Azərbaycan qirğinlari şƏKİl və SƏNƏDLƏRDƏ


FÖVQƏLADƏ TƏHQİQAT KOMİSSİYASININ SƏDRİ



Yüklə 10,09 Mb.
Pdf görüntüsü
səhifə37/40
tarix31.12.2021
ölçüsü10,09 Mb.
#81216
1   ...   32   33   34   35   36   37   38   39   40
Albom1918 az

FÖVQƏLADƏ TƏHQİQAT KOMİSSİYASININ SƏDRİ
Ə.XASMƏMMƏDOVUN ƏDLİYYƏ NAZİRİNƏ
MƏRUZƏSİ
22 noyabr 1918 
Bakı  quberniyası,  Göyçay  qəzası  Kürdəmir,  Qarabucaq,  Ərəb-
Mehdibəy  və  b.  kəndlərin  dağıdılması  və  bu  kəndlərin  müsəlman 
əhalisinə qarşı törədilmiş zorakılıqlara dair iş üzrə.
Fövqəladə  Təhqiqat  Komissiyasının  apardığı  istintaqla  aşağıdakılar 
müəyyən edilmişdir: 
Kürdəmir kəndi Azərbaycan dəmir yolunun eyniadlı stansiyasının yanında 
yerləşir. Kənd ayrı-ayrı malikanələrdən ibarətdir və 16 min desyatin ərazini 
əhatə  edir.  Kənddə  əsasən  müsəlmanlar  yaşayırlar,  az  sayda  ermənilər  də 
yaşayırdı və onların burada öz daşınmaz əmlakları vardır. Göyçay qəzasının 
bir çox kəndlərinə olduğu kimi, bu kəndə də 1918-ci ilin iyun ayında əsgər 
formasında olan erməni quldur dəstələri hücum etmiş və malikanə, mağaza, 
ev və məscidlərə od vuraraq dağıtmışlar. Zərərçəkmiş müsəlmanlar və digər 
şahidlər iddia edirlər ki, ermənilərin müsəlmanlara qarşı hərəkatı milli xarakter 
daşıyır  və  bütün  bunlar  qisas  və  nifrət  hissindən  irəli  gəlirdi.  Müharibə 
başlanandan  ermənilər  müsəlmanlara  qarşı  düşmənçilik  münasibətini 
büruzə  verirdilər:  cəbhəyə  yollanan  erməni  əsgərləri  müsəlmanları  incidir, 
təhqir edir və onlarla hesablaşacaqlarını bildirirdilər; müsəlmanlar yollarda, 
qatar vaqonlarında da ermənilər tərəfindən təhqirlərə və söyüşlərə məruz 
qalırdılar; ermənilər müsəlmanların bağ və əkin sahələrinin suvarılması üçün 
su  mənbələri  kəsir  və  ümumiyyətlə,  onlara  hər  cür  pisliklər  edirdilər.  Eyni 
zamanda müsəlmanlar müşahidə edirdilər ki, ermənilər sürətlə silahlanmağa 
başlamışlar  və  Kürdəmir  kəndində  yaşayan  ermənilər  özlərinin  bütün 
daşınan  əmlaklarını  götürərək  kənddən  çıxıb  getmişlər.  Mart  ayında  artıq 
ermənilərin  Bakı,  Şamaxı  şəhərlərində  və  Şamaxı  qəzasında  müsəlman 
əhalisinə qarşı silahlı hücumu başlandı. İyulun əvvəllərində isə kürdəmirlilər 
xəbər aldılar ki, bolşeviklər Kürdəmirə hücum edir. Hücum edən qoşunun 
tərkibində  ruslar,  molokanlar  və  ermənilər  var  idi.  Əhali  arasında  təşviş 
başladı;  onlar  əmlaklarını  taleyin  ixtiyarına  buraxıb  qaçmaqla  xilas  oldu, 
KÜRDƏMİR


1918. AZƏRBAYCAN QIRĞINLARI ŞƏKİL VƏ SƏNƏDLƏRDƏ
158
ancaq  çoxları  ya  qaçmağa  macal  tapmadı,  ya  da  ümumiyyətlə  qaçmağa 
imkanı yox idi. Bolşeviklər kəndə daxil olmağa başladılar. Ermənilər qabaqda 
gedirdilər  və  kəndə  birinci  soxuldular.  Onlar  müsəlmanları,  kişi,  qadın  və 
uşaqları  amansızlıqla  qətlə  yetirməyə  başladılar,  həm  də  çoxlarına  işgəncə 
verirdilər,  misal  üçün,  bir  oğlan  uşağına  əzab  vermək  üçün  bir  neçə  süngü 
yaraları vurmuşdular; müsəlmanlara məxsus malikanələri, evləri, mağaza və 
dükanları yandırır, ermənilərin isə daşınmaz əmlakına toxunmurdular və bir 
dənə də olsun erməni evi, nə yandırılmış, nə də dağıdılmamışdır. Bolşeviklər 
Kürdəmiri tam tutandan sonra ermənilər müsəlmanların əmlakını qarət edərək 
araba  və  furqonlarda  daşımağa  başladılar.  Bağlarda  gizlənən  müsəlmanları 
tutub öldürürdülər. Rus bolşevikləri ermənilərin müsəlman əhalisini qırmaqla 
və  onların  əmlakını  məhv  etməklə  öz  millətçi  məqsədlərini  güddüklərinə 
əyani şəkildə əmin olduqda, bu zorakılıqlara qarşı etiraz etməyə başladılar. 
Buna  görə  onlarla  ermənilər  arasında  hətta  silahlı  toqquşma  da  oldu.  Ən 
nəhayət, onlar erməniləri burada qoydular və bir çox müsəlmanları da özləri 
ilə apararaq Bakıya çıxıb getdilər və bununla da onları xilas etdilər. Nəticədə 
Kürdəmir kəndində 56 ev və dükan, 127 malikanə, iki məscid, Quranın təfsirinə 
dair zəngin kitabxanası olan yerli imamın mənzili yandırılmış, Quran isə parça-
parça edilmiş, bəzi səhifələri insan nəcisinə bulanmış (həmin səhifələr maddi 
sübut qismində işə əlavə olunub), sayı müəyyən olunmamış çoxlu sakin qətlə 
yetirilmiş; yandırılmamış malikanələr dağıdılmış və qarət olunmuşdur. Maddi 
zərərin miqdarı çox böyükdür və onu dəqiq hesablamaq indi mümkün deyildir.
Göyçay  qəzasında  Kürdəmir  kəndindən  başqa,  Cəngi  (Çaylı),  Qaravəlli, 
Qarabucaq,  Mustafalı,  Xəlil  Qasımbəy,  Ərəb-Mehdibəyli  kəndlərinin, 
Sadalı kəndində Sultanovun malikanəsinin  dağıdılması haqqında təhqiqat 
aparılmışdır. Bu kəndlər də ermənilər tərəfindən, Kürdəmir kəndi kimi eyni 
məqsədlə  talan  edilib.  Bütün  bu  kəndlərdə  daşınan  əmlak  qarət  olunub, 
mal-qara aparılıb, daşınmaz əmlak yandırılıb, sakinlər isə qətlə yetirilib. 
Cəngi kəndində 5 malikanə yandırılıb, bütün daşınan əmlak talan edilib, 
evlər  dağıdılıb,  20  nəfər  öldürülüb.  Ölümdən  qabaq  onlara  işgəncələr 
verilib: burun və qulaqları kəsilib, kəllələri dağıdılıb. Mülkədar Suriyyə xanım 
Nurməmmədbəyovanın  malikanəsi  və  Cəngi  kəndinin  Qara  Saqqallı  poçt 
stansiyasının ona məxsus olan tikililəri də dağıdılıb və yandırılıb. 
Qaravəlli kəndi bir evdən və 30 qamış yaşayış ocağından ibarət idi. Bütün 
bu tikililər yandırılıb. Sakinlərdən iki kişi öldürülüb.
Qarabucaq kəndində bütün ev və tikililər - cəmi 121 malikanə yandırılıb. 
7 nəfər öldürülüb, daşınan əmlak qarət olunub. 
Mustafalı  kəndində  6  malikanə  yandırılıb,  qalanı  talan  edilib,  daşınan 
əmlak qarət olunub.
Xəlil-Qasımbəy kəndində 9 malikanə yandırılıb, qalanı dağıdılıb, 7 nəfər 
qətlə yetirilib, daşınan əmlak qarət olunub. 
Ərəb-Mehdibəy kəndində 84 malikanə yandırılıb və dağıdılıb, 83 nəfər, 
o cümlədən 78 kişi, 4 qadın və bir oğlan uşağı qətlə yetirilib: daşınan əmlak 
qarət  olunub.  Həmçinin  kənddə  Sultanov  bəyin  malikanəsi  yandırılıb  və 
daşınan əmlakı talan edilib. 
Sadalı kəndində 33 malikanə yandırılıb və dağıdılıb, daşınan əmlak talan 
edilib. 
Dağıdılmış  kəndlərdə  xarakterik  dağıntıların  şəkilləri  çəkilib.  Şəkillərin 
sayı 19-dur: 
Göyçay  qəzasının  digər  kəndlərinin  talan  edilməsi  haqda  təhqiqatlar 
davam edir və onun nəticələri barədə məruzə əlavə təqdim olunacaqdır.
Fövqəladə Təhqiqat Komissiyasının sədri: Ə. Xasməmmədov (imza).

Yüklə 10,09 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə