28
Bank xidmətləri bazarı marketinqin bank tərəfindən nəzarət edilməyən və əsasən
“oyun qaydalarını” müəyyənləşdirən ətraf mühit amillərinin güclü təsirinə məruz qa-
lır. Bank fəaliyyəti dövlət tərəfindən kifayət qədər ciddi surətdə reqlamentləşdirilir.
Bu, əsasən, kredit institutlarının iqtisadiyyatdakı xüsusi yeri və rolu, həmçinin onların
ölkənin iqtisadiyyatının işlək halda olmasına ciddi surətdə təsir etməsi ilə izah edilə
bilər. Dövlət bankların fəaliyyətinə həm birbaşa məhdudiyyətlər qoya bilər (məsələn,
Nizamnamə kapitlının və ehtiyyat fondun minimum səviyyəsini müəyyənləşdirməklə,
bütünlükdə bank fəaliyyətini və ya onun yerinə yetirdiyi ayrı-ayrı əməliyyatları lisen-
ziyalaşdırmaqla), həm də onların fəaliyyətini (məsələn, vergi siyasəti vasitəsi ilə)
dolayısı tənzimləyə bilər.
Bununla yanaşı bank sisteminin inkişafına iqtisadiyyatın ümumi vəziyyəti: isteh-
salın artım (azalma) tempi, özəlləşdirmə və müflüsləşmə proseduru, pul dövriyyəsi,
inflyasiya səviyyəsi, iqtisadiyyatın makro və mikrosəviyyəsində kredit münasibətləri,
gəlirlik səviyyəsi, ölkə əhalisinin ümumi rifah səviyyəsi, mədəni və iqtisadi biliklərin
səviyyəsi və bu kimi digər göstəricilər də ciddi təsir edir.
Banklar lobbi yaratmaqla öz maraqlarını müdafiə etməyə cəhd etsə də o, ətraf
mühit amillərinə nəzrət edə bilmir və özünün inkişaf strategiyasını hazırlayarkən bu
amilləri verilmiş kimi qəbul etməli və nəzərə almalıdır. Bunun üçün banklar makro
mühit amillərində baş verən dəyişikliklərin daima izlənməsini (monitorinqini) təşkil
etməlidir.
Marketinqin makro mühit amillərinə marketinq alətləri vasitəsilə təsiretmə
imkanı mövcudluğu marketinq kompleksinə dair tövsiyələrin hazırlanması məqsədilə
onların tədqiq edilməsini zəruri edir. Bank xidmətləri bazarının tədqiq məsələsinə
dissertasiya işinin sonrakı hissəslərində baxılacaqdır. Burada isə yalnız onu qeyd
etmək lazımdır ki, bank xidmətləri bazarında vasitəçilərin yalnız iki tipi: a) banklara
informasiya və marketinq xidməti göstərən təşkilatlar və b) maliyyə-kredit vasitəçi-
ləri (bankın onlarla münasibəti əməliyyatların sığortalanması, kredit resurslarının
verilməsi, qiymətli kağızlarla əməliyyatların həyata keçirilməsində özünü göstərir)
fəaliyyət göstərir.
29
Aparılmış tədqiqatlar göstərir ki, inkişaf etmiş xarici ölkə bankları öz fəaliyyət-
lərində marketinqi bazar münasibətləri aləti kimi çoxdan tətbiq etsələr də ölkə bank-
ları ondan indi-indi istifadə etməyə başlayırlar, özü də bu, yeni məhsulların hazırlan-
ması və tətbiq edilməsi, bank xidmətlərinin satışının təşkili və satışının həvəsləndiril-
məsi, bank xidmətlərinin qiymətinin müəyyən edilməsi kimi əməliyyatların həyata
keçirilməsi ilə, başqa sözlə, marketinq-miksin və ya marketinq kompleksinin hazır-
lanması ilə məhdudlaşır (şəkil 1.2):
Artıq əvvəldə də qeyd etdiyimiz kimi, bank xidmətlərinin spesifik özəllikləri,
xüsusi ilə onların duyulmamazlığı (gözlə görməyin mümkünsüzlüyü) marketinq
kompleksinə xidmət standartları əlavə etməklə onun genişləndirilməsini zəruri edir
(şəkil 1.3):
Banklarda xidmət standartlarına aşağıdakı elementlər aiddir:
1. Heyət. Bankın işçi heyəti onun inkişafının və tərəqqisinin başlıca resursudur.
MARKET NQ
Məhsul
Qiymət
rəlilədilmə
Satış
Şə
kil 1.2. Marketinq kompleksi (və ya marketinq-miksi)
Marketinq
Məhsul
Qiymət
Xidmət standartları
rəlilədilmə
Satış
Şə
kil 1.3. Bank marketinqinin genişləndirilmiş kompleksi (marketinq-miksi)
30
Buna görə də heyətin zəif və güclü tərəflərinin təhlil edilməsi, işçilərin malik olmalı
olduğu zəruri vərdişərin, biliklərin və bacarıqların müəyyən edilməsi, işçilərin ixtisas
səviyyəsinin daima artırılmasının təmin edilməsi əsasında heyətin idarə edilməsi sis-
teminin inkişaf etdirilməsi zəruridir. Bank xidmətləri sferasında rəqabət mübarizəsi-
nin kəskinləşməsi bankları heyətin idarə edilməsinə, onların öz vəzifə öhdəliklərini
yüksək effektlə və nəzakətlə yerinə yetirməsi üçün şərait yaradılmasına və bunu on-
lardan tələb etməsinə, onların bank xidmətləri sahəsində kifayət qədər məlumatlı ol-
masına və müştərilərin göstərilən xidmətlərin səviyyəsinə reaksiyasının öyrənməsinə
xüsusi diqqət yetirməyi tələb edir.
2. Xidmətin göstərilməsi prosesi.Xidmətin göstərilməsi prosesində xidmətlərin
satışının necə həyata keçirildiyi, müştərinin xidmətmətləri almağa nə qədər vaxt sərf
etməsi məsələsi həll edilir. Xidmətin göstərilməsi prosesi çərçivəsində banklar daha
vacib müştərilərə xidmət edən fərdi menecerlər (top-menecerlər) və maliyyə
məsləhətçiləri təyin edilməsi, bank bölmələrinin iş rejiminin dəyişdirilməsi, “bank-
müştəri” elektron kommunikasiya vasitələrinin tətbiqi və inkişaf etdirilməsi
praktikasından istifadə edirlər.
3. Bankdaxili mühit.Bankın interyeri onun vizit kartı olmaqla müştərilərdə və
bankın işçilərində müəyyən bir əhval-ruhiyyə yaradır və yeni müştərilərin cəlb edil-
məsinə və mövcud müştərilərin qorunub-saxlanılmasına şərait yaradır. Bank işçiləri-
nin ixtisas səviyyəsinin qiymətləndirilməsinin çətinliyi müştəriləri ilk baxışdan ikinci
dərəcəli amil kimi qiymətləndirilən amillərə - xarici ətraf mühit amillərinə və əlavə
xidmətlərin mövcudluğuna diqqət yetirməyə vadar edir.
stehsal təyinatlı məhsullar marketinqindən fərqli olaraq bank marketinqində
daha böyük əhəmiyyət kəsb edən başlıca məsələlərdən biri bank xidmətlərinin baza-
ra düzgün irə
lilə
dilmə
sinin təş
kili
və bank xidmətlərinin duyumluluğu səviyyəsinin
(onun nəzərə çarpması səviyyəsinin), onların keyfiyyətinin qiymətləndirilməsi, satış
yerlərində və məntəqələrində xoş mühitin yaradılması məsələsidir.
Bank marketinqi sisteminin ən əsas tərkib elmenti bank məhsulunun özüdür,
bank xidmətlərinin göstərilməsinin haqqı (qiyməti) və tarifləri, bank məhsullarənın