Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi rəsmi internet səhifə Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər



Yüklə 157,78 Kb.
Pdf görüntüsü
tarix04.11.2017
ölçüsü157,78 Kb.
#8369


Text size 

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

rəsmi internet səhifə

Azərbaycan Respublikasında informasiya 

cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər 

üçün MİLLİ STRATEGİYA 

02 aprel 2014, 22:05 

Azərbaycan Respublikası Prezidentinin

2014-cü il 2 aprel tarixli Sərəncamı ilə

təsdiq edilmişdir

1. Giriş


Azərbaycan  Respublikasının  gələcək  inkişaf  strategiyasının  əsas  istiqamətləri  qeyri-neft  sektorunun 

inkişafı hesabına davamlı iqtisadi artıma və tərəqqiyə nail olunması və iqtisadiyyatın şaxələndirilməsidir. 

Bu  məqsədlə  ölkəmizin  ümumi  daxili  məhsulunun  tərkibində,  həmçinin  dövlət  büdcəsinin 

formalaşdırılmasında  təbii  ehtiyatlar  amilinin  azaldılması  və  qeyri-neft  amilinin  üstünlüyünün  təmin 

edilməsi,  iqtisadiyyatda  innovasiyaların  tətbiqinin  genişləndirilməsi  üçün  güclü  motivasiya 

mexanizmlərinin  yaradılması  və  inkişaf  etdirilməsi  nəzərdə  tutulur.  Mövcud  resurslardan  və  coğrafi 

mövqelərdən  istifadə  olunmaqla,  Azərbaycan  Respublikasının  bütün  bölgələrinin  sosial-iqtisadi 

inkişafının  müasir  tələblər  səviyyəsində  təmin  edilməsi  və  iqtisadiyyatımızın  rəqabət  qabiliyyətinin 

yüksəldilməsi milli məhsulların dünya bazarında layiqli yer tutmasına şərait yaradacaqdır. Bu məqsədlər 

Azərbaycan  Respublikası  Prezidentinin  2012-ci  il  29  dekabr  tarixli  800  nömrəli  Fərmanı  ilə  təsdiq 

edilmiş  “Azərbaycan  2020:  gələcəyə  baxış”  İnkişaf  Konsepsiyası”nda  (bundan  sonra  –  Konsepsiya)  öz 

əksini tapmışdır.  Konsepsiyada  əsas  hədəf  qarşıdakı  səkkiz-on  ildə  Azərbaycan  Respublikasında  əsasən 

qeyri-neft  sektorunun  inkişafı  hesabına  ümumi  daxili  məhsulun  2  dəfə  artırılması  və  bu  artımın 

respublikada innovasiyayönlü və biliyə əsaslanan iqtisadiyyatın qurulması hesabına həyata keçirilməsidir. 

Belə inkişafın əsas dayaqlarından biri informasiya və kommunikasiya texnologiyalarıdır (bundan sonra – 

İKT).  İKT  yüksək  artım  tempinə  malik  yeni  iqtisadi  sektor  kimi  müasir  və  çoxtəyinatlı  infrastruktur, 

habelə hərtərəfli sosial-iqtisadi tərəqqinin aparıcı qüvvəsi rolunu oynayır.

Bu  gün  İKT  respublikanın  davamlı  və  dayanıqlı  inkişafının  təmin  edilməsi,  intellektual  potensialının 

gücləndirilməsi,  biznesin  irəliləməsi,  korrupsiya  ilə  mübarizə,  yoxsulluq  və  işsizliyin  azaldılması, 

cəmiyyətdə  şəffaflığın  və  demokratiyanın  inkişaf  etdirilməsi  üçün  əlverişli  vasitə  olaraq  qəbul  edilir. 

Dövlət idarəçiliyi, təhsil, səhiyyə, biznes, bank işi və digər sahələrdə yeni dəyərlər yaradan İKT ictimai-

iqtisadi münasibətlərin vacib tərkib hissəsinə çevrilmişdir. İnternet mediasının inkişafı, internetdə fikir və 

söz  azadlığının  mövcudluğu,  elektron  qəzet  və  jurnalların,  xarici  və  daxili  sosial  şəbəkələrin  geniş 

yayılması İKT-nin cəmiyyətə verdiyi yeni imkanlardır.

Konsepsiyada müəyyən edilmiş əsas hədəfə çatmaq üçün növbəti on ildə İKT sektorunun həcminin 4-4,5 

dəfə  genişləndirilməsi,  İKT-nin  iqtisadi  potensialının  gücləndirilməsi,  cəmiyyətin  İKT  ehtiyaclarının 

ödənilməsi  tələb  olunur.  Bunlara  nail  olmaq  üçün  innovativ,  rəqabətqabiliyyətli  və  ixracyönlü  İKT 

potensialının  formalaşdırılması,  ölkənin  regional  informasiya  xidmətləri  mərkəzinə  çevrilməsi,  kosmik 

Page 1 of 12

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi - SƏNƏDLƏR » Sərəncamlar Azərbayc...

14/08/2015

http://president.az/articles/11312/print



Edited with the trial version of 

Foxit Advanced PDF Editor

To remove this notice, visit:

www.foxitsoftware.com/shopping


sənayenin  inkişaf  etdirilməsi  və  peyk  texnologiyalarının  geniş  tətbiqi,  vətəndaşların  və  cəmiyyətin 

mövcud  imkanlardan, məhsul və  xidmətlərdən  səmərəli bəhrələnməsi üçün şərait yaradılması və  onların 

İKT biliklərinin, bacarıqlarının və hazırlığının yüksəldilməsi, “elektron hökumət”in inkişaf etdirilməsi və 

dövlət idarəçiliyinin bütün səviyyələrində elektron xidmətlərdən istifadə edilməsi, həmçinin mövcud İKT 

infrastrukturunun  və  İKT  istifadəçilərinin  informasiya  təhlükəsizliyinin  təmin  edilməsi,  yüksəkixtisaslı 

mütəxəssislərin  və  elmi  kadrların  hazırlanması,  görülən  işlərə  elmi  dəstək  verilməsi,  ölkənin  qlobal 

informasiya məkanına sıx inteqrasiyası vacibdir.

İKT-nin, o cümlədən internet iqtisadiyyatının inkişaf etdirilməsi ənənəvi iqtisadi sahələrin inkişafında da 

mühüm  rol  oynayacaqdır.  Məhz  internet  iqtisadiyyatı  yeni  istifadə  və  iştirak  mühitlərinin  yaranmasına, 

məhsuldarlığın  artırılmasına,  rəqiblər  üzərində  strateji  üstünlüyün  əldə  olunmasına,  tərəfdaşlarla 

münasibətlərin  möhkəmləndirilməsinə,  informasiya  resurslarından  optimal  istifadəyə  və  bütövlükdə 

cəmiyyətin rifahının yaxşılaşdırılmasına şərait yaradır.

Bütün  bu  məqsədlərə  çatmaq  və  nəzərdə  tutulan  işləri  sistemli  şəkildə  həyata  keçirmək  üçün 

“Azərbaycan  Respublikasında  informasiya  cəmiyyətinin  inkişafına  dair  2014-2020-ci  illər  üçün  Milli 

Strategiya” (bundan sonra – Milli Strategiya) hazırlanmışdır.

Bu  Milli  Strategiya  Azərbaycan  Respublikası  Prezidentinin  2003-cü  il  17  fevral  tarixli  1146  nömrəli 

Sərəncamı  ilə  təsdiq  edilmiş  “Azərbaycan  Respublikasının  inkişafı  naminə  informasiya  və 

kommunikasiya  texnologiyaları  üzrə  Milli  Strategiyaya  (2003-2012-ci  illər)”  və  həmin  strategiyanın 

həyata keçirilməsi ilə bağlı qəbul olunmuş dövlət proqramlarının icrası yönündə görülmüş genişmiqyaslı 

işlərin  nəticələrinə  əsaslanır.  Əldə  olunmuş  nəticələr,  informasiya  cəmiyyətinin  əsaslarının  yaradılması, 

vətəndaşlar,  cəmiyyət,  özəl  sektor  və  dövlət  orqanları  tərəfindən  İKT-dən  geniş  istifadə  növbəti 

mərhələdə  fəaliyyət  istiqamətlərinin  planlaşdırılması  üçün  əlverişli  şərait  yaradır.  Cəmiyyətin  müasir 

rabitə  və  informasiya  texnologiyalarına  olan  tələbatı,  dünya  təcrübəsi,  beynəlxalq  təşkilatların,  o 

cümlədən  Beynəlxalq  Telekommunikasiya  İttifaqının  (bundan  sonra  -  BTİ),  Avropa  İttifaqının, 

UNESCO-nun  tövsiyələri,  “Açıq  hökumət  təşəbbüsü”  nəzərə  alınmaqla  hazırlanmış  Milli  Strategiya 

Konsepsiyada İKT sahəsinin qarşısında qoyulan vəzifələrin yerinə yetirilməsi üzrə dövlətin siyasətini əks 

etdirir, əsas məqsəd və vəzifələri, prioritetləri və fəaliyyətin əsas istiqamətlərini müəyyənləşdirir.

2. Cari vəziyyət

Azərbaycan  Respublikasında  İKT-nin  inkişaf  etdirilməsi  üçün  görülən  işlər  nəticəsində  ölkənin 

ümumdünya elektron məkanına daha sürətli inteqrasiyası, sosial və iqtisadi fəaliyyətin yeni formalarının 

(e-hökumət,  e-ticarət,  distant  təhsil  və  s.)  təşəkkül  tapması,  informasiya  və  bilik  bazarının  yaradılması, 

iqtisadiyyatın  müxtəlif  sahələrində  səmərəliliyin  artırılması,  məhsul  və  xidmətlərin  keyfiyyətinin 

yüksəldilməsi istiqamətində mühüm addımlar atılmışdır. Dövlətin xüsusi diqqətində olan bu sahənin ölkə 

iqtisadiyyatının  gələcək  inkişafı  üçün  prioritetlərdən  olduğu  bəyan  edilmiş  və  Azərbaycan  Respublikası 

Prezidentinin  2013-cü  il  16  yanvar  tarixli  2664  nömrəli  Sərəncamı  ilə  2013-cü  il  Azərbaycan 

Respublikasında “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilmişdir.

2003-2013-cü  illər  ərzində  İKT  sahəsinə  dövlət  tərəfindən  yüksək  diqqət  və  qayğı  göstərilmiş, 

məqsədyönlü,  kompleks  və  ardıcıl  fəaliyyət  həyata  keçirilmişdir.  Məhz  bunun  təzahürüdür  ki,  bir  çox 

beynəlxalq  hesabatlarda,  o  cümlədən  Dünya  İqtisadi  Forumunun  “The  Global  Information  Technology 

Report” hesabatında Azərbaycan Respublikasının İKT sahəsindəki nəticələri nəzərə alınmağa başlanılmış 

və 2013-cü ilin hesabatında “İKT-yə dəstəkdə  hökumətin uğurları” və “Hökumətin gələcək baxışlarında 

İKT-yə verilən əhəmiyyət”  indekslərinə görə ölkəmiz dünya üzrə ilk onluqda yer  almışdır.  Ümumilikdə 

isə  bu hesabatda Azərbaycan  şəbəkə hazırlığı indeksi üzrə  144  ölkə arasında 56-cı yeri tutmuş və MDB 

ölkələri arasında liderlər qrupunda olmuşdur.

Bu  illər  ərzində  sahə  üzrə  inkişafı  təmin  etmək  üçün  müvafiq  hüquqi  baza  yaradılmış,  bir  çox  vacib 

qanunlar və digər normativ hüquqi aktlar qəbul olunmuşdur.

2005-ci  və  2010-cu  illərdə  Azərbaycan  Respublikası  Prezidentinin  müvafiq  sərəncamları  ilə  təsdiq 

edilmiş  Azərbaycan  Respublikasında  rabitə  və  informasiya  texnologiyalarının  inkişafı  üzrə  dövlət 

proqramları,  həmçinin  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  2010-cu  il  14  may  tarixli  136s 

nömrəli  sərəncamı  ilə  təsdiq  edilmiş  “Azərbaycan  Respublikasında  2010-2011-ci  illərdə  “Elektron 

hökumət”in  formalaşdırılması  üzrə  Fəaliyyət  Proqramı”  İKT-nin  inkişafı  ilə  bağlı  əməli  tədbirlərin 

Page 2 of 12

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi - SƏNƏDLƏR » Sərəncamlar Azərbayc...

14/08/2015

http://president.az/articles/11312/print

Edited with the trial version of 

Foxit Advanced PDF Editor

To remove this notice, visit:

www.foxitsoftware.com/shopping



həyata keçirilməsini təmin etmişdir.

Bu hüquqi aktlar ölkəmizdə İKT-nin inkişafı üçün yeni imkanlar açmaqla yanaşı, sahə üzrə azad bazar və 

sağlam rəqabət prinsiplərinin gözlənilməsinə, vətəndaşların və dövlət orqanlarının İKT-dən geniş istifadə 

etməsinə şərait yaratmışdır.

Son  illərdə  İKT  sektoru  iqtisadiyyatın  aparıcı  və  dinamik  inkişaf  edən  sahəsinə  çevrilmişdir.  Bu  illər 

ərzində sektorun həcmi təqribən 20-25% orta illik artım tempi ilə hər üç ildə iki dəfə artaraq, 1,9 milyard 

ABŞ  dollarını  ötmüş,  ÜDM-də  payı  1,7%-ə,  qeyri-neft  ÜDM-də  payı isə  3,3%-ə  yüksəlmişdir.  Sektora 

investisiya  qoyuluşu təqribən  2,5 milyard  ABŞ dolları  təşkil  etmişdir  ki, bunun  da  28%-i  dövlət,  72%-i 

isə yerli biznes strukturları və xarici investorlar tərəfindən yatırılmışdır. Özəl sektorun payı 2003-cü illə 

müqayisədə 67,3%-dən 80%-ə yüksəlmişdir.

MDB  ölkələri  arasında  ilk  dəfə  Azərbaycan  Respublikasında  sabit  telefon  şəbəkəsi  tam 

elektronlaşdırılmış və ölkənin bütün yaşayış məntəqələri telefonlaşdırılmışdır. Respublikanın bütün rayon 

mərkəzləri magistral fiber-optik telekommunikasiya şəbəkəsinə qoşulmuşdur.

Mobil  şəbəkə  genişləndirilmişdir.  Respublikada  mövcud  olan  üç  mobil  operator  tərəfindən  müasir  3G 

xidmətləri göstərilir. 2012-ci ildən ölkəmizdə 4G texnologiyasının da tətbiqinə başlanılmışdır. Ölkədə hər 

100 nəfərə 110 mobil abunəçi düşür.

2013-cü  ilin  nəticələrinə  görə  Azərbaycan  əhalisinin  70%-i  internet  istifadəçisidir,  o  cümlədən  onların 

50%-i  genişzolaqlı  internet  istifadəçisidir.  İnternet  qiymətləri  ildən-ilə  azalır,  belə  ki,  2004-cü  illə 

müqayisədə 1 Mbit/s sürətli internetə qoşulmanın qiyməti 1200 manatdan 10 manata enmişdir. Ölkə üzrə 

genişzolaqlı xidmətlərə qoşulmanın orta qiyməti orta aylıq əməkhaqqının 3%-ni təşkil edir və bu da BTİ-

nin  inkişaf  etməkdə  olan  ölkələrdə  bu  nisbətin  2015-ci  ilədək  5%-dən  az  olması  hədəfinə  artıq  nail 

olunması deməkdir.

Son  beş  ildə  beynəlxalq  internet  kanalının  tutumu  12,9  dəfə  artaraq  200  Gbit/s-yə  çatmış,  internet 

xidmətləri bazarının həcmi təxminən 4 dəfə artmışdır.

2013-cü il fevralın 8-də Azərbaycan Respublikasının ilk telekommunikasiya peyki “Azerspace-1” orbitə 

çıxarılmışdır  ki,  bu  da  ölkəmizin  müstəqillik  dövründə  əldə  etdiyi  ən  yüksək  texniki  nailiyyətlərdəndir. 

Avropa,  Yaxın  Şərq,  Orta  Asiya  və  Afrika  ölkələrinə  telekommunikasiya,  internet,  televiziya-radio 

yayımı  xidmətləri  göstərməyə  imkan  verən  peykin  artıq  kommersiya  istismarına  başlanılmışdır  və  o, 

yaradılmış infrastruktur vasitəsilə azərbaycanlı mütəxəssislər tərəfindən idarə olunur.

2015-ci  ilə  qədər  rəqəmli  yayıma  keçidi  təmin  etmək  barədə  BTİ-nin  tövsiyələrinə  uyğun  olaraq, 

ölkəmizdə  aparılan  işlər  yekunlaşmaq  üzrədir.  Bu  illər  ərzində  poçt  sahəsində  xidmətlərin  çeşidinin  və 

keyfiyyətinin  yüksəldilməsi,  infrastrukturun  müasirləşdirilməsi,  kadr  potensialının  gücləndirilməsi,  sahə 

üzrə  fəaliyyətin  liberallaşdırılması  istiqamətində  ardıcıl  işlər  görülmüşdür.  2005-2010-cu  illərdə  Dünya 

Bankının  dəstəyi  ilə  “Maliyyə  xidmətlərinin  inkişafı”  layihəsinin  icrası  nəticəsində  milli  poçt  operatoru 

“Azərpoçt”  MMC-nin  şəbəkəsindən  istifadə  olunmaqla  ənənəvi  xidmətlərlə  yanaşı,  poçt  şöbələri 

vasitəsilə əhaliyə bank-maliyyə xidmətlərinin göstərilməsi də təmin edilmişdir.

Azərbaycan  Respublikasında  kompyuter  və  elektron  avadanlıqlarının,  proqram  məhsullarının  istehsalı 

ildən-ilə artır. Son 5 il ərzində ölkənin informasiya texnologiyaları (bundan sonra – İT) sektoru təqribən 2 

dəfə genişlənmiş və orta illik artım tempi 17% təşkil etmişdir.

Ölkədə  “elektron  hökumət”in  formalaşdırılmasına  ciddi  diqqət  yetirilir  və  məmur-vətəndaş 

münasibətlərinin  İT  vasitələrindən  istifadə  etməklə  sadələşdirilməsi,  şəffaflaşdırılması  bürokratik 

əngəllərin  qarşısının  alınmasına  xidmət  edir.  Ölkədə  ”elektron  hökumət”in  zəruri  infrastrukturları 

yaradılmışdır.  “Elektron  hökumət”  portalı  artıq  fəaliyyət  göstərir,  dövlət  orqanlarının  informasiya 

sistemləri  arasında  xüsusi  infrastruktur  vasitəsilə  informasiya  mübadiləsi  aparılır,  elektron  imzanın 

istifadəsi üçün infrastruktur  və  sertifikat xidmətləri mərkəzləri yaradılmışdır.  Nəticədə  e-imzanın tətbiqi 

genişlənir, dövlət orqanları tərəfindən müxtəlif elektron xidmətlər göstərilir. Hazırda “Elektron hökumət” 

portalına  qoşulmuş  dövlət  qurumlarının  elektron  xidmətləri  “bir  pəncərə”  prinsipi  əsasında  əhaliyə 

təqdim  edilir.  “Elektron  hökumət”  portalı  haqqında  Əsasnamə”nin  təsdiq  edilməsi  və  elektron 

xidmətlərin  genişləndirilməsi  ilə  bağlı  tədbirlər  barədə  Azərbaycan  Respublikası  Prezidentinin  5  fevral 

2013-cü il tarixli 813 saylı Fərmanı bu sahədə aparılan işlərə xüsusi təkan vermişdir.

Qeyd  edilənlərlə  yanaşı,  vətəndaşlara  xidmətlərin  daha  keyfiyyətli,  rahat,  vahid  məkandan  və  müasir 

innovasiyaları  tətbiq  etməklə  həyata  keçirilməsi,  dövlət  orqanlarının  informasiya  bazalarının  qarşılıqlı 

inteqrasiyası,  elektron  xidmətlərin  təşkili  prosesinin  sürətləndirilməsi,  bu  sahədə  idarəetmə  sisteminin 

Page 3 of 12

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi - SƏNƏDLƏR » Sərəncamlar Azərbayc...

14/08/2015

http://president.az/articles/11312/print

Edited with the trial version of 

Foxit Advanced PDF Editor

To remove this notice, visit:

www.foxitsoftware.com/shopping



təkmilləşdirilməsi  məqsədi  ilə  Azərbaycan  Respublikası  Prezidentinin  2012-ci  il  13  iyul  tarixli  685 

nömrəli  Fərmanı  ilə  Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Vətəndaşlara  Xidmət  və  Sosial 

İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində “ASAN xidmət” mərkəzləri yaradılmışdır ki, bu 

da qısa müddətdə özünü müsbət təcrübə kimi doğrultmuşdur.

Əldə  olunmuş  bu  inkişafdan  irəli  gələrək,  yaradılmış  infrastrukturların,  informasiya  sistemlərinin, 

toplanılmış  məlumatların  mühafizəsinin  təşkili,  həmçinin  bu  imkanlardan  vətəndaşların  və  digər 

istifadəçilərin  sərbəst  istifadəsinə  şərait  yaradılması  baxımından  informasiya  təhlükəsizliyi  məsələləri 

vacib  əhəmiyyət  kəsb  edir  və  daim  diqqət  mərkəzində  saxlanılır.  Bu  sahədə  fəaliyyətin 

təkmilləşdirilməsi,  dövlət  orqanlarının  informasiya  resursları  və  sistemlərinin  mümkün  təhdidlərdən 

qorunması, kibertəhlükəsizlik üzrə ümummilli hazırlığın və maarifləndirmənin yüksəldilməsi məqsədi ilə 

ölkədə  Azərbaycan  Respublikası  Xüsusi  Dövlət  Mühafizə  Xidmətinin  Xüsusi  Rabitə  və  İnformasiya 

Təhlükəsizliyi  Dövlət  Agentliyi  və  Azərbaycan  Respublikasının  Rabitə  və  Yüksək  Texnologiyalar 

Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi fəaliyyət göstərməkdədir.

Görülən işlərin  davamlılığının təmin edilməsi  və milli  potensialın gücləndirilməsi üçün İKT  sahəsi üzrə 

yüksəkixtisaslı kadr hazırlığı genişlənir. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli 

2090 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə 

təhsili üzrə Dövlət Proqramı”nda İKT sahəsində yüksəkixtisaslı kadrların hazırlanması prioritet istiqamət 

hesab  edilmişdir.  Azərbaycan  Respublikasının  Rabitə  və  Yüksək  Texnologiyalar  Nazirliyinin  nəzdində 

fəaliyyət  göstərən  İnsan  Resurslarının  İnkişafı Fondu  vasitəsilə  də  İKT  üzrə  mütəxəssislərin  hazırlığına 

dəstək verilir.

Ölkədə  rəqabətədavamlı  və  yüksək  ixrac  potensiallı,  innovativ  İKT  sənayesinin  inkişaf  etdirilməsi 

məqsədi  ilə  Azərbaycan  Respublikası  Prezidentinin  müvafiq fərmanları  ilə  Azərbaycan  Respublikasının 

Rabitə  və  Yüksək  Texnologiyalar  Nazirliyinin  tabeliyində  İnformasiya  Texnologiyalarının  İnkişafı 

Dövlət  Fondu  və  “Yüksək  Texnologiyalar  Parkı”  yaradılmışdır.  Bu  yeni  qurumlar  Azərbaycan 

Respublikası  iqtisadiyyatının  güclənməsinə,  xarici  investisiyaların  cəlb  edilməsinə  və  ölkədə  İKT 

məhsullarının  istehsalının  genişlənməsinə,  yeni  yaranan  şirkətlərin  fəaliyyətinin  təşkilinə  və  innovativ 

təşəbbüslərə (“start-up”lara) maliyyə dəstəyini və təşkilati dəstəyi təmin edəcəklər.

Azərbaycan  Respublikası  bir  çox  regional  layihələrin  təşəbbüskarı  və  aktiv  icraçısıdır.  BMT  Baş 

Assambleyasının  qətnamələri  (2009,  2012  və  2013-cü  illərdə)  ilə  dəstəklənən  “Trans-Avrasiya  Super 

İnformasiya  Magistralı”  (TASİM)  layihəsinin  reallaşdırılması,  həmçinin  ölkəmizin  iştirak  etdiyi 

“Avropa-Yaxın  Şərq  informasiya  magistralı”nın  (Europe-Persia  Express  Gateway  –  EPEG) 

imkanlarından istifadə edilməsi ölkəmizin internetə çıxış potensialının xeyli artmasına səbəb olacaqdır.

İnternetdən geniş istifadə milli kontentin inkişafını şərtləndirmiş, dövlət orqanlarının, çoxsaylı hüquqi və 

fiziki  şəxslərin,  ictimai  təşkilatların  saytları  yaradılmışdır.  Sosial  şəbəkələrdən,  digər  sosial  media 

vasitələrindən  istifadə  geniş  vüsət  almış,  ölkəmizin  tarixinə,  mədəniyyətinə,  təhsilinə  və  digər  sosial 

sahələrinə aid müxtəlif informasiya ehtiyatlarının sayı xeyli artmışdır.

Cəmiyyətdə  İKT-nin  inkişafından  bəhrələnmə  imkanının  genişləndirilməsi  üçün  ilk  növbədə  əhalinin 

İKT  üzrə  biliklərinin  artırılması,  görülən  işlər  və  mövcud  imkanlar  barədə  vətəndaşların 

məlumatlandırılması, həmçinin informasiyanın əlçatarlığına şərait yaradan ictimai mərkəzlərin fəaliyyəti 

və güzəştli şərtlərlə kompyuterlərin əldə edilməsi imkanı yaradılmışdır.

Regionlarda  müntəzəm  olaraq  İKT  üzrə  müxtəlif təlim kursları, seminarlar keçirilir. “Xalq  kompyuteri” 

layihəsi  çərçivəsində  müəyyən  sosial  qruplara  güzəştli  şərtlərlə  müxtəlif  tipli  22  500  müasir  kompyuter 

verilmişdir.

Əldə olunan nailiyyətlərlə bərabər, ölkəmizdə informasiya cəmiyyəti quruculuğunu sürətləndirməklə İKT 

sektorunun  inkişafına  nail  olmaq  və  sektoru  ölkə  iqtisadiyyatının  aparıcı  istiqamətlərindən  birinə 

çevirməklə,  Konsepsiyada  müəyyənləşdirilmiş  hədəflərə  çatmaq  üçün  müəyyən  addımların  atılması 

zəruridir.

Mövcud vəziyyətin təhlili aşağıdakı nəticələrə gəlməyə əsas verir:

• ölkənin davamlı inkişafının təmin edilməsi üçün İKT-nin prioritet sahə kimi inkişafı vacibdir;

• cəmiyyətin İKT-nin məhsul və xidmətlərinə artan tələbatı təmin olunmalıdır;

• iqtisadiyyatın real sektorlarında və bütövlükdə cəmiyyətdə İKT-dən istifadə genişləndirilməlidir;

• İKT sahəsində rəqabətqabiliyyətli, ixracyönlü və innovativ iqtisadi potensial gücləndirilməlidir;

• İKT sahəsinin normativ hüquqi bazası və dövlət tənzimlənməsi təkmilləşdirilməlidir;

Page 4 of 12

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi - SƏNƏDLƏR » Sərəncamlar Azərbayc...

14/08/2015

http://president.az/articles/11312/print

Edited with the trial version of 

Foxit Advanced PDF Editor

To remove this notice, visit:

www.foxitsoftware.com/shopping



•  “elektron  hökumət”in  nüfuz  dairəsi  genişləndirilməli,  göstərilən  elektron  xidmətlərin keyfiyyəti,  əhatə 

dairəsi  artırılmalı  və  onların  tam  avtomatlaşdırılmış  interaktiv  xidmətlər  şəklində  həyata  keçirilməsi 

təmin edilməlidir;

•  dövlət  idarəçiliyinin  bütün  səviyyələrində  və  yerli  özünüidarəetmə  orqanlarında  İKT-nin  tətbiqi 

genişləndirilməlidir;

• əhalinin müxtəlif qrupları, şəhər və  kənd yaşayış məntəqələri,  iqtisadiyyatın müxtəlif sahələri arasında 

İKT-dən istifadədə mövcud fərqlilik aradan qaldırılmalıdır;

• sahənin yüksəkixtisaslı İKT mütəxəssislərinə olan ehtiyacı ödənilməlidir;

• milli-mədəni irsin qorunması, təhsil, səhiyyə, mədəniyyət sahələri üzrə geniş istifadə üçün təyin edilmiş 

elektron resurslar inkişaf etdirilməlidir;

• informasiya təhlükəsizliyi üzrə ümummilli hazırlığın və maarifləndirmənin səviyyəsi artırılmalıdır;

• ümumi daxili məhsulda İKT-nin payı inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılmalıdır;

•  əhalinin,  dövlət  qulluqçularının  və  dövlət  müəssisələrində  çalışan  işçilərin  İKT  üzrə  ümumi  bilik 

səviyyəsi artırılmalıdır;

• görülən işlərə ictimai təşkilatların geniş cəlb edilməsi üçün tədbirlər görülməlidir.

3. Milli Strategiyanın məqsədi və əsas vəzifələri

3.1.  Milli  Strategiyanın  əsas  məqsədi  ölkədə  informasiya  cəmiyyətinin  bərqərar  olması,  onun  yaratdığı 

imkanlardan vətəndaşların, cəmiyyətin, dövlətin inkişafı üçün səmərəli istifadə edilməsi, ölkənin davamlı 

və  dayanıqlı  tərəqqisi,  İKT-nin  dövlət  idarəçiliyində  hərtərəfli  tətbiqi,  habelə  sosial-iqtisadi  və  mədəni 

sahələrin  inkişafına  təkan  verən  iqtisadi  sektor  kimi  inkişaf  etdirilməsidir.  Bu  məqsədə  çatmaq  üçün 

aşağıdakı məsələlərin həlli vacibdir:

3.1.1.  informasiya  və  telekommunikasiya  infrastrukturunun  artan  tələbatı  təmin  edəcək  səviyyədə 

müasirləşdirilməsi,  keyfiyyətli  xidmətlərin  təqdim  olunması,  əhalinin,  biznes  qurumlarının  və 

ümumilikdə cəmiyyətin informasiya və texnologiyalardan istifadə imkanlarının genişləndirilməsi;

3.1.2.  əhaliyə  təhsil,  səhiyyə,  sosial  müdafiə  və  digər  sosial  sahələr  üzrə  göstərilən  xidmətlərin 

keyfiyyətinin yüksəldilməsi;

3.1.3.  informasiya  cəmiyyəti  şəraitində  effektiv  tənzimləmənin  həyata  keçirilməsi,  insan  hüquqlarının, 

xüsusən  də  hər  bir  fərdin informasiya əldə etmək  və  ünsiyyət qurmaq  hüquqlarının hərtərəfli və  sərbəst 

təmin edilməsi;

3.1.4.  rəqabətədavamlı  və  ixracyönlü  İKT  sənayesinin  qurulması,  İKT-ni  geniş  tətbiq  etməklə,  ənənəvi 

iqtisadiyyatdan yeni tipli iqtisadiyyata - biliklər iqtisadiyyatına keçidin təmin olunması;

3.1.5. “elektron hökumət”in genişləndirilməsi və İKT-nin tətbiqi ilə dövlət idarəçiliyinin səmərəliliyinin 

artırılması,  demokratik  prinsiplərin  inkişaf  etdirilməsi,  elektron  xidmətlərin  yüksək  keyfiyyətinə  nail 

olunması;

3.1.6.  informasiya  cəmiyyəti  mühitində  xalqın  tarixi,  ədəbi  və  mədəni  irsinin  qorunub  saxlanılması  və 

geniş təbliği;

3.1.7.  informasiya  və  telekommunikasiya  texnologiyaları  sahəsində  yüksək  səviyyəli  elmi  və  ixtisaslı 

kadrların hazırlanması;

3.1.8. hər bir vətəndaş üçün İKT üzrə təhsil və təlim almaq imkanı yaratmaqla, informasiya və İKT-dən 

təhlükəsiz istifadə mədəniyyətinin yüksəldilməsi;

3.1.9.  dünya  informasiya  məkanında  Azərbaycan  Respublikasının  milli  maraqlarının  qorunması, 

cəmiyyətdə  İKT-dən  qanuni  və  təhlükəsiz  istifadə  edilməsi,  müasir  texnologiyalara  etimadın 

yüksəldilməsi məqsədi ilə informasiya təhlükəsizliyi sisteminin inkişaf etdirilməsi;

3.1.10. regional və beynəlxalq informasiya məkanına inteqrasiyanın genişləndirilməsi.

4. Milli Strategiyanın həyata keçirilməsinin əsas prinsipləri

4.1. İnformasiya cəmiyyətinin qurulması zamanı milli səviyyədə aşağıdakı prinsiplərə əməl olunmalıdır:

4.1.1.  liderlik  –  dövlət  idarəetmə  və  yerli  özünüidarəetmə  orqanlarının,  təşkilat  və  müəssisələrinin 

rəhbərləri İKT-nin inkişafını və geniş tətbiqini öz fəaliyyətləri ilə bilavasitə təmin etməlidirlər;

4.1.2.  bərabərlilik  –  cəmiyyətdəki  mövqeyindən  və  mülkiyyət  formasından  asılı  olmayaraq,  prosesin 

Page 5 of 12

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi - SƏNƏDLƏR » Sərəncamlar Azərbayc...

14/08/2015

http://president.az/articles/11312/print

Edited with the trial version of 

Foxit Advanced PDF Editor

To remove this notice, visit:

www.foxitsoftware.com/shopping



bütün iştirakçılarının maraqları eyni dərəcədə nəzərə alınmalı, sosial ədalət prinsipi gözlənilməlidir;

4.1.3. şəffaflıq və cəlbolunma – həyata keçirilən fəaliyyət barədə ictimaiyyət geniş məlumatlandırılmalı, 

açıq  ictimai  müzakirələr  təşkil  edilməli  və  qərarların  qəbulunda  vətəndaşların,  ictimai  təşkilatların 

təklifləri nəzərə alınmalıdır;

4.1.4.  əməkdaşlıq  –  həyata  keçirilən  fəaliyyətdə  dövlət,  biznes  və  vətəndaş  cəmiyyəti  tərəfdaşlığına 

xüsusi fikir verilməlidir;

4.1.5.  maarifləndirmə  – informasiya  cəmiyyəti quruculuğuna  geniş kütlələrin cəlb olunması,  cəmiyyətin 

hər  bir  üzvünün  bu  prosesdə  fəal  iştirakının  təmin  edilməsi  üçün  bu  texnologiyalara  dair  bilik  və 

məlumatlar əhatəli şəkildə əhaliyə çatdırılmalıdır;

4.1.6.  sosialyönlülük  –  vətəndaşların  sosial  maraqlarının  qorunması,  hüquqlarının  təmin  olunmasına 

hərtərəfli şərait yaradılması əsas götürülməlidir;

4.1.7.  millilik  –  ölkədə  yaşayan  bütün  xalqların  mənafeyi  nəzərə  alınmaqla,  milli  informasiya 

resurslarının  inkişafına,  elmi  və  mədəni  irsin  müasir  texnologiyalar  vasitəsilə  qorunmasına,  yerli  İKT 

sənayesinin inkişafına, yerli istehsalçıların maraqlarına üstünlük verilməlidir;

4.1.8.  mərhələlilik –  İKT-nin sürətli inkişafını nəzərə alaraq və  mövcud  imkanlardan  səmərəli istifadəni 

təmin  etmək  məqsədi  ilə  fəaliyyət  ardıcıl  və  mərhələlərlə  həyata  keçirilməli,  proqram  və  layihələr 

hazırlanarkən prioritetlər, maliyyə və nəticələrin qısa müddətdə əldə edilməsi əsas götürülməlidir;

4.1.9.  innovativlik  –  elmi-texniki  tərəqqinin  yenilikləri  nəzərə  alınmalı,  müasir  elmi  tədqiqatların 

aparılmasına diqqət artırılmalıdır;

4.1.10.  beynəlxalq  əməkdaşlıq  –  qlobal  informasiya  cəmiyyəti  quruculuğunda,  İKT  sahəsi  ilə  bağlı 

beynəlxalq  layihələrin  həyata  keçirilməsində  ölkəmiz  fəal  iştirak  etməli,  ikitərəfli  və  çoxtərəfli 

əməkdaşlıq genişləndirilməli, həyata keçirilən fəaliyyətin ümumdünya informasiya cəmiyyətinin inkişafı 

ilə sıx əlaqəsi təmin olunmalıdır.

5. İnformasiya cəmiyyətinin formalaşmasında dövlətin rolu

5.1.  İnformasiya  cəmiyyətinin  qurulmasında  dövlət  aparıcı  rol  oynayır  və  öz  fəaliyyətində,  əsasən, 

aşağıdakıları təmin edir:

5.1.1.  informasiya  cəmiyyətinin  inkişafı  üzrə  əsas  tədbirlərin  işlənib  hazırlanmasını,  onların  yerinə 

yetirilməsində biznes və vətəndaş cəmiyyəti ilə tərəfdaşlığı;

5.1.2.  ölkənin  davamlı  və  hərtərəfli  inkişafına  təsir  edən  və  daha  çox  sosial-siyasi  əhəmiyyəti  olan 

fəaliyyətin reallaşdırılması üçün maliyyələşdirmənin təmin edilməsini;

5.1.3.  Azərbaycan  Respublikasında  informasiya  cəmiyyətinin  inkişafını  xarakterizə  edən  göstəricilərin 

müəyyənləşdirilməsini;

5.1.4.  İKT-nin  inkişafı  və  onlardan  istifadə  ilə  bağlı  mövcud  qanunvericiliyin  inkişaf  etdirilməsini  və 

mütəmadi olaraq təkmilləşdirilməsini;

5.1.5.  elm,  təhsil  və  mədəniyyətin  sürətli  inkişafını,  elmtutumlu  informasiya  və  telekommunikasiya 

texnologiyaları məhsullarının yaradılmasını və istehsalı üçün əlverişli şəraitin formalaşdırılmasını;

5.1.6.  “elektron  hökumət”in  inkişafını,  dövlət  orqanları  tərəfindən  göstərilən  xidmətlərin 

elektronlaşdırılmasını;

5.1.7.  vətəndaşların  informasiya  əldə  etməsi  üçün  bərabər  imkanların  və  onların  münasibliyinin  təmin 

olunmasını;

5.1.8. müəlliflik hüququnun və intellektual mülkiyyətin qorunmasını;

5.1.9. ölkənin informasiya təhlükəsizliyinin təmin edilməsini;

5.1.10. dövlət qulluqçularının və əhalinin kompyuter savadlılığı səviyyəsinin yüksəldilməsini;

5.1.11.  dövlətin  təhlükəsizliyinin  və  müdafiə  qabiliyyətinin  möhkəmləndirilməsində,  ictimai  asayişin 

qorunmasında İKT-nin imkanlarından istifadə edilməsini;

5.1.12.  qlobal  informasiya  məkanına  inteqrasiya  üçün  digər  dövlətlərlə  və  beynəlxalq  təşkilatlarla 

qarşılıqlı əlaqələrin genişləndirilməsini.

6. Milli Strategiyanın əsas istiqamətləri

6.1. Milli Strategiyanın prioritet istiqamətləri Konsepsiyaya uyğundur və aşağıdakılardan ibarətdir:

Page 6 of 12

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi - SƏNƏDLƏR » Sərəncamlar Azərbayc...

14/08/2015

http://president.az/articles/11312/print

Edited with the trial version of 

Foxit Advanced PDF Editor

To remove this notice, visit:

www.foxitsoftware.com/shopping



6.1.1. İKT infrastrukturu və xidmətləri;

6.1.2. yüksək texnologiyalar sektorunun inkişafı;

6.1.3. yüksək texnologiyaların inkişafı üzrə elmi-texniki potensialın gücləndirilməsi;

6.1.4. “elektron hökumət”in inkişafı;

6.1.5. İKT - cəmiyyətin inkişaf amili kimi;

6.1.6. kadr hazırlığı;

6.1.7. informasiya təhlükəsizliyinin təmin edilməsi;

6.1.8. milli kontentin inkişaf etdirilməsi.

7. İKT infrastrukturu və xidmətləri

7.1.  İKT  infrastrukturuna  və  xidmətlərinə  universal,  hər  yerdən  ədalətli  və  münasib  qiymətlərlə  çıxışın 

təmin  edilməsi  informasiya  cəmiyyətinin  əsas  məsələlərindən  biridir.  Yüksəkkeyfiyyətli  genişzolaqlı 

şəbəkə  infrastrukturunun  qurulması  və  onun  əsasında  təhlükəsiz,  ucuz,  keyfiyyətli  İT  xidmətlərinin 

təqdim  olunması,  əhalinin  bu  xidmətlərə  çıxış  imkanlarının  yaradılması,  cari  və  gələcək  tələbatı  nəzərə 

almaqla,  beynəlxalq  internet  magistrallarına  alternativ  və  təhlükəsiz  birləşmələrin  təmin  olunması, 

regional  data-mərkəzlər  şəbəkəsinin  genişləndirilməsi,  müvafiq  sahədə  bazarın  liberallaşdırılması  bu 

strateji istiqamətin əsas tərkib hissələrindəndir.

7.2. Bu istiqamətin məqsədlərinə çatmaq üçün aşağıdakıların həyata keçirilməsi nəzərdə tutulur:

7.2.1. yerləşdiyi ərazidən asılı olmayaraq, bütün əhalini və təşkilatları birləşdirən yüksəksürətli dayanıqlı, 

təhlükəsiz  genişzolaqlı  şəbəkənin  qurulması  və  onun  əsasında,  kənd  yaşayış  məntəqələri  də  daxil 

olmaqla, ölkə ərazisində genişzolaqlı, ucuz və keyfiyyətli xidmətlərin göstərilməsi;

7.2.2.  Azərbaycan  Respublikasının  təşəbbüskarı  olduğu  və  iştirak  etdiyi  regional  infrastruktur 

layihələrinin 

reallaşdırılmasını 

sürətləndirməklə, 

tranzit 

informasiya 

dəhlizi 

imkanlarının 

genişləndirilməsi,  beynəlxalq  internet  magistrallarına  alternativ  və  yüksəksürətli  birləşmələrin  təmin 

edilməsi;

7.2.3. əhalinin rəqəmli TV yayımı ilə tam əhatə olunması;

7.2.4.  milli  telekommunikasiya  peyk  xidmətlərinin  genişləndirilməsi,  ucqar  və  əhalisi  az  olan  yaşayış 

məntəqələrinin yüksəksürətli peyk rabitəsi ilə əhatə olunması;

7.2.5.  İKT  xidmətlərinin  istehsalı,  rəqabətlilik  və  açıq  bazar  prinsipləri  əsasında  inkişaf  etdirilməsi,  bu 

xidmətlərə tələbatın formalaşdırılması;

7.2.6. genişzolaqlı internetin universal xidmətlər siyahısına daxil edilməsi.

8. Yüksək texnologiyalar sektorunun inkişafı

8.1. İnformasiya və biliklərə əsaslanan iqtisadiyyatın inkişaf etdirilməsi, rəqabətqabiliyyətli və ixracyönlü 

yüksək  texnologiyalar  sektorunun  gücləndirilməsi,  investisiya  cəlbediciliyinin  yüksəldilməsi,  ölkədə 

dünya  səviyyəsinə  uyğun  elmtutumlu  və  yüksək  texnoloji  məhsulların  yaradılması  və  onların  tətbiqini 

təmin edən innovasiya sisteminin formalaşdırılması bu istiqamətin əsas məqsədlərindəndir.

8.2. Bu istiqamət üzrə aşağıdakıların həyata keçirilməsi nəzərdə tutulur:

8.2.1.  innovativ,  elmi-texniki  fəaliyyətin  və  modernləşmə  proseslərinin  dəstəklənməsi,  dövlət  siyasəti 

alətlərinin səmərəliliyinin artırılması;

8.2.2. rəqabətqabiliyyətli İKT məhsul və xidmətlərinin, elmtutumlu texnologiyaların və yüksək texnoloji 

məhsulların istehsalının stimullaşdırılması, bu sahədə azad və şəffaf rəqabət şəraitinin inkişaf etdirilməsi, 

biznes və investisiya mühitinin cəlbediciliyinin daha da artırılması;

8.2.3. investisiyaların və intellektual mülkiyyətin qorunması üçün qanunvericiliyin təkmilləşdirilməsi;

8.2.4.  İKT sənayesinin, məhsul və  xidmətlərinin rəqabət və  ixrac potensialının artırılmasına və  qabaqcıl 

texnologiyaların  idxalının  genişləndirilməsinə  əlverişli  mühit  yaradılması  məqsədi  ilə  xüsusi  vergi  və 

gömrük rejimlərinin tətbiq olunması;

8.2.5.  innovativ  sahibkarlığın  inkişaf  etdirilməsi,  yeni  innovasiya  şirkətlərinin,  elmtutumlu  və  yüksək 

texnoloji  məhsulların  yaradılması  və  onların  dünya  bazarlarına  çıxışına  dəstək  verən  tədbirlərin 

genişləndirilməsi;

8.2.6. yeni bilik və texnologiyaların işlənilməsi və tətbiqi üçün texnoparkların, biznes inkubatorlarının və 

Page 7 of 12

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi - SƏNƏDLƏR » Sərəncamlar Azərbayc...

14/08/2015

http://president.az/articles/11312/print

Edited with the trial version of 

Foxit Advanced PDF Editor

To remove this notice, visit:

www.foxitsoftware.com/shopping



digər innovasiya strukturlarının inkişaf etdirilməsi;

8.2.7. yüksək texnologiyaların, o cümlədən kosmik sənaye, biotexnologiya, elektronika, yeni informasiya 

texnologiyaları, nano və nüvə texnologiyalarının inkişaf etdirilməsi;

8.2.8.  Azərbaycan  Respublikasının  regional  informasiya  xidmətləri  mərkəzinə  çevrilməsi  və  tranzit 

informasiya xidmətlərinin genişləndirilməsi üçün tədbirlərin həyata keçirilməsi;

8.2.9.  biznes  sektorunda  İKT-nin  tətbiqinin  genişləndirilməsi  və  internet  iqtisadiyyatının,  o  cümlədən 

elektron ticarətin inkişaf etdirilməsi;

8.2.10.  informasiya  cəmiyyətinin  inkişafına  yönəldilmiş  fundamental  və  tətbiqi  elmi  tədqiqatların 

aparılmasının genişləndirilməsi;

8.2.11. İKT və yüksək texnologiyalar üzrə “start-up” layihələrin dəstəklənməsi.

9. Yüksək texnologiyalar üzrə elmi-texniki potensialın gücləndirilməsi

9.1.  Yüksək  texnologiyalar  sektorunun  rəqabətqabiliyyətli  inkişafı  üçün  elmi-texniki  potensialın 

gücləndirilməsi,  bu  sektor  ilə  elmi  tədqiqatlar  arasında  əlaqənin  möhkəmləndirilməsi,  dünya 

təcrübəsindən istifadə etməklə informasiya cəmiyyətinin tələblərinə uyğun yeni bilik və texnologiyaların 

yaradılması və yayılması bu istiqamətin əsas məqsədlərindəndir.

9.2. Bu istiqamətin məqsədlərinə çatmaq üçün aşağıdakıların həyata keçirilməsi nəzərdə tutulur:

9.2.1.  yüksək  texnologiyaların  inkişafına  yönəldilmiş  fundamental  və  tətbiqi,  o  cümlədən  kosmik,  bio, 

nano  texnologiyalar,  kibertəhlükəsizlik,  elektronika  və  yüksək  texnologiyaların  digər  istiqamətləri  üzrə 

elmi tədqiqatların genişləndirilməsi;

9.2.2.  texnoloji  inkişaf  və  modernləşmə  üzrə  dövlət,  elm,  təhsil  və  biznes  səylərinin  birləşdirilməsi  və 

əlaqələrin gücləndirilməsi, innovativ inkişaf mühitində yeni tərəfdaşlığın formalaşdırılması;

9.2.3.  yüksək  texnologiyalar  sahəsində  elmi  fəaliyyətin  səmərəliliyinin  artırılması  və  özəl  sektorda 

yüksək texnologiyalar üzrə elmi tədqiqatların aparılmasına şəraitin yaradılması və stimullaşdırılması;

9.2.4.  yüksək  texnologiyaların  sosial-iqtisadi  inkişafa  təsirinin  öyrənilməsi  və  gücləndirilməsi 

istiqamətində elmi-texniki tədqiqatların aparılması;

9.2.5.  elmi  tədqiqatların  səmərəliliyinin  yüksəldilməsi  və  infrastrukturunun  inkişaf  etdirilməsində  İKT-

nin tətbiqinin genişləndirilməsi.

10. “Elektron hökumət”in inkişafı

10.1.  Dövlət  orqanlarında  müasir  İKT-nin  tətbiqi  ilə  idarəçiliyin  metod  və  mexanizmlərinin 

təkmilləşdirilməsi, səmərəliliyinin artırılması, hesabatlılığın və şəffaflığın təmin edilməsi, təqdim olunan 

elektron xidmətlərin keyfiyyətinin və istifadəsinin artırılması,  vətəndaşların dövlət idarəçiliyində iştirakı 

üçün münasib şəraitin yaradılması bu istiqamətin əsas məqsədlərindəndir.

10.2. Bu istiqamətin məqsədlərinə çatmaq üçün aşağıdakıların həyata keçirilməsi nəzərdə tutulur:

10.2.1.  “elektron  hökumət”  infrastrukturu  tələbata  uyğun  inkişaf  etdirilməklə,  dövlət  orqanları  arasında 

səmərəli və təhlükəsiz informasiya mübadiləsinin təmin olunması;

10.2.2. dövlət orqanlarında informasiya ehtiyatlarının müəyyənləşdirilmiş tələblərə və standartlara uyğun 

olaraq  elektron  formaya  keçirilməsi  və  bunun  əsasında  “Elektron  hökumət”  portalı  vasitəsilə  “bir 

pəncərə” prinsipi ilə elektron xidmətlərin göstərilməsi;

10.2.3. sosial-iqtisadi inkişafın prioritet sahələrində, o cümlədən kənd təsərrüfatı, sənaye, turizm və digər 

sahələrdə İKT və elektron hökumət həllərinin tətbiqinin genişləndirilməsi;

10.2.4. dövlət orqanlarında elektron sənəd dövriyyəsinin genişləndirilməsi və sənədlərlə elektron formada 

işi təmin  etmək  üçün  digər  zəruri  sistemlərin  (arxivləşdirmə,  təhlillər,  hesabatlar  və  s.)  tətbiqinin  təmin 

edilməsi;

10.2.5.  dövlət  orqanları  tərəfindən  göstərilən  elektron  xidmətlərin  keyfiyyətinin  artırılması  və  əhatə 

dairəsinin genişləndirilməsi;

10.2.6.  “Elektron  hökumət”  portalının  inkişaf  etdirilməsi,  o  cümlədən  “şəxsi  kabinet”in  və  dövlət 

orqanlarına vahid müraciət imkanının yaradılması, “mobil hökumət” texnologiyalarının tətbiqi;

10.2.7. yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarında elektron xidmətlərin təşkili;

10.2.8.  elektron  xidmətlərin  əlçatarlığının  artırılması  üçün  ictimai  çıxış  məntəqələri  şəbəkəsinin 

Page 8 of 12

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi - SƏNƏDLƏR » Sərəncamlar Azərbayc...

14/08/2015

http://president.az/articles/11312/print

Edited with the trial version of 

Foxit Advanced PDF Editor

To remove this notice, visit:

www.foxitsoftware.com/shopping



genişləndirilməsi;

10.2.9. elektron və mobil imzanın, həmçinin elektron ödənişin tətbiqinin genişləndirilməsi;

10.2.10. vətəndaşların “elektron hökumət” üzrə məlumatlılıq səviyyəsinin yüksəldilməsi;

10.2.11.  əhalinin,  dövlət  qulluqçularının  və  dövlət  müəssisələrində  çalışan  işçilərin  İKT  biliklərinin 

artırılması üçün keçirilən təlimlərin genişləndirilməsi.

11. İKT - cəmiyyətin inkişaf amili kimi

11.1.  E-təhsil.  Təhsilli  gənc  nəslin  yetişdirilməsi,  onların  müasir  texnologiyaların  fəal  istifadəçiləri, 

yaradıcıları  kimi  formalaşması,  İKT-nin  təhsil  prosesinin  bütün  mərhələlərinə  inteqrasiyası  ilə 

informasiya  cəmiyyətinin  tələblərinə  uyğun  müasir  təhsil  sisteminin  qurulması,  rəqəmli  təhsil 

informasiya ehtiyatlarının yaradılması, müəllimlərin kompyuter biliklərinin artırılması, e-təhsil və distant 

təhsil  sisteminin  müasir  tələblərə  uyğun  inkişaf  etdirilməsi,  xüsusi  qayğı  tələb  olunan  sosial  qruplar  da 

nəzərə  alınmaqla,  fasiləsiz  təhsil konsepsiyasının  formalaşdırılması və  inkişaf  etdirilməsi bu  istiqamətin 

əsas məqsədlərindəndir.

11.2. Bu istiqamətin məqsədlərinə çatmaq üçün aşağıdakıların həyata keçirilməsi nəzərdə tutulur:

11.2.1.  milli  təhsil  şəbəkəsinin  inkişaf  etdirilməsi  və  bütün  ümumi  təhsil  müəssisələrinin  etibarlı, 

təhlükəsiz genişzolaqlı şəbəkəyə qoşulmasının təmin olunması;

11.2.2.  təhsilin  resurs  mərkəzinin  və  təhsil  prosesini  dəstəkləyən  elektron  tədris  vasitələrinin  inkişaf 

etdirilməsi;

11.2.3. bütün təhsil pillələri üçün informatikanın tədrisinin keyfiyyətinin artırılması və dərs vəsaitlərinin 

texnoloji inkişafa uyğun müasirləşdirilməsi;

11.2.4.  mərkəzləşdirilmiş  virtual  tədris  platformasının  yaradılması  və  təhsilin  idarə  olunması  sisteminin 

inkişaf etdirilməsi;

11.2.5. təhsildə İKT-nin səmərəli istifadəsinin təşkili;

11.2.6. İKT-nin tətbiqi ilə yeni təhsil modellərinin, o cümlədən distant təhsilin həyata keçirilməsi;

11.2.7.  vahid  milli  təhsil  portalının  fəaliyyətinin  genişləndirilməsi  və  elektron  resurslarla 

zənginləşdirilməsi;

11.2.8. İKT sahəsində fasiləsiz professional hazırlıq sisteminin təkmilləşdirilməsi.

11.3.  E-səhiyyə.  İKT-nin  səhiyyədə  tətbiqinin  genişləndirilməsi,  tibb  işçilərinin  və  pasiyentlərin  İKT 

imkanlarından istifadə etməklə ən son tibbi informasiya və məlumatları əldə etmələrinin təmin olunması, 

hamı  üçün  vaxtında,  əlçatar  və  effektiv  tibbi  xidmətin  inkişafına  töhfə  verilməsi  bu  istiqamətin  əsas 

məqsədlərindəndir.

11.4. Bu istiqamətin məqsədlərinə çatmaq üçün aşağıdakıların həyata keçirilməsi nəzərdə tutulur:

11.4.1. bütün tibbi personalın, tibb müəssisələrinin etibarlı, təhlükəsiz genişzolaqlı şəbəkəyə qoşulmasını 

təmin edən Milli Səhiyyə şəbəkəsinin yaradılması və inkişaf etdirilməsi;

11.4.2. elektron sağlamlıq kartı sisteminin inkişaf etdirilməsi və bütün yaş qruplarının elektron sağlamlıq 

kartları ilə təmin olunması;

11.4.3.  tibbi  informasiya  sistemlərinin  tətbiqinin  genişləndirilməsi  və  elektron  sağlamlıq  sistemi  ilə 

əlaqələndirilməsi;

11.4.4. ümumi istifadə üçün tibbi resursların yaradılması;

11.4.5. telesəhiyyənin inkişaf etdirilməsi;

11.4.6. tibb işçilərinin İKT biliklərinin artırılmasının stimullaşdırılması.

11.5.  E-vətəndaş.  Yaşından,  yaşadığı  ərazidən  asılı  olmayaraq,  cəmiyyətin  bütün  üzvlərinin  İKT-nin 

yaratdığı  imkanlardan  istifadəsinə  şəraitin  yaradılması,  məqsədli  təlim  proqramları  vasitəsilə  əhalinin 

İKT  savadlılığının  artırılması,  vətəndaşların,  xüsusilə  də  aztəminatlı  sosial  qrupların  İKT-dən 

bəhrələnməsi  üçün  onlara  müasir  texnologiyalardan  istifadə  üzrə  bilik  və  bacarıqların  öyrədilməsi  bu 

istiqamətin əsas məqsədlərindəndir.

11.6. Bu istiqamətin məqsədlərinə çatmaq üçün aşağıdakıların həyata keçirilməsi nəzərdə tutulur:

11.6.1.  cəmiyyətin  bütün  üzvləri,  xüsusilə  də  ucqar  kənd  yaşayış  məntəqələrində  yaşayan  və  ya  xüsusi 

tələbləri  olan  insanların  kompyuterdən,  internet  xidmətlərindən,  “E-hökumət”  portalından  istifadə 

bacarıqlarının formalaşdırılması və inkişaf etdirilməsi;

11.6.2. kütləvi və məqsədli İKT aksiyaları və təlimlər keçirməklə, bütün vətəndaşlar, biznes qurumları və 

Page 9 of 12

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi - SƏNƏDLƏR » Sərəncamlar Azərbayc...

14/08/2015

http://president.az/articles/11312/print

Edited with the trial version of 

Foxit Advanced PDF Editor

To remove this notice, visit:

www.foxitsoftware.com/shopping



dövlət  tərəfindən  İKT  biliklərinə  yiyələnmənin  stimullaşdırılması  və  hər  bir  fərdin  informasiya 

cəmiyyətinin aktiv qurucusu olması üçün tədbirlər görülməsi;

11.6.3.  kiçik  və  orta  sahibkarların  biznes  proseslərində  İKT-ni  tətbiq  etmələrinə  və  İKT  vasitəsilə 

üstünlük əldə edilməsinə kömək göstərilməsi;

11.6.4. teleişin tətbiqinin genişləndirilməsi.

12. Kadr hazırlığı

12.1.  İKT  sahəsinin  inkişaf  hədəfləri  nəzərə  alınmaqla,  sektorun  tələbatına  uyğun  təhsilin  müxtəlif 

səviyyələri üzrə yüksəkixtisaslı kadrların hazırlanması bu istiqamətin əsas məqsədlərindəndir.

12.2. Bu istiqamətin məqsədlərinə çatmaq üçün aşağıdakıların həyata keçirilməsi nəzərdə tutulur:

12.2.1.  ölkənin  milli  rəqabət  qabiliyyətinin  artırılması  və  İKT  sənayesinin  ixrac  potensialının 

genişləndirilməsi  üçün  insan  potensialının  və  ilk  növbədə  yüksək  intellektual  əmək  bazarının 

formalaşdırılması;

12.2.2.  ali  təhsilin,  peşə-ixtisas  müəssisələrində  İKT  üzrə  ixtisasların,  tədris  planlarının,  mütəxəssis 

hazırlığı  proqramlarının  mütəmadi  olaraq  aktuallaşdırılması  və  İKT  sahəsinin  tələblərinə 

uyğunlaşdırılması;

12.2.3. İKT sektorunun rəqabətədavamlılığını təmin edən məhsul və xidmətlərin yaradılması və istehsalı 

üzrə kadr hazırlığının gücləndirilməsi;

12.2.4. İKT-nin prioritet istiqamətləri üzrə xarici ölkələrdə kadr hazırlığının davam etdirilməsi;

12.2.5. İKT ixtisasları üzrə  tədris kafedralarının texniki bazasının gücləndirilməsi və müasirləşdirilməsi, 

elektron  tədris  resurslarının  inkişaf  etdirilməsi,  tələbə  və  müəllimlərin  dünyanın  aparıcı  elm  və  təhsil 

resurslarına çıxışının təmin olunması;

12.2.6. İKT-nin prioritet istiqamətləri üzrə elmi kadr hazırlığının genişləndirilməsi;

12.2.7. beynəlxalq sertifikata malik İKT üzrə mütəxəssislərin hazırlanmasının dəstəklənməsi.

13. İnformasiya təhlükəsizliyinin təmin edilməsi

13.1.  Ölkənin  informasiya  məkanının  təhlükəsizliyinin  təmin  olunması,  İKT-dən  istifadədə  inamın 

artırılması,  həmin  sahəni tənzimləyən  normativ hüquqi  bazanın  inkişaf  etdirilməsi, məlumatlandırma  və 

maarifləndirmənin həyata keçirilməsi bu istiqamətin əsas məqsədlərindəndir.

13.2. Bu istiqamətin məqsədlərinə çatmaq üçün aşağıdakıların həyata keçirilməsi nəzərdə tutulur:

13.2.1. informasiya təhlükəsizliyi sahəsində vahid dövlət siyasətinin, hüquqi bazanın təkmilləşdirilməsi;

13.2.2.  ölkənin  milli  informasiya  məkanının  və  kritik  infrastrukturunun,  o  cümlədən  informasiya 

infrastrukturunun informasiya təhlükəsizliyini təmin edən sistemin inkişaf etdirilməsi;

13.2.3. ölkənin informasiya əlaqələrində xarici ölkələrdən texniki və texnoloji asılılığın azaldılması üzrə 

tədbirlərin həyata keçirilməsi;

13.2.4. “e-hökumət” infrastrukturunun informasiya təhlükəsizliyinin təmin edilməsi;

13.2.5. elektron təhlükələr barədə ölkə səviyyəsində məlumatlandırmanın həyata keçirilməsi;

13.2.6.  kibertəhlükəsizliyin  gücləndirilməsi  istiqamətində  müvafiq  texniki  və  metodiki  vasitələrin 

yaradılması, tövsiyələrin hazırlanması və metodiki dəstəyin göstərilməsi;

13.2.7. uşaqların qanunazidd və təhlükəli kontentdən qorunması üçün “təhlükəsiz internet” mexanizminin 

işlənilməsi və tətbiqi;

13.2.8.  dövlət  və  qeyri-dövlət  informasiya  infrastrukturu  subyektlərinin  kibertəhlükəsizlik  üzrə 

fəaliyyətlərinin əlaqələndirilməsi;

13.2.9. əhalinin, özəl və digər qurumların kibertəhlükəsizlik sahəsində maarifləndirilməsi və informasiya 

təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması, bu sahədə ixtisaslı kadrların hazırlanması;

13.2.10. ölkənin informasiya təhlükəsizliyi sahəsində beynəlxalq əməkdaşlığın təmin olunması.

14. Milli kontentin inkişaf etdirilməsi

14.1.  İnformasiya  cəmiyyətinin  inkişafı  şəraitində  milli  kontentin  genişləndirilməsinə,  ölkəmizin  milli-

mədəni  irsinin  qorunub  saxlanılmasına  və  inkişafına,  əhalinin  ondan  müasir  texnologiyalar  vasitəsilə 

Page 10 of 12

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi - SƏNƏDLƏR » Sərəncamlar Azərb...

14/08/2015

http://president.az/articles/11312/print

Edited with the trial version of 

Foxit Advanced PDF Editor

To remove this notice, visit:

www.foxitsoftware.com/shopping



istifadəsinə  və  bilik  səviyyəsinin  artırılmasına  diqqət  yetirilməsi  vacibdir.  Bu  sahədə  əsas  fəaliyyət 

istiqamətləri aşağıdakılardır:

14.1.1.  milli  kontentin  zənginləşdirilməsinə  xidmət  edən  internet  resurslarının  yaradılmasının 

dəstəklənməsi;

14.1.2.  Azərbaycan  tarixi,  vətənpərvərlik  mövzuları,  ədəbi  və  mədəni  irs  üzrə  internet  resurslarının 

(rəqəmli arxivlərin) yaradılması və inkişaf etdirilməsi;

14.1.3.  ümumi  inkişaf,  təhsil,  səhiyyə  və  digər  sahələr  üzrə  internet  resurslarının,  məlumat-axtarış 

sistemlərinin inkişaf etdirilməsi;

14.1.4.  milli-mədəni  nailiyyətlərə,  yerli  xalqların  və  milli  azlıqların  adət-ənənələrinə  həsr  olunmuş 

elektron resursların yaradılması və inkişafı;

14.1.5.  kitabxana,  arxiv  və  muzeylərdə  İKT-nin  tətbiqinin,  elektron  kitabxana  şəbəkəsinin 

genişləndirilməsi;

14.1.6.  ödənişsiz  istifadə  edilə  bilən  Azərbaycan  dilli  proqram  təminatlarının  hazırlanması  və  geniş 

istifadəsinin təmin olunması;

14.1.7. gələcək nəsillər naminə mədəni irsin qorunması və rəqəmləşdirmə prosesinin sürətləndirilməsi;

14.1.8.  məkan  məlumatları  infrastrukturunun  qurulması,  o  cümlədən  müxtəlif  təyinatlı  coğrafi 

informasiya və naviqasiya resurslarının yaradılması;

14.1.9. onlayn medianın inkişaf etdirilməsi, yeni media vasitələrindən səmərəli istifadəyə dair tədbirlərin 

görülməsi.

15. Milli Strategiyanın həyata keçirilməsi mexanizmləri

15.1. Milli Strategiyanın mərhələlərlə (2014-2017, 2018-2020-ci illər) həyata keçirilməsi nəzərdə tutulur. 

Hər  mərhələ  qəbul  edilən  məqsədli  dövlət  proqramı  əsasında  yerinə  yetirilir.  Dövlət  proqramlarında 

nəzərdə  tutulmuş  tədbirlərin  həyata  keçirilməsində  qanunvericiliklə  qadağan  olunmayan  maliyyə 

mənbələrindən,  o  cümlədən  beynəlxalq  təşkilatların  maliyyə  dəstəyindən,  metodiki,  texniki  və  digər 

yardımlardan istifadə olunur.

15.2.  Milli  Strategiyanın  icrasını  qiymətləndirmək  üçün  vətəndaş  cəmiyyəti  institutlarının  iştirakı  ilə 

qabaqcıl  beynəlxalq  metodologiyaya  əsaslanan  monitorinqlər  və  ictimai  rəy  sorğuları  keçirilir.  Milli 

Strategiyanın icrası üzrə görülən işlər barədə ictimaiyyətə mütəmadi olaraq ətraflı məlumat verilir.

15.3.  Milli  Strategiyanın  həyata  keçirilməsi  prosesində  dövlət  orqanları  ilə  özəl  sektor  və  vətəndaş 

cəmiyyəti  institutları  arasında  sıx  əməkdaşlıq  və  əlaqələndirilmiş  fəaliyyət  təmin  edilir,  informasiya 

cəmiyyəti ideyalarının geniş yayılması naminə fəal təbliğat aparılır.

16. Gözlənilən nəticələr

16.1.  Milli  Strategiyanın  hədəfləri  Konsepsiyaya  uyğundur.  Milli  Strategiyanın  həyata  keçirilməsindən 

gözlənilən nəticələr 

aşağıdakılardan ibarətdir:

16.1.1.  cəmiyyətin  hərtərəfli  inkişafı  üçün  informasiya  cəmiyyətinin  yaratdığı  bütün  imkanlardan 

bəhrələnməyə əlverişli şərait yaradılacaqdır;

16.1.2.  İKT  sektorunun  əsas  göstəriciləri  inkişaf  etmiş  ölkələrin  müvafiq  göstəriciləri  səviyyəsinə 

çatdırılacaqdır;

16.1.3.  İKT  istənilən  fəaliyyət  sahəsinə  daha  dərindən  nüfuz  edəcək,  cəmiyyətin  inkişafındakı  rolu 

əhəmiyyətli dərəcədə yüksələcəkdir;

16.1.4.  onlayn  media,  sosial  şəbəkələr  və  digər  yeni  media  vasitələri  gündəlik  fəaliyyətin  və  əlaqələrin 

həyata keçirilməsində, cəmiyyətin həyatında mühüm yer tutacaqdır;

16.1.5.  ölkədə  İKT  infrastrukturu  inkişaf  etdiriləcək  və  əhalinin  artan  tələbatını  qabaqlayaraq  müasir 

texnologiyalardan  inkişaf  üçün  bəhrələnməyə  imkan  verəcək,  bölgələr,  sosial  qruplar  arasında  və  digər 

növ “rəqəmli fərqlilik” azaldılacaqdır;

16.1.6. rəqabətədavamlı İKT sənayesi formalaşacaq, ÜDM-də İKT, poçt və informasiya sektorunun payı 

artırılacaqdır;

Page 11 of 12

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi - SƏNƏDLƏR » Sərəncamlar Azərb...

14/08/2015

http://president.az/articles/11312/print



Edited with the trial version of 

Foxit Advanced PDF Editor

To remove this notice, visit:

www.foxitsoftware.com/shopping


www.president.az

16.1.7.  internet  azadlığı,  informasiya  əldə  etmək  kimi  universal  dəyərlər  təmin  ediləcək,  vətəndaşların 

hüquq və azadlıqlarının reallaşdırılması üçün müasir texnologiyalar yardımçı olacaqdır;

16.1.8.  genişzolaqlı internet  xidmətləri universal  xidmətlərə  aid ediləcək və  ölkə  ərazisində  genişzolaqlı 

internet xidmətlərinə çoxçeşidli və müasir texnologiyalar əsasında çıxış imkanları genişləndiriləcəkdir;

16.1.9. internet magistrallarına alternativ və yüksəksürətli birləşmələr təmin olunacaq, tranzit informasiya 

imkanları  genişləndirilməklə,  Azərbaycan  Respublikası  regionun  İKT  xidmətləri  bazarının  aktiv 

iştirakçısına çevriləcəkdir;

16.1.10. distant təhsil, elektron ticarət, telesəhiyyə və digər müasir xidmət növlərinin geniş tətbiqinə nail 

olunacaqdır;

16.1.11.  kosmik  sənaye  inkişaf  edəcək,  yeni  telekommunikasiya  və  aşağı  orbitli  peyklərin  orbitə 

çıxarılması ilə etibarlı peyk rabitəsi, milli radio və televiziya proqramlarının peykdən paket yayımı təmin 

ediləcək,  ətraf  mühitin  mühafizəsi,  kənd  təsərrüfatı,  topoqrafiya  və  kartoqrafiya,  eləcə  də  milli 

təhlükəsizlik sahəsində fəaliyyətin səmərəliliyi artırılacaqdır;

16.1.12. İKT-nin inkişafı üzrə elmi-texniki potensial, elm və istehsal arasındakı əlaqələr gücləndiriləcək, 

elm  tutumlu  məhsulların,  informasiya  cəmiyyətinin  tələblərinə  uyğun  yeni  bilik  və  yüksək 

texnologiyaların yaradılması və dünya bazarlarına çıxış imkanları genişləndiriləcəkdir;

16.1.13.  dövlət  orqanlarında,  yerli  icra  hakimiyyəti  və  bələdiyyələrdə  müasir  İKT-nin  tətbiqi 

genişləndiriləcək,  effektiv,  şəffaf  və  nəzarət  oluna  bilən  dövlət  idarəetməsi  və  yerli  özünüidarəetmə 

bərqərar  olacaq,  əhalinin  geniş  təbəqələrinin  idarəetmə  prosesində  iştirakı  həyata  keçiriləcək,  elektron 

xidmətlərin  keyfiyyəti  yüksəldiləcək,  bu  xidmətlərə  mobil  rabitə,  məlumat  köşkləri  və  digər  müasir 

vasitələrlə çıxış təmin ediləcəkdir;

16.1.14.  İKT  əsaslı  müasir  təhsil  sistemi  inkişaf  edəcək,  ümumi  təhsil  müəssisələrinin  genişzolaqlı 

internetlə təmini 100%-ə çatdırılacaqdır;

16.1.15. vətəndaşların elektron sağlamlıq kartı ilə təmin olunma səviyyəsi artırılacaqdır;

16.1.16.  İKT  sektorunun  inkişaf  tempinə  uyğun  kadr  hazırlığı  sistemi  formalaşdırılacaq,  sektorun 

yüksəkixtisaslı mütəxəssislərə olan tələbatı tam ödəniləcəkdir;

16.1.17.  ölkənin  informasiya  təhlükəsizliyi  səmərəli  qorunacaq,  bu  sahədə  maarifləndirmə  işi 

təkmilləşdiriləcək, informasiya təhlükəsizliyi mədəniyyəti yüksələcəkdir;

16.1.18. Azərbaycan dilinin  milli elektron  informasiya məkanında istifadəsi, mədəni irsin  qorunmasında 

İKT-nin tətbiqi genişlənəcəkdir;

16.1.19 “AZ” milli domen zonasında fəaliyyət göstərən internet resurslarının sayı artacaqdır. 

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Page 12 of 12

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi - SƏNƏDLƏR » Sərəncamlar Azərb...

14/08/2015



http://president.az/articles/11312/print

Edited with the trial version of 

Foxit Advanced PDF Editor

To remove this notice, visit:

www.foxitsoftware.com/shopping

Yüklə 157,78 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə