Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə72/199
tarix06.02.2018
ölçüsü4,28 Mb.
#26542
1   ...   68   69   70   71   72   73   74   75   ...   199

Бизнесин тяшкили вя идаря едилмяси 

156 


ə

qidələrinə  münasibətdə  təhqiredici  sözlər,  müqayisələr,  obrazlar  yolu  ilə 

istifadə  oluna  bilir,  habelə  dövlət  rəmzlərinə  (bayraqlar,  gerblər,  himnlər, 

dini rəmzlər və s.) ləkə vuran reklamlar şəklində təzahür edə bilər. 



Vadaredici  reklam  –  istehlakçını  dərhal  hərəkətə  sövq  edən 

reklamdır. 



Siyasi  reklam  –  siyasi  partiya,  hərəkat  və  öz  məqsədlərinə  çatmağa 

yönəlmiş müəyyən sosial qrupun maraqlarını əks etdirən reklamdır. 



Təsdiqedici reklam – malın həyat tsiklinin yüksəliş və kamillik mər-

hələlərində həyata keçirilən reklamdır. Reklam zəncirində ikinci mərhələdir. 

Təsdiqedici reklam istehlakçıda məlumatlılığı və bilikləri artırır. 

Gizli  reklam  –  istehlakçını  müəyyən  hərəkətə  sövq  edir.  Həm  də 

istehlakçı tərəfindən bu reklam kimi dərk olunmur. Bəzi hallarda isə reklam 

materialları  oxucuların  reklam  yazılarından  çox  inanılan  jurnalist  məqalə-

lərində də təqdim oluna bilər.  stehlakçının dərk etmədən məruz qaldığı di-

gər  manipulyasiyalar  (xüsusi  video  əlavələr,  qoşa  səsyazısı)  kimi  belə 

təsirlər gizli reklama aiddir. 



Sosial  reklam  –  keçirilən  tədbirlərin  və  islahatların  açıqlanması  və 

geniş  xalq  kütlələrinə  çatdırılması  məqsədilə  istənilən  reklam  daşıyıcısı 

vasitəsilə yayılan və dövlət orqanları və ictimai institutlar tərəfindən sifariş 

edilən, qeyri-kommersiya xarakteri daşıyan informasiyadır. 

Reklamın  əsas  funksiyalarını  sxem  şəklində  göstərmək  olar                  

(sxem 11.2): 

 

 

 



 

 

 



 

 

Firma, əmtəə barədə 



biliklərin  formalaşması,  

mövcudluğu, onların əsas    

  kəmiyyət və keyfiyyət 

parametrləri və  xüsu-

siyyətləri barədə məlumat                     

Hər-hansı bir hərəkətdə 

tələbatların sövqedilməsi       

və inkişafı (misal üçün 

satınalmada) bilavasitə  

hisslərə, öz-özünə qiymət 

vermədə,  istehlakçıların 

niyyətində  və.s 

Tələbat artıq dərk olunan 

vaxtı xatırlatma hərəkətə 

sövqedilmə həyata keçirilir: 

ə

ldə olunmada  (satınal-



mada), əlaqələrin 

qurulmasında 

 

 

Sxem 11.2. Reklamın əsas funksiyaları 

 

Bəzi  müəlliflər  reklamın  daha  bir  «seçmə  qabiliyyətli»  (seçici)  ad-



landırılan funksiyasını ayırıb və onu xüsusi nəzərdən keçirməyi təklif edir-

lər, hansıki, bir çox əmtəə və xidmətlər arasından reklama daha çox tələbatı 

Reklamın əsas  

funksiyaları 

 

Məlumatlandırıcı 



Psixoloji 

Stimullaşdırıcı 

 



Бизнесин тяшкили вя идаря едилмяси 

157 


olanları  seçib  ayıran  rolunu  yerinə  yetirir,  eləcə  də  istehlakçıya  onların 

içindən yalnız bəzi reklam məlumatlarına xüsusi diqqət yetirilməsinə imkan 

verir.  Fikrimizcə,  bu  cür  məsələlər  (məqsədlər)  reklam  öz  əsas  funksiya-

larını yerinə yetirən zaman əhəmiyyətli dərəcədə həllini tapır. 

 

11.2. Reklam vasitələri və onların tətbiqi 

 

Reklam vasitələri reklam məlumatının yayılmasına xidmət edən və la-

zımi reklam effektinin nail olunmasına imkan yaradan maddi vasitə qismin-

də çıxış edirlər. 

Mətbuatdakı reklam, çap reklamı, audiovizual reklam, radio və tele-

reklam, sərgi və yarmarkalar, reklam suvenirləri, birbaşa poçt reklamı, küçə 

reklamı,  «Public  Relations»  tədbirləri  və  kompyuterləşdirilmiş  reklam 

vasitələri fərqlənirlər. 



Mətbuatdakı reklam – dövri mətbuatda dərc olunmuş müxtəlif rek-

lam  materiallarını  özündə  əks  etdirir.  Onları  şərti  olaraq  2  əsas  qrupa 

ayırmaq  olar:  reklam  elanları  və  ictimai-reklam  xarakterli  nəşrlər.  Bunlara 

aiddir: müxtəlif məqalələr, reportajlar, xülasələr, birbaşa və dolayı reklamın 

daşıyıcıları.  

Reklam elanı – dövri mətbuatda yerləşdirilən ödənişli reklam məlu-

matıdır.  Klassik  variantda  elan  böyük  başlıq-sloqandan  başlayır,  hansıki, 

reklamverənin  kommersiya  təklifinin  üstünlüyünü  və  mahiyyətini  yığcam 

formada  əks  etdirir.  Nisbətən  kiçik  şriftlə  yazılmış  reklam  elanının  əsas 

mətn  hissəsi  reklam  müraciətinin  mahiyyətini  təfərrüatı  ilə,  çox  qısa  şərh 

edir,  məhsulun  xüsusiyyətini,  onun  üstünlüklərini  istehlakçı  üçün  xeyirli 

olanını  seçir.  Elanın  sonunda  istehlakçının  müraciət  edə  biləcək  ünvan 

göstərilir. 

Məqalələr  və  ictimai-reklam  xarakterli  digər  nəşrlərdə,  bir  qayda 

olaraq,  müəssisənin  fəaliyyəti  haqqında  xülasə  formasında  yazılmış  mate-

riallar və ya müəssisənin rəhbərləri, iş partnyorları və istehlakçılar ilə müsa-

hibə formasında əks olunur. Reklam elanlarının və ictimai-reklam xarakterli 

məqalələrin  dərc  olunması  üçün  dövri  nəşriyyatın  qəzet,  jurnal,  bülleten, 

müxtəlif  arayış  kitabçaları,  bələdçi-soraq  kitabçaları  kimi  növlərindən 

istifadə olunur. Mətbuatdakı reklam öz operativliyinə, təkrarlığına, geniş ya-

yılmasına arxalanaraq reklam vasitələrindən ən effektivlisidir. Bir sıra xarici 

dövlətlərdə mətbuatdakı reklama çəkilən xərclər reklama sərf olunan bütün 

vəsaitlərin mühüm hissəsini təşkil edir. Bizim ölkədə də reklamın bu növü 

qətiyyətlə irəliləməkdədir.  ldən-ilə reklam elanlarının nəşrinə sifariş qəbul 

edən  ictimai-siyasi və xüsusi nəşrlərin sayı artmaqdadır.   

Çap reklamı  - yalnız görmə ilə mənimsənilməyə arxalanan reklam 

vasitələrindən  biridir.  Dərc  olunan  reklam  materiallarını  iki  qrupa  ayırmaq 

olar: reklam kataloq nəşrləri və yeni ilə aid reklam-hədiyyə nəşrləri.  



Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə