Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə9/199
tarix06.02.2018
ölçüsü4,28 Mb.
#26542
1   ...   5   6   7   8   9   10   11   12   ...   199

Бизнесин тяшкили вя идаря едилмяси 

20 


1.3. Biznesin təşkilati-hüquqi formaları 

 

 



Biznesin müxtəlif təşkilati-hüquqi formaları mövcuddur (şəkil 1.2). 

 

 



Şə

kil 1.2. Biznesin təşkilati-hüquqi formaları 

 

Biznesin təşkilati-hüquqi formaları bir sıra əlamətlərə görə fərqlənirlər 



ki, bunlara aşağıdakıları aid etmək olar: 

-  kapital  sahibinin  idarəetmədə  və  müəssisənin  istehsal  fəaliyyətində 

şə

xsən iştirakının zərurilik dərəcəsi; 



-  sahibkarlıq  fəaliyyətini  həyata  keçirən  vətəndaşın  və  kommersiya 

təşkilatının  kapital  mülkiyyətçisinin  kreditorlar  qarşısında  əmlak  məsuliy-

yətinin dərəcəsi; 

-  müəssisənin  nizamnamə  kapitalının  qoyulan  vəsaitin  qaytarılması 

imkanı və qaydası. 

Kollektiv  sahibkarlığın  ən  geniş  yayılmış  formaları  təsərrüfat-yol-

daşlıq  və  təsərrüfat-cəmiyyət  hesab  edilir.  Bunlar  bir  sıra  ümumi  cəhətlərə 

malikdirlər: 

-  təsisçilərin  qoyduqları  pay  hesabına  yaranmış  əmlak,  həmçinin  on-

ların  fəaliyyəti  prosesində  istehsal  və  əldə  edilənlər  üzərində  mülkiyyət 

hüququ vardır; 

-  onların  hamısı  ümumi mülkiyyət  hüququna  malik  olan  kommersiya 

təşkilatlarıdır; 

-  cəmiyyət  və  yoldaşlıq  hüquqi  şəxs  kimi  digər  cəmiyyətlərdə  və 

yoldaşlıqlarda iştirak edə bilərlər; 

Biznesin təşkilati-hüquqi formaları 

 

Hüquqi şəxs  yaratmadan 



vətəndaşların sahibkarlıq 

fəaliyyəti 

 

Kommersiya təşkilatları 



 

Təsərrüfat 

yoldaşlıq 

 

Təsərrüfat 



cəmiyyət 

 

stehsal 



kooperativi 

 

Unitar 



müəssisə 

 



Бизнесин тяшкили вя идаря едилмяси 

21 


- nə qədər ki, cəmiyyət və yoldaşlıq öz əmlakının mülkiyyətçisidir, on-

ların  təsisçilərinin  cəmiyyətə  münasibətə  görə  yalnız  məcburi  xarakterli 

hüququ vardır. 

Təsərrüfat  yoldaşlıq  və  təsərrüfat  cəmiyyət  təsərrüfatçılığın  təşkilati-

hüquqi formasına görə bir-birinə yaxındır ki, bu da bir növdən digərinə keç-

məyə  imkan  verir.  Ancaq  onların  arasında  əsas  fərq  ondan  ibarətdir  ki, 

təsərrüfat  yoldaşlıqda  şəxslər  birləşir,  təsərrüfat  cəmiyyətdə  isə  kapitallar 

birləşir. Bu əsas fərq onların hüquqi vəziyyətini müəyyən edir: 

-  təsərrüfat  yoldaşlıqda  bizneslə  fərdi  sahibkarlar,  yaxud  kommersiya 

təşkilatları məşğul ola bilər; 

- cəmiyyət bir şəxs tərəfindən yaradıla bilər, yoldaşlıq isə yox. 

Hüquqi  şəxs  yaratmadan  sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olan 

vətəndaş öz  öhdəliklərinə görə bütün əmlakı ilə cavabdehdir. 

Fərdi  sahibkarlıq  həm  fərdi  (təkbaşına)  yaradılan  müəssisə  əsasında, 

həm  də  yoldaşlıq  və  cəmiyyət  formasında  yaradılan  müəssisə  vasitəsilə 

həyata keçirilə bilər. 

Xüsusi fərdi müəssisə bir nəfərin şəxsi mülkiyyəti olaraq həm biznes 

fəaliyyətinin həyata keçirilməsinə görə və həm də bu fəaliyyətlə bağlı alınan 

nəticələrə görə tam məsuliyyət daşıyır. Xüsusi fərdi müəssisənin nizamnamə 

fondu  mövcud  qanunvericiliklə  müəyyən  edilmiş  müddətdə  müəssisənin 

hesablaşma hesabına təsisçinin qoyduğu vəsaitdən əmələ gəlir. 

Fərdi  müəssisənin  əmlakı  müəssisənin  təsisçiləri  və  iştirakçılarının, 

həmçinin onun mənfəətində iştirak  edən şəxslərin qoyduqları pay hesabına 

formalaşır. 

Fərdi müəssisədə əmək fəaliyyəti ilə həm təsisçi, həm də əmək müqa-

viləsi əsasında vətəndaşlar məşğul olurlar. Muzdlu işçilərə əməkhaqqı ödə-

nilir,  həmçinin  mövcud  qanunvericiliklə  nəzərdə  tutulmuş  sosial-iqtisadi 

təminatlar verilir. 

Fərdi  müəssisənin  özünün  ayrıca  hesablaşma  hesabı,  valyuta  hesabı 

olur.  Müəssisənin  əmlakı  mövcud  və  müqavilə  qiymətilə  müəyyən  edilmiş 

həcmdə  balansda  qeyd  olunur.  Prinsipcə  müəssisənin  idarəetmə  strukturu-

nun  istənilən  variantı  mümkündür,  o,  işçilərin  sayı,  istehsalın  xarakteri, 

mülkiyyətçinin  ixtisas  səviyyəsi  və  kompetensiyası  kimi  amillərdən  bila-

vasitə asılıdır. 

Biznes  fəaliyyətində  istifadə  olunan  kapitalın  və  sahibkarın  intellek-

tual  potensialının  artması  təsərrüfat  yoldaşlıq  yaratmaqla  təmin  edilə  bilər 

ki, bunun da iki növü olur: tam şərikli, payçı və şərikli. 

Şə

rikli (tam ortaqlı) müəssisə azı iki fiziki və hüquqi  şəxs tərəfindən 

müqavilə  əsasında  təsis  edilir.  Müəssisənin  şərikləri  onun  öhdəliklərinin 

yerinə  yetirilməsinə  görə  özlərinin  bütün  əmlakı  ilə  məsuliyyət  daşıyırlar. 

Fəaliyyət  göstərən  müəssisəyə  sonradan  daxil  olan  şərik  həm  də  müəssi-

sənin  əvvəlki  borclarına  görə  bütün  əmlakı  ilə  məsuliyyət  daşıyır.  Müəssi-




Бизнесин тяшкили вя идаря едилмяси 

22 


sədən  çıxan  şərik  həmin  vaxta  kimi  müəssisənin  fəaliyyəti  nəticəsində  ya-

ranmış borclara görə digər iştirakçılarla birlikdə bütün əmlakı ilə məsuliyyət 

daşıyır.  

Payçı və şərikli (komandit ortaqlıqlar) müəssisə azı bir şərik və payçı 

tərəfindən  təsis  edilir.  Şərik  və  payçı  həm  fiziki  şəxs,  həm  də  hüquqi  şəxs 

ola bilər. Şərik müəssisənin öhdəliklərinə və borclarına  görə özünün bütün 

ə

mlakı ilə, payçı isə yalnız müəssisəyə verdiyi pay həcmində məsuliyyət da-



ş

ıyırlar. Fəaliyyət göstərən müəssisəyə daxil olan şərik həm də müəssisənin 

həmin  vaxta  kimi  olan  borclarına  görə  də  bütün  əmlakı  ilə  məsuliyyət  da-

ş

ıyır. Müəssisədən çıxan şərik həmin vaxta kimi yaranmış borclara görə də 



digər şəriklərlə birgə öz əmlakı ilə məsuliyyət daşıyır. 

Müəssisənin  idarə  heyətinin  üzvlərinin  seçilməsində  və  onların  səla-

hiyyətlərini  müəyyənləşdirən  nizamnamə  müddəalarının  qəbul  edilməsində 

yalnız  şəriklərin  səs  vermək  hüququ  vardır.  Nizamnamənin  digər  müd-

dəalarının qəbul edilməsində və müəssisədaxili məsələlərin həllində həm də 

payçıların  səs  vermək  hüququ  vardır.  Payçı  və  şərik  müəssisədən  çıxdıqda 

öz payını geri alır. 

Yoldaşlığın göstərilən növlərinə bir neçə ümumi əlamətlər xasdır: 

1.  Yoldaşlıq  –  insanların  könüllü  birləşərək  sahibkarlıq  fəaliyyəti  ilə 

məşğul olmasıdır. Praktiki olaraq yoldaşlığa çox da böyük olmayan bir qrup 

şə

xslər daxil olur. Şərikləri vahid maraq birləşdirir. 



2.  Yoldaşlıq  –  müqavilə  birliyidir.  Müqavilə  yazılı  şəkildə  bağlanılır 

və tam iştirakçıların hamısı tərəfindən imzalanır. Təsis müqaviləsində şərik-

lərin  adı,  onun  yerləşdiyi  yer  və  idarəetmə  qaydası  haqqında  məlumatlar, 

qoyulan kapitalın həcmi və tərkibi, nizamnamə kapitalında iştirakçıların pa-

yının dəyişilməsi, iştirakçıların məsuliyyəti barədə məlumatlar əks etdirilir. 

3.  Yoldaşlıq  –  əmlak  vasitələrinin  birləşməsidir,  hansı  ki,  pul,  əşya, 

daşınan və daşınmaz əmlak şəklində bağlanıla bilər. Daşınmaz əmlaka tor-

paq sahəsi, su obyekti, meşə, bina, tikililər və s. aid edilir.  ştirakçılar həm 

özünün bütün əmlakını, həm də onun müəyyən hissəsini qoymaq hüququna 

malikdir. 

4.  Yoldaşlıq  –  maddi  vəsaitlərlə  yanaşı  şəxsi  qüvvənin  birləşməsidir. 

Şə

xsi  iştirak  işin  yerinə  yetirilməsində,  yaxud  xidmətlər  göstərilməsində 



təşkilati,  sərəncam  və  idarəetmə  fəaliyyətinin  həyata  keçirilməsində,  in-

tellektual əməkdə ola bilər. Bu cür iştirakçının payı müxtəlif ola bilər, ancaq 

müəssisənin fəaliyyətində hər hansı formada şəxsi iştirakı mütləq vacibdir, 

ə

ks təqdirdə iştirakçının mənfəətdən pay istəmək hüququ yoxdur. 



5. Yoldaşlığın məqsədi  özünün  xarakterinə  görə  ən  müxtəlif  birgə  

fəaliyyətdən mənfəət alınması hesab edilir. 

Beləliklə, yoldaşlıq – öz maddi vəsaitlərini birləşdirən və şəxsi səyləri 

ilə  müştərək      fəaliyyətdən      mənfəət      alınmasına      çalışan      iştirakçıların 

bağladıqları müqaviləyə əsaslanan korporasiyadır. 



Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə