Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVL



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/68
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32569
1   2   3   4   5   6   7   8   9   ...   68

 
14
Bu saziş Rusiya, Əfqanıstan və Hindistan arasında  randan Pa-
mirə  qədər  sərhəd  xətlərinin  müəyyən  edilməsi  ilə  başa  çatdı. 
ngiltərənin  Türkmənistanı  işğal  etmək  planları  həyata  ke-
çirilmədi. 
 
3. Orta Asiyanın işğalı və bölgənin  
Rusiyaya birləşdirilməsi 
 
   
Orta  Asiya  torpaqlarının  siyasi  cəhətdən  tabe  edilməsi 
məsələsi  XIX  əsrin  60-cı  illərində  Rusiyanın  hakim  dairələri 
qarşısında tam kəskinliyi ilə durdu. Orta Asiya məsələsi Rusi-
yanın  istər  hökumət,  istərsə  də  ticarət-sənaye  dairələrinin  diq-
qətini getdikcə daha çox cəlb edirdi. Rus sənaye məhsullarının 
Avropa  bazarlarında  Avropanın  daha  çox  inkişaf  etmiş  səna-
yesi  ilə  rəqabətə  davam  gətirmədiyi  bir  şəraitdə  Orta  Asiyada 
yeni  bazarların  əldə  edilməsi  Rusiya  üçün  xüsusilə  vacib  idi. 
stər  daxili  vəziyyət,  istərsə  də  xarici  şərait  Rusiyanı  Orta 
Asiyaya qarşı daha inamlı addımlar atmağa sövq edirdi. 1859-
cu  ildə  Qazaxıstanla  Şimali  Qırğızıstanın  sərhədində  Kastek 
istehkamı  yaradıldı.  Bu,  Kokand  xanlığının  içərilərinə  irəlilə-
məyə  imkan  yaradırdı.  Bütün  bunlar  sərhəddə  Rusiya  ilə  Ko-
kand  xanlığının  hərbi  qüvvələrinin  toqquşmasına  gətirib  çı-
xartdı.  Çar  Rusiyası  yalnız  1864-cü  ildə  Orta  Asiyada  qəti 
işğallara  başladı.  Rus  qoşunlarının  hələ  XIX  əsrin  40-cı  illə-
rinin sonu 50-ci illərində Orta Asiya xanlıqlarına qarşı başlanan 
hərbi  əməliyyatları  XIX  əsrin  60-70-ci  illərində  bir  neçə 
mərhələdən keçdi. 
1.1864-1865-ci illərdə Kokand xanlığına qarşı hərbi yü-
rüşlər; 
2.1866-1868-ci illərdə Buxara xanlığına qarşı hərbi yü-
rüşlər;  
3.1873-cü il Xivə xanlığına qarşı hərbi yürüşlər; 
 
1864-cü  ildə  rus  qoşunları  öz  hücumlarını  şərqdə  Ver-
nıdan  və  şimalda  Perovskdan  başlayaraq  Kokand  xanlığının 
downloaded from KitabYurdu.org


 
15
sərhədlərinə  daxil  oldular.  Kokandlıların  ağalıq  etdikləri 
Ə
liyyi-Ata,  Türküstan  və  Çimkənd  şəhərləri  1864-cü  ildə  rus 
qoşunları  tərəfindən  tutuldu.Orta  Asiyanın  ən  böyük  şəhəri, 
nəinki  təkcə  Kokand  xanlığının,  həm  də  bütün  Orta  Asiyanın 
mühüm  iqtisadi  mərkəzi  olan  Daşkənd  1865-ci  ilin  yayında 
general  Çernyayevin  qoşunlarına  təslim  oldu.  Kokand  xanının 
qüvvələri tezliklə tam məğlubiyyətə uğradı.  
 
Buxara əmiri Kokand xanının məğlubiyyətini gördükdə, 
Kokand  xanlığını  işğal  etmək  üçün  əlverişli  məqam  olduğu 
qərarına  gəldi.  Buxara  əmirinin  Kokand  xanlığına  müdaxilə 
etməsi, Buxara xanlığına qarşı hərbi əməliyyata başlamaq üçün 
çar  generallarına  bəhanə  oldu.  1866-cı  ilin  yazında  Buxara 
xanlı-ğının qoşunları Xocənt şəhəri ətrafında ağır məğlubiyyətə 
uğradı.  Rus  qoşunları  Xocənti,  Cizəki,  Ura-Tyubəni  tutdular. 
Rus  qoşunları  tərəfindən  tutulmuş  yerlərdə  1867-ci  ildə  Tür-
küstan  general  qubernatorluğu  yaradıldı.  General-qubernator-
luğun mərkəzi Daşkənd şəhəri idi. General K.Kaufman Türküs-
tanın ilk general-qubernatoru təyin edildi. General-qubernatora 
Orta Asiya xanlıqları ilə müstəqil  hərbi  əməliyyat və diploma-
tik danışıqlar aparmaq səlahiyyəti verilmişdi. Cizəkin alınması 
Zərəfşan  vadisinə-Buxara  xanlığının  mərkəz  şəhərləri  Səmər-
qəndə  və  Buxaraya  yol  açdı.  Orta  Asiyanın  qədim  şəhər-
lərindən biri olan Səmərqənd 1868-ci il mayın 2-də təslim oldu. 
Rus  qoşunlarına  qarşı  hücuma  keçən  Buxara  xanlığının  hərbi 
qüvvələri  Buxara  yolunu  qoruyan  Zərbulaq  yüksəkliklərində 
yeni məğlubiyyətə uğradılar. 1864-1868-ci illərdə rus qoşunla-
rının  hərbi  əməliyyatları  zamanı  Kokand  və  Buxara  xanlıqları 
məğlub  oldular.  1868-ci  ilin  yanvarında  Rusiya  ilə  Kokand 
arasında, həmin ilin iyun ayında isə Buxara ilə sülh müqaviləsi 
imzalandı. Sülh müqavilələrinin şərtlərinə əsasən Kokand xanı 
Xudayar və Buxara əmiri Müzəffərəddin Rusiyanın vassallığını 
qəbul edir, işğal edilmiş yerlərin Rusiyaya çatmasını qəbul edir 
və  hər  iki  xanlığın  ərazisində  Rusiya  təbəələrinin  azad  ticarət 
etmək  hüququnu  tanıyırdılar.  Buxara  əmiri  Rusiyaya  500  min 
downloaded from KitabYurdu.org


 
16
manat  təzminat  verməyi  öhdəsinə  götürdü.  1873-cü  ildə  ge-
neral Kaufmanın komandanlığı altında rus qoşunları Xivə xan-
lığının ərazisinə daxil oldu. Xivə şəhəri 1873-cu il mayın 29-da 
təslim oldu. 1873-cü ilin avqustunda tərəflər arasında sülh mü-
qaviləsi  bağlandı.  Xivə  xanlığı  Amudəryanın  sağ  sahilindəki 
yerləri  Rusiyaya  verdi,  Rusiyanın  vassalı  olmağı  qəbul  etdi. 
Rusiya  tacirləri  gömrük  vergisindən  tamamilə  azad  edilirdi. 
Xivə xanı 2,2 milyon manat məbləğində təzminat verməyi öh-
dəsinə götürdü. 
 
Beləliklə, Rusiya on il ərzində Orta Asiya xanlıqlarının 
müqavimətini  qırdı,  əraziləri  və  hüquqları  xeyli  məhdudlaşdı-
rılan  Kokand  və  Xivə  xanları  və  Buxara  əmiri  Rusiya  im-
periyasının vassalları oldular. Əslində isə bu xanlıqlarda ixtiyar 
Rusiya hökumət orqanlarının əlində idi. 1873-cü ildə Xudayar 
xana qarşı üsyan baş verdi. Üsyana xanlarla düşmənçiliyi olan 
ayrı-ayrı  iri  feodallar,  müsəlman  ruhaniləri  də  qoşulmuşdular. 
Düşmənə qarşı “müqəddəs müharibə” kimi dini şüar da ortalığa 
atılmışdı.  Çünki  üsyançılara  milli  və  dini  şüarlar  təlgin  olun-
duqda onlar düşmənə qarşı daha amansız olurdular. Daha geniş 
yayılmaq  qorxusu  olan  antifeodal  üsyanın  vüsətindən  qorxan 
Rusiya  hökuməti  üsyanı  yatırmaq  üçün  bölgəyə  xeyli  hərbi 
qüvvə  göndərdi.  Üsyançılar  rus  qoşunlarına  qarşı  mübarizəyə 
qalxdılar, beləliklə də antifeodal üsyanı milli-azadlıq xarakteri 
alaraq  müstəmləkəçilik  əleyhinə  yönəldildi.  Xalq  içərisində 
ş
öhrət  qazanmış  Pulat  xan  xalq  kütlələrinin  başçısı  oldu.  Xal-
qın şikayətlərini Pulat xan özü dinlə-yir və xalq üçün xüsusilə 
ağır olan vergiləri tamamilə ləğv edirdi. Pulat xan 1875-ci ilin 
oktyabrında  Əndican  yaxınlığında  məğlub  edildi.  Kortəbii 
xarakter  daşıyan  bu  üsyanların  təşkilati  cəhətdən  zəif  idarə 
edilməsi, üsyançıların pis silahlanması, vahid rəhbərliyin olma-
ması məğlubiyyətə gətirib çıxarmışdı. Orta Asiyada ruslar belə 
uzunmüddətli  və  qətiyyətli  mübarizə  ilə  rastlaşmamışdılar. 
Xalq  üsyanı  yatırıldıqdan  sonra,  1876-cı  il  fevralın  19-da  Ko-
kand xanlığı ləğv edilmiş və bu vaxtadək Kokand xanının ha-
downloaded from KitabYurdu.org


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə