Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə14/199
tarix06.02.2018
ölçüsü4,28 Mb.
#26542
1   ...   10   11   12   13   14   15   16   17   ...   199

Бизнесин тяшкили вя идаря едилмяси 

33 


dəyişdirir  və  işçilərin  ixtisas  səviyyəsinə  olan  tələbatı  artırır.  Deməli,  işçi 

heyətinin  düzgün  seçilməsi  sahibkarlıq  fəaliyyətinin  uğurla  həyata  keçi-

rilməsinin ən ümdə problemlərindən biridir. 

Kadrların  düzgün  seçilməsi  və  onlarla  sivil  qaydada  davranış  məhsul 

istehsalı  prosesində  baş  verə  biləcək  hər  hansı  mürəkkəb,  çətin  problemin 

müvəffəqiyyətlə həll  edilməsi üçün əlverişli şərait yaradır. Sahibkarlıq dav-

ranışı  elə  olmalıdır  ki,  müəssisənin  kommersiya  sirri  həmişə  gizli  saxla-

nılsın,  müəssisənin  imici  müdafiə  olunsun,  istehlakçının  və  işgüzar  adam-

ların hüsn-rəğbətini qazanmaq mümkün olsun. Buna görə də müəssisə kadr-

larla,  heyətlə  gündəlik  səmərəli  iş  aparılmalı,  onların  iş  keyfiyyətləri  mün-

təzəm  surətdə  dəqiq  qiymətləndirilməli,  ən  yaxşı  sahibkarlıq  fəaliyyəti 

stimullaşdırılmalıdır. 



Kapital istehsalın ən mühüm amilidir.  qtisadi nəzəriyyənin klassikləri 

A.Smit  və  D.Rikardo  istehsal  amili  kimi  kapital  və  dövriyyə  kapitalı  bir-

birindən fərqləndirirlər. Əsas kapital uzun illər istehsal prosesində fəaliyyət 

göstərən  və  bir  neçə  istehsal  tsiklinə  xidmət  edən  artıq  maddiləşmiş 

kapitaldır, yəni əsas istehsal fondlarıdır. Digər növ kapital bir istehsal tsik-

lində  iştirak  edərək  öz  dəyərini  istehsal  olunan  məhsulun  üzərinə  keçirən 

kapitaldır. O dövriyyə kapitalı, yəni dövriyyə istehsal fondlarıdır. Dövriyyə 

kapitalına xərclənən pul vəsaiti məhsul satıldıqdan sonra sahibkara tamamilə 

qaytarılır. Ancaq əsas kapitala çəkilən xərclər belə tezliklə ödənilə bilməz. 

Ə

sas istehsal fondları istehsal prosesində uzun müddət iştirak edən, öz 



natural  formasını  saxlayan  və  dəyərini  istehsal  olunan  məhsulun  üzərinə 

tədricən,  hissə-hissə  keçirən  istehsal  fondlarıdır.  Onun  tərkibinə  binalar, 

tikililər, ötürücü qurğular, maşın və avadanlıqlar, nəqliyyat vasitələri, alətlər 

və təsərrüfat inventarları daxildir. 

Dövriyyə  istehsal  fondları  bir  istehsal  tsiklində  sərf  olunan,  dəyərini  

tamamilə  və  dərhal  istehsal  olunan  məhsulun  üzərinə  keçirən  istehsal  va-

sitələridir.  Əmək  prosesində  onların  natural  forması  və  fiziki-kimyəvi 

tərkibi dəyişilir. Dövriyyə istehsal fondlarının tərkibinə xammal və əsas ma-

teriallar, alınmış yarımfabrikatlar, köməkçi materiallar, yanacaq və elektrik 

enerjisi,  tara  və  tara  materialları,  təmir  üçün  hissələr,  azqiymətli  və  tez 

aşınan əşyalar, gələcək dövr xərcləri daxildir. Gələcək dövr xərcləri əsasən 

yeni  məhsulun  mənimsənilməsi  ilə  bağlıdır,  deməli,  onun  xərclənməsinə 

ciddi yanaşmaq lazımdır. Yeni məhsulun mənimsənilməsi müddəti nə qədər 

uzanarsa,  müəssisənin  maliyyə  vəziyyətini  sağlamlaşdırmaq  imkanı  bir  o 

qədər çətinləşər. Çünki həmin vaxt kəsiyində gələcək dövr xərcləri istehsal 

xərclərinə  daxil  edilir.  Bu  işdə  sahibkardan  çeviklik,  yüksək  işgüzarlıq, 

dövriyyə  fondlarından  qənaətlə  və  təyinatı  üzrə  istifadə  etmək  qabiliyyəti 

tələb olunur. 

stehsal amili kimi torpaq son dərəcə müstəsna əhəmiyyətə malikdir. 

Torpağı  başqa  istehsal  amillərindən  fərqləndirən  bir  sıra  səciyyəvi 




Бизнесин тяшкили вя идаря едилмяси 

34 


xüsusiyyətlər vardır. Ən başlıca cəhət odur ki, torpaq sahəsi məhduddur, in-

sanlar onun həcmini dəyişmək iqtidarında deyil, təbii sərvətlər (su, yanacaq-

enerji resursları, faydalı qazıntılar) ilə zəngindir. Yerin təkində zəngin neft 

və  qaz  yataqları,  digər  mineral  sərvətlər  mövcuddur.  Torpaqdan  səmərəli, 

məqsədyönlü istifadə etməklə sahibkarlıq fəaliyyətini genişləndirmək, məh-

sul  bolluğu  yaratmaq,  əhalinin  firavan  həyat  tərzini  təmin  etmək  müm-

kündür. Buna böyük tələbat, həm də əlverişli şərait vardır. 

Bazar iqtisadiyyatının əsas atributlarından biri kimi çıxış edən sahib-



karlıq qabiliyyəti istehsalın mühüm amilidir. Sahibkarın başlıca işi mövcud 

iqtisadi resursların kombinasiyasının bütün mümkün  yeni üsullarından isti-

fadə  etməklə  yüksək  rəqabətqabiliyyətli  məhsul  istehsalını  təşkil  etməkdir. 

Birinci şərt odur ki, sahibkar fəaliyyət növünün seçilməsində, istehsal proq-

ramının  tərtib  edilməsində,  maliyyələşdirmə  mənbələrinin  tapılmasında, 

resursların  əldə  edilməsində,  məhsulun  reallaşdırılmasında  və  ona  qiymət 

qoyulmasında,  mənfəətin  istifadəsində  və  s.  işlərdə  müstəqildir.  Lakin  sa-

hibkar həmişə bazardan, tələb və təklifin dəyişilməsi dinamikasında, qiymə-

tin  səviyyəsindən,  yəni  mövcud  əmtəə-pul  münasibətləri  sistemindən  asılı 

vəziyyətdə qalır. 

Sahibkarlığın  ikinci  mühüm  şərti  qərarların  qəbuluna,  onların  nəti-

cələrinə və bununla bağlı riskə görə məsuliyyət daşımasıdır. Məlum olduğu 

kimi  risk,  həmişə  qeyri-müəyyənliklə,  gözlənilməz  hadisələrlə  əlaqədardır, 

hətta ən dəqiq hesablamalar və proqnozlar bu amili aradan qaldıra bilməz, o, 

sahibkarlıq fəaliyyətinin daimi yoldaşıdır. 

Kommersiya sahəsində uğur qazanmağa meyil, mənfəətin artırılmasına 

cəhd  sahibkarlığın  üçüncü  mühüm  əlaməti  sayılır.  Sahibkarların  fəaliyyəti 

təkcə  iqtisadi  məsələlərlə  məhdudlaşmır,  onlar  cəmiyyətin  sosial  problem-

lərinin  həllində  bilavasitə  iştirak  edir,  öz  vəsaitlərinin  müəyyən  hissəsini 

mədəniyyətin, təhsilin və səhiyyənin inkişafına, ətraf mühitin mühafizəsinə 

xərcləyirlər. 

Xüsusi iqtisadi təfəkkür tipi kimi sahibkarlıq praktiki fəaliyyətdə icra 

olunan qərarların qəbuluna orijinal baxış və  yanaşmaların məcmusu ilə sə-

ciyyələnir.  Burada  sahibkarın  şəxsiyyəti  həlledici  rol  oynayır.  Sahibkar 

olmaq o deməkdir ki, başqalarının edə bilmədiklərini bacarsın, müstəqil fəa-

liyyət  növü  seçsin,  rəqabət  bazarında  layiqli  yer  tutsun,  ictimai  tələbatın 

ödənilməsinə xidmət etsin və yüksək mənfəət götürsün. 



Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə