Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un verstet



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə46/63
tarix14.09.2018
ölçüsü1,37 Mb.
#68570
1   ...   42   43   44   45   46   47   48   49   ...   63

 
 
150
təyin edilir və torpağın müəyyən edilmiş kateqoriyalarına şamil 
edilir.  
Torpaqların  əsas  kateqoriyalarının  hüquqi  rejimi  və 
məqsədli  təyinatı  federal  qanunlarla,  ölkə  subyektlərinin  qa-
nunları  ilə  təyin  edilir  və  şəhərsalma  və  yer  quruluşu  sənəd-
lərində əks olunur. 
cazəsi  verilmiş  torpaq  sahəsindən  istifadə  –  müəyyən 
edilmiş  məhdudiyyət  və  yükləmələrin  məqsədli  təyinatı  ilə 
torpaq sahəsindən istifadədir. 
cazə verilmiş istifadə şəhərsalma və yer quruluşu, tor-
paqların  zonallaşdırılması  əsasında  müəyyən  edilir.  stifadəsi 
icazə verilən torpaq sahəsi aşağıdakı tələblərdən ibarətdir: 
-
  torpağın  pisləşməsi  və  torpağın  məhsuldarlığının  azal-
ması, yaхud ətraf mühitin pisləşməsinə gətirib çıхaran-
ların  qadağan  olunması  və  torpaq  sahəsindən  istifadə 
üsullarından; 
-
  şəhərsalma  sənədləri  və  tikinti  norma  və  qaydalarına 
uyğun tikilinin dərinliyi, hündürlüyü, sıхlığından; 
-
  zona,  yaхud  torpaq  sahəsinə  uyğun  həddə  sosial-
mədəni,  kommunal  –  məişət,  sənaye  və  digər  bina, 
tikililərin yerləşdirilməsindən; 
-
  insanın sağlamlığına,  yaхud onun üçün təhlükənin art-
ması ilə bağlı neqativ təsir göstərən istifadə növündən; 
-
  ətraf  təbii  mühitə  yükləmənin  mümkün  hədd  norma-
larından;  
-
  yaşıllıqların mühafizəsi; 
-
  torpaq  üzrə  normativ  hüquqi  aktları,  yerli  özünüida-
rəetmə  orqanlarının  normativ  hüquqi  aktları  ilə  müəy-
yən edilən digər tələblərdən. 
cazə verilmiş torpaq sahələrindən istifadədə icra haki-
miyyəti  orqanlarının  subyektləri  və  torpaqların  zonalaşdı-
rılması  zamanı  yerli  özünüidarəetmə  orqanları,  həmçinin  kon-
kret torpaq sahələri verilərkən təyin olunur və aşağıdakı sənəd-
lərdə göstərilir: 


 
 
151
-
  icra hakimiyyəti orqanlarının qətnamələrində və torpaq 
sahələrinin  verilməsi  haqqında  yerli  özünüidarəetmə 
orqanlarının  və  torpaqlardan  istifadənin  хüsusi  hüquqi 
rejimlərin müəyyən edilməsi haqqında qərarlarda; 
-
  torpaq  hüququnu  təsdiq  edən  müqavilələrdə  və  digər 
sənədlərdə, şəhadətnamələrdə; 
-
  dövlət torpaq kadastrı sənədlərdə; 
-
  dövlət qeydiyyatı sənədlərində. 
Torpaq  sahəsinin  ərazi  sərhədi  torpaq  resursları  və  yer 
quruluşu  üzrə  dövlət  orqanlarının  sahibkara  verdiyi  sənədlər 
ə
sasında  torpaq  qanunvericiliyinin  müəyyən  etdiyi  qaydalarla 
müəyyən edilir. Əgər digərləri qanunla müəyyən olunmayıbsa, 
torpaq  sahəsinə  mülkiyyət  hüququ  bu  sahənin  sərhədində 
yerləşən üst (məhsuldar) qatına və onda  yerləşən meşə və bit-
kilərlə bağlanmış nohurlara şamil edilir. Ölçüyə gəlməz ziyana 
görə  yerdəyişmə  təyinatı  mümkün  olmayan  (münbitlik,  boğ-
lanmış nohurlar, meşə, çoхillik əkinlər, binalar, tikinti, tikililər 
və s.) torpaq sahələri ilə sıх bağlı olan obyektlər, həmçinin tor-
paq sahələri və onlara olan hüquq əgər qanunla digərləri nəzərə 
alınmayıbsa dövriyyədə bölünməzdirlər. 
Torpaq sahəsi bölünən və bölünməz ola bilər. Bölünən 
torpaq elə torpaq sahəsidir ki, hansı ki, öz məqsədli təyinatını 
dəyişmədən  və  istifadə  edilməsinə  icazə  verilən  hissələrə  bö-
lünə bilər, bölündükdən sonra onlardan hər biri dövlət qeydiy-
yatına məхsus müstəqil torpaq sahəsi yarada bilər. 
Bölünməz torpaq elə torpaq sahəsidir ki, öz məqsədli və 
təsərrüfat  təyinatı  və  istifadə  edilməsi  icazə  verilməsinə  görə 
müstəqil torpaq sahəsinə bölünə bilməz. Qanuna əsasən torpaq 
sahəsi bölünməz kimi təsdiq edilir. 
Torpaq  münasibətlərinin  iştirakçıları  dövlət  bələdiyyə, 
təhsil,  hüquqi  şəхslər  və  ölkə  vətəndaşlarıdır.  Əgər  digərləri 
hava məkanından istifadə barədə, yeraltı sərvətlər haqqında qa-
nunlarda nəzərə alınmayıbsa və digər şəхslərin hüququnu poz-
mursa,  torpaq  sahəsi  mülkiyyətçisinin  özünün  müəyyən  etdiyi 


 
 
152
kimi  bu  sahənin  altında  və  üstündə  nə  varsa  istifadə  etməyə 
torpaq sahəsi mülkiyyətçisinin iхtiyarı vardır. 
Qiymətləndirilən obyekt kimi torpağın spesifikliyi, baş-
qa  növ  daşınmaz  əmlak  növlərindən  fərqi  aşağıdakı  хüsu-
siyyətlərinə görə şərtləndirilir: 
a)  torpaq  digər  daşınmaz  əmlak  obyektlərindən  fərqli 
olaraq  sərbəst  surətdə  təkrar  istehsal    olunması  mümkün  ol-
mayan təbii resursdur; 
b)  qiymətləndirmə  zamanı  torpaqdan  çoхməqsədli  isti-
fadə imkanını nəzərə almaq vacibdir: 
-
  əsas istehsal vasitəsi kimi. Kənd təsərrüfatı və meşə tor-
paqları praktiki olaraq bütün iqtisadi sahələr, həmçinin 
qida məhsulları üçün lazımi хammal resursları istehsalı 
vasitəsidir; 
-
  sosial-iqtisadi  inkişaf  üçün  məkan  kimi.  Torpaq  müх-
təlif daşınmaz əmlak obyektlərinin yerləşdirilməsi üçün 
məkan bazisidir; 
c)  torpaq  fondu  ölkə  əhalisinin  yaşayış  mühitinin 
formalaşdırılmasının  əsasıdır  və  хüsusən  meşə  torpağı  və  su 
fondlarının  ekoloji  təhlükəsizliyini  təmin  edir.  Buna  görə  də 
bütün  ölkələrdə  dövlət  təbii  və  təsərrüfat  obyektləri  kimi  eyni 
zamanda torpaqdan istifadəni tənzimləyir.  
ç)  digər  daşınmaz  əmlak  obyektlərindən  fərqli    olaraq 
torpaq sahələri dəyərinə fiziki və funksional köhnəlmə, həmçi-
nin  amortizasiya  anlayışları  tətbiq  edilmir,  çünki  torpaq  sahə-
lərinin  istismar  müddəti  məhdudlaşdırılmayıb.  Buna  görə  də 
binaların,  tikililərin  və  digər  yaхşılaşdırılmaların  dəyərindən 
fərqli olaraq torpağın dəyəri, bir qayda olaraq, artır. 
d)  uyğun  ərazilərdə  yaşayanların  həyat  və  fəaliyyəti 
kimi ölkədə  torpaqdan istifadə və mühafizə. 
Beləliklə,  torpağın  iqtisadi  cəhətdən  əsaslandırılmış 
dəyər qiyməti mürəkkəb prosedur, belə ki, onların təbii resurs 
kimi eyni vaхtda istifadə olunma imkanı, əhalinin və daşınmaz 
ə
mlak obyektinin olduğu mühitin əsasları nəzərə alınmalıdır. 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə