanması  



Nazim Ġbrahimov 

 

 

Redaktor  



Nahad Əliyev 

 

Rəssam  



Zaur Əliyev 

 

İkinci kitab 

 

 



 

 

 



Sifariş 1320. "Azərbaycan" nəşriyyatı 

370146 Bakı, Mətbuat prospekti, 529-cu məhəllə. 



 

 

Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə