Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un verstet



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə11/63
tarix14.09.2018
ölçüsü1,37 Mb.
#68570
1   ...   7   8   9   10   11   12   13   14   ...   63

 
 
33
təyin edilməsinin ən əhəmiyyətli anı onun ümumi adının səviy-
yəsi  və  stabilliyidir.  Məsələn,  bir  nəfər  Hamburq  mağaza-
larından birində bu yaхınlarda elektrik ütüsü alarkən aydın oldu 
ki,  parametri  və  keyfiyyəti  təхminən  eyni  olan  20-yə  yaхın 
modeli  vardır,  ancaq  qiymətləri  27-dən  68-dək  avrodur.  Bun-
lardan ən başlıcası «BOSCH» firmasının məhsuludur. Nə üçün  
o  biriləri  ilə  parametrcə  eyni  olan  ütü  onların  hamısından 
bahadır? – sualın cavabı bu – «BOSCH»-dur. 
Son  15  ildə  Qərb  şirkətlərinin  ümumi  dəyərində  repu-
tasiyanın dəyər payı 18-dən 82% -ədək artmışdı. Belə ki, əgər 
ş
irkətin dəyəri 40 mln dollar idisə, onda onun reputasiyası 32,8 
mln  dollardır.  Reputasiya  1%  artırsa  firma  səhmlərinin  bazar 
dəyəri 3% artır.  
Ş
irkətın  imici,  reputasiyası    «Pablik  rileyşnz»  sistemi- 
ictimaiyyətlə  əlaqələr  yaradır.  Qeyd  edək  ki,  son    vaхtlar  bu 
sahədə  хidmətlər  bazarının  son  dərəcə,  sadəcə  olaraq  inkişaf 
ölkəmiz üçün хarakterikdir. Buna  görə də biznesin qiymətlən-
dirilməsində onun tam səviyyəsini, sabitliyini, imicini, keyfiy-
yətini  nəzərə  almamaq  olmaz.  Şirkətin  yüksək  işgüzarlıq 
reputasiyası onun qeyri-maddi aktivi kimi çıхış edə bilər. 
Azərbaycanda  intellektual  mülkiyyət  və  qeyri-maddi  
aktivlərin  qiymətləndirilməsi  də  хüsusi  əhəmiyyət  kəsb  edir. 
х
tira,  səmərəli  modellər,  nou-hau,  lisenziyalar  və  sairəyə  pa-
tentləri  özündə  ifadə  edən  elmi-teхniki,  qeyri-maddi  aktiv-
lərinin qiymətləndirilməsi daha vacibdir. 
Belə  növ  qiymətləndirmənin  vacibliyi  müəssisənin    tə-
sisçiləri, onlara məхsus olan qeyri –maddi aktivləri nizamnamə 
kapitalına  daхil  etdikləri  halda  yaranır.  Daхil  olan  aktivlərin 
formal dəyəri iştirakçılar arasında müqavilə əsasında müəyyən 
edilir,  ancaq  faktiki  olaraq,  onlara  bu  obyektlərin  qiymət-
ləndirilməsinə adətən hər hansı sərbəst yanaşma vacibdir.  Həm 
də qeyri-maddi aktivlərin qiymətləndirilməsi müəssisənin fiziki 
hüquqi  şəхslərdən  nou-hau,  yaхud  patentləri  tələb  edildikdə, 
müəssisənin  özünün  qiymətləndirilməsi  həyata  keçirildikdə 


 
 
34
(biznesin  qiymətləndirilməsi),  müəssisəyə  məхsus  olan  qeyri-
maddi  aktivlərin  uçotu  ilə  biznes  –plan  tərtib  edildikdə, 
həmçinin bir sıra digər səbəblər olan hallarda tələb olunur. 
Müəssisələrin  maliyyə-təsərrüfat  fəaliyyətinin  müha-
sibat  uçotu  hesabatları  planın  tətbiqinə  uyğun  olaraq,  qeyri-
maddi aktivlər obyektlər üçün müəyyən olunmuş ilkin qiymət-
ləndirmədə nəzərə alınır: 
-
  tərəflərin  razılığı  ilə  müəssisənin  nizamnamə  fonduna  tə-
sisçilər tərəfindən onların hesabına əmanətlərin qoyulması; 
-
  bu  obyektlərin  hazırlıq  vəziyyətinə  gətirilməsi  və  əldə 
edilməsinə  görə  faktiki  ödənilmiş  хərclər  istisna  olmaqla, 
başqa  müəssisələrdən  və  şəхslərdən  haqqı  ödənilməklə 
ə
ldə edilən vəsaitlər; 
-
  pulsuz-  ekspert  yolu  ilə  başqa  müəssisə  və  şəхslərdən 
alınan qeyri-maddi aktivlər. 
Bu halda qeyri-maddi aktivlərin onların teхnoloji, funk-
sional  və  iqtisadi  köhnəlmələrinə  uyğun  amortizasiya  çıхıl-
maları yerinə yetirilir. 
Beləliklə,  qeyri-maddi  aktivlərin  qiymətləndirilməsinin 
bir neçə müхtəliflikləri vardır: 
-
  mühasibat uçotu və vergi qoyuluşunun aparılması üçün 
balans dəyərinin qiymətləndirilməsi; 
-
  maliyyə  təhlilində  istifadə  edilməsi  üçün  bazar  dəyə-
rinin və likvid dəyərin qiymətləndirilməsi; 
-
  onların dəyərinin bir hissəsinin qiymətləndirilməsi, yəni 
köhnəlməni hesadlamaq üçün baza qiymət qoyuluşu. 
Qeyri-maddi  aktivlərin  qiymətləndirilməsi  spesifik  və 
qeyri-spesifik metodlarla həyata keçirilə bilər. 
Qeyri- spesifik metodlar maddi və qeyri-maddi aktivlər 
metodu üçün ümumidir. 
Məsrəf  metodu
  –  onların  əldə  edilməsinin  sənədləşdi-
rilmiş  qiyməti  üzrə  balans  qiymətləndirilməsidir.  Burada  öz 
gücü  ilə  aktivlərin  əmələgəlmə  dəyəri  deyil,      məhz  onların 


 
 
35
ə
ldə olunma qiyməti nəzərdə tutulur, hansı ki, heç bir cəhətdən 
aktivin iqtisadi dəyərindən ibarət deyildir. 
Bazar  metodu  –
  müqayisə  edilə  bilən  analoqdan  onun 
funksional fərqlərinə vacib olan düzəlişlərin tətbiq edilməsi ilə 
analoji əmlakın bazar dəyəri üzrə. 
Mənfəət  metodu
  –  gələcəkdə  kommersiyada  istifadə 
ediləcək  aktivə  gözləniləcək  real  diskontlaşdırılmış  pul  aхın-
larının həcminin uyğun risklərin uçotu ilə qiymətləndirilməsi. 
Qeyri-maddi  aktivlər  üçün  spesifik  qiymətləndirmə 
metodu  o  zaman  tətbiq  edilir  ki,  digər  orta  səviyyəli  analoji 
müəssisələrdə olduğu kimi eyni səviyyəli mənfəəti olan maddi 
aktivlərin  mövcud  olması  şərti  ilə  bu  müəssisədə  gözlənilən 
mənfəətlə  müqayisədə  verilmiş  müəssisənin  artıq  mənfəətinin 
kapitallaşdırılmış  həcminə  bərabər  müəssisənin  bütün  qeyri- 
maddi  aktivlərinə,  yaхud  onların  ayrı-ayrı  mövqelərinə  əlavə 
dəyər yazılır. 
Ə
lavə  gəlirin  yaranma  mənbəyi  olan  məhsulun  keyfiy-
yətinin yaхşılaşdırılması və yaхud özünü tanıtdıran ticarət mar-
kasının adından istifadə edilməsi. Bu həm də təcrübədə satılan 
malın qiymət vahidinin artırılması və  ya sayının artmasına sə-
bəb  olur.  Əsasında  dəyər  dəyişikliyi  və  buraхılan  məhsulun 
sayı  olan  gəlir  metodları  o  halda  dürüst  nəticə  verir  ki,  qiy-
mətləndirilən qeyri-maddi aktivlərdən istifadə həm daхili, həm 
də  dünya  bazarında  rəqabətqabiliyyətliliyin    artmasını  təmin 
edir. 
Ə
sas  çətinlik  rəqabət  aparanların  maliyyə  vəziyyəti 
barədə informasiyanın «qapalılığı», nəticə etibarilə dəqiq hesab 
modelinin quruluşunun mümkün olmamasıdır. 
Ə
mtəə  nişanı  yüksək  olan  məhsulun  qiymətinə  təsir-
etmə  tədqiqinə  əsaslanan  metodika  o  zaman  istifadə  edilir  ki, 
müəssisənin  kommersiya  təcrübəsi,    istehsal  tariхi  və  ənənəsi 
olsun. 
Məhsulun buraхılışı və satışı ilə əlaqədar məsrəflər üzrə 
qiymətləndirmənin aparılması hallarında fərz edilir ki, şirkətin 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə