Azərbaycan neftġ



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə51/52
tarix06.05.2018
ölçüsü1,27 Mb.
#43232
1   ...   44   45   46   47   48   49   50   51   52

71 

 

Sənaye  naziri tərəfindən  müqavilələr  üzrə bilavasitə neft  hasilatı  üçün icarəyə  verilməyə  yararlı hesab  edilsin. 



Beləliklə, burada torpaqların, dərhal, dəqiq və aydın surətdə alınmasının məqsədi — torpaqların dərhal istismara 

verilməsi  göstərilirdi.  Torpaqların  alınması  haqqında  1890-cı  il  9  fevral  qanununda  isə  nə  bu  tədbirin 

məqsədləri, nə də müsadirə üçün nəzərdə tutulan torpaqların istismarı üsulu göstərilmirdi. 

 

"NEFTLĠ TORPAQLARIN MÜSADĠRƏ QAYDASI VƏ  

ġƏRTLƏRĠ HAQQINDA" YENĠ QAYDALAR VƏ ONLARIN  

1891-ci il 20 fevral QAYDALARINDAN FƏRQĠ 

 

"Abşeron  yarımadasında  neftli  torpaqların  dövlət  kəndlilərinin  istifadəsindən  alınıb  xəzinənin  sərən- 



camına verilməsi üsulları və şərtləri haqqında" qaydalar qüvvədə olan 1891-ci il 20 fevral tarixli "Torpaqların 

alınması  qaydası"ndan  formal  cəhətdən  onunla  fərqlənirdi  ki,  sonuncular  qanunvericilik  qaydasında  qəbul 

edilmiş və Qanunlar Külliyyatına daxil edilmişdi. Əvvəlki "Qaydalar" isə idarəetmə qaydasında Dövlət Əmlak 

naziri  tərəfindən  1890-cı  il  9  fevral  qanunu  əsasında  təsdiq  edilmişdi.  Mahiyyət  etibarilə  birinci  və  ikinci 

"Qaydalar" aşağıdakılarla fərqlənirdi: 

a)  Kəndlilərin pay torpaqları arasından geri alınan sahələrin sərhədləri Dövlət Əmlak nazirinin razılığı ilə 

Qafqazda  mülki  hissə  baş  rəisi  tərəfindən,  yeni  qaydalarda  isə  Ticarət  və  Sənaye  naziri,  Əkinçilik  və  Torpaq 

Quruculuğu  Baş  İdarəsi  rəisi  və  Qafqaz  canişini  ilə  razılaşdırılmaqla  müəyyən  edilirdi  (1912-ci  il  25  iyun 

"Qaydalar"ının 12-ci maddəsi). 

b)  Əvvəlki  qaydalara  əsasən  yerli  hökumətin  köməyi  ilə  bilavasitə  Bakı  quberniyası  Dövlət  Əmlak 

İdarəsinin rəisinə həvalə edilən iş neftli torpaqların faktik  müsadirəsi, yeni "Qaydalar"a məxsusən bu məqsəd 

üçün  Qafqazda  Əkinçilik  və  Torpaq  Quruculuğu  Baş  İdarəsi  rəisinin  sərəncamı  ilə  yaradılan  xüsusi  torpaq  - 

quruculuq partiyasına həvalə edilirdi. 

v)  1891-ci  il  "Qaydalar"ında  həyətyanı  sahələr  qəti  göstərişə  əsasən,  kəndlilərin  tam  və  daimi 

istifadəsində  qalmalı,  elə  buna  görə də  xəzinənin sərəncamına  keçən pay  torpaqları  tərkibindən  çıxarılmalı idi 

(bənd  2);  1912-ci  il  "Qaydalar"ında  isə  həyətyanı  sahələrə  dair  nəinki  hər  hansı  bir  qeydə  rast  gəlinmir,  hətta 

tikinti  və  qurğular  yerləşəcək  belə  torpaqların  da  alınması  açıq-aşkar  nəzərdə  tutulurdu  (3  və  4  maddələr). 

"Qaydalar"ın mətnində göstəriş olmadığından, bu torpaqların tərkibindən həyətyanı sahələrin ayrılması üçün heç 

bir əsas yox idi. Həmçinin yeni "Qaydalar"da pay torpaqlarının ayrı-ayrı kateqoriyaları (icmanın töycü verdiyi 

sahələr,  bağlar, otlaqlar,  şumlama  sahələri)  arasında heç  bir  fərq  qoyulmur  və  müsadirə (torpaqların  alınması) 

haqqında qanun icra edilərkən bunlar üçün heç bir məhdudiyyət nəzərdə tutulmurdu. 

q)  Kəndlilərin  istifadəsindən  alınıb,  xəzinənin  sərəncamına  verilən  neftli  torpaqlar  müqabilində 

kəndlilərin mükafatlandırılması 1891 və 1912-ci il "Qaydalar"ında bir-birindən tamamilə fərqli üsulda müəyyən 

edilirdi. Əvvəlki "Qaydalar" əsasında kəndlilər aşağıdakı iki üsuldan biri ilə mükafatlandırılırdı: ya onlara digər 

sərbəst  dövlət  torpaqlarından  pay  ayrılırdı,  ya  da  xəzinə  və  yerli  idarəetmə  orqanları  (zemstvo)  vergiləri 

ödəməkdən  azad  edilirdilər.  Özü  də  bu  iki  üsulun  müəyyən  nisbətdə  birləşdirilməsinə  yol  verilmirdi. 

Torpaqların dəyərləndirilməsinə görə xəzinədən xüsusi pul mükafatı almaq hüququ yalnız elə şəxslərə verilirdi 

ki,  onlar  əkilib-becərilməsi  çox  böyük  çətinliklərlə  əlaqədar  olan  bağlardan  və  digər  sahələrdən  imtina  etmiş 

olsunlar  (bənd  10).  Hazırda  qüvvədə  olan  1912-ci  il  "Qaydalar"ı  isə,  əksinə,  ümumi  əsas  kimi  pul  mükafatı 

prinsipini nəzərdə tutur və onun şərtləri dəqiq müəyyən edilirdi (1-3 və 7-11-ci maddələr). Və yalnız sakinlərin 

özlərinin  xüsusi  vəsatəti  olduqda,  onlara  başqa  yerlərdə  sərbəst  dövlət  torpaqlarından  həmin  həcmdə  sahələr 

ayrıla  bilərdi  (maddə  2).  Ümumiyyətlə,  1912-ci  il  "Qaydalar"ı  kəndlilərin  mükafatlandırılması  məsələsinə 

xüsusi  diqqət  yetirirdi.  1891-ci  il  "Qaydalar"ında  isə  bu  məsələyə  çox  səthi  toxunulurdu.  Məsələn, 

qiymətləndirmə  məsələlərindən  danışılarkən  nə  qiymətin  təyin  edilmə  üsulu,  nə  də  onu  həyata  keçirməli  olan 

şəxslər barədə bir söz deyilmirdi. 

d)  1912-ci  il  25  iyun  "Qaydalar"ında  6  və  7-ci  maddələr  xüsusilə  mühüm  əhəmiyyətə  malikdir.  Həmin 

maddələrə  əsasən,  müsadirə  edilməli  torpaqların,  eləcə  də  orada  inşa  edilmiş  qurğu  və  tikililərin  verilməsi 

barədə  müqavilələr,  həmin  torpaqların  xəzinə  sərəncamına  keçməsindən  sonra  fəaliyyətlərini  dayandırır  və 

orada  yerləşən  qurğuların  sabiq  icarəçiləri  isə,  bu  müsadirə  nəticəsində  özlərinə  vurulmuş  həqiqi  ziyanlar 

həcmində xəzinədən mükafat alırdılar. 

Aydın ifadə olunmuş və heç bir istisnaya yol verməyən bu müddəa əvvəl qüvvədə olan qaydanı ləğv etdi. 

Əvvəlki  qaydaya  görə,  neftli  torpaqların  alınmasından  öncə,  kənd  icmalarını,  yaxud  da  bu  icmanın  ayrı-ayrı 

üzvlərinin  müxtəlif  şəxslərə  töycü  verilən  torpaqlar,  yaxud  da  ümumiyyətlə  ictimai-dövlət  torpaqlarına  dair 

bağladıqları  müqavilələr  öz  qüvvəsini  müsadirədən  sonra  da  saxlayırdı  (1812-ci  il  “Qaydalar"ı,  5  və  6-cı 

bəndlər). Bu zaman birinci halda icarə haqqı kəndli icmalarının xeyrinə daxil oldu, ikinci halda, yəni ayrı-ayrı 

kəndlilərlə dövlət-ictimai torpaqların bir hissəsinə dair əvvəl bağlanmış müqavilələrin qüvvədə qalması, xəzinə 

üçün  sərfəli  olmayan  maddi  nəticələr  verirdi  və  hüquqi  xarakterli  bir  sıra  çətinliklər  yaradırdı.  Bu  əngəllər, 

1891-ci  il  21  fevral  qanununun  icrası  gedişində  dərhal  özünü  büruzə  verdi  və  xüsusi  olaraq  bu  məqsəd  üçün 

Dövlət Əmlak Nazirliyinin ümumi işlər Departamenti nəzdində, bu departamentin direktorunun sədrliyi altında, 



Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə