Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə8/199
tarix06.02.2018
ölçüsü4,28 Mb.
#26542
1   ...   4   5   6   7   8   9   10   11   ...   199

Бизнесин тяшкили вя идаря едилмяси 

18 


Sahibkar  öz  pul  vəsaitini  banklarda  saxlayır  və  digər  təşkilatlar  qar-

ş

ısındakı öhdəlikləri üzrə nağdsız qaydada hesablaşma aparır. Bank öz müş-



tərilərinə kredit xidməti göstərir. Bu cür münasibətin hüquqi forması kredit 

müqaviləsi  adlanır.  Həmin  müqavilənin  xarakterik  xüsusiyyəti  ondan  iba-

rətdir  ki,  borcverici  kimi  bank  çıxış  edir.  Bank  üçün  əsas  fəaliyyət  növü, 

kredit verməkdir, onun hesabına bank mənfəət əldə edir. 

Kredit  kapitalın  hərəkətini  ifadə  edir  və  yenidənbölüşdürmə,  tədavül 

xərclərinə qənaət, kapitalın təmərküzləşməsi və mərkəzləşdirilməsinin sürət-

ləndirilməsi funksiyalarını yerinə yetirir. 

Sığorta  iqtisadi  təhlükəsizliyin  və  əmin-amanlığın  təmin  olunması 

üsullarından biridir, düşünülmüş, ağıllı ehtiyatlılıqdır. Sığorta sığorta olunan 

və  ya  xeyrinə  sığorta  müqaviləsi  bağlanmış  digər  şəxslərə  dəyən  zərərin 

ödənilməsi  yolu  ilə  onların  əmlakının  və  əmlak  mənafelərinin  müdafiəsi 

sahəsində münasibətdir. Sığortanın iqtisadi mahiyyəti ondan ibarətdir ki, zə-

rərlə nəticələnən əlverişsiz vəziyyət baş verən zaman dəyən zərəri minimu-

ma endirməkdir. 

Təhlil  subyektindən  asılı  olaraq  müəssisənin  maliyyə  hesabatının 

xarici təhlili içərisində auditor xidməti xüsusi yer tutur. Auditin inkişafının 

hüquqi  bazasını  “Auditor  xidməti  haqqında”  Azərbaycan  Respublikası  Qa-

nunu (1994-cü il) təşkil edir. Audit – mülkiyyət formasından və təşkilati-hü-

quqi tabeçiliyindən asılı olmayaraq respublika ərazisində fəaliyyət göstərən 

bütün təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparıl-

masının,  mühasibat  və  maliyyə  hesabatlarının  müstəqil  yoxlanılmasıdır. 

Audit yoxlamaları məcburi və ya təsərrüfat subyektlərinin təşəbbüsü ilə kö-

nüllü ola bilər. 

Lizinq  –  istehlakçının  sifarişi  əsasında  əmlakı  satın  almaqla  onu  is-

tehlakçıya  müəyyən  müddətə  icarəyə  vermək  məqsədilə  həyata  keçirilən 

xidmət növüdür. Lizinq xidməti sahibkarlıq fəaliyyətini maliyyələşdirməyin 

ə

n  əlverişli  üsullarından  biridir.  Lizinq  münasibətləri  “Lizinq  xidməti  haq-



qında”  Azərbaycan  Respublikası  Qanununun  (1994-cü  il)  vasitəsilə  tən-

zimlənir. Sahibkar lizinq xidmətindən istifadə etməklə müxtəlif cür istehsal 

amillərinin,  istehsal  təyinatlı  binalar,  dəzgahlar,  maşınlar,  avadanlıqlar, 

nəqliyyat vasitələri və s. əmlak ala bilər.  



Qiymətli  kağızlar  -  qiymətli  kağız  sahibinin  emitet  barəsində  əmlak 

hüququnu  və  ya  borc  münasibətlərini  təsdiqləyən  pul  sənədidir.  Qiymətli 

kağızların meydana gəlməsi ilə kapitalın ikiyə bölünməsi prosesi baş verir. 

Bir tərəfdən istehsal fondları ilə təqdim edilən real kapital mövcuddur, digər 

tərəfdən isə qiymətli kağızlarda onun əksi. 

Qiymətli kağızların ən geniş yayılmış növləri səhm, istiqraz vərəqəsi, 

dövlət  xəzinə  öhdəlikləri,  əmanət  sertifikatları  sayılır.  Qiymətli  kağızların 

tədavülə buraxılması və qeydiyyata alınması qaydası, qiymətli kağızlar ba-




Бизнесин тяшкили вя идаря едилмяси 

19 


zarı iştirakçılarının fəaliyyəti “Qiymətli kağızlar və fond birjaları haqqında” 

Azərbaycan Respublikası Qanunu (1992-ci il) ilə tənzimlənir. 

Qiymətli  kağızlar  bazarı  birinci  və  ikinci  bazara  bölünür.  kinci  ba-

zarın  əsasını  fond  birjası  təşkil  edir.  Fond  birjası  xüsusi  şəkildə  təşkil  olu-

nan, müntəzəm surətdə fəaliyyət göstərən qiymətli kağızlar bazarıdır, hara-

dakı  qiymətli  kağızların  alqı-satqı  sazişi  aparılır.  Satılmış  qiymətli  ka-

ğ

ızların miqdarı, onların kursu haqqında məlumatlar müntəzəm surətdə fond 



birjaları tərəfindən dərc olunur. 

Konsultativ  biznes  -  mütə

xəssislər  tərəfindən  verilən  ödənişli  məs-

ləhətlər  şəklində  həyata  keçirilir.  Dünya  təcrübəsində  idarəetmə  məsələləri 

üzrə  kommersiya  məsləhəti  və  ödənişli  məsləhət  verilməsi  “konsaltinq” 

adlanır.  qtisadiyyat  və  idarəetmə  üzrə  Məsləhətçilər  Assosiasiyasının  Av-

ropa  Federasiyasının  verdiyi  tərifə  görə  Menecment  Konsaltinq  problem-

lərin, yaxud imkanların müəyyənləşdirilməsi, qiymətləndirilməsi və reallaş-

dırılmasına dair müvafiq tədbirlər və tövsiyələr daxil olmaqla idarəetmə mə-

sələləri  üzrə  müstəqil  məsləhətlər  verməkdən  və  köməklik  göstərməkdən 

ibarətdir.  Sənayecə  inkişaf  etmiş  ölkələrdə  konsultativ  xidmət  formasında 

intellektual  mülkiyyətə  qoyulan  vəsait  yeni  avadanlığa    və  mütərəqqi  tex-

nologiyaya qoyulan  vəsaitdən heç də az səmərə vermir. 

Məsləhətləşmənin  müxtəlif  metodları  vardır.  Onlardan  ən  çox  tətbiq 

edilən və məqbul sayılanı ekspert, proses və öyrədilmə metodlarıdır. Ekspert 

məsləhətləşməsi  konsaltinqin  ən  passiv  forması  sayılır.  Burada  məsləhətçi 

sərbəst  diaqnostikanı  həyata  keçirir,  qərarları  və  onların  tətbiqi  üzrə  tövsi-

yələri  hazırlayır.  Bu  zaman  müştəri  yalnız  məsləhətçini  lazımi  informasi-

yalarla  təmin  edir.  Proses  məsləhətləşməsində  konsaltinq    firmasının  mü-

təxəssisləri  layihənin  işlənilməsinin  bütün  mərhələlərində  müştərini  öz 

ideyasını və təklifini söyləməyə vadar  edərək onunla fəal surətdə qarşılıqlı 

hərəkət  edirlər;  məsləhətçi    müştəri  ilə  birlikdə  problemi  təhlil  edir  və 

təkliflər  hazırlayır.  Öyrədilmə  məsləhətləşməsində  mütəxəssisin  başlıca 

vəzifəsi ideyanın baş verməsi və qərarların qəbulu üçün lazımi zəmin hazır-

lamaqdır.  Bu  məqsədlə  mütəxəssislər  müştəriyə  mühazirə  oxuyur,  seminar 

məşğələsi  keçir,  bütün  zəruri  nəzəri  və  praktiki  informasiyalar  təqdim 

edərək müştəri üçün dərs vəsaiti hazırlayır. Təcrübədə adı çəkilən məsləhət-

ləşmə metodlarından heç biri təmiz şəkildə tətbiq edilmir, bir qayda olaraq 

üçünün birgə kombinasiyasından istifadə olunur. 



 

 

 

 

 

 

 


Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə