Azərbaycan paris sülh konfransinda



Yüklə 26,36 Kb.
Pdf görüntüsü
səhifə9/65
tarix18.06.2018
ölçüsü26,36 Kb.
#49679
1   ...   5   6   7   8   9   10   11   12   ...   65

neoimperialist  niyyətlərini  gizlətməyən  Rusiyadan  gəlmirdi.  Digər  qonşu  dövlətlərlə 
də  ciddi  problemlər  mövcud  idi.  Ermənistan  Azərbaycanın bir  sıra  tarixi  ərazilərinə 
iddialı  olduğunu açıq  şəkildə bildirir və yaranmış mürəkkəb  şəraitdən istifadə  edərək 
həmin  ərazilərdə  xüsusi  amansızlıqla  etnik  təmizləmə  həyata  keçirirdi.  Gürcüstanla 
münasibətlərin  nisbətən  normal  olmasına baxmayaraq burada  da  mübahisəli  ərazilər 
problemi  qalmaqda  idi.  Nəhayət,  tarixi  Azərbaycanın  İranın  əyalətlərindən  biri 
olduğunu  iddia  edən  İran  da  Cənubi  Qafqazda  yaranmış  yeni  dövlətin  Azərbaycan 
adlandırılmasına  etirazını  bildirirdi.  Məhz  bu  səbəbdən  də  Azərbayan  Nümayəndə 
heyəti  Sülh  konfransı  ilə  bütün  rəsmi  yazışmalarda,  habelə  çap  etdirdikləri  kitab, 
məqalə və  s.  öz ölkələrinin adını “Qafqaz Azərbaycanı” kimi göstərmək məcburiyyəti 
qarşısında qalmışdı.
Tarixi ədalət naminə qeyd ctmək lazımdır ki, yaranmış mürəkkəb vəziyyətdə 
artıq  özünün  son  günlərini  yaşamaqda  olan  Osmanlı  imperiyası  yeni  Azərbaycan 
dövlətinə  hərbi-siyasi  və  hüquqi  yardım  göstərən,  ölkənin  təbii  və  tarixi  paytaxtı 
Bakının daşnak-bolşevik əsarətindən azad olunmasında mühüm rol  oynayan,  nəhayət 
ermənilərin  həyata  keçirdiyi  kütləvi  soyqırımının  qarşısını  alan  yeganə  qüvvə 
olmuşdu. 
Nümayəndə 
heyətinin 
üzvləri 
pantürkizmdə 
və 
panislamizmdə 
təqsirləndirilməkdən  çəkinməyərək  “Tələblər”də  Osmanlı  dövlətinin  və  qardaş  türk 
xalqının bu xeyirxah tarixi missiyasını yüksək qiymətləndirmişdilər.
Təxminən  90  illik  bir  zaman  kəsimindən  sonra  yenidən  mütəxəssislərin  və 
geniş  oxucu  auditoriyasının  diqqətinə  təqdim  edilən  “Qafqaz  Azərbaycanı 
Nümayəndə  heyətinin  Paris  Sülh  konfransından  tələbləri”  kitabı  öz  dövrü  üçün 
Azərbaycan  Cümhuriyyətinin  beynəlxalq  miqyasda  ilk  rəsmi  təqdimatı  kimi 
dəyərləndirilə  bilər.  Əhatə  etdiyi  məsələlərin genişliyi baxımından həcm etibarı  ilə  o 
qədər də böyük  olmayan bu kitab  Avropa oxucusunda,  ilk növbədə  isə  siyasətçilərdə 
Azərbaycan  xalqının  etnogenezi,  tarixi  kökləri,  etnoqrafik  özəllikləri,  dini,  dili, 
mədəniyyəti,  qonşu  xalqlarla  qarşılıqlı  münasibətləri,  dövlətçilik  ənənələri,  ölkənin 
qanunverici və  dövlət  aparatı,  iqtisadi  potensialı,  təbii  sərvətləri,  maliyyə  qaynaqları 
haqqında ümumi təsəvvür yaratmağa xidmət edirdi.
Müəlliflər  Azərbaycan  Cümhuriyyətinin  meydana  gəlməsini  zəruri  edən 
amillərə  daha  çox  diqqət  yetirmişdilər.  Azərbaycanın  müstəqilliyi  ideyasına  qarşı 
çıxan  bolşeviklər  və  onlarla  işbirliyi  şəraitində  çalışan  erməni  millətçi-daşnaklarla 
aparılan  siyasi  mübarizə  də  diqqət  mərkəzində  dayanmışdı.  1918-ci  ilin  martında 
Bakıda  və  ölkənin  digər  bölgələrində  bolşevik-daşnak  alyansının  birgə  səyi  ilə 
Azərbaycan  türklərinə  qarşı  törədilən  dəhşətli  soyqırımı  (təqribi  məlumatlara  görə 
faciə  qurbanlarının  sayı  10-12  min nəfərə  çatırdı)  haqqında beynəlxalq miqyasda  ilk 
məlumat  da  Nümayəndə  heyətinin  ingilis  və  fransız  dillərində  hazırladıqları  bu 
kitablarda verilmişdi.
“Tələbləri”  bizim  üçün  qiymətli  edən  başqa  bir  mühüm  cəhət  Azərbaycan 
dövlətinin  sərhədlərinin  ilk  dəfə  dəqiq  və  təfərrüatlı  şəkildə  bu  tarixi-diplomatik 
sənəddə  öz  əksini  tapmasıdır.  Əlbəttə,  həmin  sərhəd  parametrlərində  bir  sıra


mübahisəli  məqamlar  da yox deyildi.  Bir  sıra  ərazilərə  digər yeni  müstəqil  dövlətlər 
də  iddialı idilər.  Lakin Nümayəndə heyəti  sərhədləri müəyyənləşdirərkən Azərbaycan 
etnosunun  tarixən  bu  torpaqlarda  yaşadığını,  onların  üzərində  xalqımızla  bağlı 
çoxsaylı  maddi-mədəniyyət abidələrinin mövcudluğunu,  nəhayət böyük əksəriyyətini 
azərbaycanlılar təşkil edən yerli  sakinlərin Azərbaycan dövlətinin tərkibində yaşamaq 
istəklərini  əsas  tutmuşdu.  Ərazi  mübahisələrinə  gəldikdə  isə  onların  həllini  bir  sıra 
Nümayəndə  heyətləri  kimi  Azərbaycan  diplomatları  da  bu  çətin  və  mürəkkəb  işdə 
arbitraj funksiyasını öz üzərinə götürmüş Paris  Sülh konfransından gözləyirdilər.
Lakin  Sülh  konfransı  dünyanın  digər  hissələrində,  eləcə  də  Avropanın 
ucqarlarında  gedən  siyasi  proseslərə  müdaxilə  etmədiyindən,  bir  sıra  yeni  müstəqil 
dövlətlərin taleyinə  biganə  mövqe  tutduğundan arbitraj  rolunu Qafqazı yenidən işğal 
edən  bolşevik  Rusiyası  yerinə  yetirməli  oldu.  Nəticədə  təxminən  150  min  kv.km. 
əraziyə  iddialı  olan  və  bu  ərazilərin  çoxuna  nəzarət  edən  Azərbaycan  sovet 
imperiyasmın tərkibində  86,6 min kv.km.  ərazi ilə kifayətlənməli oldu.
Ermənistanla  Azərbaycan,  Gürcüstanla  Ermənistan  arasında  bir  çox 
mübahisəli  məsələlərin,  hətta  hərbi  konflikt  və  lokal  müharibələrin  mövcudluğuna 
baxmayaraq  Azərbaycan  Nümayəndə  heyəti  Sülh  konfransına  təqdim  etdiyi 
“Tələblər”də  regionun  eələcəyini  bu  üç  dövlətin  və  Şimali  Qafqazda  yaranmış 
Dağlılar  Respublikasının  konfederasiya  şəklində  birləşməsində  görürdü.  Həm  o 
zaman,  həm  də  indi  iqtisadi  potensial,  təbii  sərvətlər,  ərazi  və  əhali  baxımından 
Qafqazm  ən  böyük  ölkəsi  olan  Azərbaycan  bu  mühüm  geostrateji  addımı  ilə  real 
təhlükə  qarşısında  regionun  müstəqilliyini  və  birliyini  qorumağa,  imkanlarını  yaxın 
qonşularla  bölüşməyə,  ümumi  düşmənə  qarşı  birgə  mübarizə  aparmağa  hazır 
olduğunu  bəyan  edirdi.  Lakin  Ermənistanın  destruktiv  mövqeyi  belə  bir  mürəkkəb 
şəraitdə  vəziyyətdən  bəlkə  də  yeganə  çıxış  yolu  olan  “Qafqaz  evi”nin  yaranmasına 
imkan  vermədi.  Bu  ölkənin  Qafqazda  Rusiyanın  forpostu  kimi  çıxış  etməsi  Sovet 
imperiyasının  süqutundan  sonra  da  regionda  eyni  dağıdıcı  proseslərin,  milli və  etnik 
qarşıdurmanın yaranmasına təkan vermişdir.
Çar  Rusiyasının  müstəmləkəçilik  siyasəti,  dövlət  səviyyəsində  həyata 
keçirilən milli və dini ayrı-seçkilik prinsipləri “Tələblər”də azərbaycanlıların və  digər 
“müsəlman  xalqların”  ictimai  tərəqqi  yolunda  üzləşdikləri  çətinliklərin  əsas  səbəbi 
kimi  göstərilirdi:  “Bu  bir  həqiqətdir  ki,  milyonlarla  azərbaycanlı  indiyə  qədər  az 
tanınır,  onların  etnoqrafiyası,  tarixi,  ədəbiyyatı,  həyat  tərzləri  indiyə  qədər  ciddi 
tədqiqatların  mövzusu  olmayıb.  Bu  da  bir  həqiqətdir  ki,  həmin  vəziyyətin  əsl 
günahkarı Azərbaycanda yüz il hakimiyyət sürən rus rejimidir”
Bolşeviklərin köklü inqilabi  dəyişikliklərlə bağlı vədləri  də  ictimai inkişafın 
təkamül  yoluna  daha  böyük  üstünlük  verən  azərbaycanlı  diplomatlar  tərəfindən 
qətiyyətlə  rədd  edilirdi:  “Azərbaycanlılar  ümumbəşəri  tərəqqiyə  mövcud bazisin hər 
hansı  bir  sıçrayışsız  təkamülü  prosesi  kimi,  burada  siyasi  və  ictimai  həyatla,  əxlaq 
normaları  ilə  ziddiyyət  təşkil  edən  amillərin  rol  oynamadığı  məntiqi  inkişaf prosesi 
kimi  baxırlar”.  Kommunist  ideologiyasının  70  illik  dəhşətli  eksperimentləri


Yüklə 26,36 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə