Azərbaycan qirğinlari şƏKİl və SƏNƏDLƏRDƏ



Yüklə 10,09 Mb.
Pdf görüntüsü
səhifə7/40
tarix31.12.2021
ölçüsü10,09 Mb.
#81216
1   2   3   4   5   6   7   8   9   10   ...   40
Albom1918 az

AZƏRBAYCAN HÖKUMƏTİNİN 
FÖVQƏLADƏ TƏHQİQAT KOMİSSİYASININ 
YARADILMASI HAQQINDA QƏRARLARI


1918. AZƏRBAYCAN QIRĞINLARI ŞƏKİL VƏ SƏNƏDLƏRDƏ
18
HÖKUMƏTƏ MƏRUZƏ
Artıq  dörd  aydır  ki,  Azərbaycan  ərazisinin  müxtəlif  bölgələri  quldur 
dəstələri  tərəfindən  dağıdılır,  bolşevik  adı  altında  özbaşına  erməni  hərbi 
hissələri  və  başqaları  mülki  müsəlman  əhalisinin  həyatı  və  əmlakına  qarşı 
görünməmiş  vəhşiliklər  törədirlər.  Eyni  zamanda  həmin  quldur  dəstələri
-
nin təşkilatçıları tərəfindən göndərilən yanlış məlumatlar əsasında Avropa 
ölkələrində  ictimai  fikir  tamamilə  əks  istiqamətə  yönəldilir.  Ümumdövlət 
maraqları,  əhalinin  zərərçəkən  qruplarının  mənafeyi  hökmən  elə  bir  təş
-
kilatın  yaradılması  zərurətini  irəli  sürür  ki,  o,  aşağıdakılarla  məşğul  olsun: 
1.  bütün  zorakılıq  hadisələrinin  dəqiq  qeydiyyatının  aparılması;  2.  həmin 
zorakılıqların  törədildiyi  şəraitin  müəyyən  edilməsi;  3.  müqəssirlərin  aşkar 
olunması  və  onların  vurduqları  zərərin  ümumi  miqdarının  müəyyənləşdi
-
rilməsi; 
Bu təşkilat Fövqəladə Təhqiqat Komissiyası xarakteri daşımalıdır, habelə 
bu komissiyanın işinin nəticələri Avropanın əsas dillərində (rus, fransız, al
-
man, və, təbii ki, türk dillərində) elan edilməli və geniş yayılmalıdır. 
Bu  komissiyanın  təşkilinə  yubanmadan  başlamaq  lazımdır,  çünki,  bu 
gün,  hadisələrin  isti  izi  ilə  asanlıqla  müəyyən  edilməsi  mümkün  olan  bir 
çox  işləri  -  şəxslərin  dindirilməsi,  fotoşəkillərin  çəkilməsi  və  digər  əşya
-
yi-dəlillərin əldə edilməsi – sonradan görmək çətinləşəcəkdir, hətta ola bil
-
sin ki, qətiyyən mümkün olmayacaqdır. 
Əgər hökumət bu təkliflə razılaşırsa, onda mən xahiş edərdim ki, həmin 
Komissiyanın yaradılması Nazirlərdən birinə həvalə edilsin və Komissiyanın 
xərcləri üçün müvəqqəti olaraq 50 000 rubl pul ayrılsın. 
Xarici İşlər Naziri M. Hacınski 
Yelizavetpol. 15 iyul 1918-ci il

Yüklə 10,09 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə