|
Azərbaycan qirğinlari şƏKİl və SƏNƏDLƏRDƏAR DA, f. 1061, siy. 1, iş 6, vər. 102Albom1918 azAR DA, f. 1061, siy. 1, iş 6, vər. 102.
Baxış protokolu
1918-ci il, 10 noyabr.
Mən, Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının
üzvü İsmayıl bəy Şahmalıyev, şahidlər - Şamaxı qəzası Ağsu kənd sakinləri
Ağa İsa Əli bəy oğlunun və Paşa Abdulla oğlunun iştirakı ilə Ağsu kənd
məscidinə baxış keçirdim və aşağıdakıları müəyyən etdim:
Məscid kəndin mərkəzində, Kürdəmir stansiyasından Şamaxı şəhərinə
gedən şose yolundan 3 sajın aralı yerləşir; uzunluğu 22, eni 14, qismən
dağılmış divarın hündürlüyü isə 4 arşındır.
Daş hasarla əhatə olunmuş məscid həyəti ilə birlikdə təxminən 50 kvadrat
sajın sahəni əhatə edir; məscidin dam örtüyü yoxdur, yandırılıb və onun
qismən dağıdılmış dəmir təbəqələri şoseyə səpələnib, yan divarlar yerdən
2 arşın hündürlükdə bütünlüklə məscidin içinə tökülərək onu doldurub;
məscidin taxta hissələrindən (pəncərə, qapı) heç bir iz qalmayıb.
Bununla protokol bitmişdir.
Kənd məscidinin şəkli 64-cü və 65-ci № ilə çəkilmişdir.
Şahidlər savadsızdır.
Komissiya üzvü: İ.Şahmalıyev (imza).
Dostları ilə paylaş: |
|
|