Azərbaycan paris sülh konfransinda



Yüklə 26,36 Kb.
Pdf görüntüsü
səhifə3/65
tarix18.06.2018
ölçüsü26,36 Kb.
#49679
1   2   3   4   5   6   7   8   9   ...   65

Nümayəndə  heyətinin  məsləhətçisi  Məhəmməd  Məhərrəmov  (1885-1982) 
İrəvan  gimnaziyasını bitirmiş,  gənc yaşlarından  İrəvan  azərbaycanlılarının  (eyni  adlı 
xanlığın  mərkəzi  olan  bu  Azərbaycan  şəhəri  1918-ci  ildə  yeni  yaranan  Ermənistan 
Respublikasının  paytaxtı  elan  olunmuşdu)  təmsilçilərindən  biri  kimi  tanınmışdı. 
1917-ci  ilin  noyabrında  İrəvan  quberniyasından  Rusiya  Müəssislər  Məclisinə 
nümayəndə  seçilmişdi.  Transqafqaz  Seyminin  üzvü  olmuş,  Milli  Xartiyanı  -  İstiqlal 
Bəyannaməsini  imzalayanlar  sırasında  yer  almışdı.  Azərbaycan  Parlamentində 
Sosialist fraksiyasının üzvü idi.
Heyətinin  başqa  bir  məsləhətçisi  Miryaqub  Mirmehdiyev  (1887-?) 
Peterburq  Universitetinin  hüquq  fakültəsini  bitirmiş,  Bakıda  vəkillik  fəaliyyəti  ilə 
məşğul olmuşdu.  Azərbaycan Parlamentinə “İttihad” partiyasından üzv seçilmişdi
1919-cu  ilin avqustunda Parlamentin  Sosialist fraksiyası  Nümayəndə  heyəti 
tərkibindəki  üzvlərinin  rotasiya  qaydası  ilə  əvəzlənməsi  barəsində  qərar  çıxarmış  və 
M.  Məhərrəmovun  yerinə  Abbas  bəy  Atamalıbəyov  (1892-1962)  Parisə 
göndərmişdi.  Lakin  həmin  dövrdə  heyətin  başqa  bir  üzvü  -  M.H.Hacınski  artıq 
Azərbaycana  qayıtdığından  həm  M.Məhərrəmovun,  həm  də  A.Atamalıbəyovun 
Parisdə  qalmaları  məqbul  sayılmışdı.  Peterburq  Kadet  korpusunda  ali  hərbi  təhsil 
almış  A.Atamalıbəyov  Nümayəndə  heyətinin  ən  gənc  üzvü kimi  digər  işlərlə  yanaşı 
həm də missiyanın katibi vəzifəsini öz üzərinə götürmüşdü.
Nümayəndə  heyətinin  texniki  tərkibinə  əməkdaşlar  -  Əli  bəy  Hüseynzadə 
(1864-1940),  Viktor  Marçevski,  katiblər  -  Səfvət  Məlikov  və  Ələkbərbəy 
Topçubaşov,  tərcüməçilər  -  A.Qafarov  (fransız  dili),  Q.Qafarova  (ingilis  dili),
H.Məmmədov (fransız və türk dilləri) daxil idilər.  Rəşid bəy Topçubaşov sədrin şəxsi 
katibi  vəzifəsini  yerinə  yetirirdi.  Lakin  Nümayəndə  heyətinin  əməkdaşı  Ə. 
Hüseynzadə  də  Ə.Ağaoğlu  kimi  “İttihad  və  Tərəqqi”  partiyası  ilə  əməkdaşlıqda 
təqsirləndirildiyinə  görə  Sülh  konfransına  viza  ala  bilməmişdi.  S.  Məlikov  isə 
Azərbaycanın Osmanlı imperiyasındakı diplomatik təmsilçisi kimi İstanbulda qalmalı 
oldu.
Azərbaycan heyəti hələ İstanbulda ikən ciddi şəkildə təşkilatlanmış və üzvlər 
arasında  dəqiq  iş  bölgüsü  aparılmışdı.  Heyətin  tərkibində  üç  bölmə-siyasət və  milli 
məsələlər,  iqtisadiyyat  və  kommersiya,  təbliğat  və  məlumat  bölmələri  yaradılmış, 
üzvlər ixtisas və maraq səviyyələrinə uyğun şəkildə həmin qurumlarda fəaliyyətə cəlb 
olunmuşdular.
Eyni  zamanda  Nümayəndə  heyətinin  hər  bir  üzvünün  görəcəyi  konkret  iş, 
məsuliyyət  daşıyacağı  konkret  sahə  də  müəyyən  olunmuşdu.  Sədr  Ə.M.Topçubaşov 
ümumi  rəhbərliklə  bir  sırada  siyasi  məsələlər  və  memorondum  hazırlanması  üçün 
məsul  idi.  O,  həm  də  heyətin  təşkilati  işlərinə  və  maliyyə  vəsaitinin  təyinatı  üzrə 
xərclənməsinə nəzarət edirdi.
Sədrin  müavini  M.H.Hacinski  missiyanın  xəzinədarı  idi.  Eyni  zamanda 
iqtisadiyyat və maliyyə bölməsinin işinə rəhbərlik edir, Azərbaycan hökuməti adından 
Fransanın və  digər Avropa ölkələrinin biznes  dairələri və  ayrı-ayrı  iş  adamları ticari-


iqtisadi  danışıqlar  aparırdı.  Ə.Şeyxülislamov  daha  çox  sərhəd  məsələləri  ilə  məşğul 
olur,  Azərbaycana  dair  statistik  göstəricilərin,  xəritə  və  diaqramların  hazırlanmasını 
təşkil  edir,  nəhayət  Nümayəndə  heyətinin  arxiv  və  kitabxanasının yaradılması  üçün 
məsuliyyət daşıyırdı.
M.Məhərrmov  xalq təsərrüfatı və  əkinçiliklə  bağlı  məsələlər üçün  cavabdeh 
idi,  eyni  zamanda  iclas  və  danışıqların  protokollarının  Azərbaycan  türkcəsində 
yazılmasını  təmin  edirdi.  Ticarət  və  sənaye  məsələləri  ilə  məşğul  olan 
M.Mirmehdiyevin  vəzifələri  sırasına  heyətin  maliyyə  hesabatlarının  yoxlanması  da 
daxil  idi.  Ə.Ağaoğlu və  C.Hacıbəyli  isə  daha  çox  informasiya və  təbliğat  məsələləri 
ilə  məşğul  olmalı,  Fransa  ictimaiyyəti  və  fransız  mətbuatı  ilə  əlaqələr  qurulmasına 
kömək  etməli  idilər.  Hər  ikisinin  Fransada  təhsil  almaları,  fransız  dilinə  və 
mədəniyyətinə  mükəmməl  yiyələnmələri  üzərlərinə  qoyulan  vəzifəni  uğurla  həyata 
keçiriləcəyinə təminat yaradırdı.
Nəhayət,  Ə.Hüseynzadə  Azərbaycanla  bağlı  tarixi-etnoqrafik  və  ədəbi 
materialların  seçilməsi  və  təbliğatda  onlardan  istifadə  edilməsi  üçün  məsul  idi. 
Təəssüf ki,  Nümayəndə  heyəti Parisə tam tərkibdə  gedə bilmədiyindən iş bölgüsündə 
müəyyən  dəyişikliklər  aparılması  zərurəti  yarandı.  Bütövlükdə  isə  heyətin  hər  bir 
üzvü lazım bilinən və tapşırılan hər bir işin öhdəsindən gəlməyə tamamilə hazır idi.
NÜMAYƏNDƏ HEYƏTİ NƏYƏ NAİL OLDU?
Sülh  konfransı  Azərbaycan  Nümayəndə  heyəti  hələ  İstanbulda  olarkən  - 
1919-cu  il  yanvarın  18-də  işə  başlamışdı.  Azərbaycan  parlamentarları  Müttəfiq 
dövlətlərin  təmsilçiləri  ilə  uzun  və  üzücü  yazışmalardan  sonra  yalnız  apr elin  22-də 
Fransa  paytaxtına  yola  düşmüş  və  mayın  7-də  Parisə  çatmışdılar.  Əslində  heyət 
üzərinə  qoyulan  vəzifələrin  icrasına  hələ  İstanbulda  başlamışdı.  Burada bir  tərəfdən 
çar  Rusiyasının  süqutundan  sonra  yaranan  yeni  müstəqil  dövlətlərin  -  Gürcüstan, 
Ukrayna,  Şimali  Qafqaz  Dağlılar  Respublikası  nümayəndələri,  o  biri  tərəfdən  isə 
ABŞ,  Böyük  Britaniya,  Fransa,  Almaniya  təmsilçiləri  ilə  danışıqlar  aparılmış, 
Azərbaycan  Cümhuriyyətinin  müstəqil  dövlət  kimi  beynəlxalq  miqyasda  tanıdılması 
istiqamətində ilk addımlar atılmışdı.
Parisə  gəldikdən  dərhal  sonra  Nümayəndə  heyəti  bir  neçə  istiqamətdə 
fəaliyyətə  başlamışdı.  İstər  sədr  Ə.M.Topçubaşov,  istərsə  də  missiyanın  səlahiyyətli 
üzvləri  fəal  siyasi  danışıqlar  aparır,  öz  ölkələrinin  tarixi,  mədəniyyəti,  iqtisadi 
resursları,  qonşu  dövlətlərlə  münasibətləri  barəsində  təbliğati  xarakterli  materiallar 
yayır,  mürəkkəb  beynəlxalq  münasibətlər  sistemində  Azərbaycanın  müstəqilliyinə 
müəyyən təminatlar almağa çalışırdılar.
Azərbaycan  istiqlalının birinci  ildönümü  günündə  -  1919-cu  il  mayın  28-də 
Nümayəndə  heyəti  ABŞ  prczidenti,  I  Dünya  müharibəsindən  sonra  yeni  dünya 
düzəninin  əsasını  təşkil  edən  məşhur  prinsiplərin  müəllifi  Vudro  Vilson  tərəfindən 
qəbul  olunmuşdu.  Həmin görüşdə  V.Vilson Rusiya əsarətindən xilas  olmuş  xalqların


Yüklə 26,36 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə