Azərbaycan paris sülh konfransinda



Yüklə 26,36 Kb.
Pdf görüntüsü
səhifə1/65
tarix18.06.2018
ölçüsü26,36 Kb.
#49679
  1   2   3   4   5   6   7   8   9   ...   65


AZƏRBAYCAN 
PARİS SÜLH 
KONFRANSINDA
(1919  -  1920)


Tərtib, ingilis dilindən tərcümə və müqəddimə:  Vilayət Quliyev
Kitabın  çapa  hazırlanmasında  göstərdikləri  yardıma  görə  professor  Səməd 
Seyidova,  filologiya  elmləri  namizədi  A sif Rüstəmliyə,  Ülfət  Ibrahimova,  Fərəh 
Gözəlovaya və Mehman Əliyevə minnətdarlığımı bildirirəm.
V.Q.
“Azərbaycan  Paris  Sülh  Konfransında”  (1919  -1920)  Bakı,  “Ozan”, 
2008.  səh.  244.
Kitabda  Azərbaycan  Parlamentinin  Sədri  Ə.M.Topçubaşovun  rəhbərliyi  ilə 
1919-1920-ci  illərdə  Paris  Sülh  konfransında  iştirak  edən  Azərbaycan  Nümayəndə 
heyətinin  ingilis  və  fransız  dillərində  yaydığı  mühüm  siyasi-tarixi  sənədlərdən  biri 
“Qafqaz  Azərbaycanı  Cümhuriyyətinin  Paris  Sülh  konfransından  tələbləri” 
kitabçasının  ingilis  və  fransız  mətnləri,  habelə  ingilis  dilindən  azərbaycancaya 
tərcüməsi  verilmişdir.  Kitab  tarixçilər,  politoloqlar,  geniş  oxucu  auditoriyası  üçün 
nəzərdə tutulmuşdur.
ISBN-5-9986-6864-4
A 4702060204 2008 
0n-047-08
Vilayət Quliyev - 2008 
İndigo - 2008


AZƏRBAYCAN CÜMHURİYYƏTİNİN NÜMAYƏNDƏ HEYƏTİ 
PARİS  SÜLH KONFRANSINDA
Rusiya  imperiyasınm  süqutundan  sonra  müsəlman  Şərqində  yaranan  ilk 
Avropa  tipli  dövlətin  -  Azərbaycan  Cümhuriyyətinin  mövcudluğu  və  gələcək  taleyi 
təkcə  xalqın  tarixi  seçiminə  bağlı  deyildi.  Bu  həmin  dövrdə  daha  çox  böyük 
dövlətlərin plan və  niyyətlərindən,  yeni  dünya  xəritəsini  cızan  siyasətçilərin istək və 
iradəsindən asılı idi.
Xalq öz  sözünü demişdi.  Azərbaycan vətəndaşları böyük məhrumiyyətlər və 
şəhid qanları bahasına imperiya asılılığından xilas olaraq azadlıq əldə etmiş, müstəqil, 
demokratik dövlət qurmağa başlamışdılar.  Lakin xalqın tarixi  seçiminin dünya birliyi 
tərəfindən  vaxtında  tanınmaması  yeni  təhlükələr  doğururdu.  Azərbaycan  dövləti 
mövcudluğunun  ilk  günlərindən  “vahid  və  bölünməz  Rusiyanı”  keçmiş  sərhədləri 
daxilində  bərpa  etmək  istəyən  sovet  imperializminin  müstəmləkəsinə  çevrilmək 
qorxusu ilə üz-üzə qalmışdı.
Azərbaycan  Cümhuriyyətinin  qurucuları  bu  təhlükəni  aydın  şəkildə  hiss 
edirdilər.  Buna  görə  də  hər  vasitə  ilə  gənc  cümhuriyyətinin  üzləşdiyi  ciddi 
problemləri dünya birliyinin diqqətinə  çatdırmağa, beynəlxalq hüququn subyekti olan 
müstəqil  dövlət  kimi  tanınaraq  zəruri  siyasi  təminatlar və  təhlükəsizlik  qarantiyaları 
əldə etməyə çalışırdılar.
Rusiya,  Osmanlı  və  Avstriya-Macarıstan  imperiyalannın  süquta  uğradığı, 
yeni  milli  dövlətlərin  meydana  çıxdığı,  dünya  miqyasında  tamamilə  fərqli  siyasi 
mənzərənin  yarandığı  1918-ci  ildə  bu  xüsusi  ilə  vacib  idi.  Belə  bir  tarixi  məqamda 
dünya  birliyi,  ilk  növbədə  isə  Avropa  ilə  qarşılıqlı  maraqlara  əsaslanan  intensiv 
siyasi-diplomatik  münasibətlərin  qurulmasına,  xalqın  və  ölkənin  Avropada 
tanıdılmasına ciddi ehtiyac vardı.
Azərbaycandan Avropaya orta əsrlərdə də diplomatik heyətlər göndərilmişdi. 
Lakin belə  elçilər bir qayda olaraq öz hökmdarlarının iradəsini Avropa monarxlarına, 
Avropa  saraylarına  çatdırmaq  üçün  illərə  davam  edən  ağır  və  üzücü  səfərlərə 
çıxırdılar.  1918-ci  il  dekabrın  7-də  fəaliyyətə  başlayan  Azərbaycan  Parlamentinin 
qərarı  ilə  Parisə  -  Versal  Sülh  konfransına  göndərilən  nümayəndə  heyəti  isə  xalqın 
iradəsini,  onun müstəqillik  əzmini  ifadə  etmək,  bu  müstəqilliyi  dünyaya tanıtmaq və 
qəbul etdirmək missiyasını öz üzərinə götürmüşdü.
XX yüziliyin görkəmli Azərbaycan şairi Məhəmməd Hadinin dərin kədər və 
təəssüf dolu  “Qoymuş  miləl  imzasını  övraqi-həyata,  Yox  millətimin  xətti bu  imzalar 
içində”  -  misralarının yazıldığı  vaxtdan  cəmi  bir neçə  il  keçirdi.  Və  bu bir  neçə  ilin 
içərisində  sürətlə  dəyişən,  inkişaf edən,  mövcud  siyasi  reallıqdan  yararlanaraq  milli 
dövlətini quran Azərbaycan xalqı tarixin və həyatın səhifələrində layiqli yerini tutmaq 
üçün  yeni  dünyanın  taleyinin  həll  olunduğu  Parisə  -  Versal  Sülh  konfransına  öz 
Nümayəndə heyətini göndərirdi.


Azərbaycan  Cümhuriyyəti  XI  Qırmızı  ordunun  işğalına  uğrayana  qədər 
(əslində  bundan  sonra  da)  Nümayəndə  heyəti  öz  ölkəsini,  onun  qədim  tarix  və 
mədəniyyətini,  geniş  iqtisadi  imkanlarını,  bu  xalqın  doğma  torpaqlarında  azad  və 
müstəqil  yaşamaq  haqqını  tanıtmaq  üçün  mühüm  işlər  görmüşdü.  Heyət  üzvləri 
Azərbaycan,  ingilis,  fransız,  rus və b.  dillərdə  kitab və broşüralar yazıb  çap  etdirmiş, 
Sülh  konfransında  təmsil  olunan  ölkələrin  siyasi  və  diplomatik  elitası  ilə  əlaqələr 
qurmuş,  Qərbi Avropa mətbuatının imkanlarından yararlanmağa çalışmışdılar.
Nümayəndə  heyəti  üzvləri  eyni  zamanda  Versal  konfransında  cərəyan  edən 
proseslər,  aparılan  danışıqlar,  keçirilən  görüş  və  müzakirələr  barəsində  öz 
hökumətlərini  ardıcıl  məlumatlandırmış,  çağdaş  Avropa  siyasi  reallığından  çıxış 
edərək  bir  sıra  qiymətli  tövsiyyələr  vermişdilər.  Təəssüf ki,  ilk  Cümhuriyyətimizin 
şərəfli  siyasi  və  diplomatik  mübarizə  salnaməsini  əks  etdirən  bütün  bu  sənədlər 
onilliklər  boyu  hamıdan,  hətta  tarixşünas  alim  və  mütəxəssislərdən  də  gizli 
saxlanmışdır.  Lakin bəşəriyyətin ən qədim kitablarından biri olan Bibliyada deyildiyi 
kimi, “elə gizlin yoxdur ki, axırda aşkar olmasın”.
Yalnız Azərbaycan yenidən müstəqilliyə qovuşduqdan sonra görkəmli dövlət 
xadimi  və  diplomat,  Azərbaycan  Cümhuriyyətinin  qurucularından  biri  Əli  Mərdan 
bəy  Topçubaşovun  rəhbərliyi  ilə  1918-20-ci  illərdə  İstanbulda  və  Parisdə  fəaliyyət 
göstərən  Azərbaycan  diplomatik  missiyası  haqqında  bir  sıra  mənbələr  aşkara 
çıxarılmış  və  ictimaiyyətə  çatdırılmışdır.  Həsən  Həsənovun  rəhbərliyi  altında 
hazırlanan  “İstanbulda  diplomatik  söhbətlər”  (Bakı,  1995,  rus  dilində),  Vilayət 
Quliyevin  Azərbaycan və  rus dillərində  geniş  müqəddimə  ilə  çap  etdirdiyi  “Parisdən 
məktublar”  və  “nucMa H3 n a p n ^ a ”  (Bakı,  1998)  kitabları bu baxımdan ilk addımlar 
idi.
Həmin 
kitablarda 
diplomatik 
missiyanın 
Azərbaycanın 
dövlət 
müstəqilliyinin tanıdılması ilə bağlı mərkəzi hökumətlə  apardığı yazışmalar öz əksini 
tapmışdır.  Paris  Sülh konfransındakı  Azərbaycan Nümayəndə  heyətinin fəaliyyətinin 
başqa  bir  sahəsini  isə  sırf  elmi  todqiqatçılıq  və  siyasi  təbliğat  təşkil  edirdi. 
Azərbaycanın  Avropada  çox  az  tanındığı  XX  yüzilliyin  əvvəllərində  belə  təbliğati 
fəaliyyətə  böyük  ehtiyac  vardı.  Heyət  üzvlərinin  bu  məqsədlə  1919-cu  ildə  Parisdə 
ingilis və fransız dillərində çap etdirdikləri və indi də əhəmiyyətini itirməyən “Qafqaz 
Azərbaycanı Nümayəndə  heyətinin Paris  Sülh konfransından tələbləri”  kitabı  orijinal 
mətnlər və Azərbaycan dilinə tərcümədə oxuculara təqdim olunur.
Paris  Sülh konfransındakı  Azərbaycan nümayəndə  heyətinin  öz  hökumətinə 
göndərdiyi  hesabatlara və  Avropa  ölkələrində  müxtəlif Qərb  dillərində  çap  etdirdiyi 
tanıtma  xarakterli  məlumatlara  keçməmişdən  əvvəl,  ürəkləri  vətənə  və  xalqa 
məhəbbətlə  dolu  olan,  milli  dövlət  qurmanın  qürurunu  birincilər  sırasında  yaşayan 
missiya üzvləri haqqında qısa bioqrafik məlumatları açıqlamaq yerinə düşərdi.


Yüklə 26,36 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə