Azərbaycan paris sülh konfransinda



Yüklə 26,36 Kb.
Pdf görüntüsü
səhifə4/65
tarix18.06.2018
ölçüsü26,36 Kb.
#49679
1   2   3   4   5   6   7   8   9   ...   65

dövlət  müstəqillikləri  ilə  bağlı  ABŞ-ın  öz  üzərinə  hər  hansı  bir  təhəddüd  götürə 
bilməyəcəyini,  ümumiyyətlə,  dünyanın  kiçik  dövlətlərə  parçalanmasında  lüzum 
görmədiyini bildirmişdi.  Görüşün konkret nəticəsi olmasa da,  həmin dövrdə dünyanın 
super güclərindən biri kimi tanınan ABŞ-ın prczidenti ilə  görüş faktının özü ümumən 
uğurlu başlanğıc sayıla bilərdi.
Gənc  Azərbaycan  dövlətini  Avropada  təmsil  etmək  məsuliyyətini  üzərinə 
götürən  Nümayəndə  heyəti,  ilk  növbədə  isə  daha  böyük  təcrübəyə  malik  olan 
Ə.M.Topçubaşov tezliklə özlərini siyasi proseslərdən yaxşı baş çıxaran,  şəraitə uyğun 
addımlar  atmağı  və  düzgün  qərarlar  qəbul  etməyi  bacaran  diplomatlar  kimi  göstərə 
bildilər.  Təsadüfi  deyil  ki,  Ə.M.Topçubaşov  Bakıya,  Nazirlər  Şurasının  sədrinə 
göndərdiyi məlumatlarda təkcə gördükləri işlərdən bəhs etmir,  həm də  çağdaş Avropa 
təcrübəsinə  dayanaraq  ölkəsinin  rəhbərliyinə  dövlət  quruculuğu,  xarici  və  daxili 
siyasət,  idarəçilik,  beynəlxalq  münasibətlər  və  s.  bağlı  qiymətli  məsləhət  və 
tövsiyyələr  verirdi.  Paris  mühitindən  və  Sülh  konfransından  yalnız  Azərbaycanın 
dövlət  müstəqilliyinin  rəsmi  tanıdılması  üçün yox,  həm  də  ölkədə  demokratik,  sivil, 
Qərb  standartlarına  və  demokratik  dəyərlərə  cavab  verən  bir  dövlət  qurmaq  üçün 
istifadə olunurdu.
Nümayəndə  heyəti  Azərbaycanın  siyasi  və  iqtisadi  maraqlarından  çıxış 
edərək  fəal,  mütəhərrik  siyasət yürüdürdü.  Bu  siyasətin  əsasını  milli  müstəqilliyinin 
böyük  dövlətlər  tərəfindən  mümkün  qədər  tez  tanınması  və  təhlükəsizliklə  bağlı 
etibarlı  təminatın  əldə  olunması  təşkil  edirdi.  Konfransa  hazırlıq  mərhələsində 
diplomatik  missiyamızın  səyləri  nəticəsində  Azərbaycan  Cümhutiyyətinin  ABŞ, 
Böyük  Britaniya,  Fransa,  Almaniya,  İtaliya,  İran,  Osmanlı  imperiyası  və  başqa 
dövlətlərlə  qarşılıqlı  münasibətlər  qurması  istiqamətində  bir  sıra  ilkin  təşəbbüslər 
göstərilmişdi.
Azərbaycanın istiqlalına zəmanətin yalnız Avropada deyil, həm də okeanın o 
tayında  -  ABŞ-da  olduğunu yaxşı  başa  düşən  Ə.M.Topçubaşov  qısa  müddət  ərzində 
amerikanlarla  işgüzar  münasibətlər  yaratmağa  nail  olmuşdu.  Vəkil  V.Çandler  və 
Amerika  yəhudi  icmasının  nümayəndəsi  M.Robinovla  müqavilə  bağlanmış,  onlara 
ABŞ  və  Kanadada  Azərbaycanın  maraqlarını  təmsil  etmək  səlahiyyəti  verilmişdi. 
Parisdə  Azərbaycan  haqqında  ingilis  və  fransız  dillərində  çap  olunan  kitabların  bir 
qismi hələ  1919-cu ildə bu ölkələrə göndərilmişdi.
Uzaqgörən  siyasətçi  kimi  Ə.M.Topçubaşov  ABŞ  və  Avropada  Azərbaycan 
lobbisinin yaradılmasını ölkəsinin dünya miqyasında geniş tanınmasının,  habelə onun 
siyasi və iqtisadi maraqlarının daha etibarlı qorunmasının qarantı sayırdı.  Nümayəndə 
heyətinin  səyi  nəticəsində  hələ  1919-20-ci  illərdə  Azərbaycanın  tarixi  keçmişi, 
ölkənin zəngin təbii  sərvətləri,  bölgədə bir əsrdən çox davam edən rus işğalı və  onun 
nəticəsi  kimi  meydana  çıxan  erməni  zülmü,  Qafqazdakı  qonşularla  münasibət, 
erməni-azərbaycanlı  qarşıdumasını  şərtləndirən  amillər,  1918-ci  ildə  Bakıda  daşnak- 
bolşeviklər  tərəfindən  azərbaycanlılara  qarşı  həyata keçirilən  dəhşətli  soyqırım və  s. 
barəsində  Avropa  ölkələrində  müəyyən  obyektiv  məlumatlar  yaymaq  mümkün


olmuşdu.  Bütün bunlar isə öz növbəsində həm Azərbaycanın Qərbdə qismən obyektiv 
şəkildə  tanmmasına  imkan  yaratmış,  həm  də  ölkəmiz  və  xalqımız  barəsində  qərəzli 
rus-erməni  qaynaqlarının təsiri  ilə  formalaşmış yanlış təsəvvürlərin az da olsa aradan 
qaldırılılmasına kömək etmişdi.
Sülh  konfransında  Azərbaycan  diplomatları  yalnız  öz  ölkələrinin  deyil, 
bütün  Qafqazın  müstəqilliyi  və  siyasi-mənəvi  birliyi  uğrunda  mübarizə  aparırdılar. 
İstər İstanbulda,  istərsə  də  Parisdə məhz azərbaycanlı  siyasilər bu gün geniş yayılmış 
ifadə  ilə  desək,  “Qafqaz  evi”  ideyasının  qızğın  tərəfdarı  kimi  çıxış  edirdilər. 
Azərbaycan  Nümayəndə  heyəti  mühüm  sənədlərin  qəbulu  zamanı  ümumqafqaz 
maraqlarına  əsaslanaraq  Gürcüstan  və  Dağlılar  Respublikasının  nümayəndələri  ilə 
əlbir  fəaliyyət  göstərirdi.  Təəssüf ki,  bizim  günlərdə  olduğu  kimi  həmin  dövrdə  də 
ermənilər  “Qafqaz  evinə”  münasibətdə  destruktiv  mövqe  tutduqlarından  region 
xalqlarının  siyasi-iqtisadi  və  mənəvi  birliyi  üçün  son  dərəcə  vacib  olan  bu  ideyanı 
həyata keçirmək mümkün olmamışdı.
Nümayəndə heyətinin Parisdəki səkkiz aylıq gərgin və  səmərəli fəaliyyəti öz 
bəhrəsini  verdi  -  1920-ci  ilin  yanvarın  11-də  Versal  konfransının  Ali  Şurası 
Azərbaycanın  və  Gürcüstanın  yeni  müstəqil  dövlətlər  kimi  de-fakto  tanınmaları 
barəsində  qərar  qəbul  etdi.  Həmin  tarixi  hadisənin  iştirakçılarından  olan  Miryaqub 
Mirmehdiyev  sonralar  yazırdı:  “Bu  iki  ölkənin  nümayəndəsi  xarici  işlər  nazirliyinə 
(Fransa  xarici  işlər  nazirliyi  nəzərdə  tutulur-V.Q.)  dəvət  olundu.  Orada  müsyö 
Kambon  Konfrans  admdan hörmət əlaməti  olaraq  onlara  öz  minnətdarlığını  bildirdi. 
Müsyö  Kambon  bəyan  etdi  ki,  Azərbaycan  və  Gürcüstan  respublikaları  beynəlxalq 
hüquq  normalarına  uyğun  şəkildə  rəsmi  olaraq  müstəqil  dövlətlər  kimi  tanınmışlar. 
Bu  andan  başlayaraq  hər  iki  ölkə  rəsmi  surətdə  Ali  Şura  ilə  əlaqəyə  girə  bilər,  öz 
ehtiyaclarını,  qeydiyyata  alınmalarını,  konfransın  iclaslarında  qanuni  haqlarını, 
bərabərhüquqlu üzv olmalarını tələb  edə bilərlər.  Bundan başqa,  Kombon bildirdi ki, 
bu  dövlətlərin  hökumətlərinin  tanınması  aktı,  eyni  zamanda  onların  Rusiyadan 
ayrılmalarınm  tanınması  ilə  müşaiyət  olunmalıdır.  Buradan  çıxış  edərək  demək  olar 
ki,  Azərbaycan  və  Gürcüstan  respublikaları  bu  gündən  etibarən  suveren  dövlətlər 
hesab ediləcək”.
Bir həftə  sonra - yanvarın  19-da Ali  Şuranın hökumət başçılarının iştirakı ilə 
keçirilən  iclasında həmin  qərar yenidən,  bu  dəfə  daha yüksək  səviyyədə  təsdiqləndi. 
İclasda  çıxış  edən  Nümayəndə  heyətinin  başçısı  Ə.M.Topçubaşov  və  missiyanın 
müşaviri  M.Məhərrəmov  Avropa  ölkələrinin  müəyyən  hərbi-iqtisadi  yardım 
göstərəcəkləri  təqdirdə  Azərbaycan  Cümhuriyyətinin  dövlət  müstəqilliyini  qoruyub 
saxlamağa  və  qısa  müddət  ərzində  inkişaf etmiş  ölkəyə  çevrilməyə  qadir  olduğunu 
bildirdilər.  Tarixçi  alim  Cəmil  Həsənlinin  belə  bir  fikri  ilə  razılaşmaq  lazımdır  ki, 
“ 1920-ci ilin yanvarında Paris  Sülh konfransında Azərbaycan  Cümhuriyyətinin siyasi 
cəhətdən  tanınması  Ə.M.Topçubaşov  başda  olmaqla  Azərbaycan  nümayəndələrinin 
uğurlu diplomatik fəaliyyətinin nəticəsi hesab olunmalısdır”.


Yüklə 26,36 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə