Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVL



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/68
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32569
1   2   3   4   5   6   7   8   9   ...   68

 
11
Buxaraya  gəlib  gizli  şəkildə  şəhərin  planını  çəkmişdilər. 
Buxara və Xivədə bəzi yerli tacirlər də ingilis casusları idi. 
 
ngiltərə-Əfqanıstan müharibəsi ilə əlaqədar olaraq 1838-
ci ildən ingilislərin Orta Asiyaya nüfuz etməsi gücləndi.  ngilis 
casusları  tərəfindən  təhrik  edilən  Xivə  hərbi  dəstələri  rus  kar-
vanlarına tez-tez hücum edirdilər. Buna cavab olaraq Orenburq 
general-qubernatoru A.Perovski 1839-cu ilin noyabrında 5 min 
nəfərlik  hərbi  dəstə  ilə  Xivə  xanlığına  hücuma  keçdi.  Lakin 
Perovski  xeyli  canlı  qüvvə  və  texnika  itirərək  geri  çəkilmişdi. 
XIX əsrin 40-cı illərindən ingilislərin Orta Asiyaya  soxulması 
gücləndi.  1840-cı  ildə  Xivəyə  gələn  iki  ngiltərə  casusu  Xivə 
xanını  inandırmağa  çalışırdılar  ki,  rusları  Xivəyə  buraxmasın 
və  ruslar  Xivəyə  hücuma  hazırlaşır.  Lakin  Xivə  xanı  onlara 
inanmadığından  ingilis  casusları  geri  qayıtmışdılar.  XIX  əsrin 
50-ci  illərində  ingilislər  Kokand  və  Xivə  xanlarını  öz  tərəflə-
rinə çəkmək üçün Əfqanıstan əmirindən istifadə edərək xanlıq-
larla  Rusiya  arasında  yaranmış  iqtisadi  əlaqələri  pozmaq  istə-
yirdilər.  Lakin  onların  bu  cəhdi  baş  tutmadı.  Belə  ki,  ingi-
lislərdən  pul  yardımı  və  lazımi  silah  almış  əfqanların  xanlıq-
ların ərazisinə hücumları  müvəffəqiyyət  qazanmadı. Xanlıqla-
rın  lap  sərhədləri  yaxınlığında  inşa  edilən  istehkam  və  qalalar 
Rusiyanın bu bölgədə hökmranlığını təmin edir, Orta Asiyanın 
qəti  işğalı  üçün  şərait  yaradır,  bu  rayonda  ngiltərənin  müs-
təmləkəçilik siyasətini xeyli məhdudlaşdırırdı. 
 
Krım  müharibəsində  ngiltərənin  Türkiyəni  müdafiyə 
etməsi  və    Rusiyaya  qarşı  hərbi  əməliyyatlarda  iştirakının  bir 
səbəbi  də  Rusiyanı  Qafqaz  və  Orta  Asiyadan  sıxışdırıb  çı-
xartmaq  idi.  ngiltərə  Rusiyaya  qarşı  Türkiyə  başda  olmaqla 
Orta  Asiya  xanlıqlarının  ittifaqını  yaratmağa  çalışırdı.  Lakin 
xanlıqlar  arasında  mövcud  ədavət  və  çəkişmələr  onların  bir-
ləşməsinə mane olurdu.  ngiltərə  Rusiyaya  qarşı  nəzərdə  tut-
duğu    ittifaqı    yarada    bilmədi.  Çar  Rusiyası  Krım  müharibə-
sindən  sonra  özünün  Orta  Asiya  siyasətindən  nəinki  əl  çəkdi, 
ə
ksinə,  onu  daha  da  gücləndirdi.  Rusiya  ehtiyat  edirdi  ki, 
downloaded from KitabYurdu.org


 
12
ngiltərə  açıq  şəkildə  Orta  Asiyaya  daxil  olar,  ona  görə  də  bu 
regiona hücuma keçməyi sürətləndirdi. Rusiyanın Orta Asiyaya 
doğru  irəliləməsi  ngiltərə  ilə  kəskin  rəqabət  şəraitində  baş 
verirdi.Xanlıqlarla  sərhəddə  toqquşma  zamanı  rus  əsgərləri 
dəfələrlə Orta Asiya döyüşçülərindən ingilis silahları ələ keçir-
mişdilər.  Çarizmin  Orta  Asiyaya  sahib  olmaq  istəməsi,  onun 
geniş  işğalçı  xarici  siyasət  planlarının  həyata  keçirilməsini 
asanlaşdırmaqla  yanaşı,  Yaxın  və  Orta  Şərqdəki  mübahisəli 
məsələlərdə  ngiltərəyə  təzyiq  göstərmək  üçün  çarizmə  mən-
fəətli ola bilərdi. Rusiyanın Orta Asiyadakı müvəffəqiyyəti  n-
giltərənin  Rusiya  əleyhinə  yeni  kampaniyaya  başlamasına 
səbəb  oldu.  ngiltərə  1865-ci  ildə  diplomatik  təzyiq  yolu  ilə 
Rusiyanı  Orta  Asiyadakı  işğallarından  əl  çəkməyə  məcbur 
etmək  istəsə  də  buna  nail  ola  bilmədi.  Belə  olduqda,  ngiltərə 
müstəmləkəçiləri Əfqanıstanda və Qaşqarda öz fitnələrini güc-
ləndirdilər.  ngilislərin  bu  siyasəti  nəticəsində  rus  tacirləri  Əf-
qanıstan  və  Qaşqardan  qovuldular.  ngilis  məşvərətçiləri  və 
casusları  Əfqanıstanı  silahla  təchiz  edir  və  onu  Amudərya 
boyundakı  yerləri  işğal  etməyə  təhrik  edirdi.  1869-cu  ildə 
ingilis  hökuməti  çar  hökumətinə  Orta  Asiyada  bitərəf  zona 
yaratmaq haqqında təklif verdi. Bitərəf zona hər iki dövlət üçün 
toxunulmaz  olmalı  idi. Rusiya  hökuməti  buna  razılıq  verdi  və 
bu  zonaya  Əfqanıstanı  da  daxil  etməyi  irəli  sürdü.  Bununla, 
Rusiya  ngiltərə tərəfindən Əfqanıstanın işğal edilməsinin qar-
ş
ısını  almaq  istəyirdi.  ngiltərə  buna  qarşı  Rusiyanın  hima-
yəsində olan Şimal vilayətləri hesabına bitərəf  zonanı  geniş-
ləndirməyi  irəli  sürdü.  Bu  isə  hər  iki  tərəfin  bitərəf  zona  haq-
qında razılığa  gələ bilməməsinə səbəb oldu. 1873-cü ildə Xivə 
xanlığının  mərkəzi  rus  qoşunları  tərəfindən  tutuldu.  Xivənin 
işğalı ciddi beynəlxalq təzyiq olmadan qəbul edildi. Yalnız  n-
giltərə  öz  etirazını  bildirdi.  1873-cü  ildə  ngiltərə  ilə  Rusiya 
arasında bağlanmış saziş gər-ginliyi müvəqqəti olaraq zəiflətdi. 
Bu  sazişə  əsasən,  Rusiya  Əfqanıstanda  ngiltərənin  hakim 
hüququnu  qəbul  edirdi.  ngiltərə  Xivəyə  qarşı  tələblərindən  əl 
downloaded from KitabYurdu.org


 
13
çəkir  və  bununla  da  Xivə  xanlığının  Rusiya  tərəfindən  siyasi 
cəhətdən  tabe  edilməsinə  razılıq  verirdi.  ngiltərə  ilə  sonrakı 
danışıqlarda  Rusiya  tərəfi  bildirdi  ki,  Rusiya  Orta  Asiyada  nə 
Buxaraya  doğru,  nə  də  türkmən  düzənliklərində  ərazilərini 
genişləndirmək  fikrində  deyil.  ngiltərədə  hakimiyyətə  gəlmiş 
mühafizəkarlar  isə  Britaniya  müstəmləkə  imperiyasını  geniş-
ləndirməyi gizlətmirdilər. 
 
1876-cı  ilin  fevralında  Rusiya  hökuməti  ngiltərənin 
yeni  mövqeyi  ilə  əlaqədar  olaraq  1873-cü  il  sazişini  müdafiə 
etdiyini  bildirdi.  Bununla  yanaşı,  göstərdi  ki,  hər  iki  dövlət 
sərbəst fəaliyyət göstərmək hüququnu özündə saxlayır. Bundan 
istifadə  edərək  çar  hökuməti  1876-cı  ildə  Kokand  xanlığının 
Rusiya imperiyasına birləşdirilməsi haqqında fərman verdi.   
XIX  əsrin  80-ci  illərinin  əvvəllərində  Orta  Asiyada 
Rusiya  ngiltərənin  güclü  müqavimətinə  rast  gəlirdi.  ngiltərə 
onun protektoratlığı altında olan Əfqanıstan vasitəsilə Türkmə-
nistanda  işğallara  can  atırdı.  Rusiya  Türkmənistanda  irəli-
lədikcə  ngiltərə-Rusiya  münasibətləri  yenidən  pisləşdi.  1881-
ci ildə Skobelovun başçılığı altında Axal-Təkin düzənliyi, üç il 
sonra  1884-cü  ildə  Mərv  şəhəri  tutuldu.  Rus  qoşunları  bilava-
sitə  Əfqanıstan  sahillərinə  çıxdılar.  Lakin  Əfqanıstanın  sər-
hədləri hələ dəqiq müəyyən edilməmişdi.   
1885-ci  ilin  martında  ingilislərin  təhriki  ilə  əfqan  qo-
ş
unları və general Komarovun rus ordu dəstələri arasında toq-
quşma  baş  verdi.  Əfqanlar  məğlub  edildikdə  və  rus  qoşunları 
Ə
fqanıstanın  şimalına  daxil  olduqda,  ngiltərədə  yenidən 
narahatlıq yarandı. Avropada belə hesab edilirdi ki,  ngiltərə ilə 
Rusiya  arasında  müharibə  labüddür.  Lakin  kəskin  ixtilaflar 
1885-ci  ilin  sentyabrında  Peterburqda  ngiltərə-Rusiya  sazi-
ş
inin  imzalanması  ilə  başa  çatdı.  Sazişə  əsasən,  Rusiya-Əfqa-
nıstan  sərhədi  müəyyən  edildi  və  ngiltərə  türkmən  torpaqları 
üzərində Rusiyanın hüququnu qəbul etdi. Eyni zamanda Rusiya 
Ə
fqanıstanın  daxili  işlərinə  qarışmamaq  öhdəliyi  götürdü. 
1895-ci ildə  ngiltərə ilə Rusiya arasında yeni saziş imzalandı. 
downloaded from KitabYurdu.org


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə