Azərbaycan Ölkə üzrə Ġqtisadi Memorandum



Yüklə 3,94 Mb.
Pdf görüntüsü
səhifə28/102
tarix17.09.2018
ölçüsü3,94 Mb.
#69161
1   ...   24   25   26   27   28   29   30   31   ...   102

57 
 
 
 


58 
 
1.18.
 
Azərbaycanın  iqtisadi  artımı  yoxsulluğun  azaldılmasında  böyük  irəliləyiĢlərin  əldə 
olunmasına səbəb olmuĢdur. Milli yoxsulluq xəttindən aĢağıda yaĢayan əhalinin xüsusi çəkisi 
1995-ci ilin 68.1 faizindən 2006-cı ildə 19.6 faizə qədər azalmıĢdır (Cədvəl 1.2)
20
. Yoxsulluğun 
azalması  nəzərəçarpandır.    2002-2005-ci  illər  ərzində  Dünya  Bankı  tərəfindən  yoxsulluq 
səviyyəsinin  ətraflı  təhlili  keçirilmiĢ  və  bu  dövrdə  yoxsulluğun  səviyyəsi  təxminən  iki  dəfə 
azalmıĢdır.  Yoxsulluğun  azalması  əsasən  Bakıda  baĢ  versə  də,  ölkənin  digər  Ģəhər  və  kənd 
ərazilərində yoxsulluq təxminən eyni səviyyədə azalmıĢdır.  
1.19.
 
Əhalinin  rifahının  yaxĢılaĢması  əsasən  Bakıda  təmərküzləĢsə  də  2002-2005-ci  ildə 
müĢahidə  olunan  artım  əsasən  kasıb  təbəqənin  vəziyyətinin  yaxĢılaĢdırılmasına 
yönəlmiĢdir.  (Diaqram  1.19.  Yoxsulluğu 
əhatə  edən  əyridə  göstərildiyi  kimi).  Belə  ki, 
kasıb  desillərin  istehlakı  imkanlı  desillərin 
istehlakından  yüksək  olmuĢdur.  AdambaĢına 
düĢən istehlakın artımı Azərbaycan əhalisinin 
bütün  persentilləri  üçün  müsbət  olub  (orta 
hesabla  7-8  faiz),  lakin  kasıb  təbəqənin 
istehlakının  illik  artımı  təxminən  15  faiz 
təĢkil  edib.  Bununla  belə,  kənd  bölgələrində 
yoxsulluğun  səviyyəsi  Bakı  ilə  müqayisədə 
iki  dəfə  çoxdur.  ĠĢsizlik,  aktivlərin  və 
kommersiya  imkanlarının  məhdud  olması, 
əsas  infrastruktura,  səhiyyə  və  təhsil 
xidmətlərinə çıxıĢın zəif olması rayonlarda və 
kənd  ərazilərində  yoxsulluq  səviyyəsinin 
nisbətən  yüksək  olaraq  qalmasının  əsas 
səbəbidir.  Bu  baxımdan,  qaçqınlar  və  məcburi  köçkünlər  xüsusilə  həssasdırlar,  çünki  onların 
aktivlərə çıxıĢı və iĢlə təmin olmaq imkanları məhduddur və onlar dövlət transferlərindən güclü 
asılıdırlar.
21
 
1.20.
 
Yoxsulluq  səviyyəsi  bir  sıra  faktorlar  hesabına  azalmıĢdır.  2002-2005-ci  illərdə 
aparılan  yoxsulluq  səviyyəsinin  təhlili  göstərir  ki,  yoxsulluğun  azaldılmasına  bir  sıra  faktorlar 
təsir göstərmiĢdir: (1) yüksək minimal əməkhaqqı (2) iqtisadiyyatda yüksək orta əməkhaqqı, (3) 
hökumətin sosial proqramları əsasında ev təsərrüfatlarına kifayət qədər böyük transferlər və (4) 
xaricdən gələn pul baratları (əsasən Rusiyada yaĢayan azərbaycanlılardan). Bu hesabatın  
                                                 
20
 Bu hesabat yoxsulluq haqqında son məlumatları əhatə etmir. Yoxsulluq haqqında ayrıca hesabat hazırlanma 
prosesindədir. 
21
 Yoxsulluğun azaldılmasının dərinliyi və dinamikası sual doğurmur, lakin iki faktor nəticələrə bir qədər təsir edə 
bilər: ən kasıb qruplar barədə məlumatların tam Ģəkildə toplanmamağı və ĠQĠ-nin qeyri-dəqiq qiymətləndirilməsi. 
Cədvəl 1.2:
 
Yoxsulluq 2002-2005 
 
Ümumi 
Bakı 
Qeyri Bakı Ģəhər 
Kənd 
 
əhali 
 
Kasıb 
 
Yoxsul 
 
Kasıb 
 
Yoxsul 
 
Kasıb 
 
Yoxsul 
2002 
44.6 
41.6 
25.6 
48.7 
31.5 
43.7 
24.7 
2003 
39.7 
34.8 
19.3 
46.0 
27.9 
38.4 
20.0 
2004 
28.5 
18.6 
8.0 
35.4 
19.0 
29.6 
13.0 
2005 
24.0 
14.7 
6.6 
27.2 
11.9 
26.9 
8.9 
Mənbə: Azərbaycan 2002–2006 HBS məlumatları. 
 
 
Diaqram 1.19: Azərbaycanda artım əyrisi, 2002–2005 
 
Mənbə: Ev təsərrüfatlarının icmalı və DB proqnozları 
 


59 
 
məqsədlərinə  nail  olmaq  üçün  daha  geniĢ 
zaman  dövrünün  təhlili  məqsədəuyğundur, 
(2001-2008-ci  illər).  Bu  dövr  ərzində  (çox 
aĢağı bazadan olsa da) hökumət yoxsulluğun 
azaldılması 
məqsədilə 
minimum 
əməkhaqqının səviyyəsini real baxımdan altı 
dəfədən 
çox 
artırmıĢdır. 
Hal-hazırda 
minimum  əməkhaqqı  aylıq  75  manat  təĢkil 
edir  (orta  maaĢın  27  faizini).  Minimum 
əməkhaqqının artımı ilə yanaĢı 2000-ci ildən 
baĢlayaraq 
maaĢ 
və 
əməkhaqqıların 
səviyyəsi real baxımdan orta hesabla üç dəfə 
artmıĢ və 2008-ci ildə 274 AZN səviyyəsinə 
çatmıĢdır.  Bu  artım  qismən  2005-ci  ildən 
sonra 
Hökumətin 
həyata 
keçirtdiyi 
ekspansionist  fiskal  siyasətin  nəticəsidir. 
2002-2008-ci  illər  ərzində  ev  təsərrüfatlarına  transferlər  də  artmıĢdır.  Onların  səviyyəsi  real 
baxımdan  iki  dəfədən  çox  olmuĢdur.  Belə  ki,  hökumətin  sosial  proqramının  əsas  komponenti 
olan  pensiyalar  da  artmıĢdır:  orta  pensiyanın  üçdə  dördünü  təĢkil  edən  baza  pensiyası  2002-ci 
ilin  yanvarında  olan  14  manatdan  (AZN)  2008-ci  ilin  sentyabr  ayında  75  manata  (AZN) 
çatmıĢdır. Son olaraq qeyd etmək lazımdır ki, xaricdə külli  miqdarda iĢləyən  azərbaycanlıların 
göndərdiyi  pul  baratları  2001-ci  ildən  baĢlayaraq  nominal  ABġ  dolları  ilə  on  dəfə  artmıĢ  və 
2008-ci ildə təxminən 1.2 milyard dollara çatmıĢdır. 
Diaqram 1.20: Ġnvestisiyalar (ÜDM-də %-lə ) 
 
Mənbə:Milli statistika əsasında DB hesablamaları
Qeydlər:  Azərbaycan,  MDB  və  keçid  dövrü:  Ümumi 
investisiyalar (dövlət və özəl (neft daxil olmaqla), ƏKĠ) ÜDM-də 
%.  Azərbaycan  (q-n):  Qeyri-neft  investisiyalar  (dövlət  və  özəl, 
ƏKĠ)/Qeyri-neft ÜDM; ƏKĠ: Əsas kapitala investisiyalar. 
0%
10%
20%
30%
40%
50%
60%
95
96
97
98
99
00
01
02
03
04
05
06
07
08
Azərbaycan (qeyri-neft)
Azərbaycan
MDB
Keçid


Yüklə 3,94 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə