Azərbaycan neftġ



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə6/52
tarix06.05.2018
ölçüsü1,27 Mb.
#43232
1   2   3   4   5   6   7   8   9   ...   52

10 

 

Daha ayrı bir məsələ ilə əlaqədar qəzetlər Bakı haqqında dünyaya yanlış məlumat vermişlər. 



"Şəhərin başı üzərində qatı, qara tüstü buludu  dayanıb, şəhərə hələ çox qalmış adamın burnuna tünd neft 

qoxusu gəlir, hər yer neft iylənir, hər şey Bakıda neft dadı verir". 

Bu  sətirlərin  müəllifi  Bakının  həddindən  artıq  tutqun  və  qara  pərdəyə  bürünmüş  bir  mənzərəsini  yarat-

mışdır.  XIX  əsrin  sonunda  Bibiheybət  mədənləri  öz  şöhrətinin  zirvəsinə  çatanda,  yəni  həmin  vaxt  kiçik  bir 

sahədə üç quyunun eyni vaxtda fontan vurması adi hal olanda, külək həmin neft fəvvarələrindən damlaları Bayıl 

burnundan qədim şəhərin üzərinə yağış kimi səpələyirdi. Bakıda yeganə qara rəngə boyanmış yerlər Bibiheybət 

və  Qara  şəhər  idi.  Balaxanı  Bakıdan  doqquz  mil  aralıdadır.  Qala  divarları  içərisində  Bakı  bizim  öz  adi 

şəhərlərimizdən  də  təmizdir,  onun  neftli,  natəmiz  olması  barədə  yazılar,  Bakıya  gəlişi  küləkli  günlərdə  neft 

fəvvarələrindən  damlaların  şəhərin  üzərinə  səpələnməsinin  adi  hal  aldığı,  taxta  buruqların  neft  mədənlərində 

yanğın  üçün  ciddi  təhlükə  yaratdığı  vaxtlarla  eyni  zamana  təsadüf  etmiş  əcnəbilərin  fikirlərinin  təkrarından 

başqa bir şey deyil. Belə yanğınların qarşısını almaq üçün taxta buruqlar dəmir təbəqələrlə, yaxud odadavamlı 

kipsolitlə üzlənirdi. Bakının dünya ictimaiyyətinə yanlış şəkildə təqdim olunması ideyasının uydurma olduğunu 

məşhur  rus  səyyahı  Karl  Marvin  hələ  XIX  əsrin  sonunda  yazmışdı,  özü  də  elə  bir  vaxtda  ki,  memarlıqda  bir 

metamorfoza  baş  vermiş  şəhər  yeni  neft  sənayesinin  tələblərinə  cavab  vermək  üçün  böyük  bir  sürətlə 

müasirləşdirilmişdi. Yol qeydlərini "Bakı doğrudan da məni heyrətə gətirdi..."  sözləri ilə başlayan Marvin bu 

cür etiraflardan sonra öz fikrini belə davam etdirir:"... Son illərdə Bakını təsvir edən və onun tərəqqisini bol-bol 

tərifləyən  Rus  mətbuatında  dərc  olunmuş  saysız-hesabsız  məlumatlar  məndə  elə  bir  qənaət  yaratmışdır  ki, 

sürətlə inkişaf edən bir mənzərənin şahidi olacağam,  ancaq etiraf etməliyəm ki, Bakının belə böyük bir şəhər 

olduğunu  heç  ağlıma  da  gətirməzdim.  Əksər  ingilislər  Xəzər  dənizini  "ölü"  dəniz  kimi  qələmə  alıb  təbliğ 

etmişlər.  Onlar  belə  hesab  edirlər  ki,  Xəzərdə  ya  çox  az  bir  fəaliyyət  var,  ya  da  tamamilə  heç  bir  fəaliyyət 

yoxdur. Lakin onlar unudurlar ki, Xəzər əsl təbii həyat mənbəyi, ticarət yoludur, Rus imperiyasının ən nəhəng 

çayı Volqa ilə tərəqqi üçün zəmin yaradan dənizdir. Belə adamlar üçün Bakını bir an görmək Dik Svivellərin 

təbirincə  desək  "insanı  riqtətə  gətirən  əsl  mənzərəni"  görmək  kimi  bir  şeydir.  Yüz  illər  bundan  qabaq  sanki 

yuxuya  dalmış  bir  Azərbaycan  şəhəri  olan  Bakı  indi  XX  əsrin  başlanğıcında  çiçəklənən  bir  şəhərdir.  Rus 

imperiyasının bütün yerlərindən çox Bakıda tikinti işləri getməkdədir... Bakı füsunkar bir körfəzdə yerləşir, bu 

körfəz ayparaya bənzəyir, ayparanın bir ucundan o biri uçuna məsafə yeddi mil, orbitinin uzunluğu isə on beş 

mildir. Körfəzin ağzından dənizə çıxan yerdə bir ada var, düz Plimutdakı dalğaqıran kimi. Bu ada körfəzi tərs 

küləklərdən  qoruyur,  minlərlə  gəmi  və  qayıqlara  lövbər  salıb  rahat  dayanmağa  imkan  verir.  Körfəzdə 

gəmiçiliyin  bu  cür  inkişafı  məni  heyrətə  saldı.  Şahid  olduq  ki,  şəhərin  bu  başından  o  başınadək  hər  yerdə 

Bakının  görnüşü  dəyişir.  Hər  yerdə  köhnə  evlər  sökülür,  yeniləri  tikilirdi;  küçələr  hamarlanır  və  düzlənirdi, 

asfalt və daşla döşənirdi; iranlıların miskin dükanları iri Avropa mağazaları ilə əvəzlənirdi; qədim və böyük Qız 

qalasının  ətrafı  binalardan  və  torpaqdan  təmizlənib  üzə  çıxarılmış  və  sanki  hamının  tamaşa  etməsi  üçün 

qoyulmuşdur. İki, yaxud üç ildən sonra Bakı bütün rahatlığı və sivilizasiyaya məxsus təmtərağı ilə, o cümlədən 

hazırda  inşası ilə  Rusiyada  yaradılmış  bir sindikatın məşğul  olduğu  tramvay  xətti  ilə  tamamilə  təzə  bir şəhərə 

çevriləcək. Şəhər abadlaşıb inkişaf etdikcə, onun narahatlıq doğuran istilik, toz, içməli suyun yoxluğu, yağışın 

yağmasına, yaşıllığa ehtiyac kimi şeylər tədricən və kəskin şəkildə azalacaq". 

Zaman  neftlə  bağlı  yazan  pamfletçi,  məşhur  rus  səyyahı  və  aliminin  peyğəmbəryana  fikirlərinin  doğru- 

luğunu sübut etdi. Bakı şübhəsiz ki, yeni şəhərdir. XIX əsrin sonunda aparılmış siyahıyaalma nəticəsində Bakı, 

Bayıl,  Ağ  şəhər,  Keşlə  və  Əhmədli  kəndləri,  Bibiheybət-Balaxanı-Sabunçu-Ramana  neft  mədənləri  ərazisi, 

Balaxanı, Sabunçu, Ramana və Zabrat kəndlərinin əhalisi hamısı birlikdə götürüldükdə, 206757 nəfər olmuşdur. 

Siyahıyaalma  burda  44  millətin  nümayəndəsinin  yaşadığını  qeydə  almışdır.  Burada  təxminən  bütün  Avropa, 

Orta  Asiya,  Kiçik  Asiya,  İran,  Ərəbistan  və  hətta  Həbəşistanda  yaşayan  millətlərin  nümayəndələri 

məskunlaşmışdılar.  Əsasən  13  millətin  nümayəndələri  çoxluq  təşkil  edir,  onların  hər  birindən  burda 

yaşayanların sayı 500 nəfərdən çox idi. Bunların içərisində birinci yeri ruslar (74254 nəfər), sonrakı yerləri isə 

azərbaycanlılar  (53827),  ermənilər  (34259),  farslar  (18572),  yəhudilər  (5859),  almanlar  (5025),  Cənub-  Şərqi 

Rusiyadan  gələn  tatarlar  (burada  onlara  Qazan  tatarları  deyirlər,  4157),  ləzgilər  (3857),  gürcülər  (2614), 

polyaklar (1548), yunanlar (617) tuturdular. Burada yaşayan daha səkkiz millətin — isveç, osetin, latış, slovak, 

fransız,  litvalı,  ingilis  və  türklərin  nümayəndələrinin  hər  birinin  sayı  100  nəfərdən  azdır,  sonrakı  on  yeddi 

millətin nümayəndələrinin hər birinin sayı 25 nəfərdən azdır. 

 

Kişi  və  qadın  cinsindən 



olanlar 

Şəhərdə 


Şəhər 

Neft 


Cəmi 

Kişi cinsi 

78863 

11144 


38080 

128087 


Qadın cinsi 

59748 


6121 

12795 


78664 

Cəmi: 


138611 

17265 


50875 

206751 


 

 

 



 

 



Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə