Azərbaycan Ölkə üzrə Ġqtisadi Memorandum



Yüklə 3,94 Mb.
Pdf görüntüsü
səhifə14/102
tarix17.09.2018
ölçüsü3,94 Mb.
#69161
1   ...   10   11   12   13   14   15   16   17   ...   102

27 
 
Səmərəli  dövlət  xərclərinin  ayrılmaz  hissəsi  müasir,  ədalətli  və  Ģəffaf  satınalma  qaydalarına 
riayət etməkdir ki, bu da tənzimləyici çərçivədən tutmuĢ icra prosesinə qədər təmin olunmalıdır.   
25.
 
Azərbaycan satınalmaların gücləndirilməsinə xüsusi diqqət yetirilməlidir. 2008-ci il 
üzrə  Ölkədə  Satınalmaların  Qiymətləndirilməsi  Hesabatında  (ÖSQH)  satınalmalar  üzrə 
gücləndirilməsi  zəruri  olan  bir  neçə  sahə  öz  əksini  tapmıĢdır.  Bunların  ən  vacibləri  dövlət 
satınalmaları, o cümlədən qaydalar üçün hüquqi çərçivənin yeniləĢdirilməsi, əhatə dairəsi və icra 
məsələlərində  boĢluqların  aradan  qaldırılması,  inzibati  qaydada  qərarların  qəbul  edilməsini 
məhdudlaĢdırmaq məqsədilə qoruyucu vasitələrin tətbiqi və standart sənədlərin hazılranmasıdır.  
Azərbaycan həm də hüquqi Ģəxslərin institusional idarəetmə və potensialını da gücləndirə bilər.  
Buraya Dövlət Satınalmalar Agentliyinin (DSA) rolunun aydınlaĢdırılması, ən azı onun mövcud 
qanunvericiliklə  uyğunlaĢdırılması,  potensialın  yaradılması  və  dövlət  satınalmalarının  ölkənin 
ümumi dövlət sektoru üzrə idarəçilik sisteminə inteqrasiyası daxildir.  ÖSQH-də həmçinin bazar 
təcrübəsi və nəzarətlə bağlı əhəmiyyətli dərəcədə irəliləyiĢ də tövsiyə olunur.  
 
26.
 
Ġdarəçiliyi  daha  da  gücləndirmək  məqsədilə  qərar  qəbul  edən  Ģəxslərə  və 
ictimaiyyətə  iqtisadiyyatla  bağlı  daha  çox  məlumatların  verilməsi  zəruridir.  Ölkədə 
iqtisadiyyatın  vəziyyəti  və  maliyyə  xərclərinin  icrası  ilə  bağlı  ictimaiyyətə  çoxlu  məlumatlar 
verilir.    Buna  baxmayaraq  bu  sahədə  hələ  çox  iĢlər  görülməlidir.  Hal-hazırda,  hökumətin 
informasiya strategiyasını gücləndirmək olar.  Bunu qərar qəbul edən Ģəxslər, kənar analitiklər və 
ictimaiyyət  üçün  müəyyən  vacib  məlumatların  vaxtında  çatdırılması  vasitəsilə  etmək  olar.    Bu 
informasiyaya aĢağıdakılarla bağlı ətraflı məlumatlar daxil olmalıdır: icmal büdcə (rüblük, GFS 
formatında,  inzibati  və  funksional  təsnifatda),  real  əmək  haqları  (aylıq,  sektoral  bölgüdə),  real 
idxal  və  ixrac  (aylıq,  təfərrüatlı),  qeyri-neft  özəl  investisiyalar  (rüblük,  təfərrüatlı).  Belə 
müntəzəm  və  təfərrüatlı  məlumatların  mövcudluğu  hökumətin  və  özəl  sektorun  iqtisadiyyata 
nəzarət etmək gücünü artırardı.   
27.
 
Hökumətin  investisiya  layihələrinin  icrasını  gücləndirmək  məqsədilə  ölkənin 
infrastrukturunun  keyfiyyəti  ilə  bağlı  “Ġllik  Hesabat  Kartı”  hazırlamaq  olar.  Hökumət 
ölkədə  infrastrukturu  yaxĢılaĢdırmaq  məqsədilə  əhəmiyyətli  dərəcədə  investisiya  yatırır.  Cari 
investisiya  layihələri  təcili  investisiya  ehtiyaclarına  cavabdır.  Eyni  zamanda,  hökumət 
tamamlanmıĢ  layihələri  effektli  Ģəkildə  reklam  etməklə  onlardan  faydalana  bilər.    Hökumət 
infrastrukturun  keyfiyyəti  ilə  bağlı  ―Ġllik  hesabat  kartı‖  hazırlaya  bilər.    Bu  hesabatda  təkcə 
investisiyaların  məhsulları  (yenidən  salınmıĢ  yolların  neçə  kilometr  olması)  deyil,  həm  də 
nəticələri  (Ġrandan  Gürcüstan  və  ya  Rusiya  sərhədinə  orta  hesabla  tranzit  nə  qədər  vaxt  tələb 
edir) nəzərə alına bilər.  Hesabatda, həmçinin, infrastrukturla bağlı irəliləyiĢlər izlənə bilər ki, bu 
irəliləyiĢdən də xarici investisiyaları cəlb etmək məqsədilə istifadə etmək olar.   
28.
 
Yuxarıdakıları nəzərə alaraq, hesabatda tövsiyə olunur: 
Tövsiyə  3:  Xərclərin  idarəolunması  üzrə  vacib  institutları  (xəzinənin 
idarəolunması,  büdcənin  hazırlanması,  investisiyaların  qiymətləndirilməsi, 
satınalmalar,  daxili  və  xarici  audit)  yaratmaq/gücləndirmək  və  onları  işlək 
vəziyyətə  gətirmək;  yaxşılaşdırılmış  infrastruktur  haqqında  məlumatı  yaymaq 
üçün illik hesabat kartı hazırlamaq.   


28 
 
Ġnfrastruktur və kommunal Ģəbəkələr  
29.
 
Azərbaycanda  ictimai  infrastrukturun  aĢağı  keyfiyyətdə  olması  1990-cı  ilin 
ortalarından  inkiĢafa  mane  olan  amillərdən  biri  olmuĢdur.    Neft  bumu  gerçəkləĢdikcə, 
hökumət  infrastruktura  investisiyaların  yatırılmasını  prioritet  istiqamət  kimi  görür.  
Ölkənin  infrastrukturu  25-30  illik  istismar  dövrünü  artıq  baĢa  vurmuĢdur.  Bunun  səbəbləri 
maliyyə  imkanlarının  olmaması  (Azərbaycanın  yeni  neft  resursları  yalnız  2006-cı  ilin  sonunda 
istifadəyə verilmiĢdir) və köhnəlmiĢ idarəetmə təcrübəsidir.  Əsas yolların təxminən 56 faizi pis 
vəziyətdədir, yolların 30 faizinin isə təcili təmirə əhtiyacı var. Regional və yerli yolların 45 faizə 
yaxınının  istismar  dövrü  bitib  ki,  bu  da  bir  sıra  rayonlarda  ərazi  vahidləri  arasında  ilboyu 
əlaqənin  yaradılmasına  mane  olur.  OxĢar  problemlər  dəmir  yolu  sektorunda  da  yaĢanır.  
KorlanmıĢ  dəmiryolu  infrastrukturuna  görə  Azərbayanda  dəmiryolları  (neft  üçün  vacib  ixrac 
marĢrutu)  tam  imkanla  fəaliyyət  göstərə  bilmir.    Son  illərdə  yaxĢılaĢdırılmasına  baxmayaraq 
(xüsusilə paytaxt ərazisində), su təchizatının etibarlılığı aĢağı olaraq qalır (orta hesabla gündə 13 
saat). Bakıdan kənarda, ölkənin bir çox yerlərində insanlar gündə üç saat su ilə təmin olunurlar.  
30.
 
Hökumət  kommunal  xidmətləri  yaxĢılaĢdırmaq  məqsədilə  “qısa,  ancaq  əmin” 
addımlar  atmıĢdır:  dövlət  xərcləri  və  dövlət  idarəçilyi.    Azərbaycan  kommunal  xidmətləri 
Ģəbəkəsinin (elektrik, qaz, su, telefon xətlərinin çəkilməsi) yaxĢılaĢdırılmasının sürətləndirilməsi  
məqsədilə  paralel  olaraq  aĢağıdakıları  həyata  keçirmiĢdir.  Birincisi,  icmal  büdcə  hesabına 
ölkənin  vacib  infrastruktur  layihələrinə  vəsait  ayrılmıĢdır;  eyni  zamanda,  kommunal  xidmət 
göstərən qurumların maliyyə dayanıqlığının təmin olunması üçün komunal xidmətlər üzrə tariflər 
əhəmiyyətli  dərəcədə  artırılmıĢdır  (Tarif  ġurası  vasitəsilə).  Ġkincisi,  sayğaclaĢdırma  və 
kommunal  xidmətlər  üzrə  hesab  sistemi  tətbiq  olunmuĢdur.  Hökumət  eyni  zamanda  bütün 
kommunal  xidmətlər  üzrə  struktur  islahatlar  aparmaq  niyyətindədir.    Bu  hesabatda  islahat 
prioritetlərinin yalnız bir neçəsi öz əksini tapıb ki, bunlar da aĢağıda müzakirə olunur.  Hökumət 
bəzi hallarda tədricən korporativləĢməyə də keçir.  Azərbaycanın orta müddətli tarif siyasəti var 
ki,  burada  2010-cu  ilə  qədər  kommunal  xidmətlərin  maliyyə  davamlılığının  təmin  edilməsi  əks 
olunur.  2008-ci ilə qədər ölkə bu istiqamətdə müəyyən iĢlər görüb.
8
 
31
Ġndiyə  qədər  əldə  olunmuĢ  irəliləyiĢdərdən  ən  nəzərəçarpanı  elektrik  təchizatı  və 
magistral  yollarla  bağlıdır  ki,  bunların  da  hər  ikisi  strateji  sektorlardır.  Elektrik  təchizatı 
bütün sistem üzrə təkmilləĢdirilmiĢ və iqtisadi fəaliyyətin  gücləndirilməsini dəstəkləmiĢdir. Bu, 
Azərbaycanın  böyük  ixrac  potensialı  olan,  sürətlə  artan  aqro-emal  sənayesi  üçün  xüsusilə 
vacibdir.  Nəzərəçarpan  irəliləyiĢ  müĢahidə  olunan  digər  sahə  ġimal-Cənub  və  ġərq-ġimal-qərb 
dəhlizi  üzrə  yolların təmir olunmasıdır.   Hər iki  dəhliz  Ġran və Gürcüstandan məhsulların idxal 
olunması, Rusiya və Gürcüstana (tranzit və sonuncu təyinat yeri) qeyri-neft məhsullarının ixrac 
olunması  baxımından  vacibdir.    Xidmətlərə  olan  artan  tələbə  cavab  vermək  və  təkmilləĢdirmə 
iĢlərini davam etdirmək üçün ölkə bir neçə çətinliyin öhdəsindən gəlməlidir.   
 
                                                 
8
 Ötən illər ərzində investisiyalara ayrılmıĢ dövlət vəsaitləri əhəmiyyətli dərəcədə olmuĢdur.  2004-cü ildən kapital 
xərcləri  nominal  baxımdan  14  dəfə  artaraq  2007-ci  ildə  qeyri-neft  ÜDM-in  25.7  faizini  təĢkil  etmiĢdir.    Bu 
göstəricinin 2008-ci ildə qeyri-neft ÜDM-in 37.2 faizə çatacağı gözlənilir.  2005-07-ci illərdə hökumət inzibatçılıq, 
sosial xidmətlər, enerji, nəqliyyat və kommunikasiya sahələrinə vacib investisiyalar yatırmıĢdır.  Bu investisiyaların 
bir hissəsi kimi hökumət Azərenerjiyə (elektrik xidmətləri) 420 milyon manat, Azəriqaza (qaz xidmətləri) 64 milyon 
manat,    Azərsuya  (su  təchizatı)  125  milyon  manat,  Dövlət  Ġrriqasiya  Agentliyinə  117  milyon  manat,  Bakı 
Metropoliteninə  82  milyon  manat,  AZAL-a  (Azərbaycan  Hava  Yolları)  63  milyon  manat  və  Nəqliyyat  Nazirliyi 
(NN)  vasitsilə  yolların  inĢasına  419  milyon  manat  sərmayə  yatırmıĢdır.    ġəbəkə  üzrə  kommunal  xidmətlərə  sərf 
olunan xərclər 2004-07-ci illər üçün ümumi kapital xərclərinin təxminən 50 faizini təĢkil etmiĢdir.   


Yüklə 3,94 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə