Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə26/26
tarix20.09.2018
ölçüsü0,55 Mb.
#69786
1   ...   18   19   20   21   22   23   24   25   26

73

 

 



a) gəlir gətirən aktivlərin həcminin artırılması; 

b) az effektli maliyyə qoyuluşlarının həcminin ixtisar edilməsi. 

Xarici  ölkələrdə  bank  rəhbərliyinin  işinin  effektliliyi  göstəricisi  kimi  iqtisadi 

ə

lavə  dəyər  göstəricisindən istifadə  edilir.  Müdiriyyətin  mükafatlandırılması,  həvəs-



ləndirilməsi üçün əsas olan əlavə dəyər onun diqqətini müasir maliyyənin əsas vəzifə-

si olan kapitalın yerləşdirilməsinin və idarə edilməsinin kritik problemlərində fokus-

laşdırır.  qtisadi əlavə dəyər müdiriyyəti, idarəediciləri mənfəətlilik vəd edən inkişaf 

istiqamətləri axtarıb tapmağa sövq edir.  qtisadi əlavə dəyər aşağıdakı düsturla müəy-

yən edilir: 

Ə

D  =  (Kapitalın  gəlirlik  faizi  –  Cəlb  edilən  kapitalın  faiz  norması)



×

  Orta 


məcmu kapital 

Bu düsturun kifayət qədər sadə izahı var: resursların yerləşdirilməsinin orta faiz 

stavkası  onların  cəlb  edilməsinin  orta  faiz  stavkasından  yüksək  olduğu  halda  bank 

mənfəət əldə edir, yəni “əlavə dəyər” yaranır. 

Müdriyyətin  maddi  həvəsləndirilməsi  müxtəlif  formalarda  (məsələn,ucuz  qiy-

mətə  bankın  səhmlərinin  alınması,  təqaüdə  çıxan  işçilərə  yüksək  təqaüdlərin 

müəyyən edilməsi və s.) həyata keçirilə bilər. 

 



74

 

 



Nəticə və təkliflə

Bank  marketinqi  bankın  fəaliyyətinin  fəlsəfəsi  və  strategiyası,  həm  indiki 

zamanda,  həm  də  perespektivdə bankın  qarşısında qoyulmuş  məqsədlərə  nail olnm-

asına imkan verən idarəetmənin aparıcı sahəsidir. Bank marketinqi iqtisadi psixologi-

ya ilə çox sıx əlaqəlidir. Marketinq tələbatların aşkar edilməsi və ödənilməsi prosesi 

olaraq  iqtisadiyyatın  istənilən  sektorun  fəaliyyətinin  mühüm  tərkib  hissəsidir  və  bu 

piramidanın zirvəsində BANK yerləşir. 

Bank  xidmətləri  sahəsində  sahibkarlığın  inkişafı  müştərilərin  sərbəst 

vəsaitlərinin cəlb edilməsi və onlara müxtəlif xidmətlərin göstərilməsi sahəsində həm 

bank  sistemi  daxilində,  həm  də  qeyri-bank  institutları    ararasında  rəqabət 

mübarizəsinin kəskinləşməsi şəraitində baş verir. Dünya təcrübəsi göstərir ki, rəqabət 

mübarizəsinin  həddən  artıq  kəskinləşdiyi  belə  bir  şəraitdə  maliyyə  bazarında 

özlərinin  fəaliyyətini  yalnız  öz  seqmentini  tapa  bilən,  öz  müştərilərinin  tələblərinə 

uyğunlaşdıra  və  bu  tələbləri  daha  dolğun  ödəyə  bilən,  mövcud  və  yeni  bank 

xidmətlərinə  tələbat  yarada  bilən  banklar  davam  etdirə  bilər.  Bu  işdə  banklara 

maliyyə bazarında baş verən proseslərə adekvat fəaliyyət göstərməyə şərait yaradan 

və imkan verən bank marketinqi yardımçı ola bilər. 

qtisadi ədəbiyyatda bank marketinqi bankın özündə iki aspekti: bazarın təhlilini 

və  onun  inkişaf  istiqamətlərini,  həmçinin  bazara  təsiretmə  üsullarının  müəyyən 

edilməsini birləşdirən davranışının kompleks proqramı; müştərilərin real tələbatlarını 

nəzərə almaq şərti ilə daha sərfəli, daha cəlbedici bank xidmətləri bazarlarının axtarı-

lıb tapılması kimi də izah edilir.  

Bank  marketinqinin  a)  bank  əməliyyatlarının  xidmətlərə  aid  olduğundan  

xidmətlərin özəlliklərindən irəli gələn spesifik xüsusiyyətləri; b) bank əməliyyatları-

nın  maliyyə  xarakterli  olmasından  irəli  gələn  xüsusiyyətləri;  c)  həm  aktiv,  həm  də 

passiv əməliyyatlar yerinə yetirməsindən və d) bank fəaliyyətinin həm bank riskləri, 

həm də müştəri riskləri ilə əlaqəli olmasından irəli gələn bir sıra spesifik xüsusiyyət-

ləri vardır. 




75

 

 



Bank marketinqinin əsas vəzifəsinə bank fəaliyyətinin effektli strateji və opera-

tiv planlaşdırılması sisteminin yaradılması; müəssisənin bazar fəaliyyətinə təsir edən 

bütün  amillər  üzrə  marketinq  tədqiqatlarının  aparılması,  rəqiblərin,  müştərilərin  və 

işgüzar tərəfdaşların fəaliyyətinin hərtərəfli təhlili və öyrənilməsi; bankın göstərdiyi 

xidmətlərə  müştərilərin  tələblərinin  kəmiyyət,  keyfiyyət  və  strukturuna  görə  maksi-

mum ödənilməsi; bankın məhsul siyasətinin təkmilləşdirilməsi, marketinq kompleksi-

nin hazırlanması və inkişaf etdirilməsi, müəyyən edilmiş vaxt çərçivəsində və möv-

cud  vəsaitlər  və  istehsal  güclərinə  əsaslanmaqla  mənfəətin  əldə  edilməsi,  həmçinin 

planlaşdırılmış  bazar  payına nail olunması; bankın  effektli kommunikasiya  siyasəti-

nin hazırlanması və inkişaf etdirilməsi, bankın seçilmiş inkişaf strategiyasına uyğun 

gələn imicinin yaradılması, bank marketinq fəaliyyətinə mütəmadi nəzarətin edilməsi 

və bu fəaliyyətin auditi aiddir. 

Bankın qarşısında duran vəzifələrin həll edilməsi üçün marketinq fəaliyyətində 

marketinq tədqiqatları, məhsul çeşidinin planlaşdırılması, məhsulların bölüşdürülməsi 

və  satışı,  tələbatın  formalaşdırılması  və  satışın  həvəsləndirilməsi,  həmçinin  qiymət-

qoyma funksiyaları yerinə yetirilir. 

Bank  marketinqinin  məzmunu  onun  prinsiplərində  konkretləşir.  Bu  prinsiplərə 

müəssisənin  apardığı  tədqiqatların,  onun  istehsal  və  satış  səylərinin  istehlakçıların 

tələbatlarının tam və daha dolğun ödənilməsində təmərküzləşdirilməsi; uzunmüddətli 

nəticələrə  yönəldilməsi,  müəssiənin  fəaliyyətinin  uzunmüddətli  mənfəətliliyinin 

təmin edilməsi, müəssisənin fəaliyyətinə sistemli və məqsədli-proqram yanaşma və s. 

aiddir. 


Bank marketinqin mühüm bloklarından biri bank məhsullarının (xidmətlərinin) 

satışının təşkilidir. Bank məhsullarının (xidmətlərinin) satışının təşkili satış formala-

rının  (bavə  nkın  tipinin)  seçilməsindən  və  satışın  həvəsləndirilməsi  sisteminin 

hazırlanmasından  ibarətdir.  Satışın  həvəsləndirilməsi  sistemi  də,  öz  növbəsində,  iki 

istiqamətdə:  a)  istehlakçıları  xidmətləri  məhz bank  marketinqi həyata keçirən bank-

dan  almağa  həvəsləndirmək,  sövq  etmək  və  b)  bank  işçilərini  bank  xidmətlərinin 




76

 

 



satışının  həcmini  maksimumlaşdırmağa  həvəsləndirmək,  sövq  etmək  istiqmətində 

həyata keçirilir. 

stehlakçıları xidmətləri məhz bank marketinqi həyata keçirən bankdan almağa 

həvəsləndirilməsi  onların  müştərilərə  müəyyən  dövr  ərzində  havayı  (pulsuz)  və  ya 

müəyyən  qiymət  güzəştləri  ilə  göstərilməsi;  havayı  (pulsuz)  və  ya  müəyyən  haqq 

müqabilində  göstərilən  xidmətlərin  uzlaşdırılması,  yəni  onların  dəst  formada 

göstərilməsi; müştərilərə qeyri-bank xidmətlərinin müəyyən güzəştlərlə göstərilməsi; 

bankın əmanətçiləri arasında onlara əlavə pul və ya digər prizlər udmağa imkan verən 

lotereya  oyunlarının oynanılması; bankın və  onun xidmətlərinin  reklam  edilməsi  və 

müştərilərlə birbaşa kontaktın yaradılması formasında həyata keçirilə bilər. 

Bank  işçilərini  bank  xidmətlərinin  satışının  həcmini  maksimumlaşdırmağa 

həvəsləndirilməsi onları  yüksək nəticələrə  nail olmağa  sövq  edən  əmək  haqqı siste-

minin yaradılması formasında həyata keçirilməlidir. Bu zaman bankın funksional böl-

mələrinin  və  ştab  bölmələrinin  işçilərinin  əməyinin  ödənilməsi  sistemi  fərqləndi-

rilməlidir. 

Bankın funksional bölmələrinin işçilərinin əməyinin ödənilməsi a) fiksə edilmiş 

ə

mək  haqqı  və  b)  əlavə  əmək  haqqı  –  mükafatların  verilməsi  formasında  həyata 



keçirilməlidir. Fiksə edilmiş əmək haqqı işçinin ixtisas səviyyəsinin pulla qiymətlən-

dirilməsidir.  Əlavə  əmək  haqqının,  yəni  mükafatın  həcmi  bankın  gəlirlərinin  və  ya 

işçinin realizə etdiyi bank xidmətlərinin həcmindən asılı olaraq müəyyən edilir. 

Bankın  ştab  bölmələrinin  işçilərinin  mükafatlandırılmasında  bankda  yarana 

biləcək əlavə xərclərin və itkilərin həcminin azaldılması və onların işini xarakterizə 

edən keyfiyyət göstəricilərinin (məsələn, işçinin işlədiyi bölmənin, digər bölmələrin 

və bütünlükdə bankın  fəaliyyətində  payı;  təşkilata daha  çox fayda  gətirən  fəaliyyəti 

(hərəkəti) müəyyən etmək və həyata keçirmək bacarığı (qabiliyyəti); vahid komanda 

formasında fəaliyyət göstərmə bacarığı və s.) nəzərə alınması məqsədəuyğundur.  

Bank marketinqinin tətbiqinin və onun təşkilinin və idarə edilməsinin təkmilləş-

dirilməsinin mühüm istiqamətlərindən biri də bank xidmətlərinin qiymətinin düzgün 

müəyyən  edilməsidir.  Bununla  əlaqədar  olaraq  buraxılış  işində  üç  qrup  bank 




77

 

 



məhsulunun: a) pul resurslarının yenidən bölüşdürülməsi ilə əlaqəli olan məhsulların 

–  “faiz  məhsulları”nın;  b)    pul  resurslarının  yenidən  bölüşdürülməsi”  ilə  əlaqəli 

olmayan  məhsulların – “komision məhsulların” və c) özündə “faiz məhsulları”nın və 

“komision məhsulların” xüsusiyyətlərini birləşdirən bank məhsullarının maya dəyəri 

və  qiymətinin  müəyyən  edilməsinin  xüsussiyyətlərinə  baxılmış  və  şərti  misallar 

ə

sasında həmin məhsulların qiyməti müəyyən edilmişdir.  



Ayrı-ayrı  bank  məhsullarının  effektililiyinin  (gəlirliliyinin)  qiymətləndirilmə-

sində bankın bölmələrinin büdcəsi əsas götürülür. Bankın faiz xərcləri onun funksio-

nal  bölmələri  arasında  likvidliyin  idarə  edilməsində  istifadə  edilən  modeldən  asılı 

olaraq  müxtəlif  cür  bölüşdürülə  bilər.  Hal-hazırda  likvidliyin  idarə  edilməsində 

“Vəsaitlərin  ümumi  fondu”  və  “Bank  daxilində  bank”  modellərindən  istifadə  edilir. 

Likvidliyin idarə edilməsinin “Vəsaitlərin ümumi fondu” modelində bankın faiz xərc-

ləri onun funksional bölmələri arasında bankın ümumi resurslarında konkret bölmə-

nin  aktivlərdə  yerləşdirdiyi  resursların  xüsusi  çəkisinə  uyğun  olaraq  bölüşdürülür. 

“Bank daxilində bank” modelində isə əvvəcə konkret aktiv əməliyyatın yerinə yetiril-

məsində hansı resurslardan istifadə edildiyi və bu resursların strukturu və qiymətini 

nəzərə almaqla faiz xərclərinin həcmi müəyyənləşdirilir. 

 



78

 

 



stifadə edilmiş ədəbiyyat siyahısı 

1.

  Банковское дело, Под ред. О. И. Лаврушина, РоСТо, М. 1992  



2.

  Бор  М.  З.,  Пятенко  В.  В.  Менеджемент  банков:  организация,  стратегия, 

планирование

, М. ИКС «ДИС», 1997  

3.

  Доуни М., Банковский маркетинг, СПб., Питер, 2002 



4.

  Куделин В. Г., Диалектика производства и потребностей, М., 1977  

5.

  Куршакова Н. Б., Банковский маркетинг, СПб., Питер, 2003 



6.

  Радковская  И.  П.,  Маркетинг  в  коммерческих  банках,  СПб.,  ИВЭСЭП, 

2004 

7.

  Севрук В. Т., Банковский маркетинг, М., «ДЕЛО Лтд», 1994  



8.

  Спицын  А.  О.,  Спицын  Я.  О.  Маркетинг  в  банке,  Тернополь:  АО 

«Тарнекс», ЦММС «Писпайп, 1993 

9.

  Тулембаева А.Н., Банковский маркетинг, Алматы, Триумф «Т», 2007 



10.

  Угоров  Е.  В.,  Романов  А.  В.,  Романова  В.  А.,  Маркетинг  банковских 

услуг

, М., ТЕИС, 1999 



11.

  Усоскин  В.  М.,  Современный  коммерческий  банк,  управление  и 

операции

" Москва "Вазар-Ферро" 1994  

 

 

nternet saytları 



1.

  http://www.economy.gov.az/  -  Azərbaycan  Respublikası  qtisadiyyat  və 

Sənaye Nazirliyi 

2.

  http://www.marketing.az/ - Azərbaycan marketiq cəmiyyəti 



3.

  http://www.cbar.az/ - Azərbaycan Respublikası Mərkəzi bankı 

4.

  http://www.stat.gov.az/ - Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi 



 

 

 



 


79

 

 



РЕЗЮМЕ

 

В

  магистерской  диссертации  раскрываются  особенности  банковских 



услуг

  и,  соответственно,  характеристики  банковского  маркетинга,  изучается 

влияние

  особенностей  банковских  услуг  на  организацию  и  управление 



банковским

 маркетингом, излагаются цели, обязанности, функции банковского 

маркетинга

 и описываются принципы и элементы банковского маркетинга. 

В

  этой  диссертационной  работе  проводится  анализ  современного 



состояния

  применения  маркетинга  в  коммерческих  банках  нашей  страны.  На 

основе

  проведенного  анализа  приведены  конкретные  предложения  и 



рекомендации

  по  дальнейшему  улучшению  организации  и  управления 

банковским

  маркетингом.  С  целью  улучшить  организацию  и  управление 

банковским

  маркетингом  предлагается  согласование  платных  и  бесплатных 

услуг

 для поощрения продажи предоставляемых банковских услуг, проведение 



лотерей

 и призовых игр, процедура оценки эффективности рекламы банковских 

услуг

,  определение  стоимости  банковских  услуг  (платы),  показатели 



вознаграждения

 банковских работников и т.д

 

 

 



 

 

 



 

 

 



 

 

 




80

 

 



SUMMARY 

This thesis for a Master’s degree reveals the peculiarities of bank services and 

the characteristics of bank marketing, as appropriate. Furthermore, the impact of the 

peculiarities of bank services on the organization and management of bank marketing 

has been studied and the goals, objectives, functions and principles of bank marketing 

and the components of the bank marketing system are explained. 

As  part  of  this  thesis,  the  current  status  of  the  introduction  of  marketing  in 

commercial  banks  in  our  country  has  been  reviewed.  Specific  proposals  and 

recommendations  have  been  made  with  regard  to  further  improvement  of 

organization  and  management  of  bank  marketing  based  on  the  conducted  review. 

This  thesis  proposes  procedures  for  the  coordination  of  services  provided  free  of 

charge  and  in  exchange  for  monetary  reward;  the  implementation  of  lottery  and 

bonus  games;  the  assessment  of  efficiency  of  advertising  the  bank  services;  the 

identification  of  prices  (fee)  of  bank  services;  and  the  bank  employee  reward 

indicators  for  stimulating  the  sale  of  bank  services  in  order  to  improve  the 

organization and management of bank marketing. 

 

 

 



 

 

 



 

 



81

 

 



Azərbaycan  Dövlət  qtisad  Universitetinin  “Marketinq”  kafedrasının 

magistri  Ağadadaşov  Əlibəy  lham  oğlunun  “Bank  xidmətləri  sferasında 

marketinqin təbiqi” mövzusunda yazdığı magistr dissertasiyasının 

 

REFERATI 

 

Mövzunun  aktuallığı.Hal-hazırda  marketinqə,  o  cümlədən  bank  marketinqinə 

həsr olunmuş çoxsaylı tədqiqatlar, monoqrafiyalar və metodoloji işlər mövcuddur. Bu 

elmi-tədqiqat işlərində bankların fəaliyyətində marketinqin tətbiqinin zəruriliyi əsas-

landırılır,  onun  spesifik  xüsusiyyətləri,  əsas  prinsip  və  istiqamətləri  müəyyən  edilir. 

Nəzəri  planda  bank  marketinqinin  strategiya  və  taktikası  nəzərdən  keçirilir.  Lakin 

bank  marketinqinin  fundamental  problemlərinə  yanaşmalarda  yekdil  fikir  yoxdur, 

onun  tətbiqi  xarakterli  problemləri  kifayət  qədər  işlənib  hazırlanmamışdır.  Xüsusən 

də bank xidmətləri bazarının tədqiqi və bankların fəaliyyətinin planlaşdırılması, bank 

xidmətlərinin  satışının  təşkili,  onların  maya  dəyərinin  və  qiymətinin  müəyyən 

edilməsi sahəsində praktiki işləmələr və tövsiyələr, demək olar ki, mövcud deyildir. 

Mövzunun  aktuallığı  və  bank  marketinqi  sahəsində  tədqiqatların  müasir  vəziyyəti 

dissertasiya işinin mövzusunun seçilməsini zəruri etmişdir. 



Mövzunun öyrənilmə səviyyəsi. Hal-hazırda xarici ölkələrdə banklarda marke-

tinqin  tətbiqi  məsələsinə  dair  çoxlu  sayda  elmi-tədqiqat  işləri,  monoqrafiyalar  və 

elmi-metodik vəsaitlaər hazırlanmışdır. Nəzəri planda bank marketinqinin strategiya-

sının və taktikasının bir çox aspektləri: məsələnin qoyuluşundan, məqsəd və imkanla-

rın  müəyyənləşdirilməsindən,  məhsulun  yaradılmasının  planlaşdırılmasından  və 

xidmətlərin qiymətinin müəyyən edilməsindən bankın optimal təşkilati strukturunun 

hazırlanmasına  və  nail  olunmuş  nəticələrin  öyrənilməsinə  kimi  məsələlərinə  baxıl-

mışdır.  Lakin  bu  tədqiqat  işlərində  bank  marketinqinin  bir  çox  fundemental  məsə-

lələrinə baxılmamış,  onun  tətbiqi  tərəfləri,  xüsusən  də bank  məhsullarənən satışının 

təşkili  və  qiymətqoyma  məsələləri  çox  zəif  işıqlandırılmışdır.  Ölkəmizdə  isə  bank 

marketinqinə həsr olunmuş elmi-tədqiqt işi ümumiyyətlə aparılmamışdır. 



82

 

 



Tədqiqat işinin predmeti və obyekti. Tədqiqat işinin predmeti bank xidmətləri 

sferasında  marketinqin  xüsusiyyətlərinin  öyrənilməsi  və  onun  tətbiqi  imkanlarının 

öyrənilməsidir. Tədqiqatın obyekti ölkənin kommersiya banklarıdır 

Tədqiqat  işinin  məqsədi  və  vəzifələri.  Tədqiqat  işinin  məqsədi  bank 

marketinqinin  mahiyyətinin  və  xüsusiyyətlrinin,  funksiya  və  prinsiplərinin 

öyrənilməsi,  bank  marketinqinin  təşkilinin  təkmilləşdirilməsinə  dair  təklif  və 

tövsiyyələrin hazırlanmasıdır. 



Tədqiqat  işinin  informasiya  bazası  və  işlənməsi  metodları.Tədqiqat  işinin 

informasiya  bazasını  bank  və  bank  fəaliyyətinə  dair  qanunvericilik  aktları, 

Azərbaycan  Dövlət  Statistika  Komitəsinin  və  kommersiya  banklarının  məlumatları, 

həmçinin marketinqə aid ədəbiyyat və dövri mətbuat materialları təşkil edir. 



Tədqiqat işinin elmi və nəzəri əsasları. Tədqiqat işinin elmi və nəzəri əsasını 

motivasiya və tələbatlar nəzəriyyəsi, istehlakçı davranışı nəzəriyyəsi, azad və raqabtli 

mübadilə nəzəriyyəsi, alimlərin və mütəxssislərin marketinq sahəsində apardığı elmi-

nəzəri tədqiqatlar təşkil edir. 



Tədqiqat işinin elmi yenilikləri. Tədqiqatın elmi yeniliklərinə aşağıdakıları aid 

etmək olar: 

-  bank  marketinqinin  bank  məhsullarının  maliyyə  xarakterli  olması,  bankların 

həm  aktiv,  həm  də  passiv  əməliyyatlar  yerinə  yetirməsi  və  bankların  istehlakçıların 

riskini nəzərə alması ilə əlaqədar xüsusiyyətlərinin aşkar edilməsini; 

- bank xidmətlərinin satışının həvəsləndirilməsində həvəsləndirmə formalarının, 

o cümlədən pulsuz göstərilən xidmətlərlə pullu xidmətlərin uzlaşdırılmasının, lotere-

ya və prizlərin oynanılmasının tətbiqini; 

- bank xidmətlərinin reklamının effektliliyinin hesablanmasını; 

- bankın funksional və ştab bölmələrinin işçilərinin mükafatlandırılması sistemi-

nin hazırlanmasını; 

- bank xidmətlərinin qiymətinin müəyyən edilməsi üzrə hazırlanmış metodikanı 

və s. 



83

 

 



Tədqiqat  işinin  praktiki  əhəmiyyəti.  Dissertasiya  işində  verilmiş  təklif  və 

tövsiyyələrin  kommersiya  banklarının  fəaliyyətində  tətbiqi  onların  xidmətlərinin 

satışının  həcminin  artırılmasına  və  onların  fəaliyyətinin  effektliliyinin  yüksəlməsinə 

səbəb olacaqdır. 



Tədqiqat işinin strukturu. Dissertasiya işi giriş, iki fəsil, nəticə və təkliflərdən 

ibarətdir. 

Dissertasiya  işinin  girişində  mövzunun  aktuallığı  əsaslandırılır,  predmeti,  məq-

sədi və vəzifələri müəyyənləşdirilir və elmi yenilikləri və praktiki əhəmiyyəti verilir. 

Birinci, “Bank marketinqi və onun tərkib elementləri” adlanan fəsildə bank mar-

ketinqinin mahiyyəti açılır, bank marketinqinin xidmətlərin xüsusiyyətlərindən, bank 

məhsullarının  maliyyə  xarakterli  olmasından,  bankların  həm  aktiv,  həm  də  passiv 

ə

məliyyatlar  yerin  yetirməsindən,  həm  də  bank  marketinqinin  müştərilərin  riskini 



nəzərə  almalı  olmasından  irəli  gələn  xüsusiyyətləri  aşkar  edilir,bu  xüsusiyyətlərin 

bank  marketinqinin  təşkili  və  idarə  edilməsinə  təsiri  öyrənilir,  bank  marketinqin 

məqsədi, vəzifəsi, funksiya və prinsipləri və tərkib elementləri izah edilir. 

Dissertasiya  işinin  ikinci  –  “Bank  xidmətləri  sferasında  bank  marketinqinin 

təşkilinin  təkmilləşdirilməsi  istiqamətləri”fəslində  bank  xidmətləri  sferasında 

marketinqin  tətbiqini  zəruri  edən  amillər  öyrənilmiş,  ölkənin  bank  sistemində 

marketinqin  tətbiqinin  müasir  vəziyyəti  təhlil  edilmiş,  bu  sahələ  olan  müsbət  və 

mənfi  cəhətlər  aşkar  edilmiş,  onların  aradan  qaldırılması  və  marketinq  fəaliyyətinin 

təşkili  və  idarə  edilməsinin  daha  da  təkmilləşdirilməsinə  dair  konkret  təklif  və 

tövsiyələr  verilmişdir.  Burada  bank  marketinqinin  təşkili  və  idarə  edilməsinin 

təkmilləşdirilməsi  məqsədi  ilə  bank  xidmətlərinin  satışının  həvəsləndirilməsi  üçün 

pullu  və  pulsuz  göstərilən  xidmətlərin  uzlaşdırılması,  lotereya  və  müəyyən  uduşlu 

oyunlarının  keçirilməsi,  bank  xidmətlərinin  reklamının  effektliliyinin  qiymət-

ləndirilməsi proseduru, bank xidmətlərinin qiymətinin (haqqının) müəyyən edilməsi, 

bank işçilərinin mükafatlandırılması göstəriciləri və s. təklif edilir. 

Dissertasiya işinin nəticə və təkliflər hissəsində tədqiqat prosesində əldə edilmiş 

nəticələr və hazırlanmış təklif və tövsiyyələr öz əksini tapmışdır. 



84

 

 



 

Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə