Azərbaycan Ölkə üzrə Ġqtisadi Memorandum



Yüklə 3,94 Mb.
Pdf görüntüsü
səhifə9/102
tarix17.09.2018
ölçüsü3,94 Mb.
#69161
1   ...   5   6   7   8   9   10   11   12   ...   102

17 
 
pul axınlarına təsir göstərmiĢ (pul baratları, BXĠ və kommersiya banklarının uzaldılma imkanı ilə 
maliyyələĢdirməsi  (rollover  maliyyələĢdirilməsi))  və  çox  ölkələrin  ixracına  tələbi  azaltmıĢdır. 
Dünya  Bankının  ən  son  proqnozlarına  görə  (Global  Development  Finance,  Sentyabr  2009), 
qlobal  ÜDM-in  artım  tempi  2008-ci  ilədək  1,9  faizdən  2009-cu  ildə  -2.9  faizə  qədər  azalacaq. 
ĠnkiĢaf etməkdə olan ölkələrin artım tempinin 2008-ci ildəki 5,9 faizdən 2009-cu ildə 1,2 faizə 
qədər azalması gözlənilir.  ĠnkiĢaf etmiĢ ölkələrin artım templəri çox güman ki, 2009-cu ildə -4,2 
faiz  olacaq.  Qlobal  ticarətin  azalması  -12  faiz  həcmində  gözlənilir:  2008-ci  ilin  3.7  faizindən 
2009-cu ildə -9.7 faizə qədər. Dünya üzrə iqtisadi artımın zəifləməsi yoxsulluq səviyyəsinə ciddi 
təsir göstərəcək. Cari hesablamalar göstərir ki, inkiĢaf etməkdə olan ölkələrin artım templərinin 1 
faiz azalması əlavə 20 milyon insanın yoxsul olmasına gətirib çıxara bilər. Ərzaq məhsulları və 
yanacağın qiymətlərinin yüksək olması nəticəsində yoxsul insanların sayı 100 milyon artmıĢdır. 
Eyni  zamanda,  qlobal  tələbin  zəifləməsi  və  neftlə  bağlı  spekulyativ  əməliyyatların  aparılması 
neft qiymətlərinin kəskin aĢağı düĢməsinə gətirib çıxarmıĢdır: 2008-ci ilin iyul ayında müĢahidə 
olunan 147 $/bl 2009-cu ilin yanvar ayında 40 $/bl-dək və 2009-cu ilin ikinci yarısında 70$/bl-
dək. Eyni zamanda 2010-cu il üçün proqnozlar ümidverici görünür. Belə ki, qlobal iqtisadiyyatın 
dirçəlməsi və Azərbaycanın qonĢularının bu dirçəlmədən faydalanması gözlənilir.     
4.
 
Azərbaycan  qonĢu  ölkələrlə  müqayisədə  böhrana  daha  az  məruz  qalsa  da,  xarici 
mühit diversifikasiyanın həyata keçirilməsi üçün o qədər də əlveriĢli deyil. Eyni zamanda, 
neft  qiymətlərinin  aĢağı  olduğunu  nəzərə  alaraq,  ortamüddətli  dövlət  xərclərinə  düzəliĢ 
edilməsinə, özəl sektora arxalanan inkiĢafa isə güclü dəstək verilməsinə ehtiyac yaranacaq.  
Azərbaycanın son illərdə müĢahidə olunan iqtisadi inkiĢafı əsasən artan neft qiymətləri (2008-ci 
ilin ortalarına qədər) və artan neft hasilatı hesabına (2006-cı ildən baĢlayaraq) baĢ verirdi. 2007-
2008-ci  illərdə  Azərbaycan  iqtisadiyyatı  xarici  kapital  və  xarici  borcdan  əhəmiyyətli  dərəcədə 
asılı  olmayıb.  2008-ci  ilin  ikinci  yarısında  neft  qiymətlərinin  kəskin  azalmasına  baxmayaraq 
2009-2010-cu  illərdə  Azərbaycanda  neft  istehsalının  artımı  gözlənilirdi.  Eyni  zamanda  ölkənin 
maliyyə sektoru hal-hazırda böhranın əsas təsirindən qaça bilmiĢdir: pul baratlarının 2009-cu ildə 
azalmayacağı  gözlənilir  və  qeyri-neft  ixracı  həddən  artıq  kiçik  olduğundan,  xaricdə  tələbin 
kəskin azalması ölkə iqtisadiyyatına güclü təsir etməyəcək. Hesabatın hazırlandığı dövrdə 2009-
2010-cu  illər  üçün  bir  rəqəmli  artım  tempi  gözlənilirdi  (3-5  faiz  civarında).  Qlobal  böhran 
nəticəsində ölkənin artım perspektivlərinə müəyyən ziyan dəysə də, Azərbaycan qonĢu ölkələrlə 
müqayisədə  böhranın  təsirinə  daha  az  məruz  qalıb.  Bununla  belə,  dünyada  baĢ  verən 
ürəkaçmayan  proseslər  Azərbaycanın  investorların  cəlb  edilməsi,  istehsalın  və  ixrac  bazasının 
geniĢlənməsinə  yönəldilmiĢ  səylərinə  mənfi  təsir  göstərəcək.  Eyni  zamanda,  neft  qiymətlərinin 
aĢağı  olması,  manatın  bahalaĢmasına  təzyiqləri  azalda  bilər  ki,  bu  da  bank  sektorunun  xarici 
borcun  qaytarılması  imkanları  üçün  təhlükə  yarada  bilər  (2007-2008-ci  ildə  Qazaxıstanda  baĢ 
verdiyi kimi) və daĢınmaz əmlak bazarında yaĢanan tənəzzülün bank sektoruna mənfi təsir etmək 
riskini artırar. 2009-cu ilin yanvar ayında neft qiymətləri aĢağı həddə çatdıqdan sonra bir qədər 
artmıĢlar.  Lakin,  neft  qiymətlərinin  hansı  həddə  sabitləĢəcəyi  qeyri-müəyyəndir.  2009-cu  ildə 
neft gəlirləri kəskin aĢağı düĢəcək və ola bilər ki, 2012-ci ilə qədər onlar 2008-ci ilin səviyyəsinə 
çatmasın. Bu baxımdan, əgər hökumət dayanıqlığı təmin etmək istəyirsə, neft qiymətlərinin uzun 
müddət  aĢağı  olduğu  Ģəraitdə    ortamüddətli  xərclər  planının  yenidən  nəzərdən  keçirilməsinə 
ehtiyac yaranacaq.  
5.
 
Azərbaycan bir çox baĢqa ölkələrlə  müqayisədə  qlobal böhrana daha güclü mövqe 
ilə  daxil  olmuĢdur.  Keçid  dövrünün  baĢlanğıcından  etibarən  Azərbaycan  iqtisadiyyatının 
sabitləĢdirilməsində və islahatların həyata keçirilməsində təqdirəlayıq irəliləyiĢ əldə etmiĢdir. Bu 
və akkumulyasiya olunmuĢ irimiqyaslı neft gəlirləri imkan verdi ki, ölkə 1991-ci ilə qədər davam 
edən Sovet iĢğalı, Ermənistanla münaqiĢə və 1995-ci ilə qədər müĢahidə olunan iqtisadi tənəzzül 


18 
 
(müstəqillik əldə olunandan sonra adambaĢına düĢən gəlir ən aĢağı səviyyəyə çatmıĢ, inflyasiya 
isə  yüksək  olmuĢdur)  nəticəsində  yaranan  problemlərin  öhdəsindən  gəlsin.  Qeyd  olunan 
problemlər  ölkəni  yoxsul,  onun  infrastrukturunu  isə  yararsız  vəziyyətə  salmıĢdır  (ölkədə  kiçik 
sayda  bazar  institutları  fəaliyyət  göstərir).  1996-1998-ci  illərdə  Hökumət  uğurlu  stabilizasiya 
proqramına  baĢlamıĢ  və  daha  yaxĢı  iqtisadi  idarəçiliyin  təmin  edilməsi  məqsədilə,  daxili  və 
xarici  özəl  investisiyaların  (xüsusilə  neft  və  qaz  sektoruna)  ölkəyə  cəlb  olunmasına  yönəlmiĢ, 
iqtisadiyyatın  müxtəlif  sektorlarında  islahatları  həyata  keçirmiĢdir.  2003-cü  ildən  baĢlayaraq 
Hökumət iqtisadi artımın müxtəlif yollarla sürətləndirilməsində  xüsusilə aktiv olmuĢdur. 

 
Sosial  siyasətlər.  2003-cü ildən baĢlayaraq hökumət  dövlət  sektorunda  əmək haqlarının 
artırılmasına  və  ölkənin  ünvanlı  sosial  yardım  sxeminin  yaradılmasına  xüsusi  önəm 
vermiĢdir. Bu səylər, iqtisadiyyatın iĢ  yerləri  yaratmaq imkanları və regionların inkiĢafı 
ilə birlikdə (Rusiyadan pul baratları nəzərə alınmaqla) yoxsulluğun əhəmiyyətli dərəcədə 
azalmasına töhfə vermiĢdir. Milli yoxsulluq səviyyəsi 1995-ci ilin 68.1 faizindən 2005-ci 
ildə  24  faizə  qədər  azalmıĢdır;  2003-2005-ci  illər  ərzində  yoxsulluq  təxminən  iki  dəfə 
azalmıĢdır.    Yoxsulluğun  azalması  əsasən  Bakıda  baĢ  versə  də,  ölkənin  digər  Ģəhər  və 
kənd  ərazilərində  yoxsulluq  təxminən  eyni  səviyyədə  azalmıĢdır.  2006-cı  ildən 
baĢlayaraq Azərbaycanın neft gəlirlərində sıçrayıĢlı artım Hökumətə sosial transferləri və 
dövlət  sektorunda  maaĢları  dəfələrlə  artırmağa  imkan  vermiĢdir.  Empirik  hesablamalar 
göstərir  ki,  sosial  transferlər  yoxsulluğun  azaldılmasında  əhəmiyyətli  rol  oynayır.  Eyni 
zamanda  Hökumət  sosial  sektorlara  da  irimiqyaslı  investisiyalar  yatırmıĢdır  -    xüsusilə 
təhsil  (məktəblərin  çoxu  təmir  olunmuĢdur)  və  xəstəxanalara.  Bununla  yanaĢı  su  və 
irriqasiya  sistemlərinə  də  ilkin  investisiyalar  yatırılıb,  lakin  hələlik  onlar  bəhrəsini 
verməyə baĢlamamıĢdır.  Ġnvestisiya proqramlarının  və sosial  yardım  paketlərinin  həyata 
keçirilməsi pensiyalar və dövlət sektorunun maaĢlarının artımı ilə birlikdə (aĢağı bazadan 
olsa da) xərclərin əhəmiyyətli dərəcədə geniĢlənməsi ilə nəticələnmiĢdir.  
 

 
Ġnfrastrukturun  qurulması.  2003-cü  ildən  baĢlayaraq  Hökumət  kapital  investisiyaları 
tədricən  artırırdı,  lakin  2006-cı  ildən  neft  gəlirlərinin  geniĢlənməsi  ilə  bağlı,  Hökumət 
dövlət investisiyalarını üç dəfə artırmıĢdır. Sosial sektorlarla yanaĢı investisiyalar ölkənin 
infrastruktur  layihələrinə  yönəldilmiĢdir  (elektrik  təchizatı,  yollar,  su  (ilkin 
investisiyalar)).
3
 Nəticədə,  ölkənin  elektrik  təchizatının  keyfiyyəti  əhəmiyyətli  dərəcədə 
yaxĢılaĢmıĢdır ki, bu da ev təsərrüfatlarının güzəranının yaxĢılaĢdırılması ilə bərabər cari 
qida  emalı  sektorlarına  da  müsbət  təsir  göstərmiĢ  və  qida  emalı,  yüngül  və  digər 
sənayelərdə  yeni  imkanlar  açmıĢdır  (müasir  Ģərab  istehsalı  nəzərə  alınmaqla).  Yollara 
yatırılan  investisiyalar  ölkənin  əsas  nəqliyyat  dəhlizlərində  (ġimal-Cənub  [Rusiya-Ġran] 
və  ġərq-Qərb  [Bakı-Gürcüstan])  nəqliyyat  xərclərinin  azaldılmasını,  eyni  zamanda, 
Azərbaycanın  diversifikasiya  strategiyasının  vacib  hissəsi  olan  malların  və  regional 
ticarətin asanlaĢdırılmasını nəzərdə tuturdu.   
 

 
Ġqtisadi  idarəçilik  institutları.  Azərbaycanda  Avropa  Yenidənqurma  və  ĠnkiĢaf 
Bankının  (AYĠB)  keçid  indeksi  ilə  qiymətləndirilmiĢ  iqtisadi  idarəçiliyin  keyfiyyəti  
1995-ci  ildə  MDB ölkələrinin komparatorları ilə müqayisədə  daha pis  idi. 2001-ci  ildən 
baĢlayaraq Azərbaycan islahatların həyata keçirilməsini sürətləndirmiĢdir. 2001-ci ildən 
sonrakı  dövrdə  Azərbaycan  birinci  nəsil  islahatların  həyata  keçirilməsində  əhəmiyyətli 
                                                 
3
 2004-cü  ildən  baĢlayaraq  minimal  əmək  haqqının  aylıq  30  manatdan  75  manata  çatdırılması  ilə  yanaĢı  Hökumət 
müasir  ünvanlı  sosial  yardım  sistemini  yaratmıĢdır.  Sistem  əməliyyat  baxımından  tam  hazırdır  və  2007-ci  ildə  ev 
təsərrüfatlarının 20 faizini əhatə etmiĢdir. 


Yüklə 3,94 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə