Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/41
tarix05.12.2017
ölçüsü5,01 Kb.
#14125
1   ...   22   23   24   25   26   27   28   29   ...   41

subsidiya verilmişdir. Vergidən azadolma məbləği daha böyük olmuş və bu müddət 
ə
rzində cəmi 1milyard 400 milyon manat təşkil etmişdir ki, bu da kənd təsərrüfatının 
inkişafı üçün böyük dövlət güzəşti hesab edilə bilər. 
  
 
 
 
 
 
 
 
 
 
Cədvəl 2.10 
Aqrar sahəyə dövlət dəstəyi (
2013-cü il 20 avqust tarixə olan məlumat
)
 
Kənd təsərrüfatı məhsulları istehsalçılarına cəmi 
644,89 milyon manat 
ondan: 
 
              buğda və çəltik səpini 
146,3 milyon manat 
              toxum1-ci reproduksiyalı və 2-ci reproduksiyalı 
28,35 milyon manat 
              orijinal superelit və elit toxumlara 
4,7 milyon manat 
              gübrənin dəyərinin 50%-i 
87,29 milyon manat 
              yanacaq vəmotor yağlarının dəyərinin50%-i 
378,25milyon manat 
Vergidən azadolma 
1 milyard 400 milyon 
manat 
Güzəştli kreditlə
65951 min manat 
Güzəştli kreditlə
38521 min manat 
Texnika təminatı 
17151 ədəd 
ondan: 
 
                           traktor 
5142 ədəd 
                           kombayn  
1286 ədəd 
                           digər k/t texnikaları  
10723 ədəd 
Kənd  təsərrüfatı  istehsalçılarının  müvafiq  istehsal  vasitələri  ilə  təminatının 
gücləndirilməsi və onların gəlir əldə etmək imkanlarının yaxşılaşdırılması məqsədilə 
göstərilən dövlət yardımları tədbirləri 2014-cü ildə də davam etdirilmişdir. 
Nazirlər Kabinetinin 2007-ci il 16 noyabr tariхli 181 nömrəli qərarı ilə təsdiq 
edilmiş  “Buğda  və  çəltik  istehsalçılarının  maddi  marağının  artırılması  və  buğda  və 
çəltik  istehsalının  stimullaşdırılması  məqsədi  ilə  dövlət  büdcəsinin  vəsaiti  hesabına 
yardım verilməsi Qaydaları”na uyğun olaraq 2014-cü ilin məhsulu üçün 2013-cü ilin 
payızında  503,8  min  hektar  sahədə  aparılan  buğda  və  çəltik  səpininə  görə  150  min 
istehsalçıya 20,1 milyon manat yardım verilmişdir. 
Bundan  əlavə,  Respublika  Komissiyasının  2014-cü  il 08  aprel tarixli qərarına 
uyğun  olaraq  Respublika  Komissiyasının  tərkibinə  daxil  olan  aidiyyəti  dövlət 
orqanlarının  mütəxəssislərindən  təşkil  olunmuş  monitorinq  qrupu  tərəfindən 


Beyləqan,  mişli  və  Şabran  rayonları  üzrə  istehsalçılara  buğda  səpininə  görə  dövlət 
büdcəsinin  vəsaiti  hesabına  verilən  yardımlardan  istifadənin  müvafiq  qaydalara 
uyğunluğu  vəziyyəti  ilə  bağlı  yerlərdə  monitorinqi  keçirilmişdir.  Monitorinq 
aparılmış rayonlarda buğda əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına verilmiş 
yardımların  istifadəsi  sahəsində  bir  sıra  ciddi  hüquqpozmalar  müəyyən  edilmişdir. 
Bunları  nəzərə  alaraq  Beyləqan,  mişli  və  Şabran  rayonları  üzrə  aparılmış 
monitorinqlərin  ilkin  nəticələrinə  dair  toplanmış  materiallar  Azərbaycan 
Respublikasının Baş Prokurorluğuna göndərilmişdir. 
Nazirlər  Kabinetinin  2007-ci  il  15  fevral  tariхli  32  nömrəli  qərarı  ilə  təsdiq 
edilmiş “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində 
istifadə  etdiyi  yanacaq  və  motor  yağlarına  görə  dövlət  büdcəsinin  vəsaiti  hesabına 
yardımın verilməsi Qaydaları”na əsasən 1295,7 min hektar əkin sahəsinin və çoхillik 
ə
kmələrin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə 384 min 
istehsalçıya 51,8 milyon manat yardım verilmişdir.  
Respublika  Komissiyasının  müvafiq  qərarına  əsasən  həm  buğda  və  çəltik 
ə
kininə  görə,  həm  də  əkin  sahəsinin  və  çoxillik  əkmələrin  becərilməsində  istifadə 
olunan  yanacaq  və  motor  yağlarına  görə  dövlət  büdcəsinin  vəsaiti  hesabına  yardım 
verilmiş kənd təsərrüfatı məhsullarının istehsalçılarının siyahısı, onların əkin sahələri 
və  verilmiş  yardımın  məbləği  haqqında  məlumatlar  hazırlanaraq  ictimayyətə 
açıqlanmaq üçün Nazirliyin rəsmi internet səhifəsində yerləşdirilmişdir. 
Həmçinin  Respublika  Komissiyasının  12  avqust  2014-cü  il  tarixli  qərarının 
icrası  ilə  əlaqədar  “Kapital  Bank”  ASC-nin  yerli  filalları  ilə  birgə  rayon  (şəhər) 
komissiyaları  tərəfindən  kənd  təsərrüfatı  məhsulları  istehsalçılarına  yardımların 
alınması üçün verilmiş ödəniş kartları üzrə inventarizasiya işləri aparılmış və nəticədə 
istifadə olunmayan 77739 ədəd aqro tipli ödəniş kartı “Kapital Bank” ASC-nin kart 
sistemindən çıxarılmışdır. 
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 aprel tarixli 152 nömrəli 
Fərmanının 6.1.3-cü bəndinə əsasən Nazirlər Kabinetinin 1 avqust 2014-cü il tarixli 
270  nömrəli  qərarı  ilə  təsdiq  edilmiş  yeni  qaydalara  əsasən  hesabat  ilində  kənd 
təsərrüfatı  məhsulları  istehsalçılarına  satılan  gübrəyə  görə  tətbiq  edilən  güzəştlərin 


həcmi 50 faizdən 70 faizə və ya güzəşt edilən yardımın yuxarı həddi 50 manatdan 80 
manata  artırıldı.  2014-cü  il  ərzində  81,9  min  nəfər  istehsalçıya  642,5  min  hektar 
sahəyə  görə 50 və 70  faiz  güzəştlə  satılmış  107,7  min  ton  mineral gübrə  üçün 32,5 
milyon  manat  vəsaitin  ödənilməsi  təmin  edilmişdir.  Bununla  da  istehsalçılara 
güzəştlə  satılan  gübrənin  həcmi  əvvəlki  ilə  nəzərən  15,1  faiz,  əhatə  olunan  əkin 
sahəsi müvafiq olaraq 24,1 faiz, güzəştə görə verilən yardımın məbləği isə müvafiq 
olaraq 30,5 faiz çox olmuşdur. 
Nazirlər  Kabinetinin  25.06.2007-ci  il  tarixli  103  nömrəli  qərarı  ilə 
“Toxumçuluq  və  tinglik  təsərrüfatlarından  satılan  1-ci  və  2-ci  reproduksiyalı 
toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyanın ödənilməsi 
Qaydası”na  əsasən  2014-cü  ildə  toxum  istehsalçılarına  1-ci  və  2-ci  reproduksiyalı 
toxum  və  ting  satışına  görə  9,1  milyon  manat  subsidiya  ödənilmişdir.  Nazirlər 
Kabinetinin  19.06.2008-ci  il  tarixli  139  nömrəli  qərarına  əsasən  Nazirliyin  elmi-
tədqiqat təşkilatlarının təcrübə təsərrüfatlarında istehsal edilmiş orijinal, superelit və 
elit  toxumlarının  istehsalına  cəkilən  xərclərin  100  faiz  dövlət  büdcəsinin  vəsaiti 
hesabına  ödənilməsi  üçün  isə  istehsalçılara  930,0  min  manat  subsidiya 
yönəldilmişdir. 
Bunlardan  əlavə,  Nazirlər  Kabinetinin  18  dekabr  2014-cü  il  tarixli  395s 
nömrəli  Sərəncamı  ilə  Qobustan,  Şamaxı,  Qəbələ  və  Şəki  rayonlarında  uzun  sürən 
quraqlıq və habelə dolu düşməsindən ziyan çəkmiş fermerlərə payızlıq əkinləri üçün 
verilmiş  toxumların  dəyərinin  ödənilməsi  məqsədilə  dövlət  büdcəsindən  2  milyon 
850  min  manat  vəsait  ayrılmışdır.  Bütövlükdə  2014-cü  ildə  istehsalçıların  toxumla 
təminatının  yaxşılaşdırılmasına  yönəldilmiş  dövlət  büdcəsi  vəsaitlərinin  həcmi 
ə
vvəlki ilə nisbətən 58,6 faiz çox olmuşdur.  
Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2014-cü il tarixli və 20 noyabr 
2014-cü  il  tarixli  Sərəncamları  ilə  2014-cü  ilin  dövlət  büdcəsində  nəzərdə  tutulan 
Azərbaycan  Respublikasının  Prezidentinin  Ehtiyat  Fondundan  xaricdən  damazlıq 
heyvanların  idxalı  və  heyvandarlıqla  məşğul  olan  kənd  təsərrüfatı  məhsulları 
istehsalçılarına  50  faiz  güzəştlə  lizinq  yolu  ilə  satılması  üçün  “Aqrolizinq”  ASC-yə 
23,5 milyon manat vəsait ayrılmışdır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə