Azərbaycan paris sülh konfransinda


NÜMAYƏNDƏ HEYƏTİNİN TƏRKİBİ



Yüklə 26,36 Kb.
Pdf görüntüsü
səhifə2/65
tarix18.06.2018
ölçüsü26,36 Kb.
#49679
1   2   3   4   5   6   7   8   9   ...   65

NÜMAYƏNDƏ HEYƏTİNİN TƏRKİBİ
Azərbaycan 
Cümhuriyyətini  Paris 
Sülh  konfransında  təmsil  edən 
Nümayəndə heyətinin tərkibinə ölkənin tanınmış ictimai-siyasi xadimləri və  görkəmli 
ziyalılar  daxil  idilər.  Onlar  Azərbaycanın  müstəqilliyi  ideyasına  qəlbən  bağlı 
olduqlarını,  milli  istiqlal  uğrunda  əzmlə  mübarizə  apardıqlarını  fəaliyyət  və 
bioqrafiyaları ilə dönə-dönə sübut etmişdilər.
Nümayəndə heyətinin başçısı, XX əsrin əvvəllərində yalnız azərbaycanlıların 
deyil,  çar Rusiyasındakı türklərin və  müsəlmanların  sınanmış  lideri kimi tanman  Əli 
Mərdan  bəy  Topçubaşov  (1861-1934)  Tiflisdə  zadəgan ailəsində  doğulmuş,  Sankt- 
Peterburq  universitetinin  hüquq  fakültəsini bitirmişdi.  Bir  müddət vəkillik  fəaliyyəti 
ilə məşğul olmuşdu.  1897-ci ildə  məşhur neft milyonçusu və  metsenat H.Z.Tağıyevin 
maddi  vəsaiti  hesabına  nəşr  olunan  “Kaspi”  qəzetinin  redaktoru  kimi  geniş  ictimai- 
siyasi  və  ədəbi-publisistik  fəaliyyətə  başlamışdı.  Onun  redaktorluğu  dövründə  qəzet 
çarizm  istibdadı  şəraitində  ən  elementar  hüquqları  tapdanan  Azərbaycan  xalqının 
ruporuna çevrilmiş, dcmokratik ruhlu və milli əqidəli ziyalıları öz ətrafına toplamışdı.
1905-ci  il  Birinci  rus  inqilabından  sonra  Ə.M.Topçubaşov  bütün  Rusiya 
türklərinin və  müsəlmanlarının  lideri  kimi  daha  ardıcıl  və  prinsipial  siyasi  fəaliyyəti 
ilə  tanınmışdı.  O,  Rusiya  müsəlmanlarının  1904-07-ci  illərdə  keçirilən  I-III 
qurultaylarının  əsas  təşkilatçılarından  və  rəhbərlərindən  biri  olmuş,  Üçüncü 
qurultayın  qərarı  ilə  yaradılan  Ümumrusiya  müsəlmanları  partiyasının-”İttifaqi- 
Müslüm”ün  (“Musulmanskiy  soyuz”)  Məramnamə  və  Nizamnaməsini  hazırlamış, 
onun Mərkəzi Komitəsinin üzvü seçilmişdi.
1906-cı  ildə  Bakı  quberniyasından Birinci  Dövlət Dumasına  deputat  seçilən 
Ə.M.Topçubaşov Müsəlman fraksiyasını yaratmış və ona rəhbərlik etmişdi.  Çar İkin ci 
Nikolay  tərəfindən  Dumanın  qovulmasına  etiraz  bildirən  məşhur  “Vıborq 
Bəyannaməsi”ni  imzalayan  200  deputat  içərisində  azərbaycanlı  siyasi  xadim  də  var 
idi.  Çarizmin  süqutundan  sonra  1917-ci  ilin  mayında  Rusiya  müsəlmanlarının 
Moskva  qurultayının  keçirilməsində  və  burada  türk-müsəlman  əhalinin  Rusiya  ilə 
gələcək  münasibətləri  barəsində  bir  sıra  prinsipial  qərarların  qəbul  edilməsində 
Ə.M.Topçubaşovun böyük rolu olmuşdu.
Həmin dövrdə o,  eyni zamanda Bakıda Transqafqaz Müsəlman ictimai-siyasi 
təşkilatlarının  koordinasiya  mərkəzi  olan  İcraiyyə  Komitəsinin  işinə  də  rəhbərlik 
edirdi.  1918-ci  il  iyunun  17-də  baş  nazir  Fətəli  xan  Xoyskinin  rəhbərliyi  ilə  təşkil 
olunan  ikinci  hökumət  kabinəsində  Ə.M.Topçubaşov  portfelsiz  nazir  vəzifəsini 
tutmuş,  həmin  il  avqustun  22-də  isə  Azərbaycan  Cümhuriyyətinin  Fövqəladə  və 
Səlahiyyətli  Naziri  kimi  Osmanlı  imperiyasının  paytaxtı  İstanbula  göndərilmişdi.
1918-ci  ilin  dekabrında  Azərbaycan  Parlamenti  özünün  ilk  iclasında  onu  sədr 
seçmişdi.  Həmin  il  dekabrın  28-də  Parlamentin  yekdil  qərarı  ilə  Paris  Sülh 
konfransında Azərbaycan Nümayəndə heyətinin başçısı təyin olunmuşdu.


Diplomatik  missiyada  Ə.M.Topçubaşovun  müavini  olan  Məmməd  Həsən 
Hacınski  (1875-1931)  Bakı  real  məktəbində  və  Peterburq  Yol  Mühəndisləri 
İnstitutunda  təhsil  almış,  uzun  müddət  Bakı  Dumasında  şəhər  tikintisi  idarəsinə 
başçılıq  etmişdi.  O,  həm  də  Ə.M.Topçubaşovla  birlikdə  Müsəlman  ictimai-siyasi 
təşkilatları İcraiyyə Komitəsinin rəhbərlərindən biri idi.  Sonralar “Müsavat”  sıralarına 
keçən  M.H.Hacınski  bu  partiyanın  I  qurultayında  Mərkəzi  Komitə  üzvü  seçilmişdi. 
F.Xan-Xoyskinin  qurduğu  birinci  hökumətdə  xarici  işlər,  ikinci  hökumətdə  isə 
maliyyə  naziri vəzifələrini tutmuşdu.  Azərbaycan Parlamentinin üzvü idi.
Nümayəndə  heyətinin  üzvü  Əkbərağa  Şeyxülislamov  (1881-1961)  İrəvan 
gimnaziyasının  və  Peterburq  Yol  Mühəndisləri  İnstitutunu  bitirmişdi.  Transqafqaz 
Seyminin üzvü, Transqafqaz hökumətində daxili işlər nazirinin müavini olmuşdu.
Siyasi  fəaliyyətini  menşevik  istiqamətli  “Hümmət”  partiyasında  davam 
etdirirdi.  Azərbaycan  Cümhuriyyətinin qurulmasını  elan edən İstiqlal Bəyannaməsini 
imzalayanlar  içərisində  Ə.Şeyxülislamov  da  var  idi.  O,  Fətəli  xan  Xoyskinin  ilk 
hökumətində torpaq və əmək naziri kimi çalışmışdı.  Parlamentdə  sosialist fraksiyasını 
təmsil edirdi.
Nümayəndə  heyətinin  üzvü  Əhməd  bəy  Ağaoğlu  (1869-1939)  tanınmış 
publisist  və  ictimai  xadim  idi.  Paris  Ali  Hüquq  Moktəbində  və  Sorbonna 
universitetində  mükəmməl  hüquq  təhsili  almışdı.  XX  əsrin  əvvəllərində  “Həyat”, 
“İrşad”,  “Tərəqqi”  qəzetlərinin redaktoru olmuş,  1905-ci ildə Azərbaycanda ilk siyasi 
partiya  sayılan “Difai”ni  qurmuşdu.  Rusiya gizli polisinin təqibləri nəticəsində  1909- 
cu ildə  Osmanlı imperiyasına -Türkiyəyə  mühacirət etdikdən sonra burada “İttihad və 
Tərəqqi”  partiyasının  liderləri  ilə  yaxınlaşmış,  “Türk  yurdu”  və  “Türk  ocağı” 
təşkilatlarının  qurucuları  sırasında  yer  almışdı.  O,  eyni  zamanda  İstanbul 
universitetinin  rus  ədəbiyyatı  professoru  və 
Osmanlı  Məclisi-Məbusanının 
(Parlament)  üzvü  kimi  elmi-siyasi  fəaliyyət  göstərmişdi.  Ə.Ağaoğlu  1918-ci  ildə 
Qafqaz  İslam  Ordusunun  komandanı  Nuru  Paşanın  siyasi  məsələlər  üzrə  müşaviri 
kimi  Azərbaycana  gəlmiş,  burada  Parlamentə  üzv  seçilmişdi.  Lakin  İstanbuldakı 
ingilis  işğal  qüvvələri  “İttihad  və  Tərəqqi”  liderləri  ilə  yaxınlığına  görə 
Ə.Ağaoğlunun Parisə  getməsinə  imkan verməmişdi.  O,  1919-cu  ildə  İstanbulda həbs 
olunmuş və Malta adasına sürgün edilmişdi.
Nümayəndə  heyətinin  məsləhətçisi  Ceyhun  bəy  Hacıbəyli  (1889-1962) 
Paris  Siyasi  Elmlər  məktəbində  və  Sorbonnada  təhsil  almışdı.  İstedadlı  publisist  və 
gözəl  musiqiçi  idi.  Böyük  qardaşı  Üzeyir  Hacıbəyli  (1885-1948)  ilə  birlikdə  ilk 
Azərbaycan  operası  “Leyli  və  Məcnun”u  bəstələmişdi.  Azərbaycan  Cümhuriyyəti 
qurulduqdan  sonra  hökumət  ofisi  özünün-rus  dilində  çıxan  “Azərbaycan”  qəzetinin 
redaktoru  olmuşdu.  Rus-dilli  Bakı  və  Qafqaz  mətbuatında  ciddi  ictimai-siyasi 
problemlərə,  mədəniyyət,  təhsil,  qadın  azadlığı  və  s.  məsələlərə  dair  çoxsaylı 
məqalələri dərc edilmişdi.


Yüklə 26,36 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə