Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVL



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/68
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32569
1   2   3   4   5   6   7   8   9   ...   68

 
8
    Çarizm  Orta  Asiyanı  zəngin  pambıq  mənbəyi  və  rus  səna-
yesinin,  xüsusilə  onun  sürətlə  inkişaf  edən  sahələrinin  malları 
üçün mühüm bazar kimi qiymətləndirirdi. Orta Asiya bazarının 
Rusiya iqtisadiyyatı üçün belə böyük əhəmiyyətə malik olması 
Rusiyanı  Orta  Asiyada  şəriksiz  hökmranlığa  can  atmağa  sövq 
edirdi.  Orta  Asiya  Rusiyanın  ran,  Əfqanıstan,  Hindistan  və 
Çinlə  ticarət  aparmasına  imkan  yaradırdı.  Orta  Asiya  ilə  iq-
tisadi əlaqələrin inkişafından istifadə edən çarizim bu yerlərdə 
müstəmləkə  işğallarını  genişləndirməyə  çalışırdı.  Çar  Rusi-
yasının  hakim  dairələri  Orta  Asiya  torpaqları  və  xalqları 
haqqında öz hərbi-müstəmləkə siyasətini hazırlayıb həyata ke-
çirməyə  çalışırdılar.  Çar  Rusiyasının  Orta  Asiyaya  yiyələn-
məsi, onun geniş işğalçı xarici siyasət planlarının həyata keçi-
rilməsini asanlaşdırmalı idi. Nüfuzlu hərbi və məmur dairələri 
işğal  olunacaq  ərazilərdə  gəlirli  və  yüksək  vəzifələr  tutmağı 
arzu edirdilər. 
 
Çar  hökuməti  bildirirdi  ki,  Rusiyanın  Orta  Asiya  ilə 
ticarət  əlaqələrinin  genişləndirilməsi  və  təhlükəsizliyin  təmin 
edilməsi üçün, ilk növbədə, Xivə xanlığı alınmalıdır. Rusiyanın 
Buxara  ilə  diplomatik  münasibətləri  Xivəyə  nisbətən  daha 
yaxşı idi. Xanlıqlar arasındakı hərbi toqquşmalar zamanı xivə-
lilər  rus  karvanlarını  Buxaraya  buraxmamağa  çalışırdılar. 
1839-1840-cı illərdə çar I Nikolayın icazəsi ilə Orenburq hərbi 
qubernatoru general V.Perovski Xivəyə yürüş etdi. Lakin ruslar 
iki  ay  ərzində  bütün  canlı  qüvvələrinin  xeyli  hissəsini  itirərək 
geri  qayıtmağa  məcbur  oldular.  Lakin  davam  etdirilən  danı-
ş
ıqlar  nəticəsində  əldə  olunan  razılığa  əsasən  Xivə  xanı  Ru-
siyaya  qarşı  düşmənçilik  hərəkətlərinə  yol  verməməyi,  ticarət 
karvanlarına  hücum  etməməyi  və  rus  mallarına  qoyulan  göm-
rüyü 5 faizə qədər azaldılması təəhüdünü öz üzərinə götürdü.     
 
Rusiya  XIX əsrin birinci yarısında  Orta Asiya  məsələ-
sinə    böyük    maraq  göstərirdi.  Rus  diplomatlarının  fəaliyyət-
lərinin  genişlənməsi  ilə  əlaqədar  olaraq  xanlıqların  iqtisadi  və 
siyasi  vəziyyəti,  Orta  Asiyaya  gedən  karvan  yolları  hərtərəfli 
downloaded from KitabYurdu.org


 
9
öyrənilirdi. Bu dövrdə Orta Asiyada mövcud olan vəziyyət çar 
Rusiyası üçün əlverişli idi. Xanlıqlar arasında birlik yox idi və 
hər  bir  xanlıq  digərinin  hesabına  öz  ərazisini  genişləndirməyə 
çalışırdı.  Kokand  xanlığında  vəziyyət  daha  mürəkkəb  idi. 
Burada  yaşayan  xalqlar  arasında  daim  münaqişələr  olurdu. 
Feodallar  arasında  gedən  mübarizələr  də  xanlıq  hakimiyyətini 
zəiflədirdi.  Rusiya  Orta  Asiyada  mövcud  olan  xanlıqlar  ara-
sındakı daxili çəkişmələrdən istifadə etməklə siyasi əlaqələrini 
genişləndirir, gələcək planlarını həyata keçirmək üçün müvafiq 
tədbirlər proqramı üzrə hərəkət edirdi.   
XIX əsrin ortalarında çar hökuməti Orta Asiyaya doğru 
planlı şəkildə irəliləməyə başladı. Bu istiqamətdə çar hökuməti 
Sırdərya çayının mənsəbində bir sıra istehkam və qalaların in-
ş
asına  başladı.  Rusiyanın  Orta  Asiya  xanlıqları  ilə  XIX    əsrin 
ə
vvəllərindən  genişlənən  ticarət  əlaqələri,  eyni  zamanda  Rusi-
yanın  Orta  Asiya  xalqlarına  güclənən  siyasi  və  mədəni  təsiri, 
bu  ərazini  birləşdirməkdə  çarizm  üçün  əlverişli  şərait  yaratdı. 
Orta  Asiya  geniş  yarımdairə  şəklində  rus  sərhədləri  ilə  əhatə 
edilmişdi.  Rusiyanın  Sırdərya  boyunca  irəliləməsi  Cənubi 
Qazaxıstan əhalisi üzərində öz hakimiyyətini itirmək istəməyən 
Kokand  xanlığının  müqavimətinə  səbəb  oldu.  Rusiyanın  hərbi 
dəstələri Kokand qüvvələrini sıxışdırırdılar. Orenburq general-
qubernatoru Perovskinin dəstəsi 1853-cü ilin yayında Sırdərya 
çayı sahilindəki mühüm strateji məntəqə olan Kokand qalasını 
aldı. Kokand xanları həmin qalaya arxalanaraq qazaxların xeyli 
hissəsini uzun müddət özlərinə tabe vəziyyətində saxlamışdılar. 
1854-cü  ildə  Alma-Ata  qəsəbəsinin  yerində  ruslar  tərəfindən 
Vernoye  istehkamının  təməli  qoyuldu  ki,  bu  yer  sonralar 
böyüyüb Vernı (Alma-Ata) şəhərinə çevrildi. Semipalatinskdən 
Vernıya  qədər  Sibir  xətti  adlanan  yeni  bir  hərbi  yol  çəkildi. 
1854-cü ildə Rusiyanın hakim dairələri Sırdərya ilə Sibir hərbi 
xətlərini  birləşdirmək  qərarına  gəldilər.  Bu  xətlərin  birləşdi-
rilməsi  bütün  Qazaxıstanın  Rusiya  tərkibinə  qatılmasına  şərait 
yaratmalı  idi.  Beləliklə,  çarizm  Orta  Asiya  xanlıqlarına  qarşı 
downloaded from KitabYurdu.org


 
10
həlledici  yürüşlərə  hazırlaşırdı.  Lakin  bu  planların  həyata 
keçirilməsi  bir  müddət  təxirə  salınmalı  oldu.  Buna  səbəb  Ru-
siyanın Krım müharibəsində məğlubiyyəti ilə onun beynəlxalq 
vəziyyətinin  xeyli  zəifləməsi  və  Rusiyada  təhkimçilik  hüqu-
qunun ləğv edilməsi ilə bağlı hazırlıq işləri idi. 
 
2.Orta Asiyada Rusiya və  ngiltərə mübarizəsi 
 
 
XIX  əsrin  birinci  yarısında  Orta  Asiya  xanlıqlarında 
siyasi  vəziyyət  qeyri-sabit  idi.  Xanlıqlar  arasında  gedən  mü-
haribələr, ayrı-ayrı bölgələrdə xalq üsyanları, qonşu dövlətlərlə 
münaqişələr xanlıqları zəiflədirdi. Belə bir vəziyyət Rusiya və 
ngiltərə  kimi  dövlətlərin  Orta  Asiyaya  marağını  artırırdı. 
Rusiyanın  xarici  siyasi  mənafeyi  başqa  böyük  dövlətlərin,  ilk 
növbədə  ngiltərənin  mənafeyi  ilə  toqquşurdu,  çünki  ngiltərə 
nəinki Yaxın Şərqdə, habelə Orta və Uzaq Şərqdə də Rusiyanın 
güclü düşməni idi.  ngiltərə-Rusiya ziddiyyətləri, xüsusən, Orta 
Asiyada çox mürəkkəbləşmişdi, ona görə ki, Kokand, Buxara, 
Xivə  xanlıqlarından  hər  iki  ölkə  əlverişli  satış  bazarları  və  öz 
sənayesi üçün xammal mənbələri kimi istifadə etməyə çalışırdı. 
Satış bazarları ələ keçirmək məqsədilə  ngiltərə eyni vaxtda iki 
istiqamətdən:  Hindistan,  Əfqanıstan  istiqamətindən  və  Qara 
dəniz  sahillərindən  Asiya  daxilinə  nüfuz  etməyə  alışırdı. 
Beləliklə,  ngiltərə Yaxın və Orta Şərqdə iqtisadi üstünlüyünü 
möhkəmlətmək və bu rayonda rusların rəqabətini qırmaq, həm 
də Orta Asiyanı Rusiyaya qarşı əməliyyat meydanına çevirmək 
istəyirdi. 
 
ngilis  casusları  Əfqanıstanda  məskən  salmışdılar  və 
Orta Asiya xanlıqlarına daxil olurdular. Onlar, öz növbəsində, 
yerli  əhalidən  də sıralarına casuslar cəlb edirdilər. XIX əsrin 
20-ci  illərində  ngiltərə  casusları  həm  kəşfiyyat,  həm  də  yerli 
ə
halini  Rusiyaya  qarşı  sövq  etmək  məqsədilə  Orta  Asiyaya 
gəlirdilər. 1824-cü ildə bir neçə  ngiltərə vətəndaşı tacir adı ilə 
downloaded from KitabYurdu.org


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə