Azərbaycan neftġ



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə7/52
tarix06.05.2018
ölçüsü1,27 Mb.
#43232
1   2   3   4   5   6   7   8   9   10   ...   52

11 

 

1000  nəfər  kişiyə  düşən 



qadınların sayı 

758 


549 

336 


614 

 

Bakının  ticarət  baxımından  və  etnoqrafik  cəhətdən  özünəməxsus  tarixi,  memarlıq  və  hətta  adi  küçə 



mənzərələri  var  idi.  Burada  qədimliklə  müasirlik  həddindən  artıq  və  qeyri-adi  tərzdə  bir-birinə  qarışmışdı. 

Bütün bunlar hər yerdə görünürdü. Neft krallarının daş sarayları, ən yaxşı Avropa üslubunda tikilmiş, yüzlərlə 

gözəl ictimai binalar, Bakının qədim rəmzləri olan Qız qalası, İran şahlarının məscidi (1078), Xan sarayı (XV 

əsr  Şərq  memarlığının  ən  gözəl  nümunələrindən  biri,  ondan  təəssüflər  olsun  ki,  Bakı  qubernatorunun  şəxsi 

iddiasından silah və hərbi sursat saxlamaq üçün anbar kimi istifadə edilirdi. Etnik münaqişə başlamazdan qabaq 

bələdiyyə orqanları ordu komandanlığından xahiş etmişdilər ki, sarayı muzeyə çevirməyə icazə versinlər. Xahiş 

rədd edildi, bəhanə də o oldu ki, bu qədim bina Mancuriyadan qayıdan yaralılar üçün xəstəxanaya çevriləcək), 

şahzadələrin  qədim  zamanlarda  yaşadığı  köhnə  binalar,  minlərlə  balaca  mağazalar,  azərbaycanlıların  məşhur 

Qafqaz  xalça,  döymə  və  toxuma  sexləri,  gümüş  qablar,  köhnə  pal-paltar  və  hər  cür  qədim  silah  dükanları  o 

qədər də bir-birindən seçilmirdilər. 

Rusiyada şəhərlərinin hamısından çox Bakıda yaşayanlar elektrik işığı və telefondan istifadə edirdilər. Bu 

yuxarıda deyilənlərlə əlaqədə Bakı nə qədər müasirdisə, özünün qədim su daşıyan arabaları və dəvə karvanları 

ilə  keçmişinə  sədaqətini  itirməmişdi.  Yuxarıda  qeyd  edildiyi  kimi  Bakıda  qədimliklə  müasirlik  bir-biri  ilə 

çulğalaşmışdı;  bu  hətta  şəhər  qəbiristanlığında  da  özünü  büruzə  verirdi.  Qədim  qəbirlər  Bakının  arxasında 

təpənin  döşündə  aydın  görünürdü.  Onlardan  bir  az  aşağıda  azərbaycanlılarla  yanaşı,  minlərlə  xristian  qəbirləri 

var  idi.  Baş  daşlarından  düz  duranı,  yıxılanı  da  var  idi,  uzaqdan  baxanda  burdakı  qarışıqlıq  belə  bir  təsəvvür 

yaradırdı  ki,  sanki  təpənin  döşündən  torpaq  sürüşüb  və  belə  bir  mənzərənin  yaranmasına  səbəb  olub. 

Qəbiristanlığın  yanında,  yerdə  üç  ingilis  əbədi  uyuyurdu.  Bunlar  A.V.Vaqstafor  (Şibayev  neft  şirkətinin  baş 

meneceri), cənab Viskin və cənab Fekrquson idilər, üçünün də qəbri bir-birinə yaxın idi. 

Dəniz  tərəfdən  yaxınlaşdıqda  təpənin  döşündə  yerləşən  Bakının  ağ  yaşayış  evləri  və  ictimai  binalarının 

panoraması  açılır,  aşağıda  Bayıldan  tutmuş  Qara  şəhərədək  yeddi  millik  bir  məsafədə  şəhərin  işgüzar  həyatı 

qaynayırdı. 

Bayıldan  ayparanın  başlanğıc  nöqtəsində  gəmilərin  daldalaşması  üçün  təbii  limanda  Xəzər  donanması 

gəmiləri  lövbər  atır  və  buradan  dənizə  çıxırdı.  Kanoner  tipli  bu  kiçik  gəmilərdir,  şəhər  uğrunda  döyüşlərdə  o 

qədər  də  ciddi  maneə  ola  bilməzdilər.  Nəhəng  ağac  bərələr  yedək  gəmiləri  vasitəsilə  nefti  Bayılın  arxasından 

ayparanın o başında yerləşən mənzərəli buxtadakı Qara şəhər və şəhər neftayırma zavodlarına daşıyırdı. Bakının 

gecə mənzərəsi də füsunkardır, təpənin döşündən aypara boyunca düzlənmiş işıqlar cərgələnmiş şəkildə yanır, 

onlar limanlara, gəmiqayırma və gəmi təmiri emalatxanalarına, sərnişin gəmilərinə işıq saçırdı. 

Bakıda səfərdə olmuş polkovnik Stüart 1886-cı ildə öz səyahəti haqqında maraqlı bir hesabat yazmışdı, 

həmin hesabatda deyilirdi: 

"Şəhər  özü  küləklərdən  çox  yaxşı  qorunan  bir  körfəzdə  yerləşir,  körfəzdən  cənubda,  lap  yaxınlıqda 

Bibiabad  (Bibiheybət—mütərcim)  adlı  kiçik  bir  neft  mədəni  var,  bu  neft  mədəninin  yerləşdiyi  sahə  özü  də 

ayrıca bir körfəzdir: şəhərə yaxın yerdə, iki körfəzin arasında gəmilərin yan alması üçün liman var. Sonra isə 

körfəzdə  sahil  boyu  qərbdən  şərqə  uzanan  xətt  boyunca  əvvəl  şəhərin  özü  yerləşir  —  ticarət  burda  cəm-

lənmişdir, sonra isə Qara şəhər gəlir, neftayırma zavodlarının əksəriyyəti burda yerləşir. Buradan da şərqə doğru 

getdikcə Ağ şəhər gəlir, ən müasir və üstün neftayırma zavodları buradadır. Nobel qardaşlarının da neftayırma 

zavodu  buradadır,  bu  zavod  müasir  tipli  olsa  da  bədbəxtlikdən  Qara  şəhərə  yaxın  yerdədir.  Qara  şəhərlə  Ağ 

şəhərin görünüşlərində kəskin bir fərq nəzərə çarpır; Ağ şəhərdə neftayırma zavodların sobalarının borularından 

qalxan tüstü demək olar ki, heç görünmür. Qara şəhərdə çox az istisnalar olmaqla sobaların borularından çıxan 

qara tüstü hər yanı bürüyür, borular qara tüstü püskürür". 

Zorakılığa  məruz  qalmış,  divarlarında  güllə  yerləri  olan  və  yandırılmış  binalar  təmir  olunandan  sonra 

Bakı yenə də özünün əvvəlki cazibədar formasına qayıtdı. Heç kəs onun saysız-hesabsız qədim, lakin hələ də 

gözəlliyini itirməmiş binalarının möhtəşəm liman işıqlarını, gözəl körfəzlərini dana bilməz. 

C.Kenri  özünün  "Bakı  —  hadisələrlə  dolu  şəhər"  kitabında  yazırdı  ki,  "Bakının  çoxmillətli  əhalisinin 

mənfi ünsürləri olan ermənilər ordan çıxıb getsə, xarabalıqlar təmir olunsa, sənaye  və ticarət qaydasına düşüb 

sakitləşsə, adam bu qədim şəhərin sakit küçələrini tənha dolanaraq onu əvvəllərdə olduğu kimi görsə idi, onda 

atəşpərəstlərin Məkkəsi sayılan Bakıya, onlar üçün müqəddəs sayılan bu şəhərə heç kəs çirkli, eybəcər deməzdi. 

O, Rusiyanın ən mənzərəli, ən gözəl şəhərlərindən biri və birincisidir. Mənim fikrimcə əgər Bakıya su çəkilsə, 

suvarılsa idi, o gözəllikdə Avropanın şərq hissəsində tanınmış şəhərləri geridə qoyardı. 

Bakı özünün yastı damlı evləri ilə doğrudan da Asiya şəhəridir; ancaq bir neçə barak tipli damları qırla, 

yaxud  yaşıl  rəngli  dəmir  təbəqələrlə  örtülü  binalar,  günbəzi  qızılı  xristian  kilsəsi  burda  rusların  hökm-

ranlığından  xəbər  verir.  Bakının  təsvirini  verməyə  cəhd  etmiş  hər  kəs  belə  bir  fikirlə  razılaşardı  ki,  onun  ən 

gözəl  yeri  Fars  qalası,  minarət  və  məscid,  xan  hamamları  xərabələrinin  izi  qalmış  qədim  hissəsidir.  Küçələri 

əyri-üyrü  və  dolanbac,  yastı  damlı,  pəncərəsiz  evləri  olan  bu  qədim  türk  (Azərbaycan—mütərcim)  şəhərində 




Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə