Azərbaycan neftġ



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə8/52
tarix06.05.2018
ölçüsü1,27 Mb.
#43232
1   ...   4   5   6   7   8   9   10   11   ...   52

12 

 

fevral  və  sentyabr  aylarında  nə  qədər  qətllər  baş  vermişdir,  buna  baxmayaraq  azərbaycanlılar  Bakıda  yaşayan 



ermənilərə hörmətlə yanaşır, onların məşğuliyyətlərinə şərait yaradırlar." 

Abşeron yarımadası öz "əbədi" odları ilə lap qədim zamanlardan şərqlilərin diqqətini özünə cəlb etmişdi. 

Onlar bu daim yanan odları allahın təzahürü hesab edirdilər. 

Oda  sitayişin  izləri  yeni  eradan  əvvəl  altıncı  əsrə  gedib  çıxır.  Zərdüştün  davamçıları  çox  əsrlər  boyu 

atəşgahlarda  ilahi  qüvvə  kimi  Bakının  "əbədi"  odlarına  səcdə  pərəstiş  etmişlər.  Həmin  atəşgahlar  yeni  eranın 

624-cü ilinədək mövcud olmuşdur. Qibbonun yazdığına görə həmin il imperator Herakl farslara qarşı müharibə 

apararkən, Bakıdan on mil cənubda Kür çayının Xəzərə töküldüyü çöllükdə qışlayır. Qibbon yazır ki, imperator 

Heraklın əmri ilə əsgərlər kahinlərin ibadət etdiyi məbədləri dağıdıb uçurtdular, müqəddəs odu söndürdülər. On 

iki ildən sonra, yəni 636-cı ildə Ərəblər Bakını ikinci dəfə fəth edərək, qılınc gücünə adamları atəşpərəstlikdən 

əl  çəkib  islam  dininə  keçməyə  məcbur  etdilər.  Bir  çox  atəşpərəstlər  hörmüzə,  oradan  da  Hindistana  qaçaraq, 

hazırkı  pars  məhəllələrinin  əsasını  qoydular.  Bu  atəşpərəst  parslar  tez-tez  Abşeron  yarımadasında  ziyarətə 

gəlirlər. 

1845-ci ildə bu əbədi odları təsvir edərək professor Berezin yazırdı: "Qafqaz sıra dağlarının şərq qurtara-

cağında, Bakıdan on mil aralı, Suraxanı kəndinin yanında məsaməli, çat-çat əhəng daşından tez alışan qaz fəv-

varə vurur. Gündüzlər bu yanar qaz o qədər də cəzbedici deyil, ancaq gecələr bu od qaranlıq və kimsəsiz yeri 

işıqlandıranda  mənzərə  tam  dəyişir,  atəşpərəstlərin  bu  sadə  məbədi  sehirli  bir  qalaya  çevrilir.  Külək  əsdikcə 

alovun  rəngarəng  dilləri  havada  sanki  ecazkar  bir  rəqsi  ifa  edir.  Külək  davam  etdikcə  alovun  dilləri  uzanır, 

onların qurtardığı yerdə alov yeni bir güclə, yeni bir parlamaqla təzədən alışır. Heç də təəccüblü deyil ki, belə 

nadir  gözəlliyə  malik  bir  səhnə  və  əzəmət  şərqlilərə  ecazkar  bir  təsir  bağışlayır,  onlar  bu  əbədi  odlarda  sirli, 

müəmmalı və fövqəltəbii bir məna duyurlar. Yaddan çıxarmamalıyıq ki, dünyada oda sitayiş edən təkcə şərqlilər 

deyil; əslində dünyanın elə bir ölkəsi tapılmaz ki, orada atəşpərəstlər, oda sitayiş edənlər yaşamasın". 

Təbii qazın insan müdaxiləsi olmadan yer altından üzə çıxması Bakının ətrafında bir çox yerlərdə, təkcə 

quruda yox, Xəzər dənizinin özündə də müşahidə olunurdu. Bibiheybətdən yarımsaatlıq məsafədə əgər dənizə 

bir kibrit atılsaydı, dənizin dibindən çıxan qaz dərhal alışar, alov dənizdə böyük bir sahənin üzərinə yayılardı. 

Ancaq  külək  və  coşan  dalğalar  bu  alovu  söndürməyə  qadir  idi.  Dənizdə  qazın  yanması  xüsusilə  gecələr, 

əsrarəngiz mənzərə yaradır. Qazın açıq dənizdə belə açıq şəkildə yanması çox-çox uzaqlardan da görünmürdü. 

Bakının  yaxınlığında  baş  qaldırmış  buruqların  yaratdığı  fantastik  mənzərə  heç  vaxt  unudulmaz.  Neftə 

bulaşmış  buruqların  ağac  divarları  dərin  quyuların  ağzını  örtür,  burdan  gecə-gündüz  fasiləsiz  olaraq  neft 

çıxarılırdı. Buruqları istismar edən insanların istirahət etməyə ixtiyarı yox idi. Ətrafdakı torpaqlar hamısı neft 

içindədir,  rəngi  qap-qara  idi.  Od  düşsə  lap  Xəzər  dənizinin  özü  kimi  alışardı,  çünki  neft  mədənləri  artıq 

dənizədək çatmışdı. 

Bakının  neft  mədənlərinin  hər  biri  özlüyündə  bir  dövlət  idi,  hərəsinin  öz  qanunları  və  xüsusi  ədalət 

prinsipləri  vardı.  Buradakı  qanunlar  yazılmamış  qanunlar  idi,  ancaq  onlara  hökumətin  yazılmış  qanunlarından 

qat-qat çox hörmət olunurdu. 

İkinci Dünya müharibəsinə qədər Parisdə yaşamış, neft milyonçusu ailəsində böyümüş bakılı Əsəd bəy 

neft mədənləri haqqında qeyd edir ki, onu "neftə çəkəndə" altı yaşı var imiş. Başqalarını isə buna iyirmi yaşında 

"çəkirdilər".  "Neftə  çəkmək"—  adamı  mədən  sahiblərindən  ibarət  kübar  sinfə  təqdim  etmək  imiş.  Xristianlar 

uşağı xaç suyuna çəkən kimi, neft sahibkarları da həddi-buluğa çatmış uşaqlarını yüksək cəmiyyətlə tanış edir, 

bu  zaman  ora  yığışmış  fəhlələrin  və  rəsmilərin  gözü  qarşısında  yeni  neft  maqnatının  üstünə  bolluca  neft 

çiləyirdilər. Proses bir neçə dəqiqə çəkərdi və buna "qızıl yağışı" deyərdilər. 

Bəzən quyudan neft çıxarkən xırda toz kimi neft dumanı adamların üstünə qonardı, onda həmin adamlar 

özlərini xoşbəxt sanardılar. 

Neft  buruqları  gözəl  sənaye  mənzərəsi  yaradır,  burda  buxar,  fabriklərin  və  şaxtaların  qoxulu  havası 

yoxdur.  Göyə  ucalmış  yüzlərlə  qüllələr  nağıllardakı  əfsanəvi  meşəni  xatırladır.  Azərbaycanda  belə  bir  fikir 

söyləyirdilər  ki,  neft  mədənlərinin  havası  ciyər  xəstəliklərinin  dərmanıdır.  Hətta  milyonçu  Musa  Nağıyev  öz 

səxavətini  əsirgəmədən,  neft  mədənlərinin  yanında  vərəmlə  xəstələnmişlər  üçün  bir  sanatoriya  da  tikdirmək 

istəyirdi. Doğrusu, mədən havasının müalicəvi əhəmiyyətinin olub-olmadığını bilməsək də, ancaq doğrudan da 

xam neftin qoxusu adamın sanki yorğunluğunu çıxarır. Mədən fəhlələri bunu bilir və maraqlı bir tərzdə neftdən 

istifadə  edirdilər.  Onlar  neft  axıdılan  kanallar  boyu  bol-bol  neft  hopmuş  və  ağırlaşmış  gili  yığır,  onunla 

bədənlərini və əllərini yuyurdular. Bu həm də sabunu əvəz edirdi. 

Bakının neft mədənlərində işləmək üçün Azərbaycanın müxtəlif bölgələrindən, Rusiyadan, Zəngəzurdan, 

Dağıstandan və İrandan fəhlələr gəlirdilər. Ruslar ağır işə yaramırdılar, onlar fəhlələrin ən narahatçılıq doğuran 

təbəqəsini  təşkil  edirdilər.  Ən  yaxşı  işçilər  şərqlilər  sayılırdı,  onlarda  neft  mədənlərində  işləmək  üçün  tələb 

olunan məsuliyyət vardı. Bu iki qrup arasındakı fərq çox kəskin idi. Azərbaycanlılardan, farslardan, ləzgilərdən, 

ermənilərdən  fərqli  olaraq  ruslar  neft  mədənləri  və  onların  sahiblərinə  nifrət  edirdi,  imkanları  olduqca  onlarla 

qarşıdurma  yaratmağa  çalışırdılar.  Ruslardan  fərqli  olaraq  azərbaycanlılar,  farslar,  ləzgilər  və  başqa  millətlər 

mədən sahibləri ilə heç bir intriqa yaratmır, Avropa mədəniyyətini az-çox öyrənərək mədəndə özlərini təcrübəli, 



Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə