Azərbaycan Ölkə üzrə Ġqtisadi Memorandum



Yüklə 3,94 Mb.
Pdf görüntüsü
səhifə8/102
tarix17.09.2018
ölçüsü3,94 Mb.
#69161
1   ...   4   5   6   7   8   9   10   11   ...   102

15 
 
hazırlayıblar;  (c)  biznes  mühiti:  Bart  Kaminski  (aparıcı  Məsləhətçi,  ECSPE),  Filip  ġuler  (BaĢ 
ĠqtisadĢı, PRMTR), Vito Ġntini (ET Məsləhətçi, ECSPF), Münəvvər Kvaja (Dövlət Sektoru üzrə 
BaĢ  Mütəxəssis,  ECSPE),  Mirta  Pokorni  (Məsləhətçi,  ECSPE),  Martin  Squt  (Məsləhətçi, 
ECSPE), Aliyə  Əzimovanın  (Ölkə üzrə  Ofiser, CSEAZ) dəyərli  məsləhətləri və Boris Divjakın 
(Əməliyyatlar  üzrə  Məsul  ġəxs,  CUETE)  Ģərhlərilə  -  Bart  Kaminski  və  Fil  ġuler  ticarət  və 
nəqliyyat  haqqında  bir  neçə  köməkçi  arayıĢ  sənədləri  hazırlayıblar.  Münəvvər  Kvaja  (Dövlət 
Sektoru üzrə BaĢ Mütəxəssis, ECSPE) vergilərlə bağlı fəsilin iĢkləməsində yardım etmiĢdir. Bart 
Kaminski  və  Fil  ġüler  ticarət  və  nəqliyyatın  asanlaĢdırılması  ilə  bağlı  bir  neçə  yardımçı  sənəd 
hazırlamıĢdır.Bart Kaminski isə biznes mühiti fəsilinin formalaĢmasında həlledici rol oynamıĢdır; 
(d)  maliyyə  sektoru,  Valeriano  Qarsia  və  Karlos  Rivas  (aparıcı  məsləhətçilər),  M.Edvardsın, 
A.Əzimovanın və B.Divjakın məsləhətlərilə; və (e) insan kapitalı, Arvo Kuddo (Əmək məsələləri 
üzrə  BaĢ  Ġqtisadçı,  ESHD),  Lire  Ersado  (Ġqtisadçı,  ECSHD)  öz  orijinal  töhvələrini  vermiĢlər. 
Jan-Fransua  Jame  (a)  yuxarıda  qeyd  edilən  töhvələr  əsasında  sənədin  giriĢ  hissəsinə,  makro  və 
insan  kapitalı  fəsillərinə,  (b)  Kristos  Kostopulosla  sadələĢdirilmiĢ    fiskal  dayanıqlıq  modelinə 
ciddi  töhvələr  vermiĢ  və  həmçinin  (c)  iqtisadi  diversifikasiya  haqqında  arayıĢ  üçün  köməkçi 
sənədləri və qeydləri göstərmiĢdir.  
Luis Alvaro Sançez (Məsləhətçi, ECSPE), Sveder van Vinjberqen və Qael Raballand (Nəqliyyat 
üzrə  BaĢ  Ġqtisadçı,  AFTTR)  bütünlüklə  hesabatın  müxtəlif  aspektləri  haqqında  dələyərli 
Ģərhlərini vermiĢ oldular. Rohit Malhotra (Məsləhətçi, ECSPE) hesabatın son mərhələlərində öz 
Ģərhlərini  və  tövsiyələrini  vermiĢdir.  Bankın  Bakıdakı  iqtisadçısı  Fərid  TalıĢlı  səfər  edən 
məsləhətçi heyətlərinə saysız-hesabsız məsləhətlərini əsirgəməyərək, cədvəl üzrə təyin olunmuĢ 
görüĢlərin hazırlanmasına öz töhvəsini vermiĢ, iqtisadi hadisələri səriĢtəli təhlil etmiĢ (bunların 
bir  çox  hissəsi  1  və  2  fəsillərdə  öz  əksini  tapmıĢdır)  və  makroiqtisadi  heyətin  bir  hissəsini 
formalaĢdırmıĢdır. Sara  Babirye  (Proqram  Köməkçisi, ECSPE)  yazılı  sənədin  əmələ  gəlməsinə 
baĢçılıq  etmiĢ  və  Nensi  Deyvis-Koul  (ECSPE)  ilə  birlikdə  kontraktların  öhdəsindən  bacarıqla 
gəlmiĢ və məsləhətçilərin səfərlərini təĢkil etmiĢdir. Alisia Hetzner (Məsləhətçi, ECSPE) və Ġnge 
Pakulski  (Məsləhətçi,  ECSPE)  sənədi  redaktə  etmiĢlər.  Natavan  Məmmədova  (Tədqiqatçı 
Analitik,  ECSPE)  bütün  ÖĠM  missiyalarının  intensiv  görüĢ  cədvəlini  məharətlə  və  zərif  tərzdə 
koordinasiya  etdi,  yerli  təcrübələr,  adətlər  haqqında  məsləhətçiləri  təlimatlandırdı  və  tırcümə 
keyfiyyətini təmin etdi. Zaur Rzayev (―Azərbaycanda ən  yaxĢı tərcüməçi‖) həlledici  görüĢlərdə 
tərcüməçilik  etdi,  tərcümə  olunmuĢ  materiala  ilk  baxıĢı  keçirdi  və  ÖĠM-in  fikir  və  rəylərinin 
tərcüməsində  yardım  etdi.  Fərid  TalıĢlı  sənədin  tərcüməsinin  keyfiyyətini  peĢəkar  səviyyədə 
təmin etdi. 
Həmçinin  Valeriya  FiĢera,  Koba  Qventadze,  Mayra  Zermeno  və  ġuanq  Dinq  də  öz  dəyərli 
Ģərhlərini əsirgəmədilər.  
Sənədin  yayılma strategiyasını  Qreqori Jedrzejczak, Kazi  Mətin, Sara Babirye və Səidə  Bağırlı 
(Əməliyyatlar üzrə BaĢ Mütəxəssis, ECCAZ) birgə iĢləyib hazırladılar. 
 
 
 
 
 


16 
 
XÜLASƏ 
 
1.
 
Azərbaycanda  müĢahidə  olunan  neft  və  qaz  bumu  ölkə  vətəndaĢlarının  həyat 
səviyyəsinin  yaxĢılaĢdırılmasının  sürətləndirilməsi  üçün  nadir  fürsətdir.  Ölkənin  
adambaĢına düĢən gəliri 2008-ci ildə 5100 $ təĢkil edir ki, bu da ABġ dolları ifadəsilə 2004-cü 
ilin səviyyəsindən 400 faiz çoxdur. 2013-cü il üçün adambaĢına düĢən gəlirin 6500 $ səviyyəsinə 
çatmaq potensialı və ondan sonrakı illərdə daha da artmaq imkanı var. Xüsusilə kənd ərazilərində 
yoxsulluq azalmaqda davam edəcək və Azərbaycan vətəndaĢlarının (doqquz milyon əhali) daha 
keyfiyyətli  təhsil  və  səhiyyə  xidmətlərinə  çıxıĢ  imkanları  geniĢlənəcək.  Eyni  zamanda,  ölkə 
əhalisi ünvanlı sosial yardımdan faydalanmaq imkanlarına malik olacaq. Gəlirin artması əsasən 
qeyri-neft  istehsal  və  ixracdan,  xüsusilə  kənd  təsərrüfatı  və  yüngül  sənayedən  gözlənilir.  Eyni 
zamanda,  yüksək  neft  gəlirləri  və  dövlət  xərcləri  tikinti  və  bir  sıra  xidmət  sektorlarına  güclü 
təkan  verməkdə  davam  edəcək.  Azərbaycanın  2024-cü  ilə  qədər  neft  və  qazdan  əldə  olunan 
gəlirləri xalis cari dəyər ifadəsində 198 mlrd. $ səviyyəsində gözlənilir (2008-ci ilin iyun ayının 
neft  hasilatı  proqnozlarına  əsasən).
1
 Bu  hesabat,  qeyd  olunanlara  nail  olmaq  üçün  həyata 
keçirilən siyasətlərdə və müvafiq qurumlarda zəruri olan dəyiĢiklikləri göstərir. 
 
2.
 
Ölkənin məqsədi qlobal baxımdan inteqrasiya və diversifikasiya olunmuĢ, dayanıqlı 
qeyri-neft sektoruna malik olan bazar iqtisadiyyatına keçməkdir. Hökumət üçün dayanıqlı 
qeyri-neft  iqtisadiyyatının  inkiĢaf  etməsi  qeyri-neft  ixracın  geniĢləndirilməsinin  təmin 
edilməsi  deməkdir.  Diversifikasiya  və  inteqrasiya  olunmuĢ  bazar  iqtisadiyyatının  yaradılması 
ilk  dəfə  2003-2005-ci  illər  üçün  Yoxsulluğun  Azaldılması  və  Ġqtisadi  ĠnkiĢaf  Dövlət 
Proqramında  öz  əksini  tapmıĢdır  (YAĠĠDP).
2
Azərbaycan  təbii  ehtiyatlar  sektorunda  toplanmıĢ 
biliklərinə  arxalanaraq  neft  və  qazla  əlaqəli  bir  sıra  sənayelərin  yaradılmasının  planlaĢdırılması 
ilə  yanaĢı  ölkənin  coğrafi  yerləĢməsini  gələcəkdə  nəqliyyat  sektorunun  və  tranzitlə  bağlı  digər 
xidmətlərin  inkiĢafı  üçün  ideal  görür.  Qeyd  olunanlarla  yanaĢı  ölkənin  əhalisinin  tarixən 
sahibkarlıq  və  ticarət  bacarığının  qeyri-neft  iqtisadiyyatının  inkiĢafı  üçün  zəmin  yaradır.  Bu, 
ölkənin  geniĢlənən  nəqliyyat  mərkəzinə,  yüksək  əlavə  dəyərli  qida  emalı  və  yüngül  sənaye 
məhsulları mərkəzinə və hətta regional turizm məkanına çevrilməsini nəzərdə tuta bilər. Bununla 
yanaĢı,  kənd  təsərrüfatı  sektorunda  vəziyyətin  əhəmiyyətli  dərəcədə  yaxĢılaĢması  müĢahidə 
olunur  ki  (ölkənin  məĢhur  doqquz  iqlim  zonası  hesabına),  bu  da  qida  emalı  sənayesinə  dəstək 
olmalıdır.  Hökumətin  proqramı  cari  ixrac  bazarlarının  (əsasən  Rusiya  və  Türkiyə)  Avropa  və 
Mərkəzi  Asiyanın  digər  regionlarına  geniĢləndirilməsini  nəzərdə  tutur.  Azərbaycan,  uğur  əldə 
etmiĢ  təbii  ehtiyatlarla  zəngin  olan  və  bir  sıra  müvəffəqiyyətlə  inkiĢaf  etmiĢ,  lakin  təbii 
ehtiyatları  olmayan  kiçik  iqtisadiyyatların  (Azərbaycan  iqtisadiyyatı  neft  bumundan  sonra  bu 
kimi iqtisadiyyatların xarakterinə uyğun olacaq) təcrübəsindən faydalana bilər. Qeyd olunan hər 
iki  tipli  iqtisadiyyat qeyri-neft ixracı  geniĢləndirərək və  diversifikasiyanı  həyata keçirərək  əhali 
üçün əlavə iĢ yerləri və gəlirlər təmin etmiĢlər.  
3.
 
MüĢahidə  olunan  qlobal  böhran  sərtdir  və  onun  regional  artıma  ciddi  təsiri  var. 
Böhran beynəlxalq maliyyə resurslarına çıxıĢı azaltmıĢ, qida və neft qiymətlərini endirmiĢ, xarici 
                                                 
1
 Bu hesabatda  dörd Ģərti iĢarədən istifadə edilir: (a) neft  gəlirləri və neft ixracı terminləri neft  və qazın  satıĢından 
əldə olunan gəlirləri və Azərbaycanın gəlir neftində olan payı hesabına formalaĢan fiskal gəlirləri nəzərdə tutur; (b) 
qeyri-neft  ixracı  xam  neft  və  qazdan  baĢqa  bütün  digər  ixracları  nəzərdə  tutur;  (c)  neft  sektoru  neft-qaz  hasilatını 
nəzərdə  tutur,  lakin  neft  və  qazın  nəqli  və  neft-qaz  hasilatı  ilə  bağlı  tikinti  bu  göstəriciyə  daxil  edilmir;  (d) 
Azərbaycanın pul vahidi iki cür ifadə olunur rəqəmdən əvvəl AZN (Yeni Azərbaycan Manatı) və yaxud rəqəmdən 
sonra manat. 
2
 YAĠĠDP - Azərbaycanın Yoxsulluğun Azaldılması üzrə Strateji sənədidir. 


Yüklə 3,94 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə