Azərbaycan Ölkə üzrə Ġqtisadi Memorandum



Yüklə 3,94 Mb.
Pdf görüntüsü
səhifə7/102
tarix17.09.2018
ölçüsü3,94 Mb.
#69161
1   2   3   4   5   6   7   8   9   10   ...   102

13 
 
zərfinin ötürülməsi üzrə seminarının maliyyələĢdirilməsi), 2006-2008-ci illər üçün ortamüddətli 
xərclər  parametrləri    (OMXP)  və  dövlət  idarəçiliyi  dialoquna  dair  Proqramatik  Dövlət 
Xərclərinin  Ġcmalına,  2008-ci  il  üzə  Dövlət  Xərcləri  və  Maliyyə  Hesabatlılığının 
qiymətləndirilməsinə  (SECO  ilə  birlikdə  maliyyələĢdirilmə)  və  2008-ci  ilin  Dövlət 
satınalmalarının qiymətləndirilməsi icmalına dəstək olmuĢdur. 2008-ci ildə BMK tərəfindən özəl 
sektorla bağlı əhəmiyyətli iĢlər görülmüĢdür ki, bunun nəticələri də hesabata daxil edilib. 2008-ci 
ilin  yoxsulluq  səviyyəsinin  qiymətləndirilməsi  əsasən  ÖĠM-lə  paralel  aparılmıĢdır  və  bunun 
nəticələri hesabata daxil edilməyib. Son olaraq, 2009-cu ilin 21 oktyabr tarixində ölkə rəhbərliyi 
ilə siyasi tövsiyələrin müzakirəsi məqsədilə Yüksək Səviyyəli Forum keçirilmiĢdir.   
ÖĠM-in hazırlanması zamanı Azərbaycanı bir sıra iqtisadi missiyalar ziyarət etmiĢlər. Missiyalar 
təbii ehtiyatlarla zəngin  olan ölkələrdə idarəçiliyin təĢkil olunması və fiskal dayanıqlıq üzrə bir 
sıra seminarlar keçirmiĢlər (əsasən hökumət və akademik auditoriyalar üçün). Hesabatın müxtəlif 
hissələri hazır olarkən missiyalar  aĢkar olunmuĢ  məsələlərlə  bağlı dövlət  rəsmiləri ilə hərtərəfli 
müzakirələr  aparmıĢ  və  seminarlar  təĢkil  etmiĢlər.  Belə  bir  yanaĢma  iki  məsələyə  xidmət 
etmiĢdir:  (i)  qarĢı  tərəfə  aĢkar  olunmuĢ  məsələlərlə  bağlı  məlumatın  verilməsi  və  (ii)  qarĢı 
tərəfdən  ÖĠM-in  qiymətləndirilməsi  ilə  bağlı  fikirlərin  və  tövsiyələrin  öyrənilməsi.  Hesabatın 
dərc  olunmasından  öncə  yüksək  rütbəli  hökumət  rəsmiləri  ilə  bir  sıra  görüĢlər  keçirilmiĢdir. 
Hesabatın  dərc  olunmasından  sonra  hökumət  iĢçiləri,  özəl  sektor,  akademik  auditoriya  və 
vətəndaĢ cəmiyyəti ilə geniĢ müzakirələrin aparılması planlaĢdırılır.  
Bu  hesabat  Azərbaycanın  inkiĢafı  ilə  bağlı  müzakirələri  stimullaĢdırmaq  üçün  Dünya  Bankı 
tərəfindən  hazırlanıb.  Hesabatın  hazırlanması  ölkənin  inkiĢafla  bağlı  problemlərinin  gündəlik 
əsasda həll olunması  sahəsində çalıĢan hökumət  rəsmiləri ilə sıx  əməkdaĢlıq olmadığı  təqdirdə 
mümkün  olmazdı.  Beləliklə  Dünya  Bankının  bu  məsələdə  rolu  bir  tərəfdən  aparılan  təhlilləri 
dərinləĢdirmək  və  uzlaĢdırmaqdan,  digər  tərəfdən  isə  beynəlxalq  təcrübədən  misalları 
Azərbaycan  rəsmilərinin  diqqətinə  çatdırmaqdan  ibarətdir  ki,  onlar  gələcək  inkiĢaf 
perspektivlərini qiymətləndirmək imkanına malik olsunlar.   
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


14 
 
MĠNNƏTDARLIQ 
Dünya  Bankı  Ölkə  üzrə  Ġqtisadi  Memorandumun  (ÖĠM)  hazırlanmasında  Azərbaycan 
Hökümətinin  nümayiĢ  etdirdiyi  əla  əməkdaĢlığı  minnətdarlıqla  qeyd  edir.  Bankın  iĢçi  heyəti 
hesabatın  hazırlanmasında  dörd  əsas  iqtisadi  qurum  ilə  müzakirələrdən  xeyli  faydalanmıĢdır. 
Bunlar Maliyyə Nazirliyi, Ġqtisadi ĠnkiĢaf Nazirliyi, Azərbaycanın Mərkəzi Bankı və Neft Fondu 
olmuĢdur. Bu qurumlar  sənədin  konsepsiya mərhələsində və hesabatın hazırlanması  zamanı öz 
rəylərini  bildirmiĢlər.  Bankın iĢçi  heyəti həmçinin Nazirlər Kabineti,  Vergilər Nazirliyi,  Dövlət 
Gömrük Komitəsi,  Əmək və  Əhalinin  Sosial  Müdafiə  Nazirliyi,  Qiymətli Kağızlar üzrə  Dövlət 
Komitəsi  və  digər  hökümət  qurumları  ilə  fikir  mübadilələrindən  çox  faydalanmıĢdır.  Nəhayət, 
Bankın iĢçi heyəti həmçinin Azərbaycanın özəl sektoruna hesabatın hazırlanması zamanı bir çox 
faydalı fikir mübadilələrinə görə olduqca minnətdardır.     
Heyət  həmçinin  cənab  Əsəd  Aləmə,  2009-cu  ilin  yanvarından  Cənubi  Qafqaz  üzrə  regional 
direktora,  göstərdiyi  dəstəyə  və Ölkə  üzrə  Direktor  (ECCU3) Donna Douset-Koiroloya 2008-ci 
ilin  dekabrınadək  verdiyi  istiqamətlərə  görə  minnətdarlığını  bildirmək  istəyir.  Xanım  Douset-
Koirolo iĢçi qrupunun tətbiq etdiyi məsləhətləĢmə və biliklə bölüĢmə yanaĢmasını təqdir etdi və 
hesabatın  hazırlanması  və  layihəsinin  hökumətə  göndərilməsi  zamanı  öz  davamlı  dəstəyini 
əsirgəmədi.  Ölkə  üzrə  Menecer  (ECCAZ)  Qreqori  T.  Jedrzejczak  hadisələrin  təhlilində, 
hesabatın  idarə  edilməsi  və  yayılması  ilə  bağlı  strateji  məsələlərdə  öz  əsaslı  və  yüksək  dəyərli 
məsləhətlərini  verdi.  Həmçinin  Saumuya  Mitraya  (Aparıcı  Ġqtisadçı,  ECSPE),  Maykl  Edvardsa 
(Maliyyə  Sektorunda  Aparıcı  Mütəxəssis,  ECSPF),  Kristian  E.Petersenə  (Aparıcı  Ġqtisadçı, 
ECSSD), Aleksandra Posaraka (Aparıcı Ġqtisadçı, HDNSP) və Entoni Çolsta (Ölkə üzrə Aparıcı 
Məsul  ġəxs  (ECCU3))  sənədin  müxtəlif  layihə  variantlarına  etdikləri  dəyərli  Ģərhlərə  görə  çox 
təĢəkkür edirik. Luka Barbone (Sektor üzrə Direktor, ECSPE) və Kazi Mətin (Menecer, ECSPE) 
sənədi lazımınca nəzərdən keçirərək dəlilləri möhkəmlədən bəsirətli məsləhətlər vermiĢlər. Alan 
Qelb  (Direktor,  ĠnkiĢaf  Siyasəti,  DECVP)  və  Serqey  Shatalov  (Ölkə  üzrə  Menecer,  ECCKZ) 
resenzent  oldular;  hər  ikisi  ilk  olaraq  konsepsiya  mərhələsində  əla  rəy  verdilər.  Bu  rəylər 
sonradan  hesabatın  hazırlanmasında  və  yekun  hesabatın  ərsəyə  gəlməsində  heyətin  iĢinə  çox 
yaradı.  
Ölkə  üzrə  Ġqtisadi  Memorandumun  (ÖĠM)  iĢçi  heyətinə  Kristos  Kostopoulos  rəhbərlik  edirdi 
(Azərbaycan  üzrə  BaĢ  Ġqtisadçı,  ECSPE).  Hesabata  töhfələrini  verənlər  aĢağıdakılardır:  (a) 
makroiqtisadiyyat:  Sveder  van  Vinjberqen  (aparıcı  Məsləhətçi),  Nina  Budina  (BaĢ  Ġqtisadçı, 
PRMED), Yan Marusineç (Məsləhətçi, ECSPE), Zəfər Mustafaoğlu (BaĢ Ġqtisadçı, ECSPR) Jan-
Fransua  Jamet  (Praktikant/məsləhətçi,  Korps  de  Mine,  Fransa  Respublikası),  Aleksandr  Kitain 
(Məsləhətçi, ECSPE), Fərid TalıĢlı (Ġqtisadçı, ECSPE) və Kristos Kostopulos – van Vinjberqen 
və  Budina,  Yinq  Linin  (Məsləhətçi,  PRMED)  köməyilə  arayıĢ  üçün  fiskal  dayanıqlıq  haqqında 
köməkçi  sənədləri  hazırlamıĢ  və  Azərbaycan  üçün  fiskal  davamlılıq  üzrə  mükəmməl  vasitələr 
dəstini  tərtib  etmiĢlər.  Bu  vasitələr  dəsti  hökümət  orqanlarına  təqdim  olunmuĢdur;  (b) 
infrastruktur:  AtsuĢi  Ġimi  (BaĢ  Ġqtisadçı  və  aparıcı  köməkçi-həmkar,  FEU)  Antonio  EstaĢenin 
(Məsləhətçi)  köməyilə,  Byörn  Hamso  (Enerji  üzrə  BaĢ  Ġqtisadçı,  ECSSD),  Marta  Lourens 
(Nəqliyyat  üzrə  BaĢ  Mütəxəssis,  ECSSD),  Oliver  Le  Ber  (Nəqliyyat  üzrə  Aparıcı  Mütəxəssis, 
ECSSD),  Jerar  Olivye  (Ġnfrastruktur  üzrə  BaĢ  Mütəxəssis,  ECSSD),  Andreas  Röüde  (Sanitar 
məsələlər  üzrə  BaĢ  Mühəndis,  AFTU1),  Sanyu  Lutalo  (Ətraf  Mühit  Mühəndisi,  ECSSD),  Hacı 
Hüseynov  (Ġnfrastruktur  üzrə  Mütəxəssis,  ECSSD)  və  Nicat  Vəliyev  (Ġnfrastruktur  üzrə 
Mütəxəssis,  ECSSD)  –  Rüfət  Mahmud  (Dünya  Bankının  Praktikantı,  Ġqtisadi  ĠnkiĢaf  Nazirliyi, 
Azərbaycan Respublikası) dövlət investisiya xərcləri haqqında mühüm köməkçi istinad sənədləri 


Yüklə 3,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə