Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə8/26
tarix20.09.2018
ölçüsü0,55 Mb.
#69786
1   ...   4   5   6   7   8   9   10   11   ...   26

22

 

 



edir,  keçmiş  illərdə  yol  verilmiş  nöqsanlar  sahəsindəki  təcrübə  isə  gələcəkdə  banka 

onlardan qaçmağa imkan verəcəkdir. 

2.  Bankdaxili  mədəniyyət.  Bankdaxili  mədəniyyət  də,  öz  növbəsində,  bir  sıra 

amillərin: işçilər arasındakı fərqlərin (etnik, sinfi və s.), ayrı-ayrı kateqoriya işçilərin 

ə

məyinin məzmunundakı fərqlərin, işçilərin mükafatlandırılması və cəzalandırılması 



sisteminin təsiri altında formalaşır. Bankdaxili mədəniyyətə müəssisədən kənar amil-

lərin təsirini də nəzərə almaq lazımdır. Hər bir bankın özünə xas mədəniyyəti, müəy-

yən  tip  işçiləri,  həmçinin  rəsmi  və  qeyri-rəsmi  davranışı  müəyyən  edən  norma  və 

qaydaları vardır. 

3. Bankın təşkilatı quruluşu.  qtisadi ədəbiyyatda bankın formal və qeyri-formal 

strukturu fərqləndirilir. Bankın təşkilatı quruluşu bankın funksiyasının onun işçiləri-

nin arasında bölüşdürülməsi əsasında təşkil olunur. 

Bankın  formal  təşkilati  quruluşunda  bankın  hər  bir  işçisi  ona  direktiv  qaydada 

həvalə edilmiş müvafiq öhdəliklərə və hüquqlara malikdir. Bankın qeyri-formal quru-

luşu dedikdə onun üçün vacib olan münasibətləri tənzimləyən gündəlik fəaliyyət və 

ya  hərəkətlər  sistemi  başa  düşülür.  Bura  qeyri-rəsmi  qaydalar,  normalar,  dəyərlər, 

inam, həmçinin bankın işçiləri arasında yaranmış qarşılıqlı münasibətlər və əlaqələr 

aiddir. Qeyri-formal təşkilati (idarəetmə) strukturu ilə formal idarətmə strukturu ara-

sında  sıxəlaqə  mövcuddur.  Buna  görə  də  bankın  qarşısında  duran  məsələləri  uğurla 

həll etmək üçün bankın təşkilati strukturunun bu iki formasını  maksimum  yaxınlaş-

dırmaq, uzlaşdırmaq lazımdır. 

4.  Qərar  qəbul  edən  rəhbər  şəxslərin  xarakteriskası.  Bankda  qərar  qəbul  edən 

insanların  iş  stili,  təşəbbüskarlığı  və  üstünlük  verdiyi  dəyərlər  sistemi  bankın  əsas 

vəzifələrinə həlledici dərəcədə təsir göstərir. Reallıqda müəssisənin rəhbərliyində cid-

di  dəyişikliklər  etmədən  müəssisənin  strategiyasında  və  ya  onun  özündə  ciddi 

dəyişikliklər etmək mümkün deyildir.  

Bir qayda olaraq bankın əsas vəzifələrinə aşağıdakılar aiddir: 

1.  Təsərrüfat,  maliyyə  və  investisiya  fəaliyyətinin  bir-birinə  qarşılıqlı  təsir 

göstərmə mexanizminin hazırlanması; 




23

 

 



2. Qiymətli kağızların emissiyasını və realizasiyasını həyata keçirməklə  əhali-

nin  və  müəssisələrin  daima  artan  böyük  həcmdə  pul  vəsaitlərinin  akkumulyasiyası 

(toplanması) və onların maksimum mümkün özünüödəmə vəd edən sahələrə yerləşdi-

rilməsi, investisiya edilməsi; 

3. Bankın xalis mənfəətinin, amortizasiya ayırmalarının və s. reinvestisiya edil-

məsi  hesabına  onun  xüsusi  resurslarının  investisiya  formasında  daha  səmərəli  sahə-

lərə yönəldilməsi; 

4.  Müxtəlif  qiymətli  kağızlara  qoyulmuş  pul  vəsaitlərin  qiymətləndirilməsi 

(dəyərləndirilməsi)  və  reytinqi,  bankın  özünün  imici  və  reytinqi  haqqında  informa-

siya sisteminin yaradılması; 

5. Emissiya edilmiş qiymətli kağızların investorlar, xüsusən də kiçik biznesmen-

lər üçün cəlbediciliyini yüksəltmək məqsədi ilə onların emissiyasına dövlət təminatı-

nın alınması üçün müvafiq dövlət orqanları ilə qarşılıqlı münasibətlərin yaradılması;  

6. Bankın təşkilati strukturunun, kapitalının strukturunun, texnika ilə təchiz edil-

məsinin və kadr siyasətinin ardıcıl və daima təkmilləşdirilməsi; 

7.  Bankın  fəaliyyətində  geniş  planda  bankın  işini  yaxşı  tərəfə  dəyişdirməyə 

imkan verən dəyişikliklər kimi təqdim edən innovasiyanın sistematik tətbiqi; 

 Bankın  qarşısında  qoyulan  vəzifələr  konkret,  ölçülə,  nail  oluna  və  uyğunlaşa  

bilən olmalıdır. 

Bankn vəzifələri onun ali rəhbərliyi tərəfindən aşağıda sadalanan amilləri nəzərə 

almaqla müəyyənləşdirilir: 

- ətraf mühitin yaratdığı təhlükə və imkanları; 

- bankın payçılarının tələblərini; 

- daxili resursları; 

- ümumi mədəniyyəti və s. 

Bankın və onun struktur vahidlərinin vəzifələri daxilən uzlaşdırıla bilən olmalı-

dır, başqa sözlə, onların hər hansı birinin yerinə yetirilməsi digərinin yerinə yetirilmə-

sinə  şərait  yaratmalıdır.  Praktikada  isə  tez-tez  bankın  və  onun  struktur  vahidlərinin 

vəzifələrinin  daxili  uzlaşması  təmin  edilmir.  Bankın  və  onun  struktur  vahidlərinin 



24

 

 



vəzifələrinin  daxili  uzlaşması  təmin  edilmədikdə  belə  bir  situasiya  meydana  çıxa 

bilir:  bank  əməliyyatları  yerinə  yetirən  struktur  vahidləri  inkişafı  üçün  ehtiyatlar 

axtardığı  halda  bank  təsərrüfat  portfeli  çərçivəsində  resursların  yenidən  bölüşdürül-

məsi qaydasında həmin struktur vahidindən digər bölmə üçün əlavə vəsait tələb edir. 

Belə bir situasiya yarandıqda bankın ümumi strategiyasını nəzərə almaqla uyğunsuz-

luğun aradan qaldırılması məsələsi qoyulur. 

Yuxarıda izah edilənlərdən çıxış edərək bank marketinqini əsas vəzifələrini aşa-

ğ

ıdakı kimi formalaşdıra bilərik: 



1.  Bank  fəaliyyətinin  strateji  və  operativ planlaşdırılmasının  effektli sisteminin 

yaradılması; 

2. Bankın bazar fəaliyyətini xarakterizə edən bütün göstəriciləri, həmçinin rəqib-

lərin, müştərilərin, işgüzar tərəfdaşların və s. hərtərəfli təhlilini və öyrənilməsini əha-

tə edən marketinq tədqiqatlarının aparılması; 

3. Müştərilərin bank xidmətlərinə olan tələbinin struktur, kəmiyyət və keyfiyyət-

cə  maksimum  ödənilməsi.  Bu,  işgüzar  münasibətlərin dayanıqlığı üçün  zəruri  şərait 

yaradır. 

4.  Bankın  məhsul  siyasətinin  təkmilləşdirilməsi,  marketinq  kompleksinin  yara-

dılması  və  inkişaf  etdirilməsi,  müəyyən  edilmiş  vaxt,  mövcud  resurslar  və  istehsal 

gücləri  çərçivəsində  mənfəətin  əldə  edilməsi,  həmçinin  planlaşdırılan  bazar  payının 

təmin edilməsi; 

5. Bankın kollektivinin kommersiya, təşkilati və sosial problemlərinin kompleks 

formada həll edilməsi; 

6. Seçilmiş inkişaf strategiyasına uyğun gələn effektli kommunikasiya siyasəti-

nin hazırlanması və inkişaf etdirilməsi və bankın imicinin yaradılması;bankın marke-

tinq fəaliyyətinə daima nəzarət edilməsi və onun auditi. 

Marketinqə  aid  ədəbiyyatda  marketinqin  funksiyasına  aid  vahid  fikir  yoxdur. 

Lakin ədəbiyyatda marketinqin ən çox rast gəlinən funksiyaları aşağıdakılardır: 

1.  Marketinq  tədqiqatları.  Bu  funkusiyanın  məqsədi  istehlakçının  tələbatı,  alış 

motivi və davranışı; ödənilməmiş tələbatlar və tələbatların ödənilmə səviyyəsi; mar-



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə