Azərbaycan qanunvericiliyinin əsaslari



Yüklə 86,33 Kb.
tarix14.02.2018
ölçüsü86,33 Kb.
#26975

“Azərbaycan qanunvericiliyinin əsaslari” fənni proqramının


İZAHAT VƏRƏQİ
Ölkəmizin iqtisadi və sosial inkişafı iqtisadiyyatın effektiv inkişaf tempindən, istehsalatın elmi-texniki tərəqqi, texniki silahlandırma yolu ilə qurulmasından asılıdır. Bu vəzifənin yerinə yetirilməsi ilk peşə-ixtisas təhsili sahəsində kadr hazırlığından çox asılıdır.

Нәг bir ixtisas üzrə tərtib edilən “Azərbaycan qanunvericiliyinin əsasları” proqramı kadr hazırlığında böyük rol oynayır.

Fənnin tədrisində şagirdlərin texniki və iqtisadi düşüncə tərzinin artırıimasına fıkir verilməlidir. Fənnin tədrisi zamanı yüksək məhsuldarlıqlı əməк sərfı, yeni təlim texnologiyalarının tətbiqi, peşənin müasir texnologiya əsasında öyrənilməsi, qabaqcıl ölkələrin bu sahədə mütərəqqi forma və metodları, üsullarının öyrədilməsi proqramda nəzərə alınmışdır.

Tədris materialları şərh edilərkən əsas ümumtəhsil fənlərinin bünövrəsi üzərində fənnin tədrisini qurmaq tələb olunur.

“Azərbaycan qanunvericiliyinin əsasları” fənninin tədrisi zamanı şagirdlər bu fənnin predmeti, insan və cəmiyyət arasında qarşılıülı münasibətlər, insan və vətandaş hüquqları anlayışı, sosial, iqtisadi və təhsil hüquqları, vətəndaşların əsas vəzifələri, demokratik cəmiyyətdə tolerantlıq, Azərbaycan Respublikasında seçki hüququnun təminatı,müasir bazar iqtisadıyyatı şəraitində istehsalat xasiyyətnaməsi, əməyin və istehsal edilən məhsulların qiymətlərinin liberallaşdırılması kimi məsələlərin də nəzərə alınması proqramda öz əksini tapmışdır.

Peşə hazırlığının keyfıyyətini yüksəltmək məqsədi ilə dərslərin tədrisi zamanı əsas məlumatların, qanunların və prinsiplərın, öyrənilməsi proqramda nəzərə alınmışdır.

Azərbaycan qanunvericliyinin əsasları ” fənninin

MÖVZULAR PLANI


Mövzuların

№ - si


Mövzuların adı

Saatların miqdarı

1illik təhsil qrupları üçün

3illik təhsil qrupları üçün

1

Giriş




1

2

VIII-IX siniflərdə keçirilənlərin təkrarı




1

3

İnsan ləyaqətinin müdafiəsi üzrə müxtəlif sistemlər.İnsan ləyaqəti anlayışı.Şərəf və ləyaqət




1

4

İnsan və vətəndaş hüquqları anlayışı




2

5

Insan hüquqlarının inkişafı tarixi




1

6

Azərbaycanda insan və vətəndaş hüquqları




2

7

Analıq və qadın problemləri




1

8

Uşaq hüquqları konvensiyası




1

9

Ailə və dövlət. Ailənin tarixi formaları




1

10

Sosial,iqtisadi və təhsil hüquqları




1

11

Söz,fikir,vicdan azadlıqları. Vətəndaşların vəzifə və məsuliyyətləri




1

12

Vətəndaşların əsas vəzifələri




1

13

İnsanın hüquq mədəniyyəti




1

14

Konstitusiya quruluşu . Uşaq hüquqları




1

15

Ailənin tarixi formaları




1

16

Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası




1

17

İnsan hüquqlarının qorunmasında dövlətin rolu




1

18

İnsan hüquqları üzrə müvəkkil




1

19

Avropa şurası




1

20

İnsan hüquqlarının mühafizəsi




1

21

İcraedici hakimiyyət




1

22

Qanun hüququn ifadə formasıdır




1

23

Konstitusiya ali qanundur




1

24

Milli Məclis qanunverici orqandır







25

İcraedici hakimiyyət. Azərbaycan Respublikasının Prezidentinin səlahiyyətləri. Nazirlər Kabineti




1

26

Məhkəmə hakimiyyəti.Konstitusiya məhkəməsi, Ali məhkəmə,Appelyasiya məhkəməsi




1




27

Yerli özünüidarəetmə.Bələdiyyə,onun səlahiyyətləri




2

28

Demokratik cəmiyyətdə plüralizm




1

29

Demokratik cəmiyyət və idealogiya




1

30

Demokratik cəmiyyətdə tolerantlıq




1

31

Demokratik cəmiyyətdə stereotiplərə qarşı mübarizə




2

32

Azərb.Respublikasında seçki hüququnun təminatı




1

33

Referendum




1

34

Bələdiyyə seçkiləri




2

35

Mənəvi həyat.Mənəvi mədəniyyət.İnsanın mənəvi aləmi




1

36

Cəmiyyət və elm.Cəmiyyətin inkişafında elmin rolu




1

37

Təhsil siyasəti.Təhsil sisteminin əsas elementləri.




1

38

İncəsənət və onun növləri.




1

39

Bədii ədəbiyyat.İnsan həyatında bədii ədəbiyyatın rolu.




1

40

Din və onun cəmiyyət həyatında rolu.Din və elm




1

41

Etik tərbiyə




1

42

Əxlaq-azadlığın şüurlu surətdə məhdudlaşdırılmasıdır




1

43

Əxlaq normaları və mənəvi dəyərlər




1

44

Mədəniyyət və cəmiyyət.Mədəniyyət və sivilizasiya anlayışları




1

45

Müasir Azərbaycanın mədəni həyatı




2

46

Nüvə silahlarının yayılmaması problemləri




1

47

Müharibə və qlobal problemlər




1

48

Sülh quruculuğu problemi.Münaqişənin həllindən barışığa doğru




2

49

Əhali artımı,onun problemləri




1

50

Energetika problemləri




1

51

Terrorizmlə mübarizə problemi




1

52

Q.İ.Ç.S. problemləri.Reproduktiv sağlamlıq məsələləri




1

53

Qloballaşma və insan problemi




2




Cəmi




61

Azərbaycan qanunvericiliyinin əsasları” fənninin
PROQRAMI

Mövzu 1. Giriş.
“ Azərbaycan Respublikası Qanunvericiliyinin Əsasları” fənninin predmeti. İnsan və cəmiyyət srasında qarşılıqlı münasibətlər. İnsanla cəmiyyət arasında eləcə də vətandaş və dövlət arasında münasibətlərin tənzimlənməsi. Qanunvericilik və onun əsasları.
Mövzu 2. VIII-IX siniflərində keçirilənlərin təkrarı.
Təbiətin övladı və cəmiyyətin üzvü olan insan. İnsan və təbiət, insan və cəmiyyət arasında olan əlaqələr. Şəxsiyyət və əxlaq. İnsan həm bioloji və həmdə ictimai varlıq kimi. Təbiətin insan tərəfindən dəyişdirilməsi. İnsan mənəvi-əxlaqi varlıq kimi. İnsan – İnsan münasibətləri.
Mövzu 3. İnsan ləyaqətinin müdafiəsi üzrə müxtəlif sistemlər. İnsan ləyaqəti anlayışı. Şərəf və layəqət.
Ləyaqət anlatışı. İnsan ləyaqəti insan hüquqlarının müdafiəsinin təməl prinsipi kimi. İnsan ləyaqətinin müdafiəsi prinsipi və mexanizimləri. Avropada tarixən mövcud olmuş vətandaş hüquq və azadlıqlarının xarakteri. İnsan ləyaqəti haqqında aforizimlər.
Mövzu 4. İnsan və vətandaş hüquqları anlayışı.
Insanın ictimai varlıq kimi təlabatları və hüquqları. İnsan və vətandaş hüquqları anlayışının fərqi. Şəxsiyyət və onun hüquqi statusu. XXI əsrdə insanın hüquqları problemi.
Mövzu 5. İnsan hüquqlarının inkişafı tarixi.
Müasir insan hüquqları müdafiəsi tarixinin başlanğıcı kimi Birləşmiş Millətlər Təşkilatının yaradılması 1948-ci il hüquqları haqqında ümumi bəyannaməsi. İnsan hüquqları üzrə ilk sənəd – 1965-ci il. İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konsepsiya. İnsan hüquqlarına aid digər sənədlər.

Mövzu 6. Azərbaycanda insan və vətandaş hüquqları.
Azərbaycan Respublikasında insan və vətandaş hüquq və azadlıqlarınin təsbit olunduğu hüquqi mənbə İnsan və vətandaşın Konstitusiya hüquqları. İnsanların şəxsi toxunulmazlıq hüququ. Azərbaycan Avropa Şurasının üzvü kimi.
Mövzu 7. Analıq və qadın problemləri.
Cinslərin bərabərliyi uğrunda mübarizə. Gender cinsi əlamətə görə ayrı-seçkiliyin yolverilməzliyi.Qadın hüquqları insan hüquqlarının tərkib hissəsi kimi. Azərbaycan cəmiyyətində qadının mövqeyi. Analıq məsələləri, anaya münasibət.
Mövzu 8. Uşaq hüquqları konvensiyası.
Cəmiyyətdə uşaqların mövqeyi, onlara münasibət. Cəmiyyətin və dövlətin gələcəyi kimi uşaqlara olan münasibət 1989-cu il hüquqları Konvensiyası. Konvensiyanın mahiyyəti. Uşaqların əsas hüquqları.
Mövzu 9. Ailə və dövlət. Ailənin tarixi formaları.
Cəmiyyətin və dövlətin formalaşmasında ailənin rolu. Ailədə valideyinlərin və işaqların vəzifələri. Ailə və cəmiyyət qarşılıqlı münasibətləri. Tarixən ailənin mövcud olmuş formaları və onların fərqli xüsusiyyətləri.
Mövzu 10. Sosial, iqtisadi və təhsil hüquqları.
Həyyat səviyyəsi anlayışı . Qənaətbəxş həyat səviyyəsi hüququ. Xüsusi mülkiyyət hüququ. İstehsalçının hüququ və onun pozulması ilə bağlı məsuliyyət. Təhsil hüququ. Təhsil hüququ digər hüquq və azadlıqların reallaşdırılması üçün vacib amil kimi. Azərbaycanda təhsil hüququnun təminatı. “Təhsil qanunu”.
Mövzu 11. Söz, fikir, vicdan azadlıqları. Vətandaşların vəzifə və məsuliyyətləri.
Söz azadlığı. Söz azadlığının zəruriliyi. İctimayi rəy. Dövlətin söz azadlığını məhdudlaşdırılmasına nəzarəti. Fikir və vicdan azadlığının əhatə dairəsi. Mətbuat. Vətandaşların konstitusiya vəzifələri. Hüquq və vəzifələrin vəhdəti. Gənclərin hərbi mükəlləfiyyəti.

Mövzu 12. Vətəndaşların əsas vəzifələri.
Insanın zəruri olan haqlı davranışı kimi vəzifə. Vətəndaşların konstitusuyaya əsaslanan vəzifələri. Hüquq və vəzifələrinin bir-birilə qarşılıqlı əlaqəsi. Vətəndaşların vəzifələri hüquqa əsaslanan tələblərinin icra kimi.
Mövzu 13. İnsan hüquq mədəniyyəti.
Hüquq mədəniyyəti anlayışı. Hüquq mədəniyyətinin formalaşması xüsusiyyətləri. Hüquq qaydası. Hüquq düşüncəsi. Hüquq mədəniyyətinin yaradılmasının əhəmiyyəti.
Mövzu 14. Konstitusiya qurluşu. Uşaq hüquqları.
Insanların və vətəndaşların hüquq və azadlıqlarına əməl olunmasına yönəldilmiş qayda kimi konstitusiya qurluşu. Konstitusiya qurluşunu müəyyən edən ünsürlər. Azərbaycan tarixində konstitusiya məsələləri. 1989-cu il uşaq hüquqları Konvensiyası və onun mahiyyəti. Uşaqlara münasibətin gələcəyimizə münasibətin təzahürü kimi.
Mövzu 15. Ailənin tarixi formaları.
Tarixən kortəbii, qeyri-mütəşəkkil ailədən intizamlı və mütəşəkkil ailəyə doğru. Təməli möhkəm ailənin cəmiyyətin həyatında rolu. Ailə-cəmiyyət, ailə-dövlət münasibətləri. Ailə mikro-dövlət kimi.
Mövzu 16. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası.
Azərbaycan tarixində konstitusiya məsələləri. 1995-ci il 12 noyabrda qəbul edilmiş. Azərbaycan Respublikası Kostitusiyanın strukturu. Konstitusiyanın funksiyaları. Heydər Əliyev müstəqil Azərbaycanın ilk konstitusiyasının memarı kimi.
Mövzu 17. İnsan hüquqlarının qorunmasında dövlətin rolu.
İnsan hüquqlarının obyekti və subyekti Dövlət məssuliyyətinin tərkib hissəsi kimi insan hüquqlarına riayət etməsi məsələsi. XXI əsrdə insan hüquqlarına riayət olunmasında beynəlxalq inistutların öhtəlik və vəzifələri.
Mövzu 18. Insan hüquqları üzrə müvəkkil.
İnsan hüquqları üzrə müvəkkil - ombudsmar. Ombudsmanın tarixinə nəzər. Azərbaycanda hüquq və azadlıqların qorunması. Ombudsman təsisatıdan tələblər. Azərbaycanda ombudsman təsisatı.
Mövzu 19. Avropa Şurası.
Avropa şurasının yaranma tarixi şəraiti. Təşkilatın əsas prinsipləri. Təşkilatın 1950-ci il insan hüquqlarının və əsas axadlıqların müdafiəsi haqqında Avropa konvensiyası. 10610ci il Avropa Sosial Partiyası və mahiyyəti.
Mövzu 20. İnsan hüquqlarının müdafiəsi.
İnsan hüquqları ölkənin daxili işi deyildir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi. Avropa Məhkəməsinə müraciət qaydaları. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycanda insan hüquqlarının müdafiəsi.
Mövzu 21. İcraedici hakimiyyət.

İcraedici hakimiyyət. Onun mahiyyəti Azərbaycan Respublikasında icra edici hakimiyyətin başçısı kimi prezident. Prezident səlahiyyətləri Nazirlər kabineti. Onun səlahiyyətləri. Icraedici hakimiyyətin digər hakimiyyət ilə qarşılıqlı əlaqəsi.


Mövzu 22. Qanun hüququn ifadə formasıdır.
Qanun anlatışı. Qanun əlamətləri. Hüquq və qanun. Qanun hüququn ifadə formasıdır. Qanun növləri və onların fərqi. Insan- insan. Insan-dövlət arasında münasibətlərin tənzimlənməsində qanunun rolu.
Mövzu 23. Konstitusiya ali qanundur.
Konstitusiya əsas qanundur. Konstitusiyası, onun strukturu, funksiyaları. Siyasi, sosial, iqtisadi, hüquqi və tərbiyəvi funksiyaları. Azərbaycan SSR-nin konstitusiyaları ilə müstəqil Azərbaycan Respublikası Konstitusiyası aralarında fərq.


Mövzu 24. Milli Məclis qanunverici orqanıdır.

Qanunvericilik hakimiyyəti Milli Məclis. Milli Məclisə seçkilərin əsas prinsipləri. Milli Məclis səlahiyyətləri, Milli Məclis fəaliyyətində qanunvericilik.


Mövzu 25.Icraedici hakimiyyət Azərbaycan Respublikasının səlahiyyətləri. Nazirlər kabineti.
Icraedici hakimiyyət. Prezidentli və parlamentli respublikalarda idarəedici hakimiyyətin fırqi. Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri. Nazirlər Kabineti və onun səlahiyyətləri. Nazirlər Kabineti və onun səlahiyyətləri. Baş nazir və onun səlahiyyətləri.
Mövzu 26. Məhkəmə hakimiyyəti. Konstitusiya Məhkəməsi Ali məhkəmə, apelyasiya Məhkəməsi.
Məhkəmə. Məhkəmə hakimiyyəti. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi. Konstitusiya Məhkəməsi, Ali Məhkəmə Apelyasiya məhkəməsi.
Mövzu 27. Yerli özünü idarə etmə. Bələdiyyə onun səlahiyyətləri.
Bələdiyələr. Bələdiyənin strukturu. Bələdiyyələrin səlahiyyətləri. Ictimai özünü idarə. Bələdiyyə- dövlət münasibətləri. Azərbaycanda Bələdiyyələr.
Mövzu 28. Demokratik cəmiyyətdə plüralizim.
Plüralizim nədir? Plüralizim cəmiyyətdə rolu plüralizim münaqişələrinin həllində rolu. Plüralizim yalnız demokratik cəmiyyətlərə xasdır.
Mövzu 29. Demokratik cəmiyyət və idiologiya.
İdeologiya nədir? Plüralizim cəmiyyətdə rolu plüralizim münaqişələrinin həllində rolu. Plüralizm yalnız demokratik cəmiyyətlərə xasdır.
Mövzu 30. Demokratik cəmiyyətdə tolerandlıq.
Tolerantlıq nədir? Demokratik cəmiyyətdə tolerantlığın rolu. Tolerant tərbiyyə və əsas vasitələr. Azərbaycan cəmiyyətində tolerantlıq.
Mövzu 31. Demokratik cəmiyyətdə sterotiplərə qarşı mübarizə.
Sterotiplər anlayışı müxtəlif tipli cəmiyyətlərdə (afolitar, totolitar, demokratik) sterotiplərin rolu. Sterotiplər dözümsüzlük və münaqişələr mənbəyi kimi. Azad şəxsiyyət və sterotiplər.
Mövzu 32. Azərbaycan Respublikasında seçki hüququnun təminatı.
Vətandaşların seçki hüququ: Aktiv və passiv hüquq. Seçki orqanları. Mərkəzi eçki. Konstitusiyası dairə məntəqəsi səs vermə qaydası, səslərin hesablanması, seçki protokolları.
Mövzu 33. Referendum.

Referendum-ümumxalq səsverməsi Referendum yolu ilə həll edilən məsələlər və həll edilə bilməyən məsələlər Referendum keçirilməsinin əhəmiyyəti. Referendum və parlamentli demokratiya.



Mövzu 34. Bələdiyyə seçkiləri.

Bələdiyyə seçkilərinin əsasları. Bələdiyyələrin səlahiyyət müddəti. Bələdiyyələrə seçilməz hüququ. Bələdiyyələr seçkilərin təyin edilməsi və keçirilməsi.



Mövzu 35. Mənəvi həyat. Mənəvi mədəniyyət. İnsanın mənəvi aləmi.

Mənəvi həyat anlayışı. Cəmiyyətin mənəvi həyatı. Mənəvi mətəniyyət. İnsanın mənəvi aləmi. Mənəviyyat və mənəviyyatsızlıq. Cəmiyyətin mənəvi həyatının insanın inkişafına təsiri.



Mövzu 36. Cəmiyyət və Elm. Cəmiyyətin inkişafında elmin rolu.

Müasir elmin xüsusiyyətləri. Elmin cəmiyyətin inkişafında rolu. ETİ şəraitində elmin rolunun artmasının cəmiyyətə təsiri. Dünyada və Azərbaycanda elmin son maliyyətləri.



Mövzu 37. Təhsil siyasəti. Təhsil sisteminin əsas elementləri.

Cəmiyyətin inkişafında təhsilin rolu Dövlətin təhsil siyasəti. Təhsil siyasətində mühüm amillər. Təhsil sisteminin əsas elementləri.



Mövzu 38. İncəsənət və onun növləri.

Cəmiyyətin mədəni həyatı İncəsənət və onun növləri. Incəsənətin funksiyası. İncəsənətin cəmiyyətə təsiri və insan həyatında rolu. Məişətdə gözəllik. Dizayn geyim və moda.



Mövzu 39. Bədii ədəbiyyat. İnsan həyatında bədii ədəbiyyatın rolu.

Bədii ədəbiyyat nədir? Bədii ədəbiyyatın insan həyatında rolu. Bədii ədəbiyyatın estetik tərbiyədə rolu. Ədəbiyyat gözəl davranış, gözəllik hissi humanizm kimi vərdişləri tərbiyə edir. Bədii ədəbiyyatın mənəvi həyatın digər sahələri ilə əlaqəsi. Qlobal problem kimi müharibələr.Müharibəyə səbəb olan amillər.Müharibədə itkilərimiz.Qarabağ müharibəsi və səbəbləri.Müharibə aparmağın metod və vaistələrinin məhdudlaşdırılması.


Mövzu 40. Din və onun cəmiyyət həyatında rolu. Din və elm.

Din anlayışı. Dünya dinləri çoxallahlıq və tək allahlıq dinin cəmiyyət həyatında rolu. Din və elm İslam dini. Qurani-KƏRİM Vicdan azadlığı hər bir vətəndaşın konistitusiya hüququdur.


Mövzu 41. Etik tərbiyə.

Etika nədir? Etika əxlaq nəzəriyyəsi kimi. Əxlaq və hüquq. Etik tərbiyənin əsas istiqamətləri. Etik tərbiyələrdə. Bədii ədəbiyyatın rolu. Vicdan Əxlaqi saflıq.


Mövzu 42. Əxlaq-azadlığın şüurlu sürətdə məhdudlaşdırılmışdır.

İnsanın mənafeyinin başqalarının mənafeyi ilə uzlaşması. Əxlaqın məhdudlaşdırılmasını zəruri edən amillər. Əxlaq və din. Əxlaq insan fəaliyyətini tənzimləyən sosial mexanizmdir.


Mövzu 43. Əxlaq normaları və mənəvi dəyərlər.

Əsas əxlaqi dəyərlər və normalar. Əxlaqda millilik amili. Milli-mənəvi dəyərlər və ümumbəşəri ideyalar. Xeyir və Şər. Əxlaq və incəsənət.


Mövzu 44. Mədəniyyət və incəsənət. Mədəniyyət və sivilizasiya anlayışları.

Mədəniyyət və Sivilizasiya anlayışları. Cəmiyyətlə mədəniyyətin qarşılıqlı əlaqəsi. Sivilizasiyalı cəmiyyət.


Mövzu 45.Müasir Azərbaycanın mədəni həyatı.

Müasir Azərbaycanın mədəniyyətinin səviyyəsi xüsusiyyətləri. Mədəni həyatın durğunluq və dirçəliş dövürlərinin səbəblərin Türk xalqlarının mədəni birliyi-TÜRKSOY.TÜRKSOY-un fəaliyyətinin istiqamətləri.


Mövzu 46. Nüvə silahlarının yayılması problemləri.

Ümumbəşəri problemlər. Nüvə silahı təhlükəsi. Soyuq müharibəyə yenidən yol vermək üçün nə etməli? Nüvə silahının yayılmasına qarşı mübarizə.


Mövzu 47. Müharibə və qlobal problemlər.

Qlobal problem kimi müharibələr. Müharibəyə səbəb olan amillər. Müharibədə itkilərimiz. Qarabağ müharibəsi və səbəbləri. Müharibə aparmağın metod və vasitələrinin məhdudlaşdırılması.


Mövzu 48. Sülh quruculuğu problemi.Münaqişənin həllindən hazırlığa doğru.

Sülh anlayışı.Sülhə nail olmaq yolları. Danışıqlar yolu ilə münaqişənin həllinə nail olmaq alternativi.Sülhün möhkəmləndirilməsi.Qarabağ münaqişəsi.ATƏT və onun fəaliyyəti.


Mövzu 49. Əhalinin artımı və onun problemləri.

Əhali artımı.Əhalinin nisbi tərkibində dəyişilmə meyilləri və onların qabaqcadan nəzərə alınması zərurəti.Planet ərzaq qıtlığı ilə üzləşə bilrmi?Miqrasiya proseslərinin artmasına təsir edən amillər.


Mövzu 50. Energetika problemləri.

Ənənəvi yanacaq növlərinin tükənməsi təhlükəsi.Nüvə enerjisindən istfadənin yaratdığı təhlükələr.1986-cı il Çernobil qəzası Mesmor təhlükəsi.Yeni enerji mənbələrinin axtarılması.Nüvə energitikası təbii enerji mənbələrinə qayıdış.Günəş və külək enerjisindən istifadə.


Mövzu 51.Terolizmlə mübarizə problemi.

Terrolizimin mahiyyəti.Terrolizim bütün bəşəriyyət üçün təhlükədir.Erməni terrolizim 2000-ci il 11sentyabr terroru və onların fəaliyyət istiqamətləri.


Mövzu 52. QİÇS problemləri.Reproduktiv sağlamlıq məsələləri.

QİÇS-insan həyatı üçün bəlalardan biri kimi QİÇS-ə yoluxma yolları.Bu problemin həlli insanın özündən asılıdır.Quş qripi və ondan qorunmağın yolları.


Mövzu 53. Qlobalaşma və insan problemi.

Fərd-ailə-millət-bəşəriyyət, Fərd-ailə-dövlət-dünya münasibətləri.Beynəlxalq əməkdaşlıq formaları.Qlobalaşma insanlar, xalqlar, dövlətlər qarşısında qoyduğu yeni vəzifələr.Qlobalaşmanı zəruri edən amillər.
Yüklə 86,33 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə